Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq .....                        On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI .....                        İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR .....                        Cenevrə danışıqları çətin keçdi, lakin zəruri idi .....                        Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur .....                        "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir .....                        Azərbaycanda 1 biletlə iki dəmir yolundan istifadə etmək olacaq .....                        İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi .....                        Prezidentlə Birinci xanım Nəriman Həsənzadəni təbrik etdi .....                       
Tarix : 16-03-2021, 10:41
Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə şərtlər sadələşdirilib

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ölkə vətəndaşlarının mənzil təminatının və yaşayış şəraitinin yaxşılaşdırılması, habelə əlçatanlığın artırılması məqsədilə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi istiqaməti üzrə prosedur və qaydalara müvafiq dəyişikliklər edib.

Butov.az xəbər verir ki, İKZF-dən “APA-Economics”ə verilən məlumata görə, dəyişikliklər gəlirlərin qiymətləndirilməsi şərtlərinin daha da yumşaldılmasını, yaşı yuxarı olan ailə üzvü ilə birgə müraciət edən ərizəçi üçün uzun müddətə ödəmə imkanının yaradılmasını, habelə sabit vergi ödəyicilərinin də kirayə mənzil mexanizmindən faydalanmasını nəzərdə tutur.

Dəyişikliklərə görə, artıq kredit tarixçəsinin müsbət qiymətləndirilməsi üçün ərizəçinin “bütün kredit tarixçəsi müddətində 90 gündən çox gecikdirilmiş öhdəliklərinin olmaması” tələb olunmur.
Digər dəyişikliyə görə, ailə üzvü ilə birgə müraciət edən ərizəçiyə satmaq öhdəliyi ilə kirayə müqaviləsi üçün maksimal müddət təyin edilərkən yalnız ərizəçinin yaşı əsas götürüləcək. Əvvəlki şərtlərə əsasən, ərizəçi ilə birgə yaşı yuxarı olan ailə üzvü müraciət etdikdə, ailə üzvünün yaşına görə kirayə müqaviləsi daha az müddətə təyin edilirdi ki, bu da aylıq ödənişin artması səbəbi ilə ərizəçinin ödəmə qabiliyyətinə və yaşayış sahəsini seçmək imkanına təsis göstərirdi.

Bundan başqa, Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə (bərbər, dərzi, çəkməçi, pinəçi, foto, audio və video xidməti, toy və şənliklərdə aparıcı, çalğıçı və s. ) muzdlu işçi cəlb etmədən fərdi qaydada məşğul olan şəxslərin – sabit vergi ödəyicilərinin də kirayə mənzil mexanizmindən faydalanması üçün yeni yanaşma tətbiq olunur. Yeni yanaşmaya uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulan vergi və digər ödəmələri vaxtında həyata keçirən, lakin gəlirlərini təsdiq edə bilməyən sabit vergi ödəyicilərinin orta aylıq gəliri fəaliyyət müddətlərinə görə təyin ediləcək və minimum aylıq əmək haqqının müvafiq mislinə uyğun hesablanacaq. Bununla da həmin şəxslərin uzunmüddətli ödəmə şərtləri ilə mənzil sahibi olma imkanının ilk dəfə olaraq kirayə mexanizmi çərçivəsində reallaşdırılması mümkün olacaq.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!