Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi işdən çıxarıldı .....                        Qazaxda 4 nəfər dəm qazından zəhərləndi .....                        Azərbaycanda zəlzələ oldu .....                        Ceyhun Bayramov Çavuşoğlunun atasının dəfn mərasimində - FOTO .....                        Çin orbitə 6 peyk buraxdı .....                        Bakının mərkəzi küçələrindən biri bağlanır .....                        Gürcüstan Azərbaycandan kömək istədi .....                        Bulvarda dənizdən meyit çıxarıldı .....                        Açıq qalan Qarabağ məsələsi yoxdur - Ceyhun Bayramov .....                       
Tarix : 29-03-2021, 15:54
Aqrar məsləhət xidmətlərinin inkişafı üçün Qubada pilot fəaliyyət başlayıb
Avropa İttifaqının maliyyələşdirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsinin praktiki hissəsi kimi yaxın günlərdə Qubada regional ofis açılacaq.

Butov.az[b][/b] xəbər verir ki, bu barədə “Report”a BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Nümayəndəliyindən bildirilib.

Məlumata görə, ofis ölkədə aqrar məsləhət xidmətlərinin inkişafı üçün hazırlanmaqda olan strategiyanın və hazırlanmış yeni modelin region fermerlərinə uyğunluğunu sınaqdan keçirəcək.

FAO-nun həyata keçirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda aqrar məsləhət xidmətlərinin inkişafı üzrə beşillik strategiya hazırlanır. Layihədə həmçinin iki pilot regionda – Gəncə və Quba regionlarında bu strategiyaya uyğun üçillik planlar hazırlayıb icra etmək də nəzərdə tutulub.

Layihənin regional fəaliyyəti Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarını əhatə edəcək. Region iqtisadiyyatında üstünlük təşkil edən aqrar sahə istiqamətlərindən, fermerlərin məşğulluğundan asılı olaraq aqrar məsləhət xidmətlərindən istifadə mexanizmi təqdim ediləcək. Layihə əməkdaşları region fermerləri, aqrar məsləhət xidməti təminatçıları, bələdiyyə və Kənd Təsərrüfatı Nazirliyinin regiondakı alt qurumlarının nümayəndələri ilə görüşlərdə yeni aqrar məsləhət xidməti modeli barədə məlumat veriblər. Bildirilib ki, yeni model dövlət büdcəsindən əlavə (çox) xərclər tələb etmir və həm dövlət, həm də özəl aqrar məsləhət xidməti təminatçılarını fermerə məsləhət xidməti göstərmək üçün bir araya gətirir. Modeldə bütün tərəflərin innovasiya və yeniliklər əldə edə biləcəyi məlumat bazası da nəzərdə tutulub.

“Quba-Xaçmaz iqtisadi regionunda yeni modeli sınaqdan keçirmək üçün bir sıra üstünlüklər var: regionda bitkiçiliyin inkişafı, fermerlərdə təsərrüfatçılıq ənənələrinin formalaşması, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Regional Aqrar Elm və İnnovasiya Mərkəzi kimi qurumların burada yerləşməsi, münbit torpaq və iqlim şəraiti aqrar məsləhət xidmətinin bütün fermerlər üçün əlçatan edilməsini vacib edir. Lakin regionun Azərbaycan Dövlət Aqrar Universitetindən uzaqlığı bizi aqrar məsləhət xidməti göstərə biləcək gənc mütəxəssislərin azlığı kimi halla üz-üzə qoyur”, - Layihənin milli koordinatoru Vüqar Bəşirov bildirib.

O həmçinin qeyd edib ki, regionda icmaların seçilməsi üçün fəaliyyətə başlanıb. Aqrar sahə iştirakçıları ilə görüşlərdə bu barədə onların fikirləri və təklifləri qiymətləndirərək seçim başa çatdırılacaq və pilot fəaliyyətlər həmin icmalarda tətbiq ediləcək.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!