SOCAR-la Suriya Hökuməti arasında Memorandum imzalandı .....                        Kim Çen In Lavrovu qəbul edib .....                        İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşüb - FOTO .....                        Qafqazdan barış mesajı: Bakı Yaxın Şərqdə sülhə necə töhfə verir… .....                        Suriya Prezidenti Bakıya gəldi - FOTO .....                        “41 illik çirkin oyunu pozub alt-üst etdik” - Ərdoğan .....                        "Sputnik Azərbaycan” Rusiya FTX-nin filialı olub - Bəyanat .....                        Rusiya Ukraynaya hücum etdi: 2 ölü, 20 yaralı .....                        Sabahın hava proqnozu .....                       
Tarix : 30-04-2021, 16:30
Torpaqlardan qanunsuz istifadə halları araşdırılıb - FAKTLAR

Prezident İlham Əliyevin torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin təyinatı üzrə istifadəsi, bu sahədə pozuntuların aradan qaldırılması ilə bağlı tapşırıqlarına və müvafiq qanunvericiliyə uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nəzarət tədbirlərini davam etdirir.
Butov.az xəbər verir ki, Xidmətdən Modern.az-a verilən məlumata görə, qurum tərəfindən ölkə ərazisində torpaqlardan qanunvericiliyə zidd istifadə halları ilə bağlı monitorinqlər və torpaq reydləri keçirilir:
“Monitorinqlərin məqsədi torpaqların təyinatından kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması və qanunsuz tikintilərin aparılması hallarını müəyyən etmək, torpaqdan təyinatı üzrə istifadə edilməsinə nəzarətin gücləndirilməsidir”.

Rəsmi məlumata görə, cari ilin ilk rübü ərzində torpaq müfəttişləri tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 607 hal aşkar edilib:

“354 inzibati protokol tərtib edilib. Aparılan monitorinqlərin nəticəsinə görə, ən çox torpaq qanunvericiliyinin tələblərinin pozulması halları 191 olmaqla Bakı şəhərinin payına düşüb.
Bu sahədə qanunazidd hadisələrin xarakteri və məqsədləri ayrı-ayrı regionlar üzrə bir-birindən fərqlənir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsasən yaşayış məqsədli tikinti işlərinin aparılması kimi pozuntular daha çox Abşeron rayonundadır. Abşeron rayonunun bir neçə qəsəbəsində vətəndaşların mülkiyyətinə verilmiş pay (əkin) torpaqlarında təyinatına zidd olaraq fərdi yaşayış evlərinin inşası aparılıb.
Bakının Xəzər və Binəqədi rayonlarında kənar şəxslər tərəfindən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikilməsi halları aşkar olunub. Tikinti məqsədilə ayrılmayan torpaq sahələrində aparılan qanunsuz tikinti işlərinin qarşısının alınması üçün aidiyyəti dövlət qurumları ilə birgə işlər görülüb.
Problemli məsələlərdən biri də kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin, sahibkarlıq və digər təyinatlı obyektlərin tikintisidir”.

Bu kimi halların paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarında müşahidə edildiyi bildirilib:

“Qeydə alınan pozuntu hallarının qarşısının alınması ilə əlaqədar aşkar edilmiş faktlar aktlaşdırılıb, bu barədə aidiyyəti üzrə müvafiq qurumlara və hüquq-mühafizə orqanlarına məlumat verilib”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!