Trampın iqamətgahına daxil olmaq istəyən şəxs güllələnib .....                        Ukrayna ordusu əks-hücumlara başladı .....                        Hindistan ABŞ-la danışıqları təxirə saldı .....                        Ülviyyə Fətəliyeva Azərbaycan çempionu oldu .....                        Xamenei öləcəyi təqdirdə hökumətin işi ilə bağlı plan hazırlatdırır .....                        Pakistan bu ölkəyə zərbə endirdi - Ölənlər var .....                        Yollarda görünüş 500 metrədək məhdudlaşacaq .....                        Rusiyada bu hava limanı bağlandı .....                        Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medal qazandı .....                       
Tarix : 8-12-2016, 19:06
200 min hektara yaxın torpaq dövlətə qaytarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı-Şamaxı avtomobil yolunun Hökməli-Müşviqabad hissəsində monitorinqlər keçirilib.

Butov.az xəbər verir ki, Komitədən Ölkə.Az-a verilən məlumata görə, monitorinq zamanı bir sıra hallarda hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli təyinatının və kateqoriyasının özbaşına dəyişdirilməsi faktı aşkarlanıb. Belə ki, belə torpaqlarda qanunsuz tikinti işlərinin aparılması və əlavə torpaq sahəsinin zəbt olunması halları müəyyən edilib.

Monitorinq zamanı aşkar olunmuş pozuntu halları ilə bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə akt və protokollar tərtib olunub.

Komitənin indiyədək keçirdiyi belə monitorinqlər sayəsində istifadədən kənarda qalmış, eləcə də səmərəsiz istismar olunan 200 min hektara yaxın torpaq sahəsinin geri qaytarılması istiqamətində işlər aparılır.

Ümumilikdə, komitə tərəfindən keçirilən monitorinqlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1000-dən çox hal üzrə inzibati xətaya yol verimiş fiziki, hüquqi və vəzifəli şəxslər barədə inzibati protokollar tərtib edilib. Bunlardan 900 hal üzrə inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilərək müvafiq cərimələr tətbiq olunub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!