Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 20-08-2021, 12:02
DİN: İyulun 1-dən bu günədək COVID-19 pasportu olmayan 46 min 899 min nəfər toy şənliklərinə buraxılmayıb


Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən iyulun 1-dən bu günədək respublika ərazisində 4865 toy şənliyinin monitorinqi aparılıb.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində deyib.

E.Hacıyev bildirib ki, monitorinqlər zamanı bəzi sahibkarlıq subyektlərinin və vətəndaşların karantin koronavirus infeksiyasının yayılmasına qarşı tətbiq olunan qaydalara etinasız münasibət göstərmələri müşahidə edilib. Belə ki, monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 38 nəfər həbs olunub. Həmçinin 2366 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən inzibati tənbeh tədbiri tətbiq edilib. Həmçinin 27 nəfər barəsində materiallar baxılması üçün məhkəməyə göndərilib. Eləcə də 31 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Xüsusi vurğulanıb ki, monitorinqlər keçirilən ünvanlarda – fəaliyyətinə icazə verilən restoran və ictimai iaşə obyektlərində COVID-19 pasportu olmadığına görə 46 min 899 nəfər monitorinq qrupları tərəfindən toy şənliklərinə buraxılmayıb. Onların arasında aktiv koronavirus xəstələri, potensial virus daşıyıcıları, sağlamlıq durumu riskli şəxslər də olublar. Ona görə də insanların sıx toplaşdığı, yoluxma riskinin yüksək olduğu ərazilərlə bağlı müəyyən qaydalar təsdiqlənib. Bununla bağlı, xüsusilə tədris mövsümünün başlaması ilə əlaqədar təhsil müəssisələrində monitorinq qruplarına Təhsil Nazirliyinin nümayəndələri ilə yanaşı, ərazi üzrə rayon icra hakimiyyətlərinin və müvafiq təşkilatların təmsilçiləri də dəvət olunacaqlar.


Paylaş



Bölmə: Sosial / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!