İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 25-09-2021, 13:53
Prokurorluq orqanları növbəti ağacəkmə aksiyası keçiriblər

Prokurorluq orqanlarının əməkdaşları növbəti ağacəkmə aksiyası keçiriblər


Sentyabrın 25-də Baş Prokurorluğun, Respublika Hərbi, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Azərbaycan Prokurorluğunun yaranmasının 103 illiyi münasibətilə ağacəkmə aksiyası keçiriblər.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, dövlətimizin başçısının ətraf mühitin mühafizəsinə yönələn ekoloji siyasətinə, ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin yaranmış ənənəyə uyğun olaraq paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsinin Sulutəpə yaşayış massivində təşkil edilən aksiyanın əsas məqsədi ağac əkininin təşviqinə, Abşeron yarımadasının ekoloji mühitinin yaxşılaşdırılmasına, paytaxtda yaşıllıq sahələrinin salınması və onların mühafizəsinə diqqət cəlb etməkdir.
Prokurorluq əməkdaşlarının keçirdikləri ağacəkmə aksiyasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxından dəstək göstərib.

Əməkdaşların fəallığı ilə müşayiət olunan tədbirdə 1200-dən artıq şam və zeytun ağacı əkilib, eyni zamanda, həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və təmizlik-abadlıq işləri aparılıb.
Əkilən ağacların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!