ADNA terrorundan 15 il keçir .....                        Türkiyədən Fransanın təxribatçı qərarına reaksiya .....                        Rusiya Odessanı bombaladı - 4 ölü, 28 yaralı .....                        Ukraynaya “Patriot” verilməsi prioritet məsələdir - Stoltenberq .....                        Avropa Parlamentinin üzvündən Azərbaycana dəstək .....                        CHP sədri ilə Ərdoğanın görüş tarixi bəlli oldu .....                        Ərdoğan Bahçelinin evinə getdi - FOTO .....                        Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub - Ermənistan Ədliyyə Nazirliyi .....                        Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiqləndi .....                       
Tarix : 30-03-2022, 10:40
Nazir müşaviri sudan ödənişli istifadə qaydalarını açıqlayıb

Ölkənin şirin su ehtiyatlarının azlığı, qlobal iqlim dəyişikliyi, son illərdə yağıntıların və qonşu ölkələrdən daxil olan suların xeyli azalması, digər tərəfdən, iqtisadiyyatın müxtəlif sahələrinin sürətlə inkişafı, kənd təsərrüfatı sahələrinin genişlənməsi və nəticədə suya olan tələbatın gündən-günə artması ölkənin davamlı sosial-iqtisadi inkişafında mühüm rolu olan su ehtiyatlarının qənaətlə istifadəsi və mühafizəsini olduqca əhəmiyyətli edir.
Butov.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, bu günədək ölkəmizdə suyun təbii sərvət kimi dəyərinin müəyyən edilməməsi sudan qənaətlə istifadəni təşviq etmədiyi kimi, həm də suyun dəqiq uçotunun və qiymətləndirilməsinin aparılmasını çətinləşdirirdi.

“Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları” Su Məcəlləsinə əsasən su ehtiyatlarının istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsiplərindən biri kimi hazırlanıb.

Sudan ödənişli istifadə üzrə tariflərin tətbiq edilməsi su istifadəçilərinin bu sahədə hüquqi-iqtisadi öhdəliklərlə bağlı münasibətlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq təcrübədə, o cümlədən su resursları bol olan ölkələrdə belə təbii su mənbələrindən istifadə ödənişlidir.

Qaydalara əsasən texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödənişlər həyata keçiriləcək”.

R.Səttarzadənin sözlərinə görə, eyni zamanda su təsərrüfatı sahəsində fəaliyyət göstərən qurumlar arasında da sudan istifadə ödənişli olacaq.

“Sudan ödənişli istifadənin tətbiq edilməsinin əsas məqsədi su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması, suların mühafizəsinin yaxşılaşdırılması, suyun dəqiq uçotunun aparılması və su təsərrüfatı qurumlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyətinin təmin edilməsidir”.

Nazir müşaviri suyun həcminə görə ödənişlərin illik su təsərrüfatı balansının göstəriciləri üzrə təhlillərin nəticələri nəzərə alınmaqla tariflər əsasında hesablanacağını bildirib.
Onun sözlərinə görə, sudan istifadə haqqı onun keyfiyyətindən, təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə, nəqledilmə üsullarından və digər amillərdən asılı olaraq differensiallaşdırılacaq.

“Qeyd edək ki, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslərin öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) istifadəsi ödənişsiz olacaq”.

R.Səttarzadə suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərin üç ay müddətində hazırlanıb Nazirlər Kabinetinə təqdim olunacağını, sudan istifadə haqqının (tariflərinin) isə Tarif Şurası tərəfindən müəyyən ediləcəyini qeyd edib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!