Azərbaycan Qazaxıstandan taxıl idxalını 120 dəfə artırıb .....                        4 ölkə Azərbaycan qazı ilə bağlı bəyanat yaydı .....                        Şahin Şıxlinski saxlanıldı - Yekaterinburqa aparılır .....                        Türkiyədə növbədənkənar seçki? - Nazir tarix AÇIQLADI .....                        Azyaşlı Kürdə batdı .....                        Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ .....                        Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən kişi tutuldu - YENİLƏNİB .....                        Lənkəran sakini Serbiyada binadan yıxılaraq öldü .....                        CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun .....                       
Tarix : 6-07-2022, 08:09
Zənganda tibb bacıları etiraz aksiyası keçirib
Zənganda tibb bacıları etiraz aksiyası keçirib


İyulun 3-də Zənganda tibb bacıları iş müqavilələrindəki ədalətsizliyə və iş təhlükəsizliklərinin olmamasına etiraz olaraq aksiya keçiriblər. Zəngan əyalətinin valilik və Tibb Elmləri Universitetinin qarşısına toplaşan tibb bacıları pandemiya dövrü onlarla müvəqqəti müqavilələr bağlandığını, artıq işləmələrinə baxmayaraq nəzərdə tutulan hüquqlarının təmin olunmadığını və davamlı işləmələrinə təminat verilmədiyini bildiriblər.
"Pandemiya dövrü biz sizlərin sağlamlığınızın müdafiəçisi kimi çıxış etmişik, indi sizlər bizim hüquqlarımızın müdafiəçisi olun"-deyə, zənganlı tibb bacıları xalqa müraciətlərində bildiriblər. Bununla yanaşı onlar hakimiyyət və məmurlara yaxın şəxslərin heç bir sınaq və qanuni prosedurlar keçmədən işə götürülmələrini ayrı-seçkilik kimi dəyərləndiriblər.
Qeyd edək ki. bir müddət bundan öncə İran Səhiyyə Nazirliyinin rəsmisi Məhəmməd Mirzabeygi mediaya verdiyi açıqlamada koronavirus pandemiyasının səngiməsindən keçən qısa müddət ərzində ölkədə 5 min tibb bacısının işdən çıxarıldığını bildirib. O, bunu pandemiya dönəmində tibb bacılarının müvəqqəti müqavilələrlə işə götürülməsi, indi onlara ehtiyacın olmaması ilə əlaqələndirib.
Mirzabeygi bununla yanaşı hal-hazırda ölkə xəstəxanalarında 100 min tibb bacısına ehtiyac olduğunu qeyd edib. Bundan qısa müddət öncə Məhəmməd Mirzabeygi ölkədə tibb bacısı çatışmazlığı olduğunu bildirib.
Qeyd edib ki, əmək təhlükəsizliyi ilə bağlı təminatın olmaması və əmək haqlarının azlığı üzündən hər ay ortalama 150-200 tibb bacısı ölkəni tərk edir.


Paylaş



Bölmə: Sosial / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!