ABŞ bu ölkəyə 14 zərbə endirdi .....                        Azərbaycanda zəlzələ oldu .....                        Pezeşkian Zərifin istefasını qəbul etdi .....                        Arvadını öldürüb özünü 14-cü mərtəbədən atdı .....                        Aramsız yağışa görə bu yol bağlandı .....                        Şəhid Əkrəm Şadmanovun oğlu dünya birincisi oldu - FOTO .....                        Seldə həyatını itirən sahə rəisi - FOTO .....                        Şabranda güclü sel evi dağıtdı .....                        Sabunçu tunelindəki su çəkildi .....                       
Tarix : 14-04-2016, 17:57
Müəllimlərin bütün əməkhaqları ilə bağlı məsuliyyət Təhsil Nazirliyinin tabeliyinə keçir


"Təhsil Nazirliyi tərəfindən 15 Ərazi Maliyyə Hesablaşma mərkəzi yaradılıb".

Butov.az-ın "Report"-a istinadən məlumatına görə, bunu nazirliyin Maliyyə şöbəsinin böyük məsləhətçisi Ramil Orucov media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yaradılmış mərkəzlərdən 13-ü hazırda tam fəaliyyət göstərir. Bunlardan Masallı və Balakən rayonu üzrə mərkəzlər mayın 1-dən fəaliyyətə başlayacaq. Bununla da gələn aydan etibarən ölkənin 15 regionunda - Sumqayıt, Xaçmaz, İsmayıllı, Oǧuz, Balakən, Aǧstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı və Astara bölgələrində Ərazi Maliyyə Hesablaşma mərkəzləri fəaliyyət göstərəcək".

Nazirlik rəsmisi qeyd edib ki, mərkəzlərin yaradılmasında məqsəd təhsil sahəsində maliyyə, inzibati resursların istifadə edilməsi, təkmilləşdirilməsi və mərkəzləşmiş maliyyələşməni həyata keçirməkdir: "2015-ci ilə kimi yerlərdəki bütün təhsil müəssisələri yerli təhsil şöbələrinin xətti ilə yerli maliyyə orqanları tərəfindən maliyyələşdirilirdi. Bu ildən etibarən isə 15 regionda yeni mərkəzləri yaradılması ilə idarəolunma mərkəzləşdirmə formasında olacaq. Yeni mexanizmin tətbiqi ümumilikdə regionlarda 4 134 təhsil müəssisəsini, o cümlədən, 3 875 ümumi təhsil və 259 məktəbdən kənar təhsil müəssisəsini və həmin təhsil müəssisələrində çalışan 175 minə yaxın təhsil işçisini əhatə edib. Mərkəzdə nazirliyin aidiyyəti strukturlarının, eləcə də bir sıra qrupların 1 000-dən artıq işçisi cəlb olunub".

O əlavə edib ki, mərkəzləşmiş maliyyə mexanizmi Təhsil Nazirliyi tərəfindən hazırlanan qaydalara uyğun həyata keçirilir: "Bununla artıq müəllimlərin bütün əməkhaqları ilə bağlı məsuliyyət nazirliyin tabeliyinə keçir. Bundan başqa, mərkəzlər yaradılandan sonra müəllimlərdən müəyyən fondlara yığılan tutulmaların qarşısı alınıb və gələcəkdə alınacaq".


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!