Azərbaycanda dəbdəbəli yas mərasimlərinin qarşısı alınacaq .....                        Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi .....                        Rayonlar üzrə pensiyalar bu tarixdə veriləcək .....                        Prezidentin təyyarəsi Serbiya qırıclarının müşayiətində .....                        Vüqar Qurbanov işdən çıxarılmasından danışdı .....                        İrana ultimatum: Bu 4 ŞƏRTİ qəbul etməlidir .....                        Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olundu .....                        ABŞ İran neftini daşıyan tankeri ələ keçirdi .....                        Prezidentlər mətbuata bəyanatla çıxış etdilər .....                       
Tarix : 26-10-2016, 18:06
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ramil Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Butov.az-ın APA-ya istinadən məlumatına görə, məhkəmənin hökmü ilə R.Mirzəyev 2 il sınaq müddəti olmaqla, şərti olaraq azadlıqdan məhrum edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, R. Mirzəyev 2010-cu ildə telefon vasitəsilə tanış olduğu Vəfa Xankişiyevaya subay olduğunu deyərək onunla ailə quracağını vəd edib, sonra isə ona fərdi ev tikdirmək adı ilə 18 000 manat pul alaraq mənimsəyib. Bundan başqa o, özünü “Azneft” İstehsalat Birliyinin Kadrlar İdarəsi rəisinin sürücüsü, həmin birlikdə xadimə işləyən həyat yoldaşı Aidə Tahirova isə birliyin direktorunun katibəsi kimi təqdim edərək Nail Əmirovdan onu ARDNŞ-in Qazaxıstanda Neft-Qaz Çıxarma İdarəsinə takelajçı vəzifəsinə təyin etdirəcəyini vəd etməklə, 3000 manat pul alıb.

Eyni üsulla Nihal Kazımovdan 5 min manat, onun dayısı oğlu Zahir Rəhimovdan 5500, N. Kazımovun dostu Şahin Əliyevdən 2600 manat pul alıb. Hər üç şəxsə onları “Azneft” İstehsalat Birliyində işə düzəldəcəyini vəd edib. R. Mirzəyev 2014-cü ildə telefon vasitəsilə tanış olaraq yaxın münasibət yaratdığı Natavan Xudayarova ilə qeyri-rəsmi ər-arvad kimi yaşayıb, guya özünün həbsdə olan evini həbsdən çıxarmaq adı ilə onun dəyəri 5500 manat olan qızıllarını mənimsəyib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!