Xaricdən bir telefon gətirsəniz də, bu halda rüsum ödəyəcəksiniz .....                        Tramp yenidən Xameneini hədələdi .....                        "Oğlumu bıçaqlayıb dərəyə atıblar": Meyiti tapılan şəxsin anasından şok iddia .....                        "Görüş əsaslı və məhsuldar keçdi" - Umerov .....                        İmamoğlu barəsində "casusluq işi" üzrə ittiham aktı hazırlanıb .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Ermənistanın Baş naziri: "Sülh hər kəsə lazımdır" .....                        Paşinyan: "Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar" .....                       
Tarix : 20-12-2016, 08:59
Bəzi qəpiklər dövriyyədən çıxarıla bilər

Mağazalarda bir çox insanlar onlara 1 və 3 qəpikliklər qalıq kimi veriləndə bundan imtina edir. Vətəndaşlar bu qəpiklərin işlənmədiyini deyirlər.

Butov.az xəbər verir ki, “Yeni müsavat”ın yazdığına görə, müşahidələr göstərir ki, 5, 3, 1 qəpik kimi xırda pulların dövriyyəsində böyük problemi var. Hətta bu qəpiklərə ictimai nəqliyyatda sürücülər də yaxın durmur. Onları “Bakıkart”a vurub metrolarda istifadə edə bilmirik. Bu cür qəpiklərin yalnız böyük marketlərdə istifadə etmək mümkündür.

Qəzetin əməkdaşı yazır: “1, 3, 5 qəpikliklərdən ibarət 20 qəpik məbləğ düzəldib kiçik bir marketə yaxınlaşdıq. Əlimizdəki pulla salfet almaq istədikdə satıcı xırda qəpiklikləri görüb “iri pul verin, bu qəpiklər sonra üstümdə qalır, heç kimə verə bilmirəm” deyə irad bildirdi. Ən pis halda 5 qəpikləri alacağını dedi.

Apardığımız müşahidə zamanı da bəlli oldu ki, xüsusən də 1 və 3 qəpikləri heç yerdə götürmürlər. Bu qəpiklərdən sanki hansısa virusdan qaçar kimi qaçırlar”.

Əslində isə Valyuta Tənzimlənməsi Haqqında Qanunun 4-cü maddəsinə əsasən, vətəndaş hər hansı müqavilə və əqdi ölkə valyutasının istənilən növü ilə bağlaya bilər. Mövcud qaydalara görə əgər hər hansı bir sahibkarlıq subyekti, belə sikkələri almaqdan imtina edərsə, o zaman vətəndaş mərkəzi banka müraciət etməlidir. Eyni hal 2 dəfə təkrarlanarsa, o zaman Mərkəzi bank tərəfindən həmin obyektin bağlanması ilə bağlı məsələ qaldırıla bilər.

İqtisadçı ekspert Natiq Cəfərli 1 və 3 qəpikliklərin dövriyyədən çıxarılması məsələsinin gündəmə gələcəyini dedi: “İnflyasiyanın səviyyəsi artıq o həddə çatıb ki, 1 və 3 qəpikliklərin işlənilməsi üçün şərait də getdikcə azalır. Qəpiklərin istehsal olunmasının maya dəyəri öz nominal dəyərindən daha çoxdur. Yəni 1 qəpiyi istehsal etmək üçün dövlət 1 qəpikdən daha artıq vəsait xərclənməli olur. Çox güman ki, qiymət artımının, inflyasiyanın həddini nəzərə alaraq bu qəpiklərin dövriyyədən çıxarılması məsələsi gündəmə gələcək. Çünki qiymətlərin sürətlə artması, manatın dəyərdən düşməsi bu məsələni də aktuallaşdırır . Dövlətə artıq iqtisadi cəhətdən sərf də etməyəcək ki, 1, 3, 5 qəpiklikləri istehsal etsin və dövriyyəyə buraxsın. Bir müddət sonra yəqin ki, bu məsələ həllini tapacaq. Amma bu insanlara ziyan vurmaq yolu ilə olmamalıdır. Banklara Mərkəzi Bank tərəfindən xüsusi göstəriş və yaxud da tapşırıq verilə bilər. Əslində qanunla banklar bu qəpikləri götürməlidirlər. Kimin evində, əlində varsa və yaxud da kiçik mağazalarda yığılıb qalmış 1 və yaxud da 3 qəpikliklər varsa, onlar banklar tərəfindən bir dəfəlik qəbul olunub dəyişdirilməlidir və dövriyyədən çıxarılmalıdır. Çox güman ki, belə bir addım atılmağına ehtiyac yaranıb. İndiki qiymət artımı çərçivəsində bu cür qəpiklərin işlədilməsi artıq aktuallığını itirir”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!