Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 16-05-2016, 11:36
Banklardakı əmanətlər sürətlə geri çəkilir - RƏQƏM




Mərkəzi Bankın rəsmi statistikasında da banklardakı əmanətlərin məbləğində azalmalar aydın şəkildə müşahidə edilməkdədir.

Butov.az Modern.az-a istinadən xəbər verir ki, məsələyə iqtisadçı Vüqar Bayramov öz şərhində aydınlıq gətirib.


Banklar 3 ayda 1 milyard 396 milyon manat depozit itirib

Ekspert deyib ki, bu ilə 9 milyard 472 milyon manatlıq əmanətlə başlayan banklar 2016-cı ilin yalnız 3 ayı ərzində 1 milyard 396 milyon manat depozit itiriblər:

“Bunun əsas səbəbi isə banklara olan inamın azalması üzündən əmanətçilərin öz pullarını geri çəkməsidir.


Ümumiyyətlə, əmanətlərin həcminə diqqət yetirdikdə birinci devalvasiyadan başlayaraq əmanətlərin məbləğində azalmalar müşahidə edilib. Belə ki, ilk devalvasiyadan sonra ümumi əmanətlərin həcmi milli valyutanın dəyərsizləşməsi hesabına 7 milyard 932 milyon manat idi.

Bu həmin dövrə olan məzənnə ilə 7 milyard 554 milyon dollar demək idi. Daha sonra bu göstərici ötən ilin dekabr ayında 7 milyard 89 milyon manata düşdü. İkinci devalvasiya əmanətlərin manat ifadəsində məbləğini artırsa da dollar ifadəsində dəyərsizləşdirdi”.

Bəzi bankların çayxanalarda kredit kartı paylamasının nəticəsi...

V.Bayramov Azərbaycanda kommersiya banklarına inamın ciddi şəkildə azaldığını vurğulayıb: “Xarici valyuta ifadəsində yalnız son 1 ildə əmanətlərin məbləği 2 milyard 205 milyon dollar azalıb. Bütün bunlar Mərkəzi Bankın rəsmi göstəriciləri əsasında aparılan hesablamalardır və müqayisələr göstərir ki, son 1 ildə banklara inam ciddi şəkildə aşağı düşüb. Məsələnin digər tərəfi ondan ibarətdir ki, hələ də bir sıra banklarda əmanətçilərə pulların qaytarılması ilə bağlı ciddi problemlər qalmaqdadır.

Təəssüf ki, bankların, xüsusən də 2010-2014-cü illərdəki arxayın və yanlış bahalı kredit siyasəti bu sektorda ciddi problemlərin əsasını qoyub. Əslində biz hələ o illər “bir sıra bankların çayxanalarda kredit kartı paylamasının”ciddi böhrana yol açağını bildirirdik. Təəssüf ki, həmin illər Mərkəzi Bank sadəcə seyrçi mövqe tutdu”.

Vətəndaş bankdakı pulunu geri ala bilmir

V.Bayramov qeyd edir ki, indi isə problem başqadır: vətəndaş halal pulunu bəzi banklardan geri ala bilmir: “Əmanətlərin müqaviləyə uyğun olaraq zamanında və tələb edilən məbləğdə qaytarılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən daha real addımların atılmasına ehtiyac var. Bankların problemli kreditlərinin həcminin artması əmanətçinin deyil, MDB-də ən yüksək kredit faizləri ilə uzun müddət inanılmaz qazanc əldə edən bir sıra bank rəhbərlərinin günahıdır.

Ona görə də, heç bir halda kreditlərin yubadılması əmanətlərin qaytarılmaması üçün bəhanə olmamalıdır. Buna görə də, adıçəkilən palata tərəfindən əmanətlərin qaytarılması üçün konkret meyarların müəyyənləşdirilməsi və ona nəzarət edilməsin ehtiyac var.

Palata banklara inamı qaytarmaq istəyirsə o zaman pulunu geri almaq istəyin hər bir əmanətçinin hər bir qəpiyi yubadılmadan ona qaytarılmalıdır”.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!