Qəzzada 63 girov qalıb .....                        Gənc şair intihara cəhd etdi: vəziyyəti ağırdır .....                        Qarlı hava ilə bağlı daha bir xəbərdarlıq .....                        Hücum edilən xəbər saytlarının fəaliyyəti yeni həftədən bərpa olunur .....                        "Qarabağ" heç-heçə etdi .....                        Mansur Yavaşdan prezidentliyə namizədliklə bağlı açıqlama .....                        Oğlu tərəfindən baltalanan 84 yaşlı kişi danışdı: "Dedi ki, yaxşı eləmişəm" .....                        Pənah Hüseynin partiyası fəaliyyətini dayandırır? - AÇIQLAMA .....                        Qısa fasilədən sonra yenidən qar yağır .....                       
Tarix : 13-04-2017, 10:52
Vergidən yayınan 4 nəfər həbs edilib

2017-cı ilin 1-ci rübündə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanmış 33 cinayət işi üzrə aparılan araşdırmalar zamanı 906,3 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Butov.az xəbər verir ki, Nazirliyin Media və Kommunikasiya Mərkəzindən AzVision.az–a verilən xəbərə görə, departamentin İstintaq idarəsində 141 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 4 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış cinayət işlərindən 31 iş üzrə 33 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

110 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunmuş 6 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 49 şəxsin məcburi qaydada gətirilməsi, 92 şəxsin tapılaraq istintaqa gəlmələri, 96 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 35 nəfər vergi ödəyicisi tapılaraq onların müvafiq vergi orqanlarına gəlmələri təmin olunub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!