Bağlı qapılar arxasında 1 saat danışdılar .....                        Paşinyanın yeni imici .....                        Turşudan zəhərlənən qadın xəstəxanada öldü .....                        Mirzoyan iranlı həmkarı ilə danışıqlar apardı .....                        Siz COP prosesini pozmağa çalışırdınız! - Prezidentin köməkçisi .....                        Cəbrayılda ağır qəza: Qohumlar öldülər .....                        "Roma"nın yeni baş məşqçisi .....                        XİN-dən Paşinyana tutarlı cavab .....                        Yaşıl Rəqəmsal Fəaliyyətin açılış sessiyası keçirilib .....                       
Tarix : 14-07-2016, 12:44
VERGİLƏRİ ÖDƏMƏK HƏR KƏSİN KONSTİTUSİYA BORCUDUR

VERGİ TƏBLİĞATI: DÖVLƏT TƏRƏFİNDƏN MÜƏYYƏN EDİLMİŞ VERGİLƏRİ ÖDƏMƏK HƏR KƏSİN KONSTİTUSİYA BORCUDUR

“İqtisadi islahatlar daha da sürətlə gedir. Eyni zamanda, vergi sistemində də islahatlar öz nəticələrini verməkdədir”.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan müstəqillik qazandıqdan sonra dövlət siyasətində həyata keçirilən mühim islahatlardan biri də vergi sisteminin təşkili oldu. Ulu öndər Heydər Əliyevin qayğısı sayəsində vergi sisteminin vahid hüquqi bazası yaradıldı. Bu gün Prezident İlham Əliyev Azərbaycanda vergi sahəsinə böyük diqqət göstərir.Vergi sahəsində aparılan islahatların bariz nümunəsi isə hazırda Azərbaycanda bu sahənin beynəlxalq standartlara uyğun olmasıdır.
Ölkə başçısı İlham Əliyev 2005-ci il sentyabrın 12-də “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi dövlət Proqramı”nı, 30 aprel 2007-ci ildə “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” fərmanı, 25 oktyabr 2007-ci ildə “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” sərəncamı imzalayıb. Sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının “bir pəncərə” prinsipi üzrə təşkilini xüsusi qeyd etmək istərdim. Əsəsən, bu layihədə məlumatların bir mərkəzdə cəmləşdirilməsi, vergi qeydiyyatının daxil edilməsi böyük əhəmiyyət kəsb edir. Statistik göstəricilərə nəzər salsaq görərik ki, 1 yanvar 2015-ci il tarixinədək “bir pəncərə” prinsipi ilə 421.136 sahibkarlıq subyekti qeydə alınmış, onlardan 39.179-u kommersiya hüquqi şəxslər, 381.957-i isə fərdi sahibkarlar olmuşdur. Biznesin qeydiyyat sistemində “vahid pəncərə” prinsipinin tətbiq olunması biznesin sadələşdirilməsinə böyük təsir göstərmişdir. Bununla da sahibkarların dövlət qurumlarından asılılığı xeyli azalmış, qeydiyyat prosesi isə sadələşmişdir Bazar iqtisadiyyatı dövründə Azərbaycanda iqtisadi və sosial inkişafın əsasını dövlət büdcəsinə daxil olan gəlirlər təşkil edir. Vergi siyasətində şəffaflıqla bərabər, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə riayət olunması vacibdir. Bu gün Azərbaycan Respublikası Vergilər Nazirliyi müstəqil dövlət strukturu kimi ölkədə vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin vaxtında və tam yığılmasını təmin edir.Respublikamızda aparılan geniş miqyaslı islahatlar nəticəsində müasir dövlət standartlarına cavab verən nümunəvi vergi xidməti yaradılıb. Son illərdə Azərbaycanda sosial yönümlü vergi güzəştləri həyata keçirilmiş, Vergi Məcəlləsində az məbləğdə olan gəlirlər üçün aşağı vergi dərəcəsi müəyyən edilmişdi. Həmçinin, 2015-ci ildə Vergilər Nazirliyi tərəfindən illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və vergi nəzarəti tədbirlərinin keçirilməsinin müvəqqəti olaraq dayandırılması uğurlu addım kimi dəyərləndirilməlidir. Məlumdur ki, inkişaf etmiş bütün ölkələrdə dövlətin iqtisadi, maliyyə və siyasi məsələləri ilə yanaşı vergi sistemi əsas sahə hesab olunur. Azərbaycan Respublikasının Vergilər naziri Fazil Məmmədov demişdir: “Vergi sahəsində Azərbaycanın güclü beynəlxalq əlaqələri mövcuddur.” Bəli, hazılrda Vergilər Nazirliyi müstəqil dövlət strukturu kimi vergi siyasətini uğurla həyata keçirir, dövlət büdcəsinə vergilərin vaxtında və tam yığılmasını təmin edir.
Aparılan geniş miqyaslı islahatlar nəticəsində indi respublikamızda müasir beynəlxalq standartlara cavab verən vergi xidməti yaradılıb. Həqiqətən də, vətəndaşların vergi sahəsinə olan münasibəti, bu sahəyə dünya standartlarına cavab verən İnformasiya Kommunukasiya Texnologiyalarının tətbiq olunması və ən nəhayət nazirlikdə sağlam mühitin yaranmasına görə qürur hissi keçiririk. Eyni zamanda vergi sahəsində çalışan əməkdaşların işlərinə olan məsuliyyəti və əsl peşəkarlıq xüsusiyyətlərini də yaddan çıxartmaq olmaz. Mütəxəssislərin fikrincə, vergi sahəsində aparılan layihələr içərisində “Asan imza”, “E-audit” analoqu olmayan layihələr hesab olunur. 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərən Vergilər Nazirliyinin 195 nömrəli Çağrı Mərkəzinin işi də qənaətbəxşdir. Mərkəzə müraciət edərək vergi qanunvericiliyinin pozulması və vergi ödəyicilərini maraqlandıran suallarla bağlı dolğun və operativ cavab almaq mümkündür.
VERGİLƏRİ ÖDƏMƏK HƏR KƏSİN KONSTİTUSİYA BORCUDUR

Qeyd edim ki, məhz belə layihələrin Azərbaycanın vergi sistemində tətbiq olunması beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edib. Azərbaycanda vergi ödəyicilərinin elektron qeydiyyatı sistemi uğurla həyata keçirilir. Bütövlükdə Vergilər Nazirliyinin 60 elektron xidməti fəaliyyət göstərir. Təsadüfi deyil ki, bu sahə üzrə ölkəmiz dünyanın 12 dövləti arasında əsas yeri tutur. Hazırda Azərbaycan Respublikası Vergilər Nazirliyinin tərkibinə daxil olan 56 mərkəz vergi ödəyicilərinin xidmətindədir. Vergi ödəyicisi kimi mən də Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin tabeliyindəki Vergi ödəyicilərinə Xidmət Mərkəzinə (Ağa Nemətulla küçəsi, 44 ünvanında) müraciətlər edirəm. Mərkəzin gündəlik işinin təşkilindən də razıyam və onların işini yüksək dəyərləndirirəm. Mərkəzdə vergi ödəyicilərinə yaxşı şərait də yaradılıb. Demək olar ki, bura müasir texniki avadanlıq və sürətli internetlə əhatə olunub. Vergi ödəyicilərinə Xidmət Mərkəzi gün ərzində vətəndaşlara nümunəvi xidmət göstərir. Həftənin iş günlərində idarənin əməkdaşları vergi ödəyicilərinə məlumatları cavablandırmaqla yanaşı, eləcə də hesabatların, arayışların, bəyannamələrin göndərilməsini, sahibkarlıq fəaliyyəti ilə məşğul olanların, fiziki və hüquqi şəxslərin elektron qeydiyyata alınmasını, bank hesabının açılmasını peşəkarlıqla həyata keçirirlər. Qeyd edim ki, vergilərin dövlətin iqtisadi rolu ilə bağlılığını inkar etmək mümkün deyil. Çünki vergi siyasəti özü hər bir dövlətdə obyektiv zərurətdən yaranır. Məlumdur ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 4-cü maddəsinə uyğun olaraq aşağıdakı vergilər qəbul edilir və ödənilir: 1.Dövlət vergiləri 2. Muxtar Respublika vergiləri 3.Yerli vergilər (bələdiyyə vergiləri) Dövlət vergilərinə fiziki şəxslərin gəlir vergisi, əlavə dəyər vergisi, hüquqi şəxslərin mənfəət vergisi, hüquqi şəxslərin torpaq vergizi, aksizlər, mədən vergisi, hüquqi şəxslərin əmlak vergisi, yol vergisi və s daxildir.

Respublikamızda vergi pozuntuları ilə bağlı sərt qaydalar da vardır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, vergi ödəməkdən yayınma cinayət məsuliyyətinə səbəb olur. Deməli, hər bir vergi ödəyicisi vergi borcunu ödəməsə qanun qarşısında cavab verməlidir. Azərbaycan Konstitusiyasının 73-cü maddəsində yazılıb:1.Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 2.Hər kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq qanunla müəyyən olunan vergiləri tam həcmdə və vaxtında ödəmək hər bir vətəndaşın borcudur. Vergi siyasəsində vergilərin könüllü olaraq ödənilməsi səviyyəsini yüksəltmək həm də əsas məsələlərdən biridir. Təəssüf ki, respublikamızda vergilərin ödənilməsi sahəsində problemlər hələ də qalmaqdadır. Halbuki, əgər hər bir vergi ödəyicisi üzərinə düşən vəzifəni, yəni ödəyəcəyi vergini vaxtı-vaxtında ödəyərsə dövlətə daha çox xeyir verər. Həmçinin, nəticə etibarı ilə ölkəmizdə vergilərin könüllü ödənilməsi səviyyəsi də artırılmış olar. Bu günlərdə Vergilər Nazirliyi tərəfindən ictimaiyyətə verilən statistik göstəricilər hələ də respublikamızda vergi ödəməyən şəxslərin kifayət qədər olduğunu göstərir.Belə ki, 2016-cı ilin 1-ci yarımilliyində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 52 milyon 33 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Eyni zamanda 623 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 11 nəfər təqsirləndirilən şəxs barəsində həbs qəti mkan tədbiri seçilib. İstintaqı tamamlanmış cinayət işlərindən 67 iş üzrə 77 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.155 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib.Vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunmuş 29 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib. Həmçinin, 2016-cı ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə isə 3 milyard 190 milyon 139,33 min manat vəsait daxil olub. Dövlət büdcəsinə daxil edilən vergilər əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına, dövlət proqramlarının həyata keçirilməsinə, büdcənin qorunmasına, asfalt yolların çəkilməsinə, hərbi xərclərə, təhsil və səhiyyə sahələrinin maliyyələşdirilməsinə və s xidmət edəcəkdir. İndi hər bir vergi ödəyicisi olan vətəndaş bir daha düşünməlidir ki, vergidən heç zaman yayınmasın və vergiləri vaxtında ödəsin. Vergilər Nazirliyi tərəfindən vergi haqqında bilik və bacarıqların artırılmasına, vergi mədəniyyətini gənc nəslə çatdırmasına artıq ümumtəhsil pilləsindən başlanılıb. Uşaqlarda vergi mədəniyyətini formalaşdırmaq, vergilər haqqında biliklər aşılamaq məqsədilə şagirdlərin istifadəsinə dərs vəsaitləri də verilib. Təhsil ocaqlarında təşkil olunan “Vergi dostları” layihəsinin əsas məramı isə balaca fidanların vergilərlə bağlı biliklərini genişləndirmək, hər evdə, kənddə bu sahədə geniş maarifləndirmə işlərini aparmaqdır.Vergilərlə bağlı təbliğatın məktəblərdən başlanmasını təqdirə layiq hesab etmək olar. Deyərdim ki, narahat dünyamızda uşaqların vergilərlə bağlı bilik əldə etməsi düşünülmüş bir addımdır. İnanırıq ki, vergi təbliğatının ilk qaranquşları olan balaca uşaqlar yaxın gələcəkdə Azərbaycanın gələcək iqtisadi inkişafına dəyərli töhfələrini verəcəkdir. Sonda daima Azərbaycanın xoşbəxt gələcəyi naminə geniş miqyaslı layihələrə imza atan Azərbaycan Respublikası Vergilər naziri Fazil Məmmədova və nazirliyin bütün əməkdaşlarına gələcək iş fəaliyyətində uğurlar arzulayırıq!

Təranə Cəbiyeva


“Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunmaq üçün verilir”


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!