Azərbaycanda sükut günüdür .....                        Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir .....                        Təyyarə qəzası ilə bağlı birgə məlumat .....                        Ərdoğan İlham Əliyevə məktub göndərdi .....                        Təyyarə iki dəfə dövrə vurub, üçüncüdə yerə çırpılıb .....                        "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO .....                        Yazıçılar Birliyində kitab təqdimatı .....                        Türkiyədə klub prezidenti istefa verdi .....                        Nazirlər yaralı azərbaycanlılara baş çəkdilər .....                       
Tarix : 30-12-2015, 09:10
 Azərbaycanda 24 min sahibkarın vergi borcları silinib



Azərbaycanda 24 minə yaxın vergi ödəyicisinin əsasən kiçik məbləğlərdə olan borcları tamamilə ləğv edilib. Bu barədə Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən məlumat verilib.

Butov.az-ın Report.az-a istinadən məlumatına görə, ölkədə daha əlverişli biznes mühitinin formalaşması və sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların vergi borclarının ləğv edilməsində onlara köməklik göstərilməsi məqsədilə başa çatmaqda olan cari ilin son ayı ərzində vergi orqanlarında aparılmış hərtərəfli araşdırmalar nəticəsində vergi ödəyicilərinin çoxu yaranmış vergi borclarını büdcəyə ödəyib, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq bir sıra vergi ödəyicilərinin borcları azaldılıb,

Qeyd edək ki, sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il tarixli qanunun tələblərindən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi öz səlahiyyətləri çərçivəsində bir sıra ciddi tədbirlər həyata keçirir.

Vergilər nazirinin 12.11.2015-ci il tarixli əmri ilə illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və vergi nəzarəti tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət, habelə dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi müvəqqəti olaraq dayandırılıb.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, əlavə dəyər vergisinin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120 min manatdan 200 min manatadək artırıldığından, 2016-cı il yanvar ayının 1-dən dövriyyəsi 200 min manatadək olan şəxslər də fəaliyyətlərini sadələşdirilmiş vergitutma rejimində davam etdirmək imkanı əldə edəcəklər. Bu isə həmin vergi ödəyicilərinin vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması ilə yanaşı, həm də vergi nəzarəti tədbirlərindən azad olunan vergi ödəyicilərinin əhatə dairəsini xeyli artıracaq.

Məlum olduğu kimi, Vergi Məcəlləsinə uyğun olaraq vergi orqanları tərəfindən aparılan yoxlamalar kameral və səyyar qaydada həyata keçirilir. Son dövrlər vergi orqanları vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər, mənbəyi məlum olan məlumatlar əsasında vergi orqanlarına getmədən və onların fəaliyyətinə heç bir müdaxilə etmədən,distant təhlillərə əsaslanan kameral vergi yoxlamalarına daha çox üstünlük verirlər.Bu isə sahibkarların biznes fəaliyyətinə maneçilik törətmədən vergilərin hesablanmasında və dövlət büdcəsinə ödənilməsində vergi ödəyiciləri tərəfindən yol verilən nöqsanların ciddi hüquqi nəticələrə səbəb olmadan aradan qaldırılmasına, nəticə etibarilə büdcə daxilolmalarının artmasına öz müsbət təsirini göstərir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2015-ci ilin ötən 11 ayı ərzində ərzində vergi orqanları tərəfindən kameral qaydada hesablanmış 139,7 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Kameral vergi yoxlamaları aparılarkən vergi ödəyicilərinə bildiriş göndərilərək, onlar yerli vergi orqanlarına dəvət olunur və vergi ödəyiciləri tərəfindən təqdim olunan təsdiqedici sənədlər onların özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə diqqətlə araşdırılır.

Vergi Məcəlləsinin 3.10.-cu maddəsinin tələblərinə əsasən vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməli olduğundan, habelə Məcəllənin 3.11.-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edildiyindən, bir sıra hallarda aparılan araşdırmalar hesablanmış vergilərin azaldılması və tətbiq olunmuş maliyyə sanksiyalarının ləğvi ilə nəticələnir.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!