Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                        Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü .....                        Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu .....                        ABŞ senatı Trampa qadağa qoydu .....                       
Tarix : 25-08-2017, 11:54
 Prezident  “Buta Airways” aviaşirkətinin təyyarəsi ilə tanış olub


Butov.az xəbər verir ki, avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində yaradılan “Buta Airways” aviaşirkətinin Bakıya gətirilən ilk “Embraer 190” təyyarəsi ilə tanış olub.

Azərbaycanda turizmin inkişaf etdirilməsi dövlətin prioritet sahələrindən biridir. Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə turizm obyektlərinin yaradılması ilə yanaşı, nəqliyyat infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. “Buta Airways” aviaşirkətinin lou-kosterinin yaradılması da dövlətimizin başçısının Nazirlər Kabinetinin iclasında aviabiletlərin qiymətinin aşağı salınması ilə bağlı verdiyi müvafiq tapşırığına əsasən görülən işlərdəndir.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov “Buta Airways” aviaşirkətinin yeni “Embraer 190” təyyarəsi barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, ekonom sinif modifikasiyalı bu təyyarə 106 sərnişin tutumuna malikdir. “Buta Airways” ən çox tələb olunan istiqamətlərə uçuşlar yerinə yetirəcək. Sentyabrın 1-dən Bakıdan Moskva, Kiyev, Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana, oktyabrın 29-dan isə tətbiq ediləcək qış uçuş cədvəlinin başlamasıyla Bakıdan İstanbula və Sankt-Peterburqa, eləcə də Gəncədən Moskvaya uçuşlar olacaq. Bütün istiqamətlər üzrə minimal tarif bir tərəfə 29 avro təşkil edir. “Buta Airways” tipik lou-koster sxemi üzrə fəaliyyət göstərir və baqajın daşınması, təyyarədə isti yeməklər, yer seçimi və digər xidmətlər əlavə ödəniş müqabilində təklif ediləcək.

Yaxın günlərdə şirkətin daha bir yeni “Embraer 190” təyyarəsinin Bakıya gətirilməsi nəzərdə tutulur. Ümumilikdə isə aviaşirkətin hava gəmiləri parkındakı “Embraer-190” təyyarələrinin sayı 8-ə çatdırılacaq.

Bu layihənin icra edilməsi ölkə vətəndaşlarının daha ucuz qiymətə dünyanın müxtəlif şəhərlərinə səyahət etməsinə imkan yaratmaqla yanaşı, Azərbaycana turist axının artmasına da əhəmiyyətli dərəcədə təsir göstərəcək.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!