İsrail parlamentində İrana qarşı mümkün müharibə müzakirə olunur .....                        Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq .....                        On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI .....                        İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR .....                        Cenevrə danışıqları çətin keçdi, lakin zəruri idi .....                        Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur .....                        "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir .....                        Azərbaycanda 1 biletlə iki dəmir yolundan istifadə etmək olacaq .....                        İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi .....                       
Tarix : 13-10-2020, 16:17
Qubada koronavirusa görə bağlanan Qamqam kənd tam orta məktəbində əyani dərslər bərpa olunub

Oktyabrın 13-dən Quba rayonu Mübariz Abdullayev adına Qamqam kənd tam orta məktəbində əyani formada tədrisə başlanılıb.
Butov.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, müəllimlərin koronavirusa yoluxması səbəbindən sentyabrın 21-dən təhsil ocağında dərslər distant formada keçirilirdi.
Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, xəstəliyə yoluxan müəllim və texniki işçilər tam sağalıb və bu gündən fəaliyyətlərini bərpa ediblər. Həmçinin bütün məktəb kollektivi COVID-19-la əlaqədar testdən keçirilib.
Qamqam kənd tam orta məktəbində əyani dərslər bərpa olunsa da, rayonda başqa iki məktəb koronavirusa görə distant təhsilə keçib.
Oktyabrın 12-dən rayonun Bayram Şıxəmirov adına Zərdabi kənd tam orta məktəbi və Quba şəhər Zaur Cəfər adına 3 nömrəli tam orta məktəbdə şagird və müəllimlər arasında koronavirusa yoluxma faktı qeydə alındığı üçün tədrisin distant formada davam etdirilməsi barədə qərar qəbul olunub.
Zərdabi kənd tam orta məktəbində iki şagird və bir müəllimdə, Quba şəhər Zaur Cəfər adına 3 nömrəli tam orta məktəbdə isə bir müəllimdə xəstəliyin olması təqdiqlənib.
Distant təhsilə keçən iki məktəbdə, ümumilikdə, 2 min 82 şagird təhsil alır. Hazırda məktəblərdə koronavirus infeksiyasına qarşı təxirəsalınmaz dezinfeksiya işləri həyata keçirilir.
Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, məktəbdə əyani dərslər müvəqqəti dayandırılsa da, şagirdlər tədrisi distant formada davam etdirəcəklər. Məktəblərdə müəllimlər və şagirdlər arasında yoluxmanın səbəbi kimi sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.
Təhsil Nazirliyinin oktyabrın 12-də ümumtəhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı məlumatına əsasən, respublika üzrə distant təhsilə keçid etmiş məktəblərin sayı 20-yə, siniflərin sayı isə 55-ə çatıb.





Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!