Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 21-05-2021, 14:34
Nazirlikdən məktəbdaxili qiymətləndirmə ilə bağlı açıqlama

Təhsil Nazirliyi məktəbdaxili qiymətləndirmənin keçirilməsi ilə bağlı açıqlama yayıb.

Butov.az-ın Axşam.az-a istinadən xəbərinə görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, ümumi təhsil müəssisələrinin II-XI siniflərində bütün fənlər üzrə summativ qiymətləndirmə keçiriləcək:

“Belə ki, ümumi təhsil müəssisələrinin II-XI siniflərində bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən əyani formada yarımilin sonunda bir dəfə olmaqla aparılacaq. Qeyd edək ki, summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür və qiymətləndirmədə test, inşa, çalışma, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunur.

Cari tədris ilinin I yarımili üzrə məktəbdaxili qiymətləndirmə distant formada təşkil olunduğu səbəbindən summativ qiymətləndirmənin şifahi formada da aparılması məqbul sayılmışdı. II yarımil üzrə əyani formada təşkil olunacaq məktəbdaxili qiymətləndirmədə isə şifahi forma nəzərdə tutulmayıb.

Əlavə olaraq bildiririk ki, məktəbdaxili summativ qiymətləndirmə milli qiymətləndirmə tədqiqatı ilə qarışdırılmamalıdır. Təhsil Nazirliyinin rəsmi səhifəsində dərc edilmiş milli qiymətləndirmənin keçirilməsinə dair xəbərlər məktəbdaxili qiymətləndirmə ilə bağlı deyil. Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün ümumi təhsil müəssisələrində aparılan tədqiqatdır. Milli qiymətləndirmənin nəticələri şagirdlərin məktəbdaxili qiymətləndirmə nəticələrinə təsir etmir”.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!