Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 19-05-2022, 15:43
Memarlıq və İnşaat Universiteti tələbələrinin Ağdam rayonuna səfəri təşkil olunub - FOTOLAR
Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində “Qarabağ bölgəsinin tarixi abidələrini tanıyaq və onu təbliğ edək!” devizi altında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbə və müəllimlərindən ibarət 28 nəfərlik nümayəndə heyətinin Ağdam şəhərinə səfəri təşkil edilib.

Butov.az xəbər verir ki, AzMİU-dan AZƏRTAC-a bildirilib ki, səfər zamanı tələbələrə Ağdam şəhərinin işğala qədərki vəziyyəti, memarlıq və şəhərsalma xüsusiyyətləri, tarixi-memarlıq abidələri barədə ətraflı məlumat verilib. Eyni zamanda, tələbələr işğaldan azad olunmuş ərazilərdə hazırda icrasına başlanılmış yenidənqurma və tikinti-quruculuq işləri, Ağdam şəhərinin yeni baş planı ilə tanış olub, ermənilərin dağıtdığı abidələrin foto və videosunu çəkiblər. Layihənin növbəti mərhələsində məlumatlandırma-maarifləndirmə kampaniyasının qalibləri komissiya tərəfindən qiymətləndiriləcək, 1, 2 və 3-cü yerin sahibləri müəyyən ediləcək. Qalib olan gənc memar tələbələr qiymətli mükafatla, qalan iştirakçılar isə fəxri fərmanlarla təltif olunacaqlar.

Qeyd edək ki, “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin əsas məqsədi tələbələrin Qarabağ bölgəsinin tarixi-memarlıq abidələri haqqında məlumatlılığının çoxaldılması, onların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində gənclərin məsuliyyətinin artırılması, bu abidələrin beynəlxalq aləmdə təbliğinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkilidir.





Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!