Tramp: Biz hücum etməsəydik, İran edəcəkdi .....                        Dubaydakı ABŞ Konsolosluğuna PUA hücumu .....                        Türkiyə lideri regiondakı gərginliyi dəyərləndirdi .....                        İsrail Tehranda SEPAH komandirini öldürüb .....                        Tezliklə İranın yeni liderinin adı açıqlanacaq .....                        Sabunçuda qətl: Şübhəli saxlanıldı .....                        İsrail İranın gizli nüvə obyektinə hücum edib .....                        Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtları .....                        Ərəb ölkəsi İranla müharibəyə hazırlaşır - KİV .....                       
Tarix : 20-05-2022, 10:00
Məktəblilər Mərkəzi Elmi Kitabxanaya ekskursiya ediblər - FOTOLAR
Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 saylı tam orta məktəbin bir qrup şagirdi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) ekskursiya ediblər. Ekskursiya məktəbin Uşaq Birliyinin rəhbəri Leyla Əhmədovanın təşkilatçılığı ilə sinif rəhbəri Günay Həsənova və fənn müəllimi Zülfiyyə Hüseynovanın iştirakçılığı ilə baş tutub.

Uşaqlara təhsillərində müvəffəqiyyətlər arzulayan MEK-in icraçı direktoru, dosent Şəhla Tahirqızı, kitabxananın təkcə oxuyub maariflənmək üçün deyil, həm də mənəvi zənginlik ocağı olduğunu qeyd edib, onları kitabxanada görməkdən məmnunluğunu ifadə edib.

Ekskursiyaya oxucu qeydiyyatından başlayan məktəbliləri MEK-in Xidmət şöbəsinin müdiri Ofeliya Yunusova kitabxana haqqında ətraflı məlumatlandırıb. Daha sonra şagirdlər Sərgi salonu, AMEA-nın 15 təsisçisinin büstlərindən ibarət qalereya, “Akademiklər” zalında müxtəlif ölkələrin nümayəndələri tərəfindən MEK-ə hədiyyə edilən nəşrlərə baxıb, “Nadir və qiymətli nəşrlər” şöbəsi, həmçinin kitab fondları ilə tanış olublar.

Məktəblilər Azərbaycan kitabxana sistemində ilk olan “Qarabağ müharibəsi qəhrəmanları” fondunda olarkən Ulu öndər Heydər Əliyevin, Prezident, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərindən ibarət guşələrə baxıb, burada sərgilənən dəyərli nəşrlərə nəzər yetirib, həmçinin “Zəfər Memarları”, “Biz Qalib Xalqıq!”, “Qarabağ Azərbaycandır!” başlıqlı stendlərlə tanış olublar.

Sonda MEK tərəfindən məktəbin kitabxanasına dəyərli nəşrlər hədiyyə edilib.






Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!