Cəlilabad sakini Bakıda dəm qazından öldü .....                        Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş... .....                        Şərif Trampdan İranla bağlı xahiş edib .....                        "Real" evdə uduzdu, "Arsenal" səfərdə qalib gəldi .....                        Ağdaban qətliamından 34 il ötür .....                        Küveyt hakimiyyəti: "Evlərinizdə qalın" .....                        ABŞ Bəhreyndəki vətəndaşlarına xəbərdarlıq etdi .....                        Rusiya və Çin BMT-nin Hörmüz boğazı ilə bağlı qətnaməsini blokladı .....                        Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər? - YENİ QAYDA - VİDEO .....                       
Tarix : 17-07-2024, 12:39
Tələbələrin köçürülməsi prosesi nə vaxt başlayacaq? - AÇIQLAMA


Tələbələrin köçürülməsi prosesi nə vaxt başlayacaq? - AÇIQLAMA

Son günlər Azərbaycanda tələbələri maraqlandıran mövzuların biri də köçürülmə prosesidir. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi (www.transfer.edu.az) portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədi ilə istifadəyə verilib.
Tələbələrin köçürülməsi nə vaxt həyata keçiriləcək? Hansı yeni qaydalar tətbiq ediləcək?
Mövzu ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) bildirilib ki, ali təhsil müəssisələrinin tələbələrinin köçürülməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları"na əsasən tənzimlənir:
“Qaydalara əsasən təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin köçürülməsinə yol verilmir”.
Verilən məlumata görə, tələbələrin köçürülmə prosesini sadələşdirmək, eləcə də təhsil müəssisələrinin muxtariyyətini genişləndirmək məqsədilə proses təhsil müəssisələri tərəfindən aparılacaq:
“Həmçinin qeyd edək ki, xaricdə natamam ali təhsil alan (təhsilini tamamlamamış) şəxslər öz təhsillərini Azərbaycanda yerləşən ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən akademik tanınması haqqında şəhadətnamə əldə etməlidirlər. Şəhadətnamə əldə etmək üçün tələbələrə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə elektron qaydada müraciət etmələri tövsiyə olunur”.
Qeyd olunub ki, tələbələrin köçürülməsi üçün elektron portal aktiv olduğu zaman ictimaiyyətə məlumat bildiriləcək.


Paylaş



Bölmə: Təhsil / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!