Tramp İranda bu obyektin məhv edilməli olduğunu düşünür .....                        Zelenski yeni komandan təyin etdi .....                        İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı .....                        İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı .....                        Kanalda batan var .....                        Marıxda yatanlar yuxuya, qardaşlar sevincə dalsın! .....                        Prezidentlər Maraş dondurması yedilər - FOTO .....                        Müharibədə mülki infrastruktura vurulan ziyanla bağlı sənədlər tədqiq olundu .....                        İran sərhədini keçən vətəndaşların sayı açıqlandı .....                       
10-05-2024, 12:33
Xankəndidə Türkiyənin konsulluğu nə vaxt açılacaq? - Səfirdən açıqlama


Xankəndidə Türkiyənin konsulluğu nə vaxt açılacaq? - Səfirdən açıqlama

Xankəndidə konsulluğun açılması üçün şəhərin hazır olması lazımdır.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.
Xankəndidə konsulluğun açılması üçün şəhərin hazır olması lazımdır. Biz Şuşada konsulluq açmaq üçün müraciət etmişdik. Bu məsələ ilə bağlı danışıqlar da iki dövlət arasında aparılır, dövlətimiz də bu məsələni dəyərləndirir, zamanı gələndə açılacaq.
10-05-2024, 12:21
Sabiq rektora hökm oxundu - 14 il 6 ay


Sabiq rektora hökm oxundu - 14 il 6 ay

Keçmiş Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin məhkəməsi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında müttəhim Müşfiq Atakişiyev son söz deyib.
O, Tariyel Əhmədovun öldürülməsi üçün heç bir sübut olmadığını bildirib: "Tariyel Əhmədov məni həbs etdirmək gücünə sahib deyil. Məndən şikayət etsə də, bu məni narahat etməyib. Dəfələrlə şikayət edib, fəaliyyətim yoxlanılıb. Heç bir hüquqa zidd əməl aşkar edilməyib. Tariyel Əhmədov məndən neçə illər ərzində şikayət yazıb. Hamı bilirdi ki, o, yazan idi".
M.Atakişiyevin son sözündən sonra hakimlər müşavirə otağına gedib. Müşavirədən qayıdan hakimlər kollegiyası hökmü elan edib.
Məhkəmənin hökmü ilə Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyev 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihama görə, "Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Müşviq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə Müşviq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib.
10-05-2024, 12:08
Naxçıvanda faciə: İki tələbə göldə boğulub öldü


Naxçıvanda faciə: İki tələbə göldə boğulub öldü

Naxçıvan şəhərində iki gəncin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə gecə saatlarında baş verib.
Belə ki, Astara rayon Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən Bazar gölünün ətrafına gedib. Məlum olmayan səbəbdən onlar suya düşərək boğulublar.
Bu gün səhər saatlarından etibarən, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları meyitləri sudan çıxarıblar.
Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır. Ölən şəxslərin Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu bildirilir.
10-05-2024, 00:10
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür


Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxıb. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur olublar. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub.
9-05-2024, 21:52
Daha bir güləşçimiz Parisə vəsiqə əldə etdi


Daha bir güləşçimiz Parisə vəsiqə əldə etdi

Azərbaycanın daha bir yunan-Roma güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Sabah Şəraiti (130 kiloqram) Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində bu hüquqa sahib çıxıb.
O, yarımfinalda belaruslu Pavel Qlinçuka sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək Olimpiya lisenziyası qazanıb.
Bununla da Azərbaycanın “Paris-2024”ə əldə etdiyi lisenziyaların sayı 23-ə çatıb.
9-05-2024, 20:30
Paşinyan istefa tələbinə məhəl qoymadı


Paşinyan istefa tələbinə məhəl qoymadı

Ermənistanın baş naziri Nikol Paşinyan aksiyaçıların istefa tələbinə məhəl qoymayıb.
Arxiyepiskop Baqrat Qalstanyanın istefa üçün Paşinyana verdiyi bir saat başa çatsa da o vaxtı uzatmayıb.
O, parlament vasitəsi ilə impiçmentə gedəcəyini və bunun üçün parlament partiyaları ilə danışıqlar aparacağını bildirib.

9-05-2024, 20:04
Zelenski fövqəladə vəziyyəti 90 gün uzatdı


Zelenski fövqəladə vəziyyəti 90 gün uzatdı

Prezident Volodimir Zelenski Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyətin 2024-cü il avqustun 11-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.
Bu barədə Ukrayna Ali Radasının rəsmi saytında məlumat verilib.
Qanuna görə, səfərbərlik və hərbi vəziyyət 90 gün, yəni 2024-cü il avqustun 11-dək uzadıldı.
Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri səfərbərlik və hərbi vəziyyət 11-ci dəfədir ki, davam edir.
Səfərbərlik 18 yaşından 60 yaşınadək kişilərə aiddir. Hərbi xidmətdən möhlət hüququ olan kişilər orduya çağırılmır.
9-05-2024, 19:50
Güləşçimiz Paris olimpiadasına vəsiqə qazandı


Güləşçimiz Paris olimpiadasına vəsiqə qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
28 yaşlı idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub.
O, yarımfinal mərhələsində Razvan Arnauta (Rumıniya) qalib gəlib.
Beləliklə, Azərbaycan olimpiadaya 21-ci lisenziyanı qazanıb.
9-05-2024, 18:45
İrəvanda Paşinyana qarşı mitinq başladı - VİDEO


İrəvanda Paşinyana qarşı mitinq başladı - VİDEO

"Vətən naminə Tavuş" hərəkatının iştirakçılarının Ermənistanın paytaxtı İrəvanın Respublika meydanında mitinqi başlayıb.
Mitinq arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilir.
O, İrəvanda keçirilən milli mitinqdə çıxışına Ermənistan himni ilə başlayıb və meydana toplaşan etirazçılar onunla birgə mahnı oxuyublar.

9-05-2024, 17:28
İki eks-xarici işlər naziri Paşinyana qarşı mitinqə qoşuldu


İki eks-xarici işlər naziri Paşinyana qarşı mitinqə qoşuldu

Bu saatlarda İrəvanın mərkəsindəki Respublika meydanında keşiş Baqrat Qalstanyanın rəhbərliyilə hakimiyyət əleyhinə mitinqi keçirlirş
Ermənistan KİV-nə istinadən xəbər verir ki, keçmiş xarici işlər nazirləri Vardan Oskanyan, Ara Ayvazyan da mitinqə qoşulublar.
Vardan Oskanyan jurnalistlərlə söhbətində hərəkata qoşulmasını qısaca belə şərh edib: “Mesaj arxiyepiskopdandır. Artıq dəyişiklik vaxtıdır”.
Ara Ayvazyan mitinqə qoşulması ilə bağlı suala “başqa variant yoxdur” cavabını verib.
Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərliyi ilə mayın 4-də Kirants kəndindən başlayan “Vətən naminə Tavuş” hərəkatının iştirakçıları Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edirlər.
İrəvandakı Respublika meydanına və Ermənistan hökumətinin binasına bitişik əraziyə çoxsaylı polis qüvvələri yerləşdirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!