Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
19-03-2025, 11:35
İranda çərşənbə faciəsi: 15 ölü, 3276 yaralı


İranda çərşənbə faciəsi: 15 ölü, 3276 yaralı

İranda ilin axır çərşənbə gecəsində keçirlən şənliklərdə 15 nəfər həyatını itirib, 3276 nəfər yaralanıb.
Bu barədə “Mehr” Agentliyinin məlumatında bildirilib.
Məlumatda qeyd edilib ki, İranda Novruzdan əvvəl ilin axır çərşənbə gecəsi keçirilən “Çərşənbə Suri” şənlikləri bu il də ölümcül xarakter alıb.
Müşahidələrə görə, xüsusilə uşaq və gənclər çərşənbə tonqalının üstündən tullanmaq, atəşfəşanlıq etmək və partlayıcı fişənglər yandırmaq kimi hərəkətlər zamanı ehtiyatsızlığa yol verirlər.
İranda Novruz martın 20-si cümə axşamı günü başlayır.
19-03-2025, 11:24
"İmsakdan sonra evimizə gəldilər" - İmamoğlunun həyat yoldaşı danışdı


"İmsakdan sonra evimizə gəldilər" - İmamoğlunun həyat yoldaşı danışdı

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrəm İmamoğlu saxlanılıb. O, “cinayət təşkilatı yaratmaq, rüşvət almaq, dələduzluq” kimi ağır cinayətlərdə ittiham olunur.
İmamoğlunun oğlu və həyat yoldaşı da açıqlama verib.
Siyasətçinin oğlu Mehmet Selim İmamoğlu atasının saxlanılmasını ədalətsizlik adlandırıb. “Bu ölkəyə xidmət edən bir insanı, sanki bir terrorçunu tuturlar kimi şəfəq əməliyyatı ilə evindən aparırlar. Bu, qəbul edilə bilən bir şey deyil” – deyə oğlu bildirib.
İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu isə hadisənin detallarını açıqlayıb. Onun sözlərinə görə, polis qrupları imsakdan dərhal sonra evə gəlib: “İmsakdan sonra evimizə gəldilər. Ekrem bəy hazırlandı və 07:30-da evdən ayrıldı. Gələn polislər nəzakətli davrandılar. Evdə 13 yaşlı qızımız da var, amma o, hər şeyə rəğmən məktəbə getmək istədiyini bildirdi”
Dilek İmamoğlu həmçinin bildirib ki, bu hadisədən bir gün əvvəl həyat yoldaşının diplomu qanunsuz şəkildə ləğv edilib. O, İmamoğluna qarşı yayılan ittihamları təkzib edib, bunların yalan və böhtan olduğunu vurğulayıb.
19-03-2025, 11:17
Prezidentdən Sahibə Qafarova ilə bağlı SƏRƏNCAM


Prezidentdən Sahibə Qafarova ilə bağlı SƏRƏNCAM

Milli Məclisin sədri Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Spiker Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük xidmətlərinə görə təltif olunub.
Qeyd edək ki, Sahibə Qafarova bu gün 70 yaşını qeyd edir.
19-03-2025, 09:49
YURDUMUZA BAHAR GƏLİR


Zəkiyyə Musaqızı


YURDUMUZA BAHAR GƏLİR

Yurdumuza bahar gəlir İlahi,
Bu füsunkar bol nemətə min şükür.
Yerin-göyün tək Sahibi Pənahı,
Lütf etdiyin bu sərvətə min şükür.

Böyük-kiçik çillələrə əlvida,
Çətin anda Xızır çatır imdada,
Boz ay yetir abu-atəş, xak-bada,
Dörd ünsürə, Ol hikmətə min şükür.

Günəş doğar, şəfəq saçar gülümsər,
Ay dolanar sübhü açar gülümsər,
El-obalar xoş hal olar gülümsər,
Səmimiyyət, şərafətə min şükür.

Qar əriyər sular coşar çağlayar,
Ruh paklaşar, qanlar coşar çağlayar,
Sevənlər də əhdi peyman bağlayar,
Təmiz eşqə məhəbbətə min şükür.

Xoş diləklə səmənilər boy atar,
Süfrələrə, xonçalara rəng qatar,
Yurd-yuvalar tonqal qalar, od çatar,
Sevgi dolu hərarətə min şükür.

Qaranquşlar müjdə verər yaz gəlir,
Bənövşələr xəzəl altdan dirçəlir,
Durnalar da qatarlaşıb düz gəlir,
Qovuşduran kəramətə min şükür.

Dünya aləm sanki nağıl möcüzə,
Hər yan sehir gül qönçələr tər-təzə,
Budaqlardan çiçək yağır üz-gözə,
Quşlar ötər zildə-bəstə min şükür.

Könülləri bihuş edər xoş ətir,
Arılar da çiçəklərdən bal çəkir,
Gözəllərin əllərində gül çətir,
Bu zəriflik lətafətə min şükür.

Bulud axar, şimşək çaxar, göy gurlar,
Yer üzünə bar bərəkət nur damlar,
Qara şuma toxum düşər nübarlar,
Ruzi verən mərhəmətə min şükür.

Bu elə bir gözəllik ki, tükənməz,
Bu elə bir sevgidir ki, yenilməz,
Söyləməklə bitən deyil əl qərəz,
Bu möhtəşəm təbiətə min şükür.

Yaradandan ümmətə bir hədiyyə,
Novruz payı keçmişlərdən indiyə,
Ulu adət ənənədir Zəkiyyə,
Bu mübarək həqiqətə min şükür.

18-03-2025, 22:00
Xankəndi şəhərində Novruz bayramı qeyd olunur -


Xankəndi şəhərində Novruz bayramı qeyd olunur -FOTO

Xalqımızın qədim el bayramı Novruzun gəlişi Xankəndi şəhərində bayram şənliyi ilə qeyd olunur.


Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Xankəndi şəhərində Zəfər meydanında “Xankəndinin bahar nəğməsi” adlı konsert keçirilir. Yazın gəlişi Qarabağda, Xankəndidə diyarında böyük coşqu ilə qarşılanır.
Konsert şənliyində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, məsul şəxslər, mətbuat nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Tədbir iştirakçıları əvvəlcə meydan ərazisində Novruz atributları, milli ornamentlərlə bəzədilmiş Xankəndidə hazırlanan şirniyyatlara və əl işlərindən ibarət müxtəlif stendlərlə tanış olublar. Bayram təbrikləri səsləndirilib. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız qədim Novruz bayramını müstəqil, suveren, işğaldan azad olunmuş Azərbaycanın dörd bir yanında böyük qürur və ruh yüksəkliyi ilə qeyd edir. Artıq 5-ci dəfədir ki, Prezident bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayır. Prezident 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, 2024-cü ildə Xankəndi şəhərində, bu gün 2025-ci il mart ayının 18-də isə Ağdərə rayonunun Həsənriz kəndində bayram tonqalını qaladı. Bu, böyük xoşbəxtlikdir.Novruz torpağın oyanması, ruhun təzələnməsi, həm də milli birlik bayramıdır. Böyük qürur hissi ilə deyə bilərik ki, özünün ən şanlı tarixini yaşayan müasir, suveren Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. Bayram tədbirində Zəfər meydanında Novruz tonqalı alovlandırılıb. Ocaqlarımız yanar olsun!





18-03-2025, 21:22
Həsənrizlilər tonqal başında

Həsənrizlilər tonqal başında-FOTOLAR

Ağdərə rayonunun Həsənriz kəndində İlaxır çərşənbə yüksək əhval-ruhiyyə ilə qeyd edilir. Kəndin mərkəzində yandırlan tonqal ətrafına sakinlər toplaşaraq çərşənbəni qeyd edirlər. Xocalıda, Ballıca kəndində də evlərinə dönən keçmiş məcburi köçkünlər şəhərin girişinə quraşdırılmış Səməni ətrafına toplaşıb, yazın gəlişini qeyd ediblər. Ballıca kəndində də tonqallar qalanıb.Yanar ocaqlarımız sönməsin!







18-03-2025, 18:39
Suqovuşan məscidindən yeni FOTOLAR


Suqovuşan məscidindən yeni FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər.
Eyni vaxtda 100-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Məscidin həyəti də yaşıllaşdırılıb. İbadət ocağının daxilində xüsusi bəzək elementlərindən istifadə olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ilin martında bu ibadət ocağının təməlqoyma mərasimində iştirak ediblər.
Bu məsciddə yaradılan şərait bir daha təsdiqləyir ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının təşəbbüsünə və tapşırıqlarına əsasən, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib və ya əsaslı şəkildə bərpa edilib.
Qeyd edək ki, işğal zamanı məscidlərimiz də vəhşiliklə dağıdılıb, 67 məsciddən 65-i məhv edilib. İşğaldan azad olunmuş ərazilərimizdə hazırda aparılan geniş quruculuq işləri çərçivəsində yeni məscidlərin inşası da mühüm yer tutur. Suqovuşan kəndindəki məscidin tikintisi eyni zamanda ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.






18-03-2025, 18:17
Vardanyanın məhkəməsində kimlər ifadə verdi? - FOTO


Vardanyanın məhkəməsində kimlər ifadə verdi? - FOTO

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası martın 18-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
İclasın əvvəlində Ruben Vardanyanın müdafiəçisi Avraam Berman məhkəməyə vəsatət verərək iclas protokolları və onlara əlavə edilmiş audioyazı ilə tanış olmaq üçün şərait yaradılmasını xahiş edib.
İttiham tərəfi vəsatətə etiraz etməyib.
Hakim Zeynal Ağayev vəsatəti təmin edərək təqsirləndirilən şəxsə və müdafiəçiyə məhkəmə iclas protokolları ilə təkrarən tanış olmaq üçün şərait yaradılacağını bildirib.
Daha sonra iş üzrə zərərçəkmiş şəxslər dindirilib.
Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib.
Ardınca zərərçəkmiş şəxslər Rahib Fətəliyev, Səxavət Rəcəbov, Fərid Məmmədov, Sənan Mirzəliyev, Samir Məlikov, Ceyhun Xankişiyev, Ələsgər Cəfərov, Səfa Məmmədov, Əliş Şamıyev, Eldar Hüseynov, Elvin Tağıyev və digərləri bildiriblər ki, onlar Ruben Vardanyanı media və sosial şəbəkələr vasitəsilə tanıyıblar, Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində – Kəlbəcər və Xocalı rayonlarında hərbi xidmətdə olarkən Ermənistanın hərbi təxribatı zamanı müxtəlif təyinatlı silahlardan açılmış atəş, o cümlədən əl qumbaralarının partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkmişlərin hər biri təqsirləndirilən şəxs Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib.
Dindirmədən sonra zərərçəkmiş şəxslər dövlət ittihamını müdafiə edən prokurorların xidmət yerləri, hərbi təxribatların törədildiyi konkret ərazilər, hadisə nəticəsində yetirilmiş xəsarətlərin ağırlıq dərəcəsi və lokalizasiyası barədə suallarını cavablandırıblar.
Sonra martın 11-də keçirilən məhkəmə prosesi zamanı ifadə vermiş zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.







18-03-2025, 17:58
İraq nümayəndə heyəti Milli Məclisə gəldi


İraq nümayəndə heyəti Milli Məclisə gəldi

Martın 18-də Milli Məclisinin İnsan hüquqları komitəsində İraq Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Salihi ilə görüş keçirilib.
Görüşdə komitənin sədri Zahid Oruc, İctimai biliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa və Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov iştirak ediblər.
Görüş zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin əhəmiyyəti, regionda baş verən proseslər, Azərbaycan-İraq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
18-03-2025, 17:52
Prezident və xanımının Həsənriz sakinləri ilə görüşündən FOTOLAR


Prezident və xanımının Həsənriz sakinləri ilə görüşündən FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
Butov.az görüşdən fotoları təqdim edir:












����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!