Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
16-03-2025, 15:50
Pakistanda hərbi kolona hücum: Ölənlər və yaralılar var


Pakistanda hərbi kolona hücum: Ölənlər və yaralılar var

Pakistanın Bəlucistan əyalətində ölkənin sərhəd qoşunlarına aid hərbi kolona qarşı bombalı hücum həyata keçirilib.
Hadisə nəticəsində beş əsgər həlak olub, ən azı 12 hərbçi yaralanıb.
Hücumu intiharçı-terrorçunun həyata keçirdiyi bildirilir. Belə ki, o, partlayıcı maddələrin olduğu nəqliyyat vasitəsini hərbi kolonun üzərinə sürüb.
Məlumata görə, hücumu ekstremist "Bəlucistan Azadlıq Ordusu" qruplaşması təşkil edib.
16-03-2025, 15:32
ABŞ-də qasırğa onlarla can aldı


ABŞ-də qasırğa onlarla can aldı

ABŞ-də tüğyan edən güclü qasırğa nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.
Məlumatda deyilir: "Ümumilikdə ölkə üzrə qasırğadan ən azı 33 ölüm faktı qeydə alınıb".
Bildirilir ki, bu ölümlərin 15-i tornado ilə əlaqədardır.
Qasırğa Arkanzas, İllinoys, İndiana, Kentukki, Missisipi, Missuri və Texas ştatlarında müşahidə olunur. Təbiət hadisəsi 138 milyon insanın həyatına təhlükə yaradır. Dağıdıcı küləyin sürəti saatda 130 kilometrə çatır.
16-03-2025, 15:20
Xankəndidə Novruz konserti


Xankəndidə Novruz konserti

Xalqımızın ən əziz bayramı olan Novruzun gəlişi Xankəndi şəhərində təntənəli şəkildə qeyd olunacaq.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə martın 18-də saat 19:45-də Xankəndidə Zəfər meydanında "Xankəndinin bahar nəğməsi" adlı konsert olacaq.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, martın 18-də Xankəndi, Xocalı və Ağdərədə axırıncı torpaq çərşənbəsi də qeyd olunacaq, Novruz tonqalı yandırılacaq.
Sakinlər Xocalı şəhərinin girişində quraşdırılmış Səməni ətrafına toplaşacaq, torpağın oyanışını uzun illər həsrətində olduqları el-obalarında qeyd edəcəklər. Hər ev, hər ailə bayram ovqatı və sevinc yaşayacaq.
16-03-2025, 14:28
Azərbaycan XİN-dən Şimali Makedoniyaya başsağlığı


Azərbaycan XİN-dən Şimali Makedoniyaya başsağlığı

Azərbaycanın Xarici İşlər Nazirliyi insan tələfatı ilə nəticələnmiş yanğınla əlaqədar Şimali Makedoniyaya başsağlığı verib.
Bu barədə xarici siyasət idarəsinin "X" hesabında qeyd olunub.
"Şimali Makedoniya, Koçanidə onlarla insanın ölümünə yol açmış dəhşətli yanğın xəbərindən dərindən kədərləndik. Bu ürəkparçalayan itki ilə üzləşən hər kəsə ən səmimi başsağlığımızı bildirir və yaralananların tezliklə tam sağalmasını ümid edirik", - XİN-in paylaşımında deyilir.
Xatırladaq ki, Koçanidə konsert zamanı baş vermiş yanğın nəticəsində azı 50 nəfər ölüb.
16-03-2025, 14:08
Pezeşkian və Paşinyan telefonla nədən danışdılar?


Pezeşkian və Paşinyan telefonla nədən danışdılar?

İran Prezidenti Məsud Pezeşkian ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Məlumata görə, söhbət zamanı Bakı ilə İrəvan arasında sülh danışıqlarının son vəziyyəti, eləcə də Ermənistan və İran arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.
16-03-2025, 13:43
Mövqelərimiz atəşə tutuldu


Mövqelərimiz atəşə tutuldu

Martın 16-sı saat 09:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
16-03-2025, 13:30
Krımın ilhaqı beynəlxalq hüququn pozulmasıdır - Türkiyə


Krımın ilhaqı beynəlxalq hüququn pozulmasıdır - Türkiyə

Türkiyə Xarici İşlər Nazirliyi Krım yarımadasının qanunsuz ilhaqının 11-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Bəyanatda Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib.
Sənəddə Ankaranın bu durumu qəbuledilməz hesab etdiyi, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyi qeyd olunub: “Krım tatar türklənin durumu başda olmaqda yarımadadakı vəziyyət yaxından izləyir və mövcud prosesləri beynəlxalq ictimaiyyətin gündəmində saxlamağa çalışırıq”.
16-03-2025, 13:14
Bakıda 28 dərəcə isti olacaq


Bakıda 28 dərəcə isti olacaq

Martın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 20-25° isti olacaq.
16-03-2025, 12:25
Husilər ABŞ ilə danışıqlara hazırdır


Husilər ABŞ ilə danışıqlara hazırdır

Yəməndəki husilər hərəkatı, əgər Vaşinqton sülhə nail olmaq üçün ciddi cəhdlər göstərərsə, ABŞ administrasiyası ilə danışıqlara başlamağa hazır olduqlarını bəyan edib.
Bu barədə Qətərin “Al Arabya” telekanalına adı açıqlanmayan üsyançıların nümayəndəsi bildirib.
Husilərin liderlərindən biri, ABŞ-nin son hava hücumlarını "əsassız təcavüz" və "suverenliyimizin pozulması" kimi qiymətləndirib. O, həmçinin qeyd edib ki, "danışıqlar üçün kanallar açıq ola bilər, biz həmişə dialoqu dəstəkləmişik" və "əgər ciddi sülh təşəbbüsü olarsa, biz sülhə hazırıq".
ABŞ qüvvələri, husilərin nəzarətində olan Taiz şəhərindəki hərbi obyektləri hədəf alaraq hava hücumları həyata keçirib. Bu hücumlar nəticəsində 31 nəfər həlak olub, 101 nəfər isə yaralanıb.
ABŞ-nin Yəməndəki hərbi əməliyyatları beynəlxalq ictimaiyyət tərəfindən narahatlıqla qarşılanıb. Husilərin sülh danışıqlarına hazırlığı, regionda davam edən münaqişənin həlli üçün yeni ümidlər yaradır. Lakin bu cür danışıqların başlaması və uğur qazanması üçün hər iki tərəfin ciddi və səmimi səyləri tələb olunur.
16-03-2025, 12:25
Husilər ABŞ ilə danışıqlara hazırdır


Husilər ABŞ ilə danışıqlara hazırdır

Yəməndəki husilər hərəkatı, əgər Vaşinqton sülhə nail olmaq üçün ciddi cəhdlər göstərərsə, ABŞ administrasiyası ilə danışıqlara başlamağa hazır olduqlarını bəyan edib.
Bu barədə Qətərin “Al Arabya” telekanalına adı açıqlanmayan üsyançıların nümayəndəsi bildirib.
Husilərin liderlərindən biri, ABŞ-nin son hava hücumlarını "əsassız təcavüz" və "suverenliyimizin pozulması" kimi qiymətləndirib. O, həmçinin qeyd edib ki, "danışıqlar üçün kanallar açıq ola bilər, biz həmişə dialoqu dəstəkləmişik" və "əgər ciddi sülh təşəbbüsü olarsa, biz sülhə hazırıq".
ABŞ qüvvələri, husilərin nəzarətində olan Taiz şəhərindəki hərbi obyektləri hədəf alaraq hava hücumları həyata keçirib. Bu hücumlar nəticəsində 31 nəfər həlak olub, 101 nəfər isə yaralanıb.
ABŞ-nin Yəməndəki hərbi əməliyyatları beynəlxalq ictimaiyyət tərəfindən narahatlıqla qarşılanıb. Husilərin sülh danışıqlarına hazırlığı, regionda davam edən münaqişənin həlli üçün yeni ümidlər yaradır. Lakin bu cür danışıqların başlaması və uğur qazanması üçün hər iki tərəfin ciddi və səmimi səyləri tələb olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!