Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
23-01-2025, 12:46
İlham Əliyev Ərdoğana zəng etdi


İlham Əliyev Ərdoğana zəng etdi

Prezident İlham Əliyev yanvarın 23-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı verib.
O, bu dəhşətli faciədə həlak olanlara Uca Allahdan rəhmət diləyib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.
Prezident İlham Əliyev yanvarın 21-də faciə ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə başsağlığı məktubu göndərdiyini də qeyd edib.
Türkiyə Prezidenti diqqətə və başsağlığına görə minnətdarlığını bildirib və qeyd edib ki, Türkiyə və Azərbaycan daim bir-birilərinin yanındadırlar, bundan sonra da həmişə belə olacaqdır.
Telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıblar.
23-01-2025, 12:30
Əmək qəhrəmanı Tərlan Musayevaya həsr olunan kitabın təqdimatı keçirilib.

Tərlan Musayeva-70

Əmək qəhrəmanı Tərlan Musayevaya həsr olunan kitabın təqdimatı keçirilib.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü ilə işıq üzü görən kitabda Tərlan Musayevanın ömür yolundan, ictimai fəaliyyətindən bəhs edilir.
Tədbirdə kitabın müəllifi, ədəbi təhlilçi, yazıçı Vaqif Osmanlı, redaktoru, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin rəhbəri Güllü Eldar Tomarlı, Milli Məclisin deputatı Razi Nurullayev, şəhid anası Sevil Hüseynova, Əməkdar Mədəniyyət işçisi Çimnaz Əliyeva, politoloq, yazıçı Reyhan Mirzəzadə, Vətən müharibəsi qazisi, şair Rafael Tağızadə, şəhid bacısı, şair Lalə İsmayıl, Brilyant Atəş, Arzu Yaqubqızı və başqaları çıxış edərək əmək fəaliyyətinə görə “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunmuş, şəninə mahnılar, poemalar, şeirlər, sənədli əsərlər yazılan tanınmış mexanizator, pambıq ustasını 70 illik yubileyi münasibətilə təbrik ediblər.

Çıxış edənlər bildiriblər ki, Tərlan Musayeva kimi əmək qəhrəmanlarını nəinki bugünkü, həm də gələcək nəsillər tanımalıdır. O, hələ lap gənc yaşlarından çalışdığı sahədə fədakarlığı ilə seçilib. 17 yaşında orta məktəbi əla qiymətlərlə bitirib ali təhsil arxasınca getmək əvəzinə, peşə məktəbini seçməklə ailəsini, müəllimlərini, həm də məktəb yoldaşlarını təəccübləndirib. 18 yaşında pambıq tarlasında "dəmir at"ın sükanı arxasına keçəndə, 21 yaşında 10 il dalbadal Sevil Qazıyeva adına mükafatın, həmçinin Paşa Angelina, Tursunoy Axunova mükafatlarının qalibi olanda da çoxları heyrətlənib. 23 yaşında SSRİ Ali Sovetində Azərbaycanın 9 rayonunu təmsil edən ən gənc deputat kimi hamının diqqətini cəlb etməyi bacarıb. Keçən yüzilliyin 70-80-ci illərində orta məktəb şagirdləri əmək mövzusunda inşa yazanda çoxları Tərlan Musayevanı özünün idealı, qəhrəmanı, kumiri hesab edirdi.

Qeyd edilib ki, "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabının yazılmasının məqsəd və məramı əsəri oxuyandan sonra oxuculara aydın olacaq. Kitabla tanış olanlar bir daha əmin olacaqlar ki, müəllifin gördüyü iş, sadəcə, indiki zamana yox, daha uzaq zamanlara hesablanıb. Tərlan Musayeva vətənimizdə tanınan, üzdə olan, əməyindən, uğurlarından, mənəvi məziyyətlərindən həddən artıq çox yazılan, danışılan məşhur Azərbaycan xanımıdır. Müəllif onun ilk baxışda görünməyən, necə deyərlər, kölgədə qalan, az işıqlandırılan cəhətlərini tapmağa, onun haqqında yazılan ədəbiyyat nümunələrini, rəngarəng mövzulardakı saysız-hesabsız müsahibələrini, cəsarətli çıxışlarını bir toplu kimi düzüb-sıralayıb kitaba sığışdırmağa çalışıb. Öz qəhrəmanını onu tanımayanlara daha yaxşı tanıtmağa çalışıb. Kitab Tərlan xanımın 70 illik zəngin və mənalı ömrünə müəllifin özünəməxsus prizmadan baxışıdır.
Kitabda Azərbaycanın ən yaxın tarixinin – ötən əsrin 70-80-ci illərindən çağdaş günlərimizə qədərki dövrünün ictimai-siyasi mənzərəsinə, sadə bir zəhmət adamının şəxsiyyətinə, mənəvi dünyasına, eləcə də Vətən və torpaq sevgisinə Tərlan xanımın ömür və əmək yolunu vərəqləməklə işıq salınır.
Təqdimat mərasimində Tərlan Musayeva onun haqqında yazılmış kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıq edib. Özünün keçdiyi zəhmət yoluna qısa nəzər salaraq deyib ki, Ulu Öndər Heydər Əliyev onun qazandığı uğurlara hər zaman xüsusi diqqət, qayğı göstərib və böyük qədirbilənliklə yanaşıb. Qazandığı bütün uğurlara görə Heydər Əliyevə borclu bildiyini xüsusi olaraq vurğulayıb.

Yubilyar gəncləri zəhmətdən qorxmamağa, daim əməksevər olmağa səsləyib, çəkilən zəhmətin mütləq öz bəhrəsini verəcəyinə əminliyini ifadə edib.
Təqdimat mərasiminin yekununda kitab müəllifin imzası ilə iştirakçılara təqdim olunub.



23-01-2025, 11:52
Uğurlu mövqe qazanmaq üçün...

Uğurlu mövqe qazanmaq üçün...

Uşağın inkişafı, səviyyəsi öyrənmə bacarığı onun bu qabiliyyətini daha düzgün göstərməyə şərait yaradır. Uşaqlara təhsil vermək üçün ideal yaş dövrü var. Ümumiyyətlə, uşaqların rəsmi təhsilə başlama dövrü 4-6 yaşı əhatə edir. Bu dövrdə uşaqlar zehni, emosional və sosial bacarıqları daha da inkişaf etmiş olur və onların məktəbə hazırlıq prosesinə başlaması asanlaşır. Lakin uşaqlara təhsil verməyə daha erkən yaşlardan başlamaq da faydalı ola bilər.
Məsələn: 2-3 yaşdan etibarən uşaqlara rənglər, formalar, ədədlər kimi sadə anlayışlar öyrədilə bilər. Bu dövrdə uşaqlar oyun vasitəsilə öyrənməyə meylli olduqları üçün tədrisdə əyləncəli seçilməlidir. Mən bu metodlardan çox istifadə etmişəm.
Valideyinlərə tövsiyəm:4-5 yaşlı uşaqlara əsasən aşağıda qeyd olunan bacarıqlardan düzgün daha da uğurlu ola bilmələri üçün uyğun şərait yaratmaq lazımdır.
Əsas sosial bacarıqlardır ki uşaqlar: paylaşma, dostluq, mehriban danışıq (təşəkkür etmək, xahiş etmək) və digərləri ilə ünsiyyət qurmaq, nitqin inkişaf bacarıqlarına yiyələnirlər.
Dil və ünsiyyət bacarıqlarını inkişaf etdirmək: nağıl, hekayələr danışmaq, yeni sözlər öyrənmək,(başqa dillərlə də maraqlanmaq)suallar vermək və.s.
Əsas anlayışlardan biri də riyazi və məntiqi anlayışları möhkəmləndirməkdir: Rəqəmləri tanımaq, sadə hesablamaları, rəngləri və formaları fərqləndirmək, “puzzle" oyunlarından istifadə etməklə yaddaşlarını daha da möhkəmləndirmək uğurun göstəricisi ola bilər.
Motor bacarıqlar: "Motor" bacarıqlar nədir? Motor insan bədəninin hərəkətetmə bacarığıdır. Motor sözünün mənası “hərəkət” deməkdir.
İncə motor bacarıqları üçün rəsm çəkmək, kəsmək, yapışdırmaq, iri motor bacarıqları üçün qaçmaq, tullanmaq, toplu oyunlar oynamaq.
Uşaqlar bacarmalıdır: Paltar geyinməyi, əl-üz yumağı, yemək yemək kimi özünü idarə etməlidirlər. Kiçik yaş dövrü uşaqların təməl bacarıqlarını inkişaf etdirmək üçün vacibdir: Oyunlar, əyləncəli fəaliyyətlər və maraq dairələrinə uyğun məşğuliyyətlər bu bacarıqları öyrətməkdə ən təsirli vasitələrdir. Əsas uşağın maraq dairəsini nəzərə alaraq ona uyğun təhsil seçmək və onun istəyinə uyğun bu vasitələrdən yararlanmaqdır.
Müəllimdən öncə hər bir valideyn uşaq ilə fərdi məşğul olmalıdır. Bu zaman uşaq həm şəxsiyyət kimi formalaşacaq, həm də həyatda daha uğurlu mövqe qazana biləcək.
Bəyaz Ağazadə
23-01-2025, 11:42
Eritreyada saxlanılan vətəndaşlarımızdan xəbər var: hüquqi prosedurlar başlayıb


Eritreyada saxlanılan vətəndaşlarımızdan xəbər var: hüquqi prosedurlar başlayıb

İki ay əvvəl Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada - Eritreya sahillərində girov saxlanılıb. “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır.
Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya və Rusiya Federasiyasındakı səfirliklər vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.
Ancaq hələlik Azərbaycan vətəndaşları sərbəst buraxılmayıb. Xarici işlər naziri Ceyhun Bayramov yanvarın 20-də bildirib ki, gəmilərlə bağlı danışıqlar davam edir. Onun sözlərinə görə, danışıqlarda müsbət irəliləyişlər müşahidə olunur.
“Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan filialından bildirilib ki, gəmilərin heyəti ilə bağlı hələlik yeni məlumat yoxdur, vəziyyət eyni olaraq qalır.
Məlumata görə, gəmidəki vətəndaşların azad edilməsi üçün hüquqi prosesə başlanılıb:
“Bu məsələ ilə məşğul olunur, azad olunmalarına əlbəttə ki, ümidimiz var".
Açıqlamada deyilir ki, Azərbaycan vətəndaşları ailə üzvləri ilə gəmidəki telefon vasitəsilə əlaqə yaradırlar:
"Bununla yanaşı şirkət tərəfindən də onların ailələri ilə görüş keçirilib, onlara maddi-mənəvi dəstək verilir”.
23-01-2025, 00:07
ABŞ məktəbində atışma: yaralılar var


ABŞ məktəbində atışma: yaralılar var

ABŞ-da Tenessi ştatının Neşvil şəhərində məktəbdə atışma baş verib.
Məktəbin yeməkxanasında şagirdlərdən biri digər iki şagirdə atəş açıb. Daha sonra o, silahı özünə doğru çevirərək işə salıb. Polisin verdiyi məlumata görə, hər üç şagird yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
22-01-2025, 23:17
Nazirlər arasında ilk telefon danışığı


Nazirlər arasında ilk telefon danışığı

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ-ın yeni dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı Türkiyənin XİN başçısı Marko Rubioya yeni vəzifəsində uğurlar diləyib.
Həmsöhbətlər Türkiyə və ABŞ-ın iki müttəfiq olaraq, əməkdaşlıqlarını qarşılıqlı hörmət və etibar əsasında davam etdirmək istiqamətindəki qətiyyətlərini vurğulayıb, regional məsələlərdə koordinasiya şəklində hərəkət etmənin əhəmiyyətinə toxunublar.
22-01-2025, 22:26
Bakıda polisin tapdığı 10 min manatın sahibi məlum oldu


Bakıda polisin tapdığı 10 min manatın sahibi məlum oldu

Bir neçə gün öncə Bakının Səbail rayonunda yerləşən Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10000 manat pul tapıb sahibinə qaytarmışdı.
Həmin pul millimizin sabiq basketbolçusu, “Quba” komandasının oynayan məşqçisi Zaur Paşayevə məxsus imiş. O, bu barədə müsahibəsində danışıb:
“Bildiyiniz kimi, Basketbol Federasiyasının ofisi Bakı İdman Sarayında yerləşir. Mühasib “Quba” komandasının əməkhaqqısını vermişdi. Mən də pilləkəndən enəndə, cibimdən 10 min manat düşmüşdü. Sağ olsun ki, polis işçiləri itirən şəxsi axtardı. Mən də oyunun başlanmasını gözləyirdim. Birdən mühasib dedi ki, verdiyim pulu itirməmisən? Əlimi cibimə atdım ki, yoxdur. Dedi ki, polis artıq pulu tapıb, sənədləri gəl götür məndən, təqdim et ki, sənin pulundur. Belə oldu, pulu özümüzə qaytardılar. Allah belə polislərimizdən razı olsun (yeri gəlmişkən, federasiya rəhbərliyi həmin polisə təşəkkürnamə təqdim edəcək – red.)”.
Əldə etdiyimiz məlumata görə, artıq elm və təhsil naziri, Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev 10 min manatı taparaq sahibinə verən polis serjantı Abidov Nahid Zahid oğlunu mükafatlandırıb. Polis əməkdaşına fəxri diplomu icraçı vitse-prezidenti Fərrux Mahmudov təqdim edib.
Qeyd edək ki, pulun tapılması ilə bağlı DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev feysbuk hesabında paylaşım etmişdi. Bu paylaşımdan dəqiqələr sonra pul sahibini tapmışdı.
22-01-2025, 21:51
"Yaxında edam hökmü icra olunacaq”


"Yaxında edam hökmü icra olunacaq”

Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı Səfirliyinə hücum edən Yasin Hüseynzadənin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Məhkəmə qərarının zərərçəkənlərin və onların yaxınlarının edamın icrasını tələb etdiyi halda, cinayət işinin icra olunması üçün əlaqədar quruma göndəriləcəyi açıqlanıb.
Səfirliyimizə silahlı hücum zamanı şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onlar hadisəni törədən şəxsin edam olunmasını tələb edirlər: “Biz rəsmilərlə görüşümüzdə də, sənədləri hazırlayıb İran İslam Respublikasının Ali Məhkəmə orqanına göndərəndə də bir tələbimiz olub: edam. Qisas qismində edam. Bizim başqa bir tələbimiz olmayıb.
Bu terror hadisəsindən 2 il keçməsinə baxmayaraq, hələ də İran İslam Respublikasında həmin terrorçunun öz layiqli cəzasını almasına əngəl törədirlər. Mən dəfələrlə Bakıda İranın müvafiq hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşmüşəm. Onlar bildiriblər ki, İslam dini ilə əlaqəli qanunlara uyğun biz onları kompensasiya qismində bağışlaya bilərik və edam etdirə bilərik. Lakin bizim bir qərarımız olub - edam. Müxtəlif sənədlər hazırlamışıq və İrana yollamışıq. Lakin bu qərar icra olunmayıb. Dövlət rəhbərliyinin, müvafiq orqanların bu işə ciddi yanaşması nəticəsində İran Ali Məhkəməsi qərarı təsdiq edib. Yəqin ki edam hökmü qüvvədə olacaq. Biz sənədləri hazırlayıb İrana yollayacağıq və yaxında edam hökmü icra olunacaq”.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. Terroru törədən Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıblar.
22-01-2025, 21:45
Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı


Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı

Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalanıb.
Bu gün Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının 16-cı iclasına yekun vurulub.
Birgə İqtisadi Komissiyasının həmsədrləri — Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin iştirakı ilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında adıçəkilən komissiyanın 16-cı iclasının Protokolu imzalanıb.
İki ölkə arasında nəqliyyat, enerji, neft-qaz, su və kənd təsərrüfatı sahələrində əməkdaşlıqla bağlı bir sıra mühüm razılaşmalar əldə olunub.
Eyni zamanda, tərəflər arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün preferensial ticarət müqaviləsinin mümkün qədər tez imzalanması barədə razılığa gəlinib.
22-01-2025, 21:26
Nazirdən məktəb direktorlarına tapşırıq


Nazirdən məktəb direktorlarına tapşırıq

Bu gün elm və təhsil naziri Emin Əmrullayev Suraxanı rayonunun ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Görüşdə ümumi təhsil sahəsində həyata keçirilən islahatlar, əldə olunan uğurlar və yaxın gələcək üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub.
Elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil sahəsindəki islahatların müntəzəm olaraq davam etdirildiyini vurğulayıb, eyni zamanda ümumi təhsil müəssisələrinin idarəolunmasında məktəb rəhbərlərinin rolunun və məsuliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.
Tədrisin keyfiyyətinin yüksəldilməsi məsələsinə toxunan nazir ümumi təhsil müəssisələrinin nəticələrinin təhlil edilməsinin və təhsil işçilərinin müasir çağırışlar qarşısında daha çevik, innovativ yanaşmalar sərgiləməsinin vacibliyini qeyd edib.
Görüşdə nazir məktəb və müəllim nüfuzunun artırılmasının önəminə diqqət çəkib, məktəb direktorları və müəllimlərin cəmiyyətdə daha yüksək statusa malik olmasının mühümlüyünü nəzərə çatdırıb.
Emin Əmrullayev məktəblərdə neqativ halların qarşısının alınması və daha sağlam təhsil mühitinin yaradılmasının zəruriliyini bildirərək bu istiqamətdə məktəb rəhbərlərinə müvafiq tövsiyələrini verib. Nazir məktəb-icma və müəllim-şagird-valideyn münasibətlərinin gücləndirilməsinin təhsil prosesinin keyfiyyətinə müsbət təsir edəcəyini vurğulayıb.
Daha sonra nazir təhsil müəssisələrində psixoloji xidmət işinin inkişaf etdirilməsi, elektron xidmətlərin daha geniş tətbiqi, təlim nəticələrinin təhlili və bu istiqamətdə planların hazırlanmasının əhəmiyyətini diqqətə çatdırıb.
Görüş çərçivəsində məktəb direktorları müxtəlif təkliflərlə çıxış ediblər, təhsilin inkişafı və məktəblərin idarə edilməsindəki mövcud problemlərin həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda ümumi təhsil müəssisələri rəhbərlərinin sualları cavablandırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!