57 min nəfər tələbə adını qazanıb .....                        MİQ-də müsahibə mərhələsi yekunlaşdı .....                        Yeni tələbələrin nəzərinə! - Təhsil kreditində yenilik var .....                        Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi .....                        Stiven Douti Bakıdan sonra İrəvana getdi .....                        MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib - RƏSMİ .....                        Ramiz Rövşənin səhhəti pisləşib? - AÇIQLAMA .....                        Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA .....                        Minsk Qrupu bu tarixdə LƏĞV EDİLİR .....                       
17-06-2025, 17:46
Paşinyan Ərdoğanın qəbuluna bu qovluğu aparır - Təfərrüat AÇIQLANDI


Paşinyan Ərdoğanın qəbuluna bu qovluğu aparır - Təfərrüat AÇIQLANDI

Ermənistanın Baş naziri Nikol Paşinya iyunun 20-də Türkiyə Prezidenti Rəcəb Ərdoğanın dəvəti ilə Ankaraya gedir. Ermənistan parlamentinin sədri Alen Simonyan mətbuatda yayılan məlumatı təsdiqləyib və bunu “tarixi səfər” adlandırıb.
"Hesab edirəm ki, bu səfər tarixidir. Çünki Ermənistan lideri ilk dəfədir ki, belə səviyyədə səfər edəcək", - o, parlamentdə jurnalistlərə deyib.
A.Simonyan bunun rəsmi və ya işgüzar səfər olduğunu izah etməkdə çətinlik çəkib.
Parlament sədrinin sözlərinə görə, bu səfər hökumətin İran-İsrail gərginliyi ilə bağlı yaranan risklərin neytrallaşdırılmasına yönəlmiş addımlarından biri sayıla bilər.
Spiker səfərin təfərrüatları və proqramını açıqlamayıb və jurnalostlərə Baş nazirin mətbuat xidməti ilə əlaqə saxlamağı təklif edib.
Eyni zamanda, Simonyan əlavə edib ki, Ankarada bütün regional məsələlər müzakirə olunacaq.
Ermənistanın “24News” agentliyi isə diplomatik mənbəyə istinadən xəbər verib ki, Ərdoğan-Paşinyan görüşündə əsasən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin müzakirə ediləcəyi gözlənilir.
Agentliyin məlumatına görə, Paşinyan Ərdoğana Erməni Apostol Kilsəsini özünə tabe olmağa və Rusiya bazasını Gümrüdən çıxarmağa söz verib. Yolların açılması ilə bağlı üçüncü məqamın da müzakirə mövzusu olduğu qeyd edilib.
“24News” diplomatik mənbəyə istinadən yazır ki, Nikol Paşinyan prezident Ərdoğanla Ermənistan-Azərbaycan sülh müqaviləsinin şərtlərini razılaşdırmaq üçün Türkiyəyə səfər edir.
Qeyd edilir ki, Paşinyan Ərdoğanla sülh müqaviləsinin imzalanacağı yer məsələsini müzakirə edəcək: birinci variant Vaşinqtondur (bu ilin sentyabrında), ikinci variant Birləşmiş Ərəb Əmirlikləridir (ehtimal ki, dekabrda).
Martın 13-də məlum olub ki, İrəvan və Bakı sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırıblar. Tərəflərin razılaşa bildiyi son iki məqam ümumi sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi və beynəlxalq məhkəmələrdəki iddialardan qarşılıqlı imtina ilə bağlı idi.
İrəvan və Bakı arasındakı sülh müqaviləsi 17 maddədən ibarətdir.
17-06-2025, 17:33
Kəmaləddin Heydərov onu rəis təyin etdi


Kəmaləddin Heydərov onu rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinə yeni rəis təyin edilib.
Müvafiq əmr fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən imzalanıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polkovnik Rövşən Nəbiyev gətirilib. O, bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov polkovnik Rövşən Nəbiyevlə görüşüb.
Qeyd edək ki, bundan əvvəl Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində çalışan polkovnik Elnur Məhərrəmov ötən ay həmin vəzifədən azad edilərək, FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin olunub.
17-06-2025, 17:25
“Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanıldı - VİDEO


“Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanıldı - VİDEO

“Tiktok”da investisiya və yatırım adı altında vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə investisiya və yatırım, eləcə də qanunsuz onlayn qumar-kazino oyunlarında qazanc əldə etmək adı altında dələduzluq edən 23 yaşlı Fərhad Süleymanov saxlanılıb. O, “TikTok” sosial şəbəkəsində “Gazanc Tiktok”, “Zahid.Əliyev114”, “Yusif Mamedov” adlı səhifələr açaraq orada tanış olduğu şəxslərə kiçik məbləğlərdə pul vəsaitləri göndərdikləri təqdirdə yüksək məbləğdə qazanc əldə edəcəklərini, qanunsuz onlayn qumar-kazino oyunlarına investisiya yatıraraq maddi gəlir qazanacaqlarına dair yalan vədlər verib. F.Süleymanov bu kimi kiberdələduzluq üsulları ilə 20-yə yaxın vətəndaşı aldadaraq onların pul vəsaitini ələ keçirib. Faktlarla bağlı araşdırma aparılır. F.Süleymanovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər. Bir daha vətəndaşlara müraciət edirik ki, sosial şəbəkələrdə tanış olduqları naməlum şəxslərin saxta vədlərinə aldanmasınlar, investisiya və ya yatırım adı altında gələn şirnikləndirici təklifləri qəbul etməsinlər. Maddi vəsaitlərini tanımadıqları şəxslərə göndərməsinlər, şəxsi və bank kartı məlumatlarını heç bir halda qarşı tərəflə bölüşməsinlər.

17-06-2025, 17:20
İsrail İran Milli Radiosunun binasına zərbələr endirdi


İsrail İran Milli Radiosunun binasına zərbələr endirdi

İsrail hərbi aviasiyası İran Milli Radiosunun yerləşdiyi mərkəzə aviazərbələr endirib.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
17-06-2025, 17:11
Erməni jurnalistlər İran səfirini Azərbaycanla bağlı təxribata çəkdilər


Erməni jurnalistlər İran səfirini Azərbaycanla bağlı təxribata çəkdilər

İranın Ermənistandakı səfiri Mehdi Sobhani mətbuat konfransı keçirib.
“Hraparak”ın məlumatına görə, səfir İsrail-İran münaqişəsi fonunda region ölkələrinin yaxşı mövqe nümayiş etdirdiyini, Azərbaycaınn da öz mövqeyini bildirdiyini diqqətə çatdırıb.
“Biz mətbuatda gedən materiallara əsaslanaraq fərziyyələr irəli sürə bilmərik", - Mehdi Sobhani bildirib
Səfir İranın “Zəngəzur dəhlizi” layihəsinə qarşı çıxmağa davam edib-etməməsi, bunun İran üçün “qırmızı xətt” olaraq qalıb-qalmadığı ilə bağlı suala belə cavab verib:
"Bizim “qırmızı xətt”lərlə bağlı fikrimiz heç vaxt dəyişmir. Düşünürəm ki, region ölkələri gərginlik istəmir".
Mehdi Sobhani erməni jurnalistlərin İsrail dronları ilə bağlı təxribatçı suallarına da cavab verib.
Dronların guya Azərbaycan ərazisindən qalxdığı barədə videolara toxunan səfir deyib ki, bunun doğru olduğunu sübut edən etibarlı faktlar və hərəkətlər olmalıdır.
17-06-2025, 17:02
Kürdəmirdə magistral su boru xətti partladı


Kürdəmirdə magistral su boru xətti partladı

Kürdəmir şəhər ərazisini içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı əraziyə Kürdəmir Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, su xəttində baş vermiş hadisənin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçirilir:
"Qəza aradan qaldırılıb. Hazırda şəhər və kəndlərdəki abonentlərin su ilə təchizatı bərpa olunub", - deyə o qeyd edib.
Qeyd edək ki, iyun ayının 15-də Kürdəmirdə şəhər ərazisini və dörd kəndi içməli su ilə təmin edən magistral su borusu partlamışdı.
Əlavə edək ki, Külüllü-Kürdəmir magistral su xəttindən Kürdəmir şəhəri daxil olmaqla, rayonun 4 kəndi, o cümlədən, Xırdapay,Atakişili,Qaraqocalıvə Çöhranlı kəndlərinin əhalisi mütəmadi olaraq istifadə edir.
17-06-2025, 16:39
Ukraynada yeni Baş prokuror təyin olundu


Ukraynada yeni Baş prokuror təyin olundu

Ukraynada yeni Baş prokuror təyin olunub.
Parlament 35 yaşlı Ruslan Kravçenkonu baş prokuror təyin edib.
Sözügedən şəxs dövlət vergi administrasiyasının rəhbəridir. O həmçinin, hərbi cinayətlərlə bağlı məsələləri araşdırmaqla da məşğul olub.
17-06-2025, 16:01
Azərbaycana radiasiya təhlükəsi varmı? - Radiasiya İnstutundan cavab


Azərbaycana radiasiya təhlükəsi varmı? - Radiasiya İnstutundan cavab

İsrail-İran münaqişəsi regionda geosiyasi tarazılığı pozulmasına səbəb olub. Lakin regional təhlükəsizliyə yaranmış təhdid yalnız bu iki ölkə ilə məhdudlaşmır. Münaqişənin mümkün genişlənməsi və nüvə obyektlərinin hədəf alınması ətraf ölkələr, o cümlədən Azərbaycan üçün potensial radiasiya risklərini gündəmə gətirir.
Radiasiya Problemləri İnstutunun baş direktoru, professor İslam Mustafayev bildirib ki, hazırki vəziyyətdə Azərbaycana ciddi radioaktiv təhlükə yoxdur. Onun sözlərinə görə, İranda ən böyük nüvə obyekti Buşəhrdə yerləşən atom elektrik stansiyasıdır:
“İsrailin atom elektrik stansiyasını vurma ehtimalı çox aşağıdır. Çünki bu obyekt Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən qorunur. Belə bir hadisə olsa, regionda ciddi nəticələr meydana gələ bilər. Məsələn, Çernobıl nüvə fəlakətinin təsiri minlərlə kilometr uzağa çatmışdı”.
Professor həmçinin onu da qeyd edib ki, təsirlər insanlar üzərində də ola bilər:
“Məsələn, yaşayış şəraiti pisləşə bilər və ya insanların ərazilərini tərk etməyə məcbur olması mümkündür. Lakin belə bir vəziyyət real görünmür, çünki atom elektrik stansiyası bizdən 1000 km-dən uzaqdadır. Eləcə də, regionda uran zənginləşdirmə kombinatlarının olması faktı da mövcuddur. Bu kombinatlar atom reaktorları üçün yanacaq istehsal edir və eyni zamanda nüvə silahı, atom bombası üçün də istifadə oluna biləcək zənginləşdirilmiş uran hazırlayır. Hazırda bölgədə 17 belə uran zənginləşdirmə kombinatı mövcuddur”.
İ.Mustafayev vurğulayıb ki, belə obyektlərin dağıdılması mümkündür, məsələn, binası və idarəetmə ofisi hədəf alınaraq zərər verilə bilər. Ancaq bu obyektlərin çoxu yerin 80 metr dərinliyində yerləşir və həmin dərinlikdə əməliyyat aparmaq çox çətin və risklidir:
“Bizim bu obyektlərin dəqiq yerini bilmək imkanımız yoxdur. Amma əgər bu kombinatlar Azərbaycanın sərhədlərinə yaxın bir ərazidə yerləşirsə, məsələn, Təbriz, Ərdəbil və ya Xəzər sahilində, o zaman bu obyektlərə hər hansı bir zərbə vurularsa, bizə təsiri ola bilər. Xüsusilə Araz çayı bu əraziləri ayıran təbii sərhəd olduğu üçün, bu amil də nəzərə alınmalıdır. Lakin hazırkı şəraitdə bu barədə dəqiq bir fikir söyləmək çətindir", - deyə o söyləyib.
17-06-2025, 15:33
Ölkəmizdə qızıl istehsalı 64 faiz artıb


Ölkəmizdə qızıl istehsalı 64 faiz artıb

Cari ilin yanvar-may aylarında qızıl istehsalı 63,9 faiz artaraq 1297,8 kiloqram təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, iyunun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 41,6 faiz azalaraq 119,4 kiloqram olub.
Hesabat dövrü ərzində gümüş istehsalı 23,8 faiz artaraq 1686,9 kiloqram təşkil edib.
İyunun 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz azalaraq 583,6 kiloqram qeydə alınıb.
17-06-2025, 15:20
Ümit Özdağ azadlığa buraxıldı


Ümit Özdağ azadlığa buraxıldı

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ azadlığa buraxılıb.
Bu barədə NTV məlumat yayıb.
Qeyd edək ki, Ümit Özdağ bu ilin yanvar ayında saxlanılıb. Bir müddət əvvəl prokuror Zəfər Partiyasının sədri Ümit Özdağa 1 il 6 aydan 4 il 6 aya qədər həbs cəzası istəyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!