Ermənistan bu halda Azərbaycanla yeni müharibəyə başlaya bilər - Nazir .....                        İmişlidə Novruzun rəngi, ruhu və sənət nəfəsi – möhtəşəm bayram tədbiri. .....                        Küçədə namaz qadağan edildi .....                        “Bəsic”in kəşfiyyat rəisi öldürüldü .....                        Xırdalanda qəza - Motosiklet sürücüsü öldü .....                        İsrail ilk dəfə Xəzərdəki İran gəmilərinə hücum edib - TƏSDİQLƏNDİ .....                        ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır .....                        Nazirin müavinlərinin sayı artırıldı .....                        Zaur Əliyev vəzifəsini itirdi .....                       
10-01-2026, 21:58
"Fənərbağça" "Qalatasaray"ı məğlub etdi - Türkiyə Superkubokunun qalibi oldu


"Fənərbağça" "Qalatasaray"ı məğlub etdi - Türkiyə Superkubokunun qalibi oldu

Futbol üzrə Türkiyə Superkubokunda final oyunu keçirilib.
Həlledici görüşdə əzəli rəqiblər - "Qalatasaray" və "Fənərbağça" qarşılaşıb.
Atatürk Olimpiya Stadionunda oynanılan matç "sarı-lacivərdlilər"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Matteo Genduzi və Ceyden Oostervolde vurublar.
Bununla da "Fənərbağça" Superkubokun qalibi olub.
10-01-2026, 21:12
Masazırda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu


Masazırda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində şaxta boyu elektrik naqilləri 30p.m. yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 10-u azyaşlı olmaqla 25 nəfər bina sakini təxliyə olunub.
Bir nəfər tüstüdən zəhərlənib.
Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.


10-01-2026, 20:53
İranda 200 silahlı etirazçı saxlanıldı


İranda 200 silahlı etirazçı saxlanıldı

İran hüquq-mühafizə orqanları son iğtişaşlarda iştirak edən ən az 200 nəfəri saxlayıb.
Bu barədə "Tasnim" məlumat yayıb.
Qeyd olunur ki, onların sığınacaqlarından xeyli miqdarda silah-sursat, qumbara və "Molotov" kokteyli müsadirə edilib.
Həmçinin Qum şəhərində iğtişaşçılar tərəfindən bıçaqlanan iki polis məmuru da ölüb.
10-01-2026, 20:44
Zaqatalada ağır qəza - ÖLƏN VAR


Zaqatalada ağır qəza - ÖLƏN VAR

Zaqatala-Qax avtomobil yolunda 1 nəfərin ölümü, 1-nin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Zaqatala rayonunun Yeni Suvagil kəndi ərazisində “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
İlkin məlumatlara görə, qəza havanın dumanlı olması səbəbindən baş verib.
10-01-2026, 19:40
Azərbaycan üzərindən Ermənistana şəkər göndəriləcək


Azərbaycan üzərindən Ermənistana şəkər göndəriləcək

Yaxın günlərdə Rusiyadan Ermənistana təxminən 1000 ton şəkər idxal ediləcək.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Rusiya şəkəri Azərbaycan üzərindən dəmir yolu ilə Ermənistana göndəriləcək.
10-01-2026, 19:14
Azərbaycanda zəlzələ oldu


Azərbaycanda zəlzələ oldu

Şamaxı rayonunda zəlzələ qeydə alınıb
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin maqnitudası 3.8 olub.
Yeraltı təkanlar rayonun bir sıra ərazilərində hiss olunub.
10-01-2026, 19:02
Ukrayna Rusiyanın neft anbarlarına zərbələr endirdi


Ukrayna Rusiyanın neft anbarlarına zərbələr endirdi

Ötən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Volqoqrad vilayətindəki neft anbarına, eləcə də müvəqqəti işğal olunmuş Ukrayna ərazilərindəki bir neçə hədəfə zərbə endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının teleqram kanalında məlumat yayımlanıb.
Bildirilib ki, Rusiya ordusunun hücum imkanlarını azaltmaq tədbirləri çərçivəsində yanvarın 9-dan 10-na keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Volqoqrad vilayətinin “Jutovskaya” neft anbarına zərbə endirib.
Baş Qərargah Rusiya ordusunun bölmələrini yanacaqla təmin edən hədəfin vurulduğunu və zərərin miqyasının müəyyən olunduğunu qeyd edib.
Həmçinin diqqətə çatdırılıb ki, müvəqqəti işğal olunmuş Zaporojye bölgəsində Rusiya ordusunun 19-cu Motoatıcı Diviziyasının bölməsinə məxsus dron anbarına və Donetsk vilayətinin Pokrovsk rayonunun yaxınlığındakı dronları idarəetmə məntəqəsinə zərbələr endirilib.
Eyni zamanda, bildirilib ki, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində bir sıra hədəflərə, o cümlədən 76-cı Hava-Desant Hücum Diviziyasının şəxsi heyətinin cəmləşdiyi yerə, eyni diviziyanın tank batalyonunun bir hissəsinin komanda və müşahidə məntəqəsinə və 41-ci Ordunun bir hissəsinin komanda məntəqəsinə zərbələr endirilib.
Rusiya ordusunun itkiləri dəqiqləşdirilir.
10-01-2026, 18:51
Ermənistan İrana uçuşları ləğv etdi


Ermənistan İrana uçuşları ləğv etdi

Tehran-İrəvan avireysləri ləğv edilib.
Bu barədə "Zvartnots" hava limanı məlumat yayıb.
Məlumata görə, Tehran-İrəvan aviareysləri İranda etirazlar fonunda ləğv edilib.
10-01-2026, 18:13
Xameneinin fotosuna od vurub siqaret yandırdılar - FOTO


Xameneinin fotosuna od vurub siqaret yandırdılar - FOTO

İranda davam edən etirazlar fonunda qadınlar yeni aksiya başladıb.
İranlı qadınlar küçələrdə ölkənin Ali dini lideri Seyid Əli Xameneinin fotosuna od vurur, daha sonra onunla siqaret yandırırlar.
Onlar fotolarını sosial şəbəkədə paylaşıblar.
Son günlər sosial mediada geniş yayılan bu görüntülər yeni etiraz dalğasının simvoluna çevrilib.



10-01-2026, 17:30
İranda SEPAH generalının oğlu öldürülüb


İranda SEPAH generalının oğlu öldürülüb

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Nurəli Şüştərinin oğlu Fərəcullah Şüştəri Məşhəd şəhərində silahlı etirazçılar tərəfindən sui-qəsd cəhdi nəticəsində öldürülüb.
Bu barədə SEPAH-la əlaqəli olan "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Agentlik Şüştərinin ölümünün təfərrüatlarını açıqlamayıb. İddia olunur ki, o, şiələrin müqəddəs şəhəri olan Məşhəddə tanınmış ictimai xadim olub.
Atası general Nurəli Şüştəri SEPAH Quru Qoşunlarının komandir müavini vəzifəsində çalışıb və İranın cənub-şərqində SEPAH Quru Qoşunlarının Qüds bazasına komandanlıq edib. O, 2009-cu ildə terror hücumunda həlak olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!