10-04-2025, 11:41
Natəvan Bayramova vəzifədən getdiDövlət Miqrasiya Xidmətinin mətbuat katibi Natəvan Bayramova tutduğu vəzifədən gedib.
Bu barədə o, sosial şəbəkədə paylaşım edib.
"Artıq iki ildir fəaliyyət göstərdiyim Dövlət Miqrasiya Xidmətindəki işimdən öz xahişimlə ayrıldım. Bu illər ərzində mənə dəstək, kömək olan hər kəsə öz təşəkkürümü bildirirəm", - deyə Natəvan Bayramova qeyd edib.
10-04-2025, 11:37
4 gün komada qalan hamilə qadın sağlam körpə dünyaya gətirdi4 gün komada qalan hamilə qadın Kliniki Tibbi Mərkəzdə (KTM) sağlam körpə dünyaya gətirib.
Bu barədə KTM-dən məlumat verilib.
Bildirilib ki, 11.10.2024-cü il tarixində 27 yaşlı hamilə qadın qıcolma sindromu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Doğum-Reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edilib ki, 4 gün həmin şöbədə komada qalan hamilə pasiyent uğurlu müalicə prosedurları nəticəsində həyata qaytarılıb. 07.04.2025-ci il tarixində və hamiləliyin 39-cu həftəsində pasiyentə qeysəriyyə kəsiyi əməliyyatı icra edilib:
"Çəkisi 3990 qram, boyu 52 sm olan sağlam körpə (kişi cinsli) dünyaya gəlib. Zəruri müayinələrdən sonra ana və körpənin səhhəti yaxşı vəziyyətdə evə buraxılıb",- deyə məlumatda qeyd edilib.
10-04-2025, 10:53
Qaradağ və Abşeronda hərbi sursatlar aşkarlandıFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Ələt qəsəbəsində və Abşeron rayonu, Fatmayı kəndində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.
Məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra çevik qrup tərəfindən ümumilikdə 1 ədəd 100 mm-lik top mərmisi, 4 ədəd RQD-5 əl qumbarası və 4 ədəd UZRQM partladıcısı götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
10-04-2025, 10:38
Daha bir jurnalistə vəzifə verildiHərbi jurnalist Anar Şuşalı Həsənova vəzifə verilib.
O, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi təyin olunub.
Qeyd edək ki, Anar Şuşalı bir səra televiziyalarda (AzTV, ANS, Lider TV və Real TV) çalışıb.
10-04-2025, 10:30
Xanlar Vəliyev hakim təyin edilir - RƏSMİMilli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyi dəyişib.
Gündəliyə daxil edilən məsələlərin sayı 22-yə çatdırılıb.
Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı məsələ gündəliyə daxil edilib.
Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb. Bir müddət əvvəl 70 yaşını tamamlayan Vəliyev 2005-ci ildən Hərbi Prokurorluğa rəhbərlik edirdi.
9-04-2025, 18:45
Xələfov Lavrovla regionu müzakirə etdiRusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Moskvada keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini və Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin gündəliyini müzakirə ediblər.
Bu barədə Rusiya XİN-in məlumatında deyilib.
"Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik müstəvisində inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bir sıra aktual beynəlxalq və regional məsələlərə toxunulub", - qurumdan bildirilib.
Məlumata görə, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin gündəliyinə daxil olan əsas məsələlər və 2025-2026-cı illərdə Azərbaycanın sədrliyi dövründə bu platformada birgə fəaliyyətin vəzifələri müzakirə olunub.
9-04-2025, 18:40
Ermənistan İranla hərbi təlimlərə başlayırErmənistan və İran birgə hərbi təlimlər keçirəcək.
Bu barədə Ermənistan MN məlumat yayıb.
Məlumata görə, tərəflərin xüsusi təyinatlı bölmələri aprelin 9-10-da birgə təlimlər keçirəcək.
Hər iki ölkənin bölmələri öz ərazisində təlimlər təşkil edəcək:
“Tərəflər iki ölkənin dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə simulyasiya edilmiş terrorçu qrupların hücumlarının zərərsizləşdirilməsi üzrə birgə əməliyyatlar keçirəcəklər”.
9-04-2025, 18:27
Ziyafət Əsgərov iranlı həmkarı ilə görüşdüBu gün Milli Məclisin sədr müavini, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin İran-Azərbaycan dostluq qrupunun rəhbəri Sodeyf Bədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Ziyafət Əsgərov Azərbaycanla İran arasında iqtisadi və mədəni sahələrdə əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. O, ticari və logistika sahəsində əməkdaşlığın genişləndirilməsinin də dövlətlərimizin maraqlarına uyğun olduğunu qeyd edib.
Sodeyf Bədri qarşılıqlı səfərlərin yalnız diplomatik deyil, həm də parlamentlərarası əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib. Eyni zamanda İran-Azərbaycan münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında gələcəkdə daha da inkişaf edəcəyinə inandığını vurğulayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
9-04-2025, 17:59
Masallıda narkotik əməliyyatıMasallı rayonunda 19 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Masallı rayonunda keçirilən əməliyyat zamanı 54 yaşlı İlham Səlimzadə tutulub. Ondan 19 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, psixotrop maddə metamfetamin və 800 ədəd metadon həbi aşkarlanıb.
İ.Səlimzadə ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Masallı rayonu ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Paytaxt və bölgələrdə bütün növ narkotik və psixotrop maddələrə qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.
9-04-2025, 17:51
Nazir deputat seçilən xanımın yerinə onu təyin etdi
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Elnarə Məhəmməd qızı Ənsari Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Bu barədə nazirlik məlumat yayıb.
Qeyd edək ki, Elnarə Ənsari 2001-2014-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq Əlaqələr Departamentində müxtəlif vəzifələrdə çalışıb. 2014-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin müdir müavini işləyib.
2024-cü il oktyabrın 1-dən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində direktor vəzifəsinimüvəqqəti icra edib.
Azərbaycan Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə daha əvvəl Nigar Məmmədova rəhbərlik edib. O, ötən ilin sentyabrın 1-də keçirilən parlament seçkilərində deputat seçilib.