I və IV qrupların qəbul imtahanının cavabları AÇIQLANDI .....                        Ərdoğanla Paşinyan birgə bəyanat verəcək .....                        İran yenidən İsraili vurdu .....                        Müdafiə haqqında qanun dəyişir .....                        Zelim Kotsoyev finalda məğlub oldu .....                        Qaradağda 18 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO .....                        Dani Bolt "Qarabağ"da .....                        Tel-Əviv və Hayfanı tərk edin! - İrandan ÇAĞIRIŞ .....                        Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı .....                       
3-04-2025, 19:40
Daha iki bloger prokurorluğa çağırıldı


Daha iki bloger prokurorluğa çağırıldı

Ağayev Orxan Məhəmmədəli oğlu Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
Bununla bağlı rəsmi bildiriş İTV-də yayımlanıb.
Təqsirləndirilən şəxsə izah edilir ki, o, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 23 aprel 2025-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
202006049 nömrəli cinayət işi üzrə Orxan Ağayevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib. Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “youtube” və “facebook” sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.
Ağayev Orxan istintaqdan qaçıb Azərbaycan hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 07 sentyabr 2020-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Orxan Ağayevə izah edilir ki, ibtidai istintaqda şəxsən iştirak etmək, özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq və digər prosessual hüquqlara malikdir. Müdafiəçidən istifadə etmək istədiyi halda, müdafiəçi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməlidir.
Orxan Ağayevə xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
Bundan başqa, Süleymanlı Süleyman Asif oğlu Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. Eyni maddələrlə ittiham olunan Süleyman Süleymanlı isə 22 aprel tarixində sözügedən idarəyə gəlməlidir.
3-04-2025, 18:47
Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi


Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi

Aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyan dövlət ittihamçısının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün məqsədi barədə sualını cavablandırıb.
“Daşnaksütyun” partiyasının fəal üzvlərindən biri olduğunu deyən D.İşxanyan suala cavabında deyib: “O dövr üçün mən deyə bilmərəm, çünki o dövrdə çox gənc idim. Amma yetkinləşdiyim dövrdə strateji məqsədlərin, strateji prinsiplərin nələr olduğunu artıq başa düşmüşdüm. Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 4-də davam etdiriləcək.
3-04-2025, 18:25
Uşağın doğulmasına görə müavinətlə bağlı iddialara rəsmi cavab


Uşağın doğulmasına görə müavinətlə bağlı iddialara rəsmi cavab

"Bəzi sosial şəbəkə səhifələrində vətəndaşa uşağın anadan olmasına görə müavinət təyinatına dair guya saxta SMS göndərilməsi ilə bağlı paylaşılan məlumatlar doğru deyil".
Bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.
"Həmin SMS-lər İbrahimov Əli Nəbi oğluna göndərilib. Belə ki, o, 2022-ci ildə və 2024-cü ildə doğulan övladlarının hər ikisinə bu ilin mart ayında doğum haqqında şəhadətnamə alıb.
Bundan sonra e-qaydada ona hər iki uşağın doğulmasına görə müavinət (həmin müavinət 2022-ci ildə 300 manat, 2024-cü ildə 500 manat olub) təyin olunub.
Lakin Ə.İbrahimovun adına olan telefon nömrəsini başqa şəxs istifadə etdiyi üçün SMS-i da o oxuyub və mesajın saxta olduğunu düşünərək ictimailəşdirib.
Qeyd edilən müavinət uşağa doğum haqqında şəhadətnamə alındığı anda e-qaydada proaktiv təyin edilərək valideynlərdən birinin adına olan mobil nömrəyə bu barədə bildiriş göndərilir", - deyə qurum rəsmisi qeyd edib.

3-04-2025, 18:06
“Meydan" TV işi üzrə həbs olunan jurnalistlərlə bağlı qərar verildi


“Meydan" TV işi üzrə həbs olunan jurnalistlərlə bağlı qərar verildi

“Meydan" TV işi üzrə həbs olunan jurnalistlər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bununla bağlı məhkəməyə daxil olan təqdimatlara baxılıb.
Xətai rayon Məhkəməsində keçirilən proseslərdə təqdimatlar təmin olunub. Qərara əsasən, Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova) və Natiq Cavadlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, martın 14-də Ramin Deko, Xəyalə Ağayeva, Aysel Umudova, Şəmşad Ağa və Fatimə Mövlamlı, Ülvi Tahirov, martın 15-də isə Nurlan Qəhrəmanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Xatırladaq ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq) saxlanılıb.
Onların barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu ilin fevral ayında isə iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalist Fatimə Mövlamlı və Nurnal Qəhrəmanlı (Libre) həbs olunub.
3-04-2025, 17:47
Türkiyədə dönərdən 300 nəfər zəhərləndi


Türkiyədə dönərdən 300 nəfər zəhərləndi

Türkiyənin Kocaeli şəhərində 300-dən çox insan toyuq dönərindən zəhərlənib.
Hadisə Körfəz rayonunda qeydə alınıb.
Zəhərlənənlər xəstəxanaya yerləşdirilib, ikisinin vəziyyəti ağırdır.
Müəssisənin fəaliyyəti dayandırılıb. Hadisə ilə bağlı araşdırma başladılıb.
3-04-2025, 17:33
Azərbaycanda bu ailələrə “uşaq pulu” veriləcək


Azərbaycanda bu ailələrə “uşaq pulu” veriləcək

Bu gün Azərbaycan əhalisinin 99 faizi “uşaq pulu” istəyir. Bu sahədə müəyyən müsbət siqnallar var.
Bunu müsahibəsində Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Deputatın sözlərinə görə, artıq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə ümumi razılığa gəlinib və qısa müddətdən sonra üçuşaqlı ailələrə “uşaq pulunun” verilməsinə başlanılacaq.
O qeyd edib ki, prosesin bu il və ya gələn ildən başlayacağı gözlənilir.
"Üçuşaqlı ailələrə “uşaq pulu”nun verilməsi həm Milli Məclisin Əmək və sosial siyasət komitəsi səviyyəsində, həm də Sahil Babayevin əmək və əhalinin sosial müdafiəsi naziri olduğu müddətdə müzakirə edilib. Hazırkı yeni nazirlə də bu sahədə müzakirələr gedir”, - deputat bildirib.
R. Nurullayev üçuşaqlı ailələrə “uşaq pulu”nun verilməsinin əhəmiyyətindən də danışıb:
“Ölkədə üçuşaqlı ailələrə “uşaq pulu”nun verilməsi təmin olunacaq, çünki araşdırmalar da göstərir ki, 2016-cı ildən etibarən Azərbaycanda doğulan uşaqların sayında ciddi azalma müşahidə edilir, eyni zamanda 2022-ci ildən etibarən hər il 25-30 mindən daha az uşaq doğulur. Bu da o deməkdir ki, bir neçə ildən sonra birinci sinifə gedən uşaqların sayında belə ciddi azalma görəcəyik”.
Deputat sonda onu da vurğulayıb ki, uşaqların sayının azalması ölkəni demoqrafik problemlə üz-üzə qoya bilər. Bunun üçün də ailələrin uşaq dünyaya gətirməsinə marağı artırmaq və problemin qarşısını əvvəlcədən almaq lazımdır.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyində 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunur. Bir müddət əvvəl parlamentdə çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilib. Belə ki, 3-dən çox uşağı olan ailələrin çoxuşaqlı ailə hesab edilməsi təklif olunur.
Hazırda ölkəmizdə beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir. Bu o deməkdir ki, məsələn, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat müavinət ödənilməlidir. Son beş ildə bu müavinətin məbləği 3,5 dəfə artırılıb.
2024-cü il 1 yanvar tarixinə beşdən çox uşağı olan 2,6 min qadına 11,5 min uşaq üçün sosial müavinət ödənilir.
Çoxuşaqlı ailələrə sosial dəstək verilməsinin səbəbləri müxtəlifdir. Ekspertlər deyir ki, əhalinin azalması cəmiyyətdə sosial sabitliyə və iqtisadi inkişafa xələl gətirir, ona görə də dövlət çoxuşaqlı ailələrə dəstək verir. Əsas hədəf doğum nisbətinin artırılmasıdır və bunun üçün əhali dəstək paketləri ilə daha çox uşaq dünyaya gətirməyə təşviq edilir.

3-04-2025, 17:15
Müəllimlərin attestasiyası: hər üç müəllimdən biri...


Müəllimlərin attestasiyası: hər üç müəllimdən biri...

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə müəllimlərin attestasiyasına başlanılıb.
Nazirlikdən bildirilib ki, attestasiya zamanı 650 nəfər, başqa sözlə hər üç müəllimdən biri, ən yüksək nəticə ilə attestasiya prosesindən uğurla keçib.
Nazirlikdən bildirilib ki, attestasiya prosesinin ilk mərhələsində iştirak edən 47 məktəbdən 15-nin müəllimlərinin 90 faizi attestasiyanı uğurla başa vurub:
"492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyib. Onlardan 37 nəfər Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşdüyünə görə, əmək müqavilələrinə xitam verilməyəcək. Attestasiya prosesi tam videomüşahidə ilə şəffaf şəkildə keçirilib, iştirakçı müəllimlərin cavabları tam arxivləşdirilib".
Məlumatda qeyd olunub ki, yaşı 60-dan yuxarı olan, habelə ağır xəstəliklərdən əziyyət çəkən təxminən 40 nəfərə alternativ iş yeri təklif olunacaq:
"Attestasiyada iki lehinə, üç əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 nəfər təlimlərə cəlb ediləcək və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilə biləcəklər. Attestasiyada uğur qazanmayan, lakin gələcəkdə daha yaxşı nəticələr əldə etmək potensialı olan müəllimlərin (təxminən 300 nəfər) işə qəbul imtahanlarında iştirak etmək hüququ saxlanılır. Onlar MİQ imtahanlarında yüksək nəticə göstərməklə məktəblərə qayıtmaq imkanı əldə edəcəklər".
Həmçinin bildirilib ki, yaşı 60-dan yuxarı olan müəllimlərin əksəriyyəti də attestasiya prosesində müsbət qiymətləndirilib:
"Bu, yaşlı müəllimlərimizin təcrübəsinin və müasir pedaqoji yanaşmalara uyğunlaşmalarının təhsildəki mühüm rolunu bir daha sübut edir. Attestasiyada uğur qazanmış müəllimlər arasında Bakı şəhəri üzrə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi və Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbi kimi məktəblərin müəllimləri xüsusilə yaxşı nəticələr əldə ediblər".
Nazirlik məlumata əlavə edərək yerli təhsili idarəetmə orqanlarında xüsusi komissiyalar yaradılacağını da vurğulayıb:
"Bu komissiyalar vasitəsilə uğur qazanmayıb, lakin gələcəkdə inkişaf edəcək müəllimlərə dəstək veriləcək, sosial statusları mərhələli şəkildə qiymətləndiriləcək və alternativ iş yerlərinə yönləndiriləcəklər. Bu müsbət nəticələr, Azərbaycan təhsilinin daha da inkişafı üçün atılan mühüm addımları göstərir və gələcəkdə daha keyfiyyətli təhsil təminatı baxımından əhəmiyyətli irəliləyişlərə yol açacaq".
3-04-2025, 17:00
Gürcüstandan Azərbaycana gələn maşında xeyli dərman aşkarlandı


Gürcüstandan Azərbaycana gələn maşında xeyli dərman aşkarlandı

Gürcüstandan Azərbaycana gələn maşında xeyli miqdarda dərman preparatı aşkar edilib.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Tovuz Gömrük İdarəsinin "Qırmızı körpü" gömrük postunda Gürcüstandan gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında gömrük nəzarətindən gizlədilmiş 3 920 ədəd "Trittico" adlı dərman preparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
3-04-2025, 16:56
Goranboyda dəhşət - Anası şagirdi döymək istədi, müəllimi bıçaqladı


Goranboyda dəhşət - Anası şagirdi döymək istədi, müəllimi bıçaqladı

3 aprel tarixində Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbdə insident baş verib. 2-ci sinifdə oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, sinif rəhbəri şagirdi qorumaq istəyən zaman valideyn müəllimə xəsarət yetirib.
"Dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəllimə müvafiq tibbi yardım göstərilib. Şagirdin valideyninin uyğunsuz davranışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd edirik ki, şagirdin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Təhsil müəssisəsinin psixoloqu tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib", - açıqlamada qeyd olunub.

***

16:05

Goranboyun Hazırəhmədli kənd tam orta məktəbində valideyin müəllimi bıçaqlayıb.
Hadisəni törədən şəxs kənd sakini 25 yaşlı Əfsanə Rzayeva olub.
O, Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasına daxil olaraq əlindəki bıçaqla məktəbin müəlliminin əlinə xəsarət yetirib.
Məlumata görə, Ə.Rzayeva şagirdlərə də xəsarət yetirməyə cəhd edib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Hazırəhmədli kənd sakini olan bir nəfər qadın valideyinin kəsici-deşici alətlə məktəbə gəlməsi, övladını döyməsi və onu sakitləşdirmək istəyən müəllimə xəsarət yetirməsi barədə məlumat daxil olub. Polis əməkdaşları məktəbə gələrək müvafiq tədbirlər həyata keçirib. Hadisəni törətməkdə şübhəli Ə. Rzayeva saxlanılıb, faktla bağlı araşdırmalar davam etdirilir.

3-04-2025, 16:38
Sahil Babayev iki rəisi işdən çıxardı


Sahil Babayev iki rəisi işdən çıxardı

Maliyyə Nazirliyində iki yüksəkvəzifəli şəxs işdən azad edilib.
Qurumun Aparatının strukturunda və ştat vahidlərinin struktur bölmələri üzrə bölgüsündə təkmilləşdirmələr aparılıb.
Eyni zamanda, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyev və nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin dövlət qulluğuna öz arzuları ilə xitam verilib.
Məlumat Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsi tərəfindən təsdiq edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!