Bakıda marketdə soyğunçuluq edilib - VİDEO .....                        ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru istefa verdi - İranla müharibəyə görə .....                        İran Futbol Federasiyası FİFA-ya müraciət etdi .....                        "Neftçi" - "Qarabağ" oyununun tarixi AÇIQLANDI .....                        Yeraltı “raket şəhərləri” – İran Keşmdə nələr gizlədir... .....                        Britaniyadan razı qalmadım - Tramp .....                        Torpaq çərşənbəniz mübarək! .....                        İrandakı müharibə nə vaxt başa çatacaq? .....                        İran Avropa ölkəsini təhdid etdi: cavab verəcəyik! .....                       
7-03-2026, 17:40
İran daha bir tankeri vurdu


İran daha bir tankeri vurdu

İran Körfəzdə tankerə hücum edib.
Bu barədə Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, şənbə günü Marşal adaları bayrağı altında üzən tanker körfəzdə hücum dronunun zərbəsinə məruz qalıb.
Bundan sonra, Böyük Britaniya Dəniz Ticarət Ofisi (UKMTO) Səudiyyə Ərəbistanının Cubeyl şəhərindən 10 dəniz mili şimalda yerləşən körfəzdə baş verə biləcək mümkün hadisələrlə bağlı xəbərdarlıq edib.
7-03-2026, 17:35
İranda iki Ayətullah yeni Ali Rəhbər üçün ÇAĞIRIŞ ETDİ


İranda iki Ayətullah yeni Ali Rəhbər üçün ÇAĞIRIŞ ETDİ

İranının iki nüfuzlu Ayətullahı İslam Respublikasının yeni Ali Liderinin seçkilərinin sürətləndirilməsini tələb edib.
Ayətullah Məkarim Şirazinin sözlərinə görə, bu vacib məsələnin vaxtında həlli milli hakimiyyəti gücləndirəcək və işlərin ümumi təşkilini yaxşılaşdıracaq.
Məkarim Şirazi Ekspertlər Şurasının üzvlərinə ünvanladığı mesajda sistem Ali Rəhbərin seçilməsini sürətləndirməyə çağırıb..
Öz növbəsində, Ayətullah Nuri Həmədani İranın yeni Ali Liderinin andiçmə mərasiminin sürətləndirilməsini gözlədiyini vurğulayıb.
Ayətullah Həmədani hesab edir ki, bu, "eyni zamanda düşməni məğlub etməyə və hazırda ölkə daxilində mövcud olan milli birlik və həmrəyliyi qorumağa, eləcə də İranı təcavüzkarlardan müdafiə edən güclü silahlı qüvvələri dəstəkləməyə" imkan verəcək.
O bununla bağlı Ekspertlər Şurasına müraciət edərək, təcili qərar verməyə çağırıb: “İnşallah, hamı bu qərara tabe olacaq”.
Martın 4-də İran Ekspertlər Şurası ölkəninyeni liderinin seçilməsi prosesinə başlayıb. Varislə bağlı yekun qərar Şura Katibliyi vasitəsilə elan ediləcək.
Ekspertlər Şurası dövlətin Ali Liderinin təyin edilməsindən məsul olan məsləhətçi orqandır. O, səkkiz illik müddətə seçilən 88 ruhanidən ibarətdir.
Ölkə Konstitusiyasının 111-ci maddəsinə əsasən, Ekspertlər Şurası mövcud liderin ölümü, istefası və ya vəzifədən kənarlaşdırılması halında mümkün qədər tez yeni lider təyin etməyə borcludur.
Xarici media mərhum Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneini Ali Lider vəzifəsi uğrunda mübarizədə aparıcı namizədlərdən biri kimi təqdim edir.
7-03-2026, 17:31
Hindistan Rusiyaya qoyulan sanksiyalardan imtina edəcək


Hindistan Rusiyaya qoyulan sanksiyalardan imtina edəcək

Hindistan Rusiyadan təbii qaz alacaq.
Hindistan Yaxın Şərq böhranı fonunda Rusiyadan mayeləşdirilmiş təbii qaz almağa başlaya bilər.
Hindistan hakimiyyəti neft ehtiyatlarının artmağa davam etməsi səbəbindən hazırda benzin və dizel yanacağının qiymətlərini qaldırmağı planlaşdırmadıqlarını bildirib.
Lakin Hindistan Rusiyadan mayeləşdirilmiş təbii qaz almağı düşünür və artıq Səudiyyə Ərəbistanının Yanbu limanından bir neçə partiya neft sifariş edib.
7-03-2026, 17:28
Azərbaycan Özbəkistanla strateji müttəfiqliyi genişləndirəcək


Azərbaycan Özbəkistanla strateji müttəfiqliyi genişləndirəcək

Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan xarici işlər naziri Bəxtiyor Saidovarasında görüş keçirilib.
Bu barədə XİN-in X hesabında paylaşım edilib.
Bildirilib ki, nazirlər Azərbaycan-Özbəkistan strateji müttəfiqliyi, siyasi, iqtisadi və regional əlaqələr sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində koordinasiya ilə bağlı mövzuları müzakirə ediblər.
Yaxın Şərqdə davam edən hərbi eskalasiya ilə bağlı da fikir mübadiləsi aparılıb.
7-03-2026, 17:25
Ermənistanda Konstitusiyaya yeni dəyişikliklər müzakirə olunur


Ermənistanda Konstitusiyaya yeni dəyişikliklər müzakirə olunur

Ermənistan Respublikasının ədliyyə naziri Srbuhi Qalyanın sədrliyi ilə Konstitusiya İslahatları Şurasının növbəti iclası keçirildi.
Bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat verib.
İclas zamanı Şura üzvləri məhkəmə sistemi ilə bağlı qaydaların müzakirəsini davam etdiriblər.
7-03-2026, 17:23
Türkitə Kiprə F-16-lar göndərir - KİV


Türkitə Kiprə F-16-lar göndərir - KİV

Türkiyə Şimali Kipr Türk Rüspublikasına F-16 yerləşdirəcək.
Bu barədə "Reuters" agentliyinin məlumat yayıb.
Bildiirlir ki, Türkiyə Müdafiə Nazirliyi Şimali Kipr Türk Respublikasına F-16 qırıcı təyyarələri yerləşdirməyi nəzərdən keçirir.
7-03-2026, 17:13
TDT Baş katibi ilə Azərbaycana dron hücumu müzakirə edilib


TDT Baş katibi ilə Azərbaycana dron hücumu müzakirə edilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev ilə İranın dron Naxçıvana hücumlarını müzakirə edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, müzakirələr zamanı regional təhlükəsizlik vəziyyəti, Türk dövlətləri arasında koordinasiyanın daha da gücləndirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, bu gün İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər nazirləri şurasının qeyri-rəsmi iclası baş tutacaq.
7-03-2026, 17:13
Qətər İran diplomatlarını ölkədən çıxarır


Qətər İran diplomatlarını ölkədən çıxarır

Qətər İran diplomatlarını ölkədən çıxarır.
Doha İran səfirliyinin işçilərinə ölkədən çıxmaq üçün bir həftə vaxt verib.
İran səfirliyi ilə əlaqəsi olan bir mənbə əlavə edib ki, bəzi səfirlik işçiləri müvəqqəti olaraq Qətərdə qalmağı planlaşdırırdılar, lakin ölkə otelləri Qətər hökumətinin təlimatlarına əməl edərək onları yerləşdirməkdən imtina edib.
7-03-2026, 17:10
ABŞ-nin üç fərqli təyyarəsi ilk dəfə eyni anda döyüşdə


ABŞ-nin üç fərqli təyyarəsi ilk dəfə eyni anda döyüşdə

ABŞ-nin uzun mənzilli bombardmançıları, B‑2 Spirit, B‑1 Lancer və B‑52 Stratofortress, tarixin ilk dəfə olaraq eyni anda döyüş əməliyyatlarında iştirak edirlər.
Bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Qeyd edilib ki, ABŞ bütün bombardmançı ailəsini səhnəyə çıxardıqda, vəziyyətin həqiqətən də dramatik olacağı aydındır.
ABŞ bombardmançıları artıq İranda, o cümlədən Tehran ətrafında 200-dən çox hədəfi vurub. B‑2-lər yeraltı raket sığınacaqlarına qarşı 2,000 funtluq nüfuzedici bombalar atır və hələ də daha böyük, 30,000 funtluq GBU‑57 sığınacaq qırıcısı bombalar ehtiyatda gözləyir - eyni bombalar “Operation Midnight Hammer” zamanı İranın nüvə obyektlərinə dəymişdi.
B‑1-lər kamuflyajla gizlənməyə çalışmırlar - sadəcə sürətlə və qəzəbli şəkildə görünür, 75,000 funtluq sursat və ya 24 gəzici raket daşıya bilirlər. Onlar eyni platformalardır ki, ABŞ Venesuela hava hücum sistemlərini sıradan çıxarmışdı.
B‑52 isə hələ də 1968-dək olduğu kimi dağıdıcı qüvvəyə malikdir. Onlar bombalar ata, gəmiləri aşkarlaya və uzun müddət hədəflərin üstündə qala bilirlər.
Bu üç bombardmançı birlikdə olduqda, İranın raket anbarları, buraxılış qurğuları, silo sistemi və hücumlarını davam etdirməsinə imkan verən digər infrastruktura qarşı demək olar ki, fasiləsiz zərbələr həyata keçirilir.
7-03-2026, 17:00
İrandan İsrailə yeni raket dalğası yönəldi


İrandan İsrailə yeni raket dalğası yönəldi

İrandan İsrail hədəflərinə doğru yeni raket dalğası aşkarlanıb.
İsrailin mərkəzi hissəsində geniş xəbərdarlıqlar yayılıb.
Zərbələrə məruz qalan ərazilər: Şimal vadiləri, Şaron və Mərkəzi Sahil, Böyük Tel-Əviv, Qərb sahili, Laqiş və Şefela (271 məkan), Şeron və Mərkəzi Sahil, Qərb Sahilidir.
İnsanlara müraciət edilərək qeyd edilib ki, mühafizə olunan məkanlara daxil olun və Komandanlıqdan “təhlükəsizlik keçdi” siqnalını gözləyin.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!