11-09-2022, 14:54
İsveç yeni deputatlarını seçirBu gün İsveçdə parlamentə və yerli orqanlara seçkilər keçirilir.
Butov.az xəbər verir ki, səhər saatlarında səsvermə üçün məntəqələr açılıb. Krallığın xaricdə yaşayan vətəndaşları avqustun ortalarından səs verməyə başlayıblar. Bülletenləri poçtla və elektron vasitələrlə göndərmək mümkün olub. Avqustun 24-dən isə seçki məntəqələrinə gələ bilməyənlər səs verməkdədirlər.
11-09-2022, 14:52
Venesiya film festivalının ən yaxşıları seçildiKeyt Blanşett və Kolin Farrell 79-cu Venesiya Film Festivalında ən yaxşı qadın və kişi rollarına görə Volpi Kuboku qazanıblar.
Butov.az xəbər verir ki, təqdimat festivalın “YouTube” kanalında yayımlanıb. Qərarı amerikalı aktrisa Culian Murun rəhbərlik etdiyi beynəlxalq münsiflər heyəti elan edib. Blanşett bu mükafatı Todd Feldin “Tar” filmində Berlin Filarmonik Orkestrinə rəhbərlik edən ilk qadın orkestr dirijoru roluuna görə alıb. Farrell isə Martin MakDonun “The Banshees of Inisherin” filmindəki ifasına görə mükafata layiq görülüb. Qeyd edək ki, festivalın əsas mükafatı sayılan “Qızıl aslan” Laura Poitrasın “All the Beauty and the Bloodshed" sənədli filminə verilib. 79-cu kinofestivalın proqramında yeganə olan sənədli film fotoqrafın dərman şirkətinə qarşı mübarizəsindən bəhs edir.
11-09-2022, 14:50
Saakaşvili: “Havada qələbə qorxusu var”"Rusiya dərhal İzyumu xilas etmək üçün yeni qüvvələr göndərdi, baxmayaraq ki, ekspertlər bunun ruslara kömək edəcəyinə şübhə ilə yanaşırlar". Bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşili deyib. “Növbəti hədəflərdən biri separatçı Dnepr anklavı Moldovadır. Orada yerləşdirilən dördüncü rus ordusu uzun müddətdir ki, Rusiyadan təchiz edilmir. Onun əsgərləri qaçılmaz hücumdan qorxaraq müqaviləni uzatmaqdan kütləvi şəkildə imtina edirlər. Dneprin tutulması Ukrayna ordusu üçün 2-3 günün işidir və bu, Moldovanın ərazi bütövlüyünü bərpa edir, Gürcüstan üçün də presedent yaradır. Dnepr əməliyyatı yəqin ki, ilin sonuna kimi həyata keçiriləcək", - Mixail Saakaşvili qeyd edib. Onun sözlərinə görə, Ukrayna ordusu artıq Xarkovun strateji şəhəri olan Kupyanska daxil olub: “Kupyanskdan sonra məqsəd İzyumun azad edilməsidir ki, bu da Rusiya üçün böyük strateji əhəmiyyət kəsb edən ikinci şəhərin itirilməsi deməkdir. Rusiya İzyumu xilas etmək üçün yeni qüvvələr cəlb etdi, lakin ekspertlər bunun ruslara kömək edəcəyinə şübhə edirlər. Biz real vaxt rejimində Rusiyanın zəbt etdiyi mühüm nöqtələrin bir-birinin ardınca domino prinsipini izləyirik və burada Balakleya yalnız ilk çox vacib addım idi. Havada qələbə qoxusu var”.
11-09-2022, 14:48
Sabahın havası: yağış, külək...Sabaha olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 12-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 19-21° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
11-09-2022, 14:46
"Qarabağ"ın dünya reytinqindəki yeriBeynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Butov.az xəbər verir ki, 304 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb. Aktivində 131 xal olan "köhlən atlar" ötən ayla müqayisədə 13 sıra geriləyərək 91-ci pillədə qərarlaşıb. Ölkə çempionu Türkiyənin "Fənərbağça", Kolumbiyanın "Atletiko Nasyonal" və Belçikanın "Brügge" klubları ilə eyni xala malikdir. İlk "3-lük"də 305 xalla "Palmeyras", 303 xalla "Flamenqo" (hər ikisi Braziliya) və 293 xalla "Liverpul" (İngiltərə) qərarlaşıb.
11-09-2022, 14:43
Kursantlar and içdilərSentyabrın 11-də Heydər Əliyev adına Hərbi İnstitutda yeni qəbul olan kursantların təntənəli andiçmə mərasim keçirilir.
Butov.az xəbər verir ki, mərasimdə hərbi institutun rəhbərliyi, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, şəxsi heyət, müəllimlər, valideynlər, eləcə də ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər. Əvvəlcə hərbi orkestrin müşayiəti ilə hərbi institutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər. İnstitutun rektoru general-mayor Füzuli Salahov təntənəli mərasimdə çıxış edərək əlamətdar gün münasibətilə kursantları təbrik edib, onlara hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etmələrini, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə edib.
11-09-2022, 14:41
Zaparojye AES fəaliyyətini dayandırdıUkraynanın Zaporojye Atom Elektrik Stansiyasının fəaliyyəti tamamilə dayandırılıb. Bu barədə Ukrayna mediası məlumat yayıb. Məlumata görə, bu gecə Kiyev vaxtı ilə saat 03:41-də Zaporojye Atom Elektrik Stansiyasının 6 nömrəli enerji bloku elektrik şəbəkəsindən ayrılıb. Onun soyudulması istiqamətində hazırda işlər görülür.
11-09-2022, 14:40
"Qəbələ" - "Hayduk" oyununun hakimləri bəlli olduXorvatiyada "Hayduk" və "Qəbələ" komandaları arasında keçiriləcək UEFA Gənclər Liqasının I mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.
Butov.az xəbər verir ki, qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim David Smaytsa David Qabrovets və Tomaj Tserne laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını xorvatiyalı Ante Terziç yerinə yetirəcək. Qeyd edək ki, senyabrın 12-də keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Cavab görüşü oktyabrın 4-də Qəbələdə olacaq.
11-09-2022, 14:37
Daha 4 gəmi Ukraynadan yola düşdüİstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından ərzaq yüklü daha 4 gəminin çıxışına icazə verib. Bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb. Bildirilib ki, gəmilərin ümumi yükü 92,5 min tondur. Onlar Türkiyə, Livan və Niderlanda günəbaxan yağı, taxıl və qarğıdalı daşıyır. Həmçinin vurğulanıb ki, gəmilərin üçü Türkiyə və Şimali Afrika limanlarına doğru yol alıb.
11-09-2022, 14:35
Kəlbəcər və Laçın yenidən atəşə tutulduAzərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə, Yuxarı Ayrım və Laçın rayonunun Sadınlar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri sentyabrın 10-u gündüz saatlarından 11-i səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Zərkənd və Gorus rayonunun Xəzinəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bölmələrimizin adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.