11-09-2022, 00:49
"Neftçi" qələbə qazandıFutbol üzrə Azərbaycan Premyer Liqasında VI tur çərçivəsində "Neftçi" klubu Qəbələdə eyniadlı komandanın qonağı olub.
Butov.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma paytaxt klubunun 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Neftçi" turnir cədvəlində liderliyə yüksəlib. 9 xalı olan "Qəbələ" isə 5-ci sırada qalıb.
11-09-2022, 00:45
Koronavirusla bağlı son vəziyyət - Ölənlər varAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 274 yeni yoluxma faktı qeydə alınıb, 613 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib. İndiyədək ölkədə ümumilikdə 817 596 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 805 170 nəfər müalicə olunaraq sağalıb, hazırda 2574 aktiv xəstə var. Bu günə qədər 9852 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3252, indiyədək ümumilikdə 7 191 050 test icra olunub.
10-09-2022, 21:47
NATO Kosovoda hərbçilərinin sayını artırır NATO-nun Kosovodakı (KFOR) hərbçilərinin sayı müvəqqəti olaraq artırılacaq. Bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib. Məlumata görə, 27 sentyabr-2 noyabr tarixlərində ehtiyat birliklər üçün keçiriləcək təlimlə əlaqədar KFOR-un əsgərlərinin sayında artım olacaq. Sentyabrın 11-də İngiltərədən gələcək hərbi hissə təlimdən əvvəl KFOR personalı ilə uyğunlaşdırma işləri aparacaq. Xatırladaq ki, KFOR 1999-cu ildə, Kosovo-Serbiya müharibəsindən sonra BMT Təhlükəsizlik Şurasının Kosovoda sülh və sabitliyi qorumaq üçün qəbul etdiyi qətnamə əsasında yaradılıb.
10-09-2022, 21:45
Cüdoçumuz İtaliyada finala çıxdıİtaliyanın Riççone şəhərində keçirilən Avropa açıq turnirində Azərbaycanın 1 cüdoçusu finala vəsiqə qazanıb.
Butov.az xəbər verir ki, bu, 60 kq çəki dərəcəsində yarışan Rövşən Əliyevdir. O, yarımfinalda milliyyətcə özbək olan Dilşad Xalmatova (Ukrayna) "Golden Score"da ipponla qalib gələrək finala çıxıb. Əliyevin finaldakı rəqibi Salih Yıldız (Türkiyə) olacaq. Qeyd edək ki, Riççone şəhərində keçirilən turnir sentyabrın 11-də başa çatacaq. Bu yarışda Azərbaycanın 13 kişi cüdoçusu iştirak edir.
10-09-2022, 21:43
Ukrayna ordusu 10 kilometr irəlilədiUkrayna Silahlı Qüvvələri cənub cəbhəsində bəzi istiqamətlərdə on kilometrlərlə irəliləyib. Bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Natalia Qumenyuk bildirib. Mətbuat katibi azad edilmiş ərazilərin adlarının tezliklə açıqlanacağını qeyd edib. Onun sözlərinə görə, təkcə sentyabrın 9-da Ukrayna hərbçiləri cənubda 70-dən çox işğalçını məhv edib, bundan əlavə, Nikopol rayonunu davamlı olaraq atəşə məruz qoyan 9 tank və 2 topu sıradan çıxarıb.
10-09-2022, 21:41
Rus polkovnik Ukrayna hərbçilərinə əsir düşdüRusiya Silahlı Qüvvələrinin polkovnik-leytenantı Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb. Bu barədə “Ukraina online” məlumat yayıb. Bildirilib ki, polkovnik-leytenant Artyom Vladimiroviç Xelemendik 1983-cü il mayın 16-da anadan olub. O, hərbi hissənin məntəqə rəisi vəzifəsində xidmət edib.
10-09-2022, 21:37
Güləşçilərimiz dünya çempionatının yarımfinalındaBu gün Serbiyanın paytaxtı güləş üzrə dünya çempionatı start götürüb.
Butov.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə millinin 3 üzvü mübarizəyə qoşulub. Eldəniz Əzizli (55 kq) 1/8 finalda italiyalı Covanni Freniyə ilk hissədə tam üstünlüklə qalib gəlib - 8:0. Dünya və Avropa çempionu 1/4 finalda yaponiyalı Şiotani Yuya da aman verməyib - 10:0. Eldəniz yarımfinalda amerikalı Maks Nouri ilə üz-üzə gələcək. İkinci mərhələdən mübarizəyə qoşulan Ülvü Qənizadə (72 kq) qazaxıstanlı İbrahim Məhəmmədovu 4:2 hesabıyla üstələyib. Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu vaxtından əvvəl məğlub edib - 10:0. Ülvü yarımfinalda türkiyəli Selçuk Canla qarşılaşacaq. Sənan Süleymanov (77 kq) isə ilk mərhələdə almaniyalı İdris İbayevlə qarşılaşıb. Keçən il 23 yaşadək güləşçilər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Süleymanov rəqibinə minimal fərqlə (7:8) məğlub olub.
10-09-2022, 21:34
Sumqayıtda 41 yaşlı kişi qonşularını yandırdıSumqayıtda 41 yaşlı kişi qısqanclıq zəminində qonşularını yandırıb.
Butov.az xəbər verir ki, hadisə şəhərin Xəzri yaşayış massivində səhər saatlarında qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Anar Məmmədov qonşusunun evinin pəncərəsindən benzin ataraq yaşayış sahəsinə od vurub. Bu zaman özü də yanıb. Hadisə vaxtı evdə olan 58 yaşlı Oruc Qocayev, onun gəlini 28 yaşlı Günay Qocayeva və nəvəsi Həsən Qocayev müxtəlif yanıq xəsarətləri alıblar. Onlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Anar Məmmədovun bədənin bütün hissəsi yandığından vəziyyəti ağırlaşıb. O, təcili tibbi yardım avtomobili ilə Bakı Yanıq Mərkəzinə göndərilib. 2016-cı ildə həyat yoldaşından boşanan Anar Məmmədovun hadisəni qısqanclıq zəminində törətdiyi bildirilir. Keçmiş həyat yoldaşı Aynurə Məmmədova açıqlamasında bildirib ki, Anar Məmmədov onu qonşusuna qısqanırmış. A.Məmmədova boşanmalarına baxmayaraq, eyni evdə qaldıqlarını, lakin hadisə baş verən zaman anasıgildə olduğunu deyib.
10-09-2022, 21:05
Çin Ayla bağlı yeni kəşf etdiÇin alimləri "Chang'e-5" missiyası çərçivəsində 2020-ci ildə Yerə çatdırılan Ay torpaq nümunələrini tədqiq edərkən Changesite-(Y) adlı yeni mineral aşkar ediblər.
Butov.az xəbər verir ki, Changesite-(Y) rəngsiz şəffaf sütunlu kristaldır. Qeyd olunur ki, bu, insan tərəfindən Ayın tədqiqi başlayandan bəri aşkar edilən altıncı yeni materialdır. Alimlərin fikrincə, bu, Ay minerallarının tədqiqi üçün böyük elmi əhəmiyyət kəsb edir və ayın təkamülünü tədqiq etməyə kömək edəcək və gələcək dərin kosmosun tədqiqini asanlaşdıracaq.
10-09-2022, 15:55
Laçından qaçan ermənilər İrəvanda etiraza qalxır
Azərbaycanın Laçın rayonundan İrəvana qaçmış ermənilər Ermənistan hakimiyyətindən narazıdır.
Butov.az xəbər verir ki, Qreta Movsisyan adlı qadın 22 il Laçında firəvan yaşadıqlarını, 44 günlük müharibə nəticəsində evlərindən məcburi şəkildə küçəyə atıldıqlarını deyib. Movsisyan Laçını tərk etdikdən sonra Ermənistan hakimiyyətinin onlara vəd etdiyi yardımları ayırmadığını söyləyib. Erməni qadın ev və kompensasiya problemini həll etmək üçün döymədikləri qapı qalmadığını, lakin rəsmilərin onların şikayətini qulaq ardına vurduğunu deyib. Onun sözlərinə görə, narazı ermənilər İrəvanda etiraz aksiyası keçirməyə hazırlaşır. Qreta Movsisyan yaranmış vəziyyətə görə, Ermənistan rəhbərliyi və Qarabağdakı qondarma rejimin məsuliyyət daşıdığını qeyd edib. “İndi çıxılmaz vəziyyətdə qalmışıq, nə edəcəyimizi, kimə müraciət edəcəyimizi bilmirik. Laçından köçən ermənilərin bəziləri İrəvanda kirayədə, bəziləri ilə yaxınlarının evlərində qalır. Bizi “küçə iti” kimi evdən bayıra atdılar, heç kim yardım göstərmədi. İrəvanda yaşamaq və işləmək üçün normal şərait yoxdur. Kompensasiya verilsə belə, bu məbləğ ev almağa kifayət etmir”, - deyə Movsisyan vurğulayıb.