Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
10-09-2022, 15:52
Qırıcılar Türkiyəyə geri qayıtdı


Qırıcılar Türkiyəyə geri qayıtdı

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edən qardaş ölkənin Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Türkiyəyə qayıdıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.




10-09-2022, 15:50
İlham Əliyev Binəqədidə məktəb açılışında


İlham Əliyev Binəqədidə məktəb açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Butov.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd edək ki, Binəqədi rayonu ərazisində yerləşən məktəblərdə şagird sıxlığı ilə əlaqədar yeni ümumi təhsil müəssisəsinin tikintisinə zərurət yarandığından Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə əhali sıxlığı və məktəb tutumu nəzərə alınaraq bu məktəbin layihəsi hazırlanıb. Tikintisinə 2020-ci ilin noyabrında başlanılan 1600 şagird yerlik məktəbdə 63 sinif, 4 informatika otağı, 2 məktəbə qədər hazırlıq otağı, 5 STEAM otağı, 2 idman zalı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika kabineti, kimya və biologiya laboratoriyaları, kitabxana, 200 yerlik yeməkxana və 520 nəfərlik akt zalı yaradılıb. Dördmərtəbəli binanın ümumi sahəsi 17 min 254 kvadratmetrdir. Prezident İlham Əliyev bu təhsil ocağının məktəbəhazırlıq qrupu, fizika kabineti, informatika otağı, kitabxana, idman zalı, kimya laboratoriyası, yeməkxana, çağırışa qədər hərbi hazırlıq otağında, STEAM otaqlarında yaradılan şəraitlə tanış oldu. STEAM layihəsi birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrədir. Qeyd edək ki, təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, yeni əmək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması da bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı ilə davamlı şəkildə dəstək verir. Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir. Yeri gəlmişkən, 2022-2023-cü tədris ilində 70-ə yaxın məktəb binası tikiləcək və ya əsaslı təmir edilərək istifadəyə veriləcək. Bu məktəblərdən 30-u modul tiplidir.







10-09-2022, 15:46
Paşinyan ABŞ rəsmisilə Azərbaycanı müzakirə etdi


Paşinyan ABŞ rəsmisilə Azərbaycanı müzakirə etdi

ABŞ dövlət katibinin Qafqaz üzrə baş məsləhətçisi Filipp Riker İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması müzakirə edilib. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Bildirilib ki, tərəflər regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Qeyd edək ki, Filipp Rikerin Ermənistana səfəri sentyabrın 10-da başa çatır. Onun Azərbaycana səfəri gözlənilir.
10-09-2022, 15:44
Çarlz rəsmən Kral elan olundu


Çarlz rəsmən Kral elan olundu

III Çarlz rəsmən Böyük Britaniyanın Kralı elan edilib. Butov.az xəbər verir ki, Çarlzın Kral elan edilməsi mərasimi Londonun mərkəzində yerləşən Sent-Ceyms sarayında keçirilib. Qeyd edək ki, Çarlzın anası 96 yaşında vəfat edən kraliça II Elizabet Böyük Britaniyanın və Avstraliya, Kanada və Yamayka da daxil olmaqla 14 ölkənin dövlət başçısı idi.
10-09-2022, 15:42
İspanlar Ukrayna hərbçilərinə təlim keçəcək


İspanlar Ukrayna hərbçilərinə təlim keçəcək

İspaniya tezliklə öz ərazisində Ukrayna hərbçilərinə təlim keçməyə başlayacaq. Butov.az xəbər verir ki, ispaniyalı mütəxəssislər ukraynalı əsgərlərə tanklardan və raket sistemlərindən istifadə etməyi öyrətməyə, həmçinin tibbi və istehkamçılıq üzrə təlimlər keçməyə hazırlaşır. Təlimin əsas hissəsi İspaniya Müdafiə Nazirliyinin Saraqosa əyalətində yerləşən bazalarında keçiriləcək. Bundan öncə döyüşlərdə yaralanan 600-ə yaxın ukraynalı əsgər də orada müalicə almışdı. İspaniya Əfqanıstan, İraq və ya Malinin silahlı qüvvələrinin hazırlanmasında böyük təcrübəyə malik olsa da, bu cür təlimlər ilk dəfə olaraq krallıq ərazisində baş tutacaq. Qeyd edək ki, İspaniya tərəfindən Kiyevə vəd edilən silahlar artıq Ukraynaya gəlməyə başlayıb. Belə ki, 20 ədəd M113 zirehli transportyoru, “Aspide” raket batareyası və tonlarla artilleriya mərmisi digər təchizatla birlikdə artıq Polşaya çatdırılıb.
10-09-2022, 15:38
Bazar günü yağış yağacaq


Bazar günü yağış yağacaq

Azərbaycanda sentyabrın 11-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20° isti, gündüz 23-26° isti, Bakıda gecə 18-20° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam tədricən kəsiləcək. Mülayim şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
10-09-2022, 15:36
Ata qızının 16 yaşlı sevgilisini iplə boğub öldürdü


Ata qızının 16 yaşlı sevgilisini iplə boğub öldürdü

Bakı sakini qonşusunu qətlə yetirib. Sabunçu rayon prokurorluğundan verilən məumata görə, sentyabrın 6-da Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaqla zərərçəkmişin qonşusu 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, daha sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir. İddialara görə, Babək Quliyev 16 yaşlı Hüseynbalanın sevdiyi qızın atasıdır. Hadisənin məhz bu səbəbdən baş verdiyi ehtimal olunur.
10-09-2022, 15:34
Ukrayna ordusu bu şəhərini azad etdi


Ukrayna ordusu bu şəhərini azad etdi

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Kupyansk şəhərini işğaldan azad edib. Bu barədə Xarkov vilayət şurası rəhbərinin müşaviri Natalya Popova bildirib. Qeyd edək ki, bundan əvvəl Ukrayna ordusunun Xarkov vilayətində əhəmiyyətli şəkildə irəlilədiyi barədə məlumat verilmişdi.
10-09-2022, 15:32
Laçının su təchizatı bərpa edilir


Laçının su təchizatı bərpa edilir

Azərbaycan ordusu tərəfindən tam nəzarətə götürülmüş Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatının bərpa edilməsi məqsədilə “Azərsu” ASC tərəfindən tədbirlər davam etdirilir. Bu barədə “Azərsu” məlumat yayıb. Bildirilir ki, ilkin olaraq şəhərin mövcud su mənbəyi, su anbarları, magistral və şəbəkə su xətlərinin istismar vəziyyəti təftiş edilib. "Məlum olub ki, şəhərin əsas içməli su mənbəyi olan subartezian quyuları tamamilə istismara yararsız vəziyyətə salınıb. Quyu zonasında suqəbuledici qurğu, nasos stansiyası, elektrik təchizatı sistemləri məqsədli şəkildə sıradan çıxarılıb, nasoslar sökülərək aparılıb. Subartezian quyuların bərpası qısa müddətdə mümkün olmadığından alternativ mənbə olaraq bulaqlardan şəhərə suyun verilməsi qərara alınıb. Bu məqsədlə magistral kəmərin qəzalı hissələri təmir olunub, suyun optimal paylanması və tənzimlənməsi məqsədilə magistral kəmər üzərində siyirtmələr və havaburaxıcı quraşdırılıb. Şəhər şəbəkəsi də istismara yararsız olduğundan müvəqqəti olaraq yerüstü şəbəkənin yaradılmasına qərar verilib. Bu məqsədlə müxtəlif diametrli polietilen borularla 3 km-dən artıq xətt çəkilib, mövcud magistraldan yeni şəbəkəyə birləşmələr verilib və ehtiyac olan tikililərə içməli suyun verilməsi təmin edilib. Eyni zamanda şəhərdə sudoldurucu qüllə quraşdırılıb, xidmət göstərilməsi üçün əraziyə 3 ədəd sudaşıyan maşın cəlb olunub. Bunlarla yanaşı, Laçın şəhərinin dayanıqlı su təchizatının aparılması məqsədilə layihələndirmə işlərinə başlanılıb. Mütəxəssislər tərəfindən subartezian sahəsinə, anbarlara, nassos stansiyalarına baxış keçirilib, vəziyyət yerində qiymətləndirilib. Qərara alınıb ki, yararsız hala salınmış subartezian quyuları, nasos stansiyası və digər hidrotexniki qurğular bərpa edilsin, anbarlar yuyulub təmizlənərək istismara qaytarılsın", - məlumatda qeyd olunub.







10-09-2022, 15:29
Ruslar Ukraynada 400-ə yaxın uşağı öldürüb


Ruslar Ukraynada 400-ə yaxın uşağı öldürüb

Rusiyanın Ukraynaya hücumu nəticəsində indiyədək 383 uşaq öldürülüb, 746 nəfər yaralanıb. Bu barədə Ukrayna Baş Prokurorluğu “Telegram”da məlumat yayıb. "2022-ci il sentyabrın 10-da səhər saatlarına olan məlumata əsasən, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1129-dan çox uşaq zərər çəkib. Yetkinlik yaşına çatmayanlarla iş üzrə prokurorların rəsmi məlumatına görə, bu dövrdə 383 uşaq ölüb, 746-dan çox uşaq yaralanıb”, - Baş Prokurorluqdan bildirilib. Məlumata görə, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir. Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!