Pezeşkian Trampı təkzib etdi: ABŞ-la danışıq aparmırıq! .....                        Azərbaycan XİN-dən Rusiyaya xəbərdarlıq: İzahat gözləyirik! .....                        Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI .....                        Tramp İrana verdiyi 48 saatlıq müddəti ARTIRDI .....                        Prezidentin müaşviri İslam ölkələrini tənqid etdi: Haradasınız?! .....                        Rza Pəhləvi Trampla Netanyahuya çağırış etdi: “Dayanmayın, vurun!” .....                        Parisə yeni mer seçildi .....                        Qalibaf öldürülüb? - Parlamentin spikeri haqda məlumat yayıldı .....                        “Biz təslim olmağı rüsvayçılıq sayırıq” - SEPAH rəsmisi .....                       
3-11-2025, 18:04
Qar uçqununda 15 nəfər itkin düşdü


Qar uçqununda 15 nəfər itkin düşdü

Bu gün səhər saatlarında Nepalda Yalung Ri Himal dağının baza düşərgəsi yaxınlığında qar uçqunu nəticəsində əcnəbi alpinistlər və nepallı bələdçilər də daxil olmaqla, 15 nəfər itkin düşüb.
Bu barədə “Kathmandu Post” yerli polis idarəsinə istinadla məlumat yayıb. “Dolma Kxanq zirvəsinə qalxmağa cəhd edən həm nepallı, həm də əcnəbi alpinistlərdən ibarət qrup səhər saat 9 radələrində qar uçqunu baş vermiş əraziyə gəlib. Onların vəziyyəti naməlum olaraq qalır”, - deyə polis rəisinin müavini Gyan Kumar Mahato bildirib.
Polisin məlumatına görə, axtarış-xilasetmə işləri davam edir. İtkin düşən alpinistlərin və bələdçilərin axtarışı üçün əraziyə helikopterlər göndərilib.
Hakimiyyət orqanları itkin düşən əcnəbi alpinistlərin milliyyətini hələlik açıqlamayıb.
3-11-2025, 17:28
İsa Həbibbəyli Akif Əlizadəni təltif etdi


İsa Həbibbəyli Akif Əlizadəni təltif etdi

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə təltif edilib.
O, “AMEA-nın döş nişanı”na layiq görülüb.
Mükafatı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təqdim edib.
3-11-2025, 17:18
Misir Mərdanov təltif olundu


Misir Mərdanov təltif olundu

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda ölkəmizin və dünyanın aparıcı akademik qurumlarının nüfuzlu alimləri AMEA-nın 80 illik yubileyi münasibətilə hazırlanmış “AMEA-nın döş nişanı”, “Əziz Səncər”, “Yusif Məmmədəliyev”, “Üzeyir Hacıbəyli” və “Lev Landau” döş nişanları ilə təltif olunublar.
Təltif olunanlar içərisində Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov da var. O, “Lev landau” döş nişanı ilə təltif olunub.
Ona mükafatı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təqdim edib.
3-11-2025, 17:13
Tokayev azərbaycanlı xeyriyyəçini təltif etdi


Tokayev azərbaycanlı xeyriyyəçini təltif etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev azərbaycanlı iş adamı Amil Yusifovu xeyriyyəçilik fəaliyyətinə görə “Kurmet” ordeni ilə təltif edib.
Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Mükafatı Tokayevin adından Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayev təqdim edib.
Səfirliyin məlumatına görə, Amil Yusifov AZAL aviaşirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan qazaxıstanlıların ailələrinə mənzil hədiyyə edib.
O, həmçinin xilasetmə xidməti, şəhər xəstəxanası və təcili yardım stansiyasının ehtiyacları üçün avtomobillər bağışlayıb.
“Kurmet” ordeni Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayelə də təqdim olunub.
Təltif mərasimində çıxış edən Ermek Koşerbayev Astana ilə Bakı arasında strateji tərəfdaşlıq və fəal əməkdaşlığın davam etdiyini vurğulayıb. Səfir Alim Bayel isə səfirliyin iki ölkə arasında müttəfiqlik əlaqələrinin daha da güclənməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.
3-11-2025, 17:09
Baş nazir sahibkarlarla bağlı qərarda dəyişiklik etdi


Baş nazir sahibkarlarla bağlı qərarda dəyişiklik etdi

Nazirlər Kabineti "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nın təsdiq edilməsi haqqında" 21 dekabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi il ərzində fəaliyyəti göstərmiş sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatı hesabat ili başa çatdıqdan sonra, real vaxt rejimində Dövlət Statistika Komitəsi deyil, İqtisadiyyat Nazirliyinə ötürəcək. İndiyə qədər məlumat hər il aprelin 20-dən gec olmayaraq Dövlət Statistika Komitəsinə ötürülürdü.
İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, il ərzində fəaliyyəti olmuş, habelə yeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektlərinin ölçüsünə görə mikro, kiçik, orta və iri sahibkar kateqoriyaları üzrə bölgüsünün bu meyarlara uyğun təşkilini və hesabat ili başa çatdıqdan sonra növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində işçilərin orta siyahı sayı və illik gəlir göstəriciləri göstərilməklə müvafiq məlumatların Dövlət Statistika Komitəsinə və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"nə ötürülməsini təmin etsin.
3-11-2025, 17:03
Paşinyan yenidən namizəd oldu


Paşinyan yenidən namizəd oldu

Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcək.
Paşinyan bu barədə öz sosial media hesabında paylaşım edib.
Məktub “Vətəndaş müqaviləsi” partiyasının adından, Nikol Paşinyanın imzası ilə yayımlanıb.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri gələn ilin yay aylarında keçiriləcək.
3-11-2025, 16:54
Ceyhun Bayramov Əlcəzairəyə getdi


Ceyhun Bayramov Əlcəzairəyə getdi

Noyabrın 3-də AzərbaycanIn xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumta görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun noyabrın 4-də Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf və digər yüksəksəviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

3-11-2025, 16:43
Bu şəxslərin icbari tibbi sığorta haqqı azaldılır


Bu şəxslərin icbari tibbi sığorta haqqı azaldılır

Özəl sektorda çalışanların icbari tibbi sığorta haqqını ödəmə qaydasına dəyişiklik edilir.
Bununla bağlı "Tibbi sığorta haqqında" qanuna dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, gələn ildən sözügedən kateqoriya üzrə aylıq gəlir 2500 manata qədər olduqda sığortaolunan və sığortaedən hər biri bunun 2 %-i qədər, 2500 manatdan çox olduqda isə sığortaolunan və sığortaedən hər biri artıq hissənin 0,5 %-i qədər sığorta haqqı ödəyəcək.
Qeyd edək ki, hazırda qüvvədə olan qaydaya görə, sığortaolunan və sığortaedənin hər biri üçün əməkhaqqı 8000 manatadək olduqda sığortahaqqı 2%, əməkhaqqı 8000 manatdan çox olduqda isə 0.5% sığortahaqqı tutulur.
3-11-2025, 16:38
Türkiyədə zəlzələ - İstanbulda da hiss edildi


Türkiyədə zəlzələ - İstanbulda da hiss edildi

Türkiyənin Balıkesir vilayətində 4,9 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 11 kilometr dərinlikdə olub.
3-11-2025, 16:20
Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır


Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır

Azərbaycanda bir sıra şəxslər üçün məcburi dövlət sosial sığorta haqqı artırılır.
Bu barədə məlumat “Sosial sığorta haqqında” haqqında qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Hazırda toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növlərində, eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində çalışanlar minimum aylıq əməkhaqqının 5 faizi miqdarında dövlət sosial sığorta haqqı ödəyirsə, 2026-cı ilin yanvarın 1-dən bu məbləğ 8 faiz olacaq.
Yanvarın 1-dən çəkməçi, pinəçi, bərbər, dərzi fəaliyyəti, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıq emalatxanalarının fəaliyyəti, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən (ofisiant), fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər minimum aylıq əməkhaqqının 5 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcək. Hazırda bu məbləğ 3 faiz təşkil edir.
Qeyd edək ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi olan uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:

5 hektaradək olduqda – 2 faiz miqdarında;

5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında;

10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında;

Layihəyə əsasən, bu ödənişlər yanvarın 1-dən müvafiq olaraq 5, 7.5, 12.5 faiz olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!