“Özümüzü kəsən qılınc” kitabının təqdimatı oldu .....                        Ədaləti təmin etmək üçün gərək yumruğun olsun - Prezident .....                        Ukrayna hücuma keçməlidir - Tramp Zelenskiyə daha nələr deyib? .....                        Anomal istilər bu tarixədək davam edəcək .....                        Ayağı amputasiya olunmuş aktyor vəfat etdi .....                        Azərbaycan futbolçusu faciəvi şəkildə öldü .....                        Tramp Netanyahuya zəng etdi .....                        Təbrizdən Bakıya aviareyslər bərpa edilir .....                        "Qarabağ"ın yeni oyunçusu .....                       
11-08-2024, 15:54
Paris olimpiadası yekunlaşdı - Azərbaycan 7 medal qazandı


Paris olimpiadası yekunlaşdı - Azərbaycan 7 medal qazandı

Azərbaycan idmançıları Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub. 48 idmançıdan 7-si medal qazanıb.
Azərbaycan idmançıları əldə edilən mükafatlardan sonuncusunu bu gün aktivinə yazdırıb.
Sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçedlidze ilə üz-üzə gəlib və 10:0 hesablı qələbəyə sevinib. Bununla da idmançımız üçüncü bürünc medalı Azərbaycana qazandırıb.
Ümumilikdə 7 medal qazanan idmançıların siyahısı:

Cüdo: Hidayət Heydərov (73 kq) — qızıl
Zelim Kotsoyev (100 kq) — qızıl

Boks: Alfonso Dominges (92 kq) — gümüş

Taekvondo: Qaşım Maqomedov (58 kq) — gümüş

Yunan-Roma güləşi: Həsrət Cəfərov (67 kq) — bürünc

Sərbəst güləş: Giorgi Meşvildişvili (125 kq) — bürünc

Maqomedxan Maqomedov (97 kq) — bürünc

Medal qazana bilməyənlər:

Badminton

Edi Reski Dviçayo (kişilər, fərdi), Keişa Fatimə Zəhra (qadınlar, fərdi)

Bədii gimnastika
Zöhrə Ağamirova

Qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)

Batut gimnastikası
Selcan Maqsudova

Sərbəst güləş
Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq)

Yunan-Roma güləşi
Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq)

Qadın güləşi
Mariya Stadnik (50 kq)

Atletika
Anna Skidan, çəkicatma

Boks
Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq)
Məhəmməd Abdullayev (+92 kq)

Atıcılıq
Ruslan Lunyov (10 m, pnevmatik tapança)

Basketbol
Qadın yığması, 3×3 növü

Avarçəkmə
Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)

Triatlon
Rostislav Pevtsov

Qılıncoynatma
Anna Başta, (sablya)

Kamandan oxatma
Yaylagül Ramazanova

Üzgüçülük
Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə

Cüdo
Balabəy Ağayev (kişilər, 60 kq), Yaşar Nəcəfov (kişilər, 66 kq), Zelim Tçkayev (kişilər, 81 kq), Elcan Hacıyev (kişilər, 90 kq), Uşanqi Kokauri (kişilər, +100 kq), Leyla Əliyeva (qadınlar, 48 kq), Gültac Məmmədəliyeva (qadınlar, 52 kq)
11-08-2024, 15:18
Mehriban Əliyevadan idmançımıza təbrik


Mehriban Əliyevadan idmançımıza təbrik

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında bürüncü medal mükafatı qazanmış Azərbaycan sərbəst güləşçisi Maqomedxan Maqomedovu təbrik edib.
Bu barədə birinci xanım sosial şəbəkədə yazıb:
"Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedovu bürünc medal qazanması münasibətilə təbrik edirəm! İdmançımıza yeni qələbələr və nailiyyətlər arzulayıram!".

11-08-2024, 14:53
İran Prezidenti nazir vəzifələrinə namizədlərini  açıqladı


İran Prezidenti nazir vəzifələrinə namizədlərini açıqladı

İran Prezidenti Məsud Pezeşkian xarici işlər naziri və müdafiə naziri vəzifələrinə müvafiq olaraq Abbas Əraqçi və Əziz Nəsirzadənin namizədliyini irəli sürüb.
Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Pezeşkian İranın neft naziri vəzifəsinə Neft Nazirliyinin keçmiş nazir müavini Möhsün Paknejadın, iqtisadiyyat naziri vəzifəsinə Mərkəzi Bankın keçmiş sədri Abdolnasser Hemmatinin və kəşfiyyat naziri vəzifəsinə isə İsmayıl Xətibin namizədliyinin qanunvericilərin baxılmasına təqdim edib. Xətib əvvəlki hökumətin nazirlik portfelini saxlayan yeganə qurum rəhbəridir.
A.Əraqçı hazırda İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının katibi vəzifəsini tutur. General-mayor A.Nəsirzadə hazırda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavinidir.
İranın 14-cü hökumətinin nazirlərinin siyahısı parlamentin Rəyasət Heyətinə təqdim edilib.
11-08-2024, 14:03
Diasporumuzdan erməni lobbisinə zərbə - ERMƏNİSTAN TƏŞVİŞDƏ


Diasporumuzdan erməni lobbisinə zərbə - ERMƏNİSTAN TƏŞVİŞDƏ

“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsində görüşlərdən birinin mövzusu Qərbi Azərbaycana həsr olunduqdan sonra ermənilər yenidən təşvişə düşüblər. Bu hadisə ilə əlaqədar Ermənistan mediasında narahatlıq dolu materiallar dərc edilib.
Azərbaycanın Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsində Qərbi Azərbaycana həsr olunan görüşdən sonra erməni mediası çox absurd bir şəkildə Azərbaycanın Ermənistan və İran ərazilərinə iddia etməsi ilə bağlı narahatlığını ifadə edib. Məqalələrdə Azərbaycanın "Qərbi Azərbaycan" termini və mədəni irsə aid iddialarının təhrif edildiyi və bu siyasətin Ermənistanın ərazi bütövlüyünə qarşı yönəldiyi vurğulanır (//armenpress.am/ru/article/1197456 ).
Ermənistan tərəfi bu tədbirlərin gənc nəsillərə təsir edərək ermənilərə qarşı neqativ münasibət formalaşdırmaq məqsədi daşıdığını iddia edir (//ru.aravot.am/2024/08/10/437631/).
Lakin, həqiqət budur ki, Azərbaycanın Qərbi Azərbaycan konsepsiyası, tarixi həqiqətlərin və tarixi ədalətin bərpasına yönəlib, qonşu dövlətlərin ərazi bütövlüyünü sual altına almır. Azərbaycanın məqsədi, öz torpaqlarına və məcburi köçkünlərin yurdlarına qayıdışını təmin etməkdir. Ermənistanın bu cür təxribat xarakterli ittihamları, regionda gərginlik yaratmaq və beynəlxalq aləmdə yanlış təsəvvürlər yaratmaq məqsədi güdür.
Azərbaycan isə beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü təmin etməyə və tarixi ədaləti bərpa etməyə davam edəcək. Ermənilərin narahatlığına baxmayaraq, Azərbaycan regionda sülh və sabitliyin təminatçısı olmağa çalışır və qonşu dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır.
Bu məsələnin təxribat məqsədi ilə manipulyasiya edilməsi regionda sülh və stabilliyə zərər vurmaqdan başqa bir nəticə verməyəcək. Azərbaycanın mövqeyi aydındır: Ölkəmiz tarixi ədaləti bərpa etməyə yönəlmiş fəaliyyətlərini davam etdirəcək və bununla bağlı heç bir təxribat cəhdinə icazə verməyəcək.
Qeyd edək ki, avqustun 1-dən 7-dək davam edən və diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan Diaspor Gənclərinin V Yay Düşərgəsində dünyanın 60 ölkəsindən 115 gənc iştirak edib. Onların sırasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri yer alıb.
11-08-2024, 13:57
Sabahkı hava meteohəssas insanlar üçün əlverişsiz olacaq


Sabahkı hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Avqustun 12-də isti hava meteohəssas insanlarda narahatlıq yarada bilər.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda isti temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
11-08-2024, 13:25
Deputat olmaq istəyən jurnalistlər - Onlar kimlərdir?


Deputat olmaq istəyən jurnalistlər - Onlar kimlərdir?

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Onlar 125 seçki dairəsində mübarizə aparacaqlar.
Deputatlığa namizədliyi qeydə alınanlar sırasında xeyli KİV nümayəndəsi də var.
Mərkəzi Seçki Komissiyasının məlumatları (MSK) əsasında deputatlığa namizədliyi qeydə alınmış jurnalistlərin kimlər olduğunu və hansı dairələrdə onların mandat uğrunda mübarizə aparacaqlarını araşdırmışıq.
Beləliklə, deputatlığa namzədliyi qeydə alınmış KİV nümayəndələrilə tanış olaq.

6 saylı Ordubad-Culfa seçki dairəsində Yeni Azərbaycan Partiyasının namizədi tanınmış jurnalistdir – “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə. O bu dairədə əsas namizəd sayıldığından seçkilərdə qalib gələcəyi də şübhə doğurmur.

8 saylı Binəqədi Birinci seçki dairəsində Müsavat Partiyasından olan jurnalist Mustafa Hacılı (Basta.info saytının rəhbəri) deputatlığa namizəddir. Mustafa Hacılı bu dairədə güclü namizəd - 6-cı çağırış Milli Məclisin deputatı Azay Quliyevlə mübarizə aparacaq.

9 saylı Binəqədi İkinci seçki dairəsində deputatlığa namizədliyi qeydə alınmış iki jurnalist var: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin böyük elmi redaktoru, bitərəf Səfər Alışarlı və “Millət” qəzetinin baş redaktoru, AMİP-çi Əli Orucov. Onlar bu dairədə 6-cı çağırış Milli Məclisin deputatı Kəmaləddin Qafarovla yarışacaqlar.

11 saylı Binəqədi-Qaradağ seçki dairəsində də deputatlığa namizədliyi qeydə alınmış jurnalist var – “Xalq Cəbhəsi” qəzetinin müxbiri Əli İbrahimov (Zülfüqaroğlu). O, Ədalət, Hüquq, Demokratiya Partiyasını təmsil edir. Burada əsas namizəd 6-cı çağırış Milli Məclisin deputatı, YAP-çı Səbinə Xasayevadır.

12 saylı Xəzər Birinci seçki dairəsində "CBC Sport" telekanalında çalışan Əli Əliyev 6-cı çağırış Milli Məclisin deputatı Soltan Məmmədov və Bakı Dövlət Universitetinin müəllimi, müsavatçı Almaz Məmmədova (Əliqızı) ilə mübarizə aparacaq.

17 saylı Yasamal Üçüncü seçki dairəsində “Ədəbiyyat qəzeti”nin redaktoru Aydın Əbilov namizədliyi qeydə alınanlar sırasındadır. Bu dairədə BDU-nun dosenti, müsavatçı Nüşabə Sadıxova güclü rəqib sayılır. Dairədə YAP-ı Torpaqşünaslıq və Aqrokimya İnstitututunun laboratoriya müdiri Zaman Məmmədov təmsil edir. Ədalət Partiyasının sədr müavini, Bakı Avrasiya Universitetinin dekanı Mütəllim Rəhimli də burada mübarizə aparacaq.

19 saylı Nərimanov Birinci seçki dairəsində mübarizə aparan Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda çalışan jurnalist Mahir Zeynalov (Həmzəoğlu) Ədalət, Hüquq, Demokratiya Partiyasını təmsil edəcək. Bu dairədə ən güclü namizəd də jurnalistdir - 6-cı çağırış Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Hikmət Məmmədov (Babaoğlu).

24 saylı Nizami Birinci seçki dairəsində də jurnalist namizəd var – “Hürriyyət” qəzetinin müxbiri Ülviyyə Şükürova. Burada əsas namizəd 6-cı çağırış Milli Məclisin deputatı Könül Nurullayeva sayılır.

32 saylı Suraxanı Üçüncü seçki dairəsində Mediatv.az saytının baş redaktoru Əfqan Quliyev YAP-ın namizədi, 6-cı çağırış Milli Məclisin deputatı Afət Həsənovaya qarşı mübarizə aparacaq.

33 saylı Xətai Birinci seçki dairəsində müstəqil jurnalist Fuad Abbasovun deputatlığa namizədliyi qeydə alınıb. Onun əsas rəqibləri 6-cı çağırış Milli Məclisin deputatı Zahid Oruc və REAL Partiyasının icra katibi Natiq Cəfərli olacaq.

41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsində "Novosti Qyandji" qəzetinin baş redaktor müavini Ceyhun Əliyev qeydə alınıb. O, 6-cı çağırış Milli Məclisin deputatı Müşfiq Cəfərovla yarışacaq. Təbii ki, dairənin başqa namizədləri də var.

46 saylı Sumqayıt Beşinci seçki dairəsində “365-ci qəzet”in müxbiri Rəşid Məmmədov deputatlığa namizəddir. Burada YAP-ın namizədi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Elnarə Akimovadır.

50 saylı Abşeron Üçüncü seçki dairəsində bir neçə jurnalist var: “Dünya” TV-nin aparıcısı İbrahim Allahverdiyev, “Space” TV-də çalışan Nuranə Axundova, “Avrasiya” və “Bu gün” qəzetlərinin keçmiş jurnalisti Ağaşirin Məmmədov.
Bu dairədə əsas namizəd Prezident Administrasiyasının sektor müdiri Ramid Novruzovdur. O, YAP-ı təmsil edir.

58 saylı Xaçmaz Kənd seçki dairəsində bitərəf namizəd, “Trend” İnformasiya Agentliyinin rəhbərliyində təmsil olunan Sevil Mikayılova həm də 6-cı çağırış Milli Məclisin deputatıdır. O bu dairədə yenidən mandat almağa çalışır.

69 saylı Biləsuvar seçki dairəsində hərbi jurnalist, “Xalq qəzeti”nin əməkdaşı Rahib Qəribov mandat uğrunda yarışacaq. Onun əsas rəqibi də jurnalistdir - 6-cı çağırış Milli Məclisin deputatı, bitərəf Bəhruz Məhərrəmov.
YAP buradan bir o qədər də tanınmayan Elməddin Əliyevuin namizədliyini irəli sürüb.

77 saylı Lənkəran Şəhər seçki dairəsində də jurnalist var – “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev. Bu dairənin favoriti ADA Universitetinin prorektoru Fariz İsmayılzadə hesab olunur.

81 saylı İmişli seçki dairəsi "Tehsilmedia.az" saytının baş redaktoru Sakit Muradovun deputatlığa namizədliyi qeydə alınıb. Burada ən güclü namizəd 6-cı çağırış Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevdir.

85 Saylı Füzuli-Ağcabədi seçki dairəsində tanınmış jurnalist, “Ədalət” qəzetinin sahibi Aqil Abbas yenidən mandat almaq istəyir. O, 6-cı çağırış Milli Məclisin deputatıdır.
Burada daha bir jurnalistin deputatlığa namizədliyi qeydə alınıb – “Vergilər” qəzetinin redaktoru Anar Əliyev

90 saylı Ağsu seçki dairəsində yarışan “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli həm də Ədalət, Hüquq, Demokratiya Partiyasını təmsil edəcək.
YAP burada Ağsu RMX PHŞ-nin direktoru Əli Hüseynovu qabağa verib.

92 saylı Göyçay-Ağdaş seçki dairəsində müstəqil jurnalist Anar Nağıyev YAP-ın təmsilçisi - Göyçay şəhəri 4 nömrəli tam orta məktəbin müəllimi Firəngiz Məmmədyarovaya qarşı mübarizə aparacaq. Amma burada ən güclü namizəd 6-cı çağırış Milli Məclisin deputatı Məzahir Əfəndiyevdir.

93 sayli Ağdaş seçki dairəsində də jurnalist namizəd var – bitərəf, 6-cı çağırış Milli Məclisin deputatı Sahib Alıyev yenidən mandat uğrunda yarışacaq.
Bu dairədə daha bir jurnalist var – “Zəfəryolu.az” saytının rəhbəri Jalə Eminova.
YAP burada Ağdaş rayon təşkilatının məsləhətçisi Anar Şahmuradova güvənir.

96 saylı Goranboy-Naftalan seçki dairəsində “Elçi” qəzetinin rəhbəri Əli Həziquliyev YAP-ın namizədi Bədəl Bədəlovla mübarizə aparmalı olacaq. Əli Həziquliyev Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavinidir, Bədəl Bədəlov isə SOCAR-ın keçmiş vitse-pprezidentidir.

118 Saylı Ağdam-Xocalı Seçki dairəsində "Yeni Zaman-Novoye Vremya" qəzetinin baş redaktor müavini Musa Ağayevin əsas rəqibi 6-cı çağırış Milli Məclisin deputatı Elman Məmmədov olacaq. Jurnalist kimi qeydə alınmış Musa Ağayev həm də "Yeni Zaman” Partiyasının sədridir.

119 saylı Ağdam seçki dairəsində “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili 6-cı çağırış Milli Məclisin deputatı Bəxtiyar Əliyevə qarşı mübarizə aparacaq. Azərbaycan Ordusunun məşhur zabiti Ramil Səfərovun xanımı, BDU rektorunun müşaviri Şəbnəm Səfərova da bu dairədə yarışır.

123 saylı Kəlbəcər seçki dairəsində “Kəlbəcər harayı” qəzetinin baş redaktoru Zahid Muxtarov da qeydə alınan namizədlər sırasındadır. YAP burada Kəlbəcər rayon 56 saylı tam orta məktəbin direktoru Aidə Əhmədovanın namizədliyini irəli sürüb. Amma deyilənə görə, əsas namizəd “Bakı Məişət Maşınları” ASC-nin sədri Mircəlil Qasımlıdır.

124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsində BDU-nun Jurnalistika fakültəsinin Milli Mətbuat kafedrasının dosenti Aygün Əzimova da deputat mandatı uğrunda mübarizə aparacaq namizədlərdəndir. Buranın favoriti Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sayılır. Azad Vətən Partiyasının sədri Akif Nağğıda həmin dairədə yarışacaq.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinində də jurnalist namizəd var. Bu, əslən Qubadlıdan olan müstəqil jurnalist İntiqam Alıyevdir (Valehoğlu).
Amma onun işi çox çətindir, çünki bu dairədə uzun illərdir deputat mandatı daşıyan YAP-çı İmamverdi İsmayılova qalib gəlmək müşkül məsələdir. Yeri gəlmişkən, İmamverdi İsmayılov da uzun illər aktiv jurnalistikada olub. Zəngin siyasi təcrübəyə malik olan İsmayılovun publisistik yazıları indi də ölkə mətbuatında dərc olunur.
11-08-2024, 12:46
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 19-24° isti olacaq.
11-08-2024, 12:30
ABŞ yardımı gecikdirir - Ukraynalı nazir


ABŞ yardımı gecikdirir - Ukraynalı nazir

Ukraynanın maliyyə naziri Sergey Marçenko Qərb müttəfiqlərini 50 milyard dollarlıq kreditin verilməsini sürətləndirməyə çağırıb.
Bu barədə “Financial Times” məlumat yayıb.
Məlumata görə, nazir qeyd edib ki, Kiyev silah tədarükünün gecikdirilməsinin büdcə kəsirinin artmasına səbəb olduğunu iddia edir, bu səbəbdən Ukrayna ordusunu saxlamaq üçün pul axtarmağa məcburdur.
O, xüsusilə ABŞ-dən yavaş silah tədarükünün hərbi xərclərin 12 milyard dollar artmasına səbəb olduğunu vurğulayıb.
ABŞ-nin 27 milyard dollar həcmində birbaşa hərbi yardımı bu ilin aprelində Konqres tərəfindən təsdiqlənib, lakin onun buraxılışı ləng gedir. “Biz hələ də lazımi silah, sursat və mərmi çatışmazlığı yaşayırıq”, - deyə Marçenko vurğulayır.
11-08-2024, 12:14
Belarus tankları Ukrayna sərhədində


Belarus tankları Ukrayna sərhədində

Qoşunların sərhəd qruplaşmalarının gücləndirilməsi çərçivəsində Belarus Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqadalarından birinin tankları Ukrayna ilə sərhədə yerləşdirilir.
Bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Mexanikləşdirilmiş birləşmələrdən birinin bölmələri qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməyə hazırdırlar və hərbi texnikalar dəmir yolu nəqliyyatına yüklənərək təyin olunmuş ərazilərə birgə hərəkətə başlayırlar”, – məlumatda diqqətə çatdırılıb.
11-08-2024, 11:42
Boksçularımızdan Avropa birinciliyində 9 medal


Boksçularımızdan Avropa birinciliyində 9 medal

Azərbaycan millisi Bosniya və Herseqovinanın Banya Luka şəhərində məktəbli qız və oğlan boksçular arasında keçirilən Avropa birinciliyini 9 medalla başa vurub.
Boksçularımızdan Aysel Fərəcova (40 kq), Cəmilə Muradlı (48 kq), Səma Abbasova (60 kq) və Nurlan Müseyibli (60 kq) yarışda ikinci yeri tutublar.
Kəmalə Həsənova (51 kq), Şükar Əliyev (63 kq), Mehran Rəsulov (75 kq), Yusif Ağakişiyev (80 kq) və Uğur Həsənov (90 kq) isə birincilikdə bürünc medal qazanıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!