Kəlbəcərdə 63 yaşlı kişi qayadan yıxılaraq öldü .....                        Son anda ölümdən xilas oldu .....                        Füzulidə 3 tondan çox çətənə kolu məhv edildi .....                        Gəncədə ata 22 yaşlı qızını döyüb öldürdü .....                        Siyəzəndə maşın aşdı - Dağlıq ərazidə yanğın oldu .....                        İran Qərbi hədələdi: sanskiyalar davam edərsə... .....                        ZİYALILIQ ZİRVƏSİ .....                        Tanınmış şair vəfat etdi .....                        III Şuşa Qlobal Media Forumu iştirakçıları Füzulidə .....                       
4-08-2024, 10:40
Rusiyada yüzlərlə ev su altında qaldı


Rusiyada yüzlərlə ev su altında qaldı

Rusiyada Çelyabinsk vilayətində su basmış evlərin sayı 219-a çatıb.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat verib.
Məlumata görə, həmçinin 329 həyətyanı sahə su altında qalıb. “219 şəxsi yaşayış evi və 329 həyətyanı sahənin su altında qalması nəzarətdə saxlanılır”, – məlumatda deyilir.
Qeyd olunub ki, nəzarət olunan hidrotexniki qurğularda axıdılma göstəriciləri artmayıb. Qurumun məlumatına görə, üç müvəqqəti yerləşdirmə məntəqəsində 26 nəfər, o cümlədən 9 uşaq qalır.
Qeyd edək ki, avqustun 1-də Çelyabinsk vilayətində yağışların həcmi bir neçə ərazini su basmış daşqın yağış sularının normasını iki-üç dəfə keçib. Bəzi su hövzələri su ilə dolub və sahillərindən çıxmağa başlayıb.
4-08-2024, 10:02
“Hizbullah” İsrailin şimalına 50-dən çox raket buraxdı


“Hizbullah” İsrailin şimalına 50-dən çox raket buraxdı

“Hizbullah” təşkilatının silahlı birləşmələri Yuxarı Qalileydə İsrail yaşayış məntəqələrinə kütləvi raket zərbələri endirib.
Döyüşçülər çoxsaylı raket sistemlərindən 50-dən çox mərmi atıblar. İsrailin 15 yaşayış məntəqəsində hava hücumu sirenləri işə düşüb.
Qeyd olunub ki, İsrailin hava hücumundan müdafiə sistemləri raket və minaatan hücumunu dəf edir. Mərmilərin Beyt Hillel, Kiryat Şmona və Misqav Amadan atıldığı bildirilir.
3-08-2024, 23:36
MSK 4 nəfərə "YOX", birinə "HƏ" dedi


MSK 4 nəfərə "YOX", birinə "HƏ" dedi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 2024-cü il sentyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar Komissiyaya daxil olmuş müraciətlərə baxılıb.
Beynəlxalq müşahidə missiyası təmsilçilərinin, media subyektləri nümayəndələrinin, eləcə də maraqlı subyektlərin bilavasitə iştirakı ilə keçirilən iclasda müraciətlər geniş müzakirə edilib.
Ümumilikdə 5 müraciət barədə qərar qəbul edilib. Onlardan biri namizədliyi Respublikaçı Alternativ (REAL) Partiyası tərəfindən irəli sürülmüş Zöhrab Əliyevdir. O, namizədliyinin qeydə alınmaması barədə qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş edib. Komissiya qərarı ləğv etməyib.
25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsmayılov Nəriman İlqar oğlunun, eyni dairədən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Mehdi Əliş Vəli oğlunun, 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Cəfərli Fikrət Novruz oğlunun da namizədliyi qeydə alınmayıb və MSK qərarları qüvvədə saxlayıb.
46 saylı Sumqayıt beşinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimov Əzimağa Fəxrəddin oğlunun müraciətinə isə müsbət cavab verilib. Dairə seçki komissiyası onun namizədliyinə yenidən baxacaq.
3-08-2024, 21:03
Azyaşlının başı stula dəydi, xəstəxanada öldü


Azyaşlının başı stula dəydi, xəstəxanada öldü

Oğuz rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Hadisə Oğuz şəhər ərazisində fərdi yaşayış evlərindən birində baş verib.
Belə ki, 2022-ci il təvəllüdlü M.M. yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı dərhal Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib.
2 yaşlı M. Məmmədov bu gün burnundan açılan qanaxmadan dünyasını dəyişib.
3-08-2024, 20:14
Müsavatın başqan müavini deputatlığa namizəd oldu


Müsavatın başqan müavini deputatlığa namizəd oldu

Müsavat Partiyasından növbədənkənar parlament seçkilərinə qatılan 6 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Deputatlığa namizədliyi qeydə alınanlardan biri başqan müavini Razim Əmiraslanlıdır.
Belə ki, onun deputatlığa namizədliyi 10 saylı Binəqədi üçüncü seçki dairəsindən qeydə alınıb.
“Qeydə alındığım dairədə maraqlı bir seçki olacaq. Mən qələbə üçün əzmlə bu yola çıxmışam”, - R.Əmiraslanlı deyib.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Hümbət Rəhim oğlu Hüseynovun namizədliyini irəli sürüb.
Böyük Azərbaycan Partiyası sədri Elşad Musayev də 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb və qeydə alınıb.

3-08-2024, 19:30
Sumqayıtda qardaş qardaşını bıçaqladı


Sumqayıtda qardaş qardaşını bıçaqladı

Avqustun 2-də gecə saat 1 radələrində Sumqayıt
şəhəri ərazisində 1975-ci il təvəllüdlü Sabit İsmayılovun kəsici-deşici alətlə qardaşı 1972-ci il təvəllüdlü Ədalət İsmayılova yüngül bədən xəsarətləri yetirməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Sərxoş vəziyyətdə olan tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.
3-08-2024, 18:50
Mina partlayışında yaralanan şəxs Xankəndiyə təxliyə edildi


Mina partlayışında yaralanan şəxs Xankəndiyə təxliyə edildi

Laçın rayonunda mina partlaması nəticəsində yaralanan şəxs Xankəndiyə təxliyə edilib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
"03.08.2024-cü il tarixində Laçın rayonu Kalafalıq kənd sakini, 1959-cu il təvəllüdlü şəxsin (kişi cinsli) 15:05 minaya düşməsi səbəbilə Laçın Rayon Mərkəzi Xəstəxanasına çağırış daxil olub. Dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub. Piyada əleyhinə minaya düşmə səbəbindən sol ayağından xəsarətlər alan şəxsə ilkin zəruri tibbi yardım göstərilib və Xankəndi Şəhər Xəstəxanasına təxliyə olunub", – məlumatda diqqətə çatdırılıb.
Bildirilib ki, hazırda yaralının vəziyyəti stabil qiymətləndirilir.
3-08-2024, 18:23
ABŞ vətəndaşlarını təcili Livanı tərk etməyə çağırdı


ABŞ vətəndaşlarını təcili Livanı tərk etməyə çağırdı

Bir neçə aviaşirkət Livandan uçuşları təxirə salıb, lakin hələ də adı çəkilən ölkədən bəzi istiqamətlərə təyyarə reysləri mövcuddur. Vətəndaşlarımızı istənilən reys üzrə bu ölkəni tərk etməyə çağırırıq.
Bu barədə ABŞ-nin Beyrutdakı Səfirliyi “X” hesabında paylaşım edib.
O da qeyd edilib ki, təhlükəsizliklərinin təminatı üçün ABŞ vətəndaşları Livandan çıxmaq məqsədilə bütün mövcud imkanlardan istifadə etməlidir.
3-08-2024, 17:59
SEPAH Haniyənin necə vurulduğunu açıqladı


SEPAH Haniyənin necə vurulduğunu açıqladı

Aparılan araşdırmalar nəticəsində HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyənin qısamənzilli raketlə vurulduğu bəlli olub.
Bu barədə İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yaydığı bəyanatda bildirilib.
SEPAH bəyan edib ki, qısamənzilli raketin ağırlığı təxminən 7 kiloqram olub və güclü partlayış qonaqların yerləşdiyi məkandan kənarda baş verib.
Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda öldürülüb. HƏMAS liderinə hücum onun İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirakından sonra həyata keçirilib.
3-08-2024, 16:48
Laçında çoban minaya düşdü


Laçında çoban minaya düşdü

Laçın rayonunda mina hadisəsi baş verib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən verilən məlumata görə, işğaldan azad edilmiş Laçın rayonunun Kalafalıq kəndi ərazisində 2024-cü il 3 avqust tarixində mina hadisəsi baş verib:
"Laçın rayonunun Vağazin kənd sakini 1960-cı il təvəllüdlü Süleymanov Əli Zeynalabdin oğlu həmin rayonun Kalafalıq kəndi ərazisində Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.Hadisə nəticəsində Süleymanov Əli sol ayağından xəsarət alıb. Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır".
"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - deyə məlumatda qeyd edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!