Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” .....                        "Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                       
Dünən, 04:20
Azadlığının 6-cı ilində Ağdam böyük dirçəlişə şahidlik edir

Azadlığının 6-cı ilində Ağdam

böyük dirçəlişə şahidlik edir


20 Noyabr – Ağdam şəhəri günü Azərbaycanın tarixində mühüm hadisələrdən biri, tarixi ədalətin bərpasının, milli iradənin və doğma torpaqlara qayıdışın rəmzidir. Uzun illər işğalın ağır nəticələri ilə üzləşən, xarabalığa çevrilən Ağdam bu gün genişmiqyaslı bərpa-quruculuq işləri, yeni infrastruktur layihələri və sakinlərinin doğma yurda qayıdışı ilə yenidən həyat qazanır.
Qarabağın qədim yaşayış məskənlərindən biri olan Ağdam zəngin tarixi, mədəni irsi və strateji əhəmiyyəti ilə seçilib. “Ağdam” adının qədim türk dilində “kiçik qala” mənasını daşıdığı bildirilir. XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xan burada ağ daşdan imarət tikdirmiş, həmin tikili uzun müddət ətraf kəndlərin sakinləri üçün oriyentir olmuşdur. Ağdamın tarixi yalnız xanlıq dövrü ilə deyil, minilliklərə söykənən yaşayış və mədəniyyət izləri ilə də zəngindir. Arxeoloji tədqiqatlar ərazidə insanların 6–8 min il əvvəl yaşadığını, qədim əkinçilik və maldarlıq mədəniyyətinin formalaşdığını ortaya qoyub. Üzərriktəpədə aşkar edilən maddi-mədəniyyət nümunələri Ağdamın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir.
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam ağır dağıntılara və humanitar faciəyə məruz qaldı. Rayonun ərazisinin 73 faizi, o cümlədən rayon mərkəzi və 90 kənd işğal altına düşdü, 128 min sakin doğma yurdundan didərgin salındı. Ağdam uğrunda döyüşlərdə 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı. İşğal nəticəsində rayonun yaşayış infrastrukturu, məktəbləri, mədəniyyət müəssisələri, sənaye obyektləri və tarixi abidələri dağıdıldı, maddi sərvətləri talan edildi. Bir vaxtlar həyatın, zəhmətin və mədəniyyətin hökm sürdüyü şəhər xarabalığa çevrilərək erməni vandalizminin ən ağır nümunələrindən biri kimi yadda qaldı.
Beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara baxmayaraq, Ağdam uzun illər işğal altında qaldı. BMT Təhlükəsizlik Şurasının 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 saylı qətnamədə işğalçı qüvvələrin Ağdam və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Lakin bu qərarların icra olunmaması minlərlə insanın doğma torpaqlarından ayrı yaşamasına səbəb oldu.
2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər Ağdamın taleyində yeni mərhələnin başlanğıcını qoydu. Üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də şəhərin işğal altında olan əraziləri Azərbaycana təhvil verildi. Bununla da Ağdamın işğalına son qoyuldu və şəhərin bərpası, sakinlərin doğma yurda qayıdışı istiqamətində genişmiqyaslı işlərə start verildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr Ağdam şəhəri günü kimi təsis edildi.
İşğaldan azad olunandan sonra Ağdamda yeni inkişaf mərhələsinin əsası qoyulub. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş Plan əsasında yaşayış məhəllələri, yollar, məktəblər, sosial obyektlər, parklar və müasir infrastruktur salınır. Ağdamın gələcəkdə 100 min nəfər əhalisi olan müasir şəhərə çevrilməsi nəzərdə tutulur. Şəhərdə beş yaşayış məhəlləsinin salınması planlaşdırılıb, artıq bir sıra məhəllələrdə açılış və təməlqoyma mərasimləri keçirilib. Rayonun Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində də ilk mərhələ üzrə məskunlaşma həyata keçirilib, digər kəndlərdə tikinti və bərpa işləri davam etdirilir.
Ağdamın iqtisadi dirçəlişində sənaye potensialının inkişafı mühüm yer tutur. 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkında yeni istehsal müəssisələri yaradılır, investisiyalar yatırılır, iş yerləri açılır. Parkda fəaliyyət göstərən və tikintisi davam edən müəssisələr rayonun iqtisadi imkanlarının genişləndirilməsinə, yerli istehsalın inkişafına və əhalinin məşğulluğunun artırılmasına xidmət edir. Ağdamın nəqliyyat infrastrukturu da yenidən qurulur. Bərdə-Ağdam avtomobil və dəmir yolu xətləri, eləcə də 2025-ci ildə istifadəyə verilən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi şəhərin ölkənin digər bölgələri ilə əlaqələrini gücləndirərək onun regional nəqliyyat və logistika mərkəzinə çevrilməsinə imkan yaradır.
Şəhərin tarixi-mədəni irsinin bərpası da diqqət mərkəzindədir. Ağdam Cümə məscidi, İmarət Kompleksi, Qiyaslı məscidi və digər tarixi məkanlarda bərpa işləri aparılıb. 2025-ci ildə açılışı olan Ağdam Muğam Mərkəzi şəhərin mədəni həyatının canlanmasına, milli musiqi irsinin qorunmasına və muğam sənətinin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir. Yeni hotellərin, turizm və xidmət obyektlərinin yaradılması isə Ağdamın turizm potensialının inkişafı üçün imkanlar formalaşdırır.
Böyük Qayıdış proqramı çərçivəsində Ağdama sakinlərin köçü davam edir. 2026-cı ilin noyabrına olan məlumata görə, Ağdam şəhəri və Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərində ümumilikdə 2146 ailə, 8300 nəfər məskunlaşıb. Doğma yurda qayıdan sakinlərin sayı artdıqca şəhərdə sosial həyat canlanır, yeni yaşayış mühiti formalaşır, ailələr öz doğma torpaqlarında gələcək qurmağa başlayırlar.
Prezident İlham Əliyevin “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik” vədi bu gün həyata keçirilən layihələrdə öz əksini tapır. Ağdamın yenidən qurulması yalnız şəhərin fiziki bərpası deyil, həm də illərlə doğma yurdlarından ayrı düşmüş insanların həyatının yenidən qurulması, tarixi irsin qorunması və bölgənin iqtisadi potensialının reallaşdırılması deməkdir.
20 Noyabr – Ağdam şəhəri günü Azərbaycan xalqının qələbəsini, əzmini və öz torpağına bağlılığını nümayiş etdirən əlamətdar tarixdir. Bu gün Ağdam keçmişin ağrılı izlərini geridə qoyaraq müasir, inkişaf edən və sakinlərini doğma yurdda birləşdirən şəhərə çevrilir. Xarabalıqlar üzərində yüksələn yeni Ağdam Azərbaycanın Zəfər tarixinin və quruculuq iradəsinin canlı təcəssümüdür.

Ülviyyə Kərimova
Abşeron rayon Masazır kənd 6 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
14-11-2026, 08:23
Ay mirvari şəhərim...


Ay mirvari şəhərim...

Möhtəşəm Zəfərimizin 6-cı ildönümündə Xankəndidə olmaq, bu candan əziz bayramımızı arzularımızın şəhərində keçirməyin sevincini yəqin ki, heç vaxt unutmarıq. Xankəndidə uşaq vaxtı bircə dəfə olmuşdum. Oradan qayıdanda avtobusda anamla şirin-şirin danışıb güldüyümüz hələ də yadımdadı. Bundan sonra isə müharibə başladı və bizim üzümüz bir daha gülmədi...
Yadımdadır ki, Xankəndiyə gedən avtobuslar o vaxt bizim - Ağdamın Qiyaslı kəndinin içindən, məscidimizin yanındakı böyük asvalt yoldan keçirdi. Nə biləydik ki, maşınlar ara verəndə uşaq ağlı ilə çıxıb sevincək oynadığımız o yollara sonra illərlə həsrət qalacağıq...
Bu gün nə xoşbəxtik ki, 30 il ayrılıqdan sonra Xankəndi şəhərini özümüzə qaytardıq. İndi burada bircə nəfər də erməni yaşamır. Ən gözəl şəhərlərimizdə, kəndlərimizdə harınlayıb, bizə qənim kəsilən nankor qonşumuz Xankəndiyə elə sahiblənmişdi ki, öz xanımızın, bəyimizin yurd-yuvası, oymağı olan doğma şəhərimizi əvvəlcə bizə qısqandı. Sonra isə öz havadarları ilə onu zorla bizdən qoparmağa çalışsa da sonunda ilahi ədələt öz yerini aldı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin güclü iradəsi, düşünülmüş siyasəti və qalib ordumuzun gücü, şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına yenidən özümüzə qaytarıldı.
Xankəndini gəzdikcə, bu təbiət gözəlinin qoynunda dolandıqca düşündüm ki, nədən ona “Mirvari şəhər” deyirlər. Elə özüm də sualıma cavab tapdım. Xankəndi hər tərəfdən sıx meşəli dağlar, təpələr, gözəlliklərlə əhatə olunub. O sanki bir inci kimi sal qayaların, dağların əhatəsində yerləşib. Xankəndi sakinləri deyirlər ki, buranın havası yaşamaq üçün çox gözəl, həm də əlverişlidi. Xankəndinin küləyi də, yağışı, qarı da insanın ruhunu oxşayır. Yağış nə qədər yağsa da sanki bircə anda yerdən havaya sovrulur. Küçələri tərtəmiz, ancaq payızın sarı, qızılı yarpaqları ilə naxış-naxışdır.
Xankəndinin payızı da bir başqadı, yolboyu elə ağaclar var ki, onların göyqurşağı kimi rəngbərəng yarpaqlarından gözünü ayıra bilmirsən. Xankəndiyə payız necə yaraşır, üçrəngli bayrağımız da onun qoynunda sanki daha sevinclə, qürurla dalğalanır...
Qonağı olduğumuz evin eyvanından bir tərəfdən Şuşanın, digər yandan isə Xocalı dağlarının ən hündür yerləri görünür. Zəfər günü isə bu dağlara yağan ilk qarın sevincini yaşamaq bizə də nəsib olur. Zəfər günü yağış demək olar ki, ara vermədi. Bayraq günündə isə Xankəndiyə elə bir gün doğdu ki, insanın ruhunu oxşadı. Sanki günəş də Xankəndidə qürurla dalğalanan bayrağımızı salamlayırdı...
8 Noyabr Zəfər və 9 Noyabr Bayraq günləri kimi möhtəşəm bayramlarımızda ölkə başçımız müzəffər Ali Baş Komandan İlham Əliyevlə bərabər Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Xankəndiyə səfəri də xalqımız tərəfindən böyük sevinc və qürurla qarşılandı.
Müzəffər sərkərdəmiz İlham Əliyev Xankəndiyə yağan o nurlu yağışda Zəfər parkında çıxış etdi. Dedi ki, biz haqlı olaraq qazandığımız qələbə və möhtəşəm Zəfərimizlə fəxr edirik. Azərbaycan xalqı buna layiqdir. Bu bayram günündə şəhidlərimizin əziz xatirəsini sonsuz ehtiramla yad edirik. “Əminəm ki, bu gün hər birimiz özümüzə söz veririk, elə güclü olmalıyıq ki, bundan sonra heç kəsin ağlına belə gəlməsin ki, Azərbaycana bir zərər verə bilər. Və mən əminəm ki, belə də olacaq! Azərbaycan bu gün güclü bir dövlətdir! Heç kimdən asılı olmyan bir dövlətdir! Özü müstəqil siyasət aparan, həm də ləyaqətli bir dövlətdir!
Azərbaycan xalqına eşq olsun!
Silahlı qüvvələrimizə eşq olsun!
Ordumuza, əsgər və zabitlərimizə eşq olsun!
Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycan xalqı!”
Xankəndidən sonra isə qardaş ölkənin prezidentləri doğma, azad Şuşaya səfər etdilər.
R.T.Ərdoğan Şuşada çıxışı zamanı türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin dilimizin əzbəri olan şeirindən bir nümunə ilə könlümüzü oxşadı və ruhumuza qanad taxdı:

Birdir bizim hər halımız,
Diləyimiz, amalımız,
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə!


Və bununla da Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu bir daha bütün dünyaya mesaj verərək, qəlbimizi dağa döndərdi.
...Yağışı da, günəşi də ruhumuzu oxşayan bu mirvari şəhərimizdən, onun gözəl payızından, nənələrimizin toxuduğu xalı kimi naxış-naxış küçələrindən ayrılarkən Xankəndi, onun azadlığının sevinci ilə yazılmış bu misralar qəlbimdə bir daha baş qaldırdı:

Sən qəlbimin sevinci,
Nurlu, aydın səhərim.
Şəhərlərin içində
Ay mirvari şəhərim!

Yadındamı uşaqkən
Biz qoynuna gəlmişdik.
Onda anam sağ idi,
Necə sevimli idik...

…Sonra anam vaqonda
Həsrətindən saraldı.
Dözmədi ayrılığa
Ömrümüzü qar aldı.

Səni heç unutmadım,
Nələr çəkdim, can yurdum!
Xəyalınla qəlbimə
Naxış saldım, gül vurdum…

İndi anam sevinir,
Ruhu şaddır, bilirəm.
Çünki Ağdamdan yenə
Xankəndiyə gedirəm!


Mina RƏŞİD


12-11-2026, 20:24
"Günəşin Nuru" nun Zəfər sevinci


"Günəşin Nuru" nun

Zəfər sevinci

Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Esmira Günəşin komandası bu dəfə də şəhid analarını sevindirməyi bacarıb. Onlar birlikdə 9 noyabr tarixində Sumqayıt Bayraq Muzeyində "Bizə Zəfər yaraşır" adlı tədbir təşkil ediblər. Tədbirin xüsusi qonaqları isə şəhid Rüfət Mustafayevin anası Afət xanım, şəhid Tacəddin İsmayılzadənin anası Aygün xanım, şəhid Elçin Hüseynovun anası Mətanət xanım və şəhid Səmid Əliyevin anası Əsmər xanım olub.
Komandanın üzvlərindən Aylin və Ezo Feyzullayeva, Nuray İlyasova, Yağmur Qarazadə, Fərman Əzizov, Elgün Abbaszadə, Yusif İmanov, Aytac İsmayılzadə şeirləri, Elay Abbaszadə rəqsi və Kamilə Ağasıyeva isə mahnıları ilə tədbirdə fəal iştirak ediblər.
Tədbirin sonunda Günəşin Nuru komandası şəhid analarına hədiyyələrini təqdim edib və xatirə şəkilləri çəkdiriblər. Şəhid anaları isə hər zaman onların yanında olan, kitabları və tədbirləri ilə onlara dəstək olan şairə Esmira Günəşə və komandanın bütün kollektivinə təşəkkür ediblər. Gətirdikləri gül buketini Sumqayıt Bayraq Muzeyinin direktoru Günay xanıma təqdim edərək bildiriblər ki, Sumqayıt Bayraq Muzeyi dəfələrlə şəhidlərlə bağlı tədbirlərə ev sahibliyi edib və artıq bu məkan şəhid anaları üçün doğma məkandır.













11-11-2026, 16:30
Təranə Dəmirin şeirləri

Təranə Dəmir

Qanı qaynamayan şairin şeirlərini

onun yaradıcılığına qanı qaynayan

oxucularımıza təqdim edirik:


*********

Heç kimə qaynamır qanım haçandı,
Açılmır sabahım,danım haçandı,
Neynirəm isinmir canım haçandı,
Don vurub könlümün gün tərəfini.

Baş əyib getmişəm qədərə,neynim,
Vermişəm bir ömrü hədərə,neynim,
Çoxdan alışmışam kədərə,neynim,
Seçmişəm dünyanın qəm tərəfini.

Savaşa bilmədim həsrətə qarşı,
Bahar deyə-deyə gətirdim qışı,
Gözlədim bir dəfə vüsal yağışı
Tutmadı saçımın dən tərəfini.

Yaşadım eləcə düşmənə acıq,
Bir gözüm yuxulu,bir gözüm açıq,
Nə tapdım hamısı alayarımçıq,
Doldura bilmədim kəm tərəfini.

Qaldı əllərimdə yaxam,bilmədim,
Çırpındım,özümdən çıxa bilmədim,
Özümə sevgiylə baxa bilmədim,
Sevmədim dünyanın mən tərəfini.

*********

Mən bir payız yolçusuyam,
Küləyim var,yağışım var,
Enişim var,yoxuşum var,
Hər açılan səhərlərin,
Hər qaranlıq gecələrin
Yanağında göz yaşım var.
Baxışımda xatirələr,
Kirpiyimdə qəm gül açıb.
Başımın üstündə səma,
Ayağım altdan yer qaçıb.
Sazaq vurub ürəyimi,
Bir də çətin oda düşə.
Bir də çətin sevdalana,
Bir də çətin bəndə düşə.
Hələ mənim irəlidə
Xəzan donlu,yaz həvəsli
Arzularla savaşım var.
Məndən uzaq dur,ay adam,
Mən bir payız yolçusuyam,
Sənin mənlə nə işin var?

***********

Bu gələn payız da mənə bənzəyir,
Dumanı tanışdı,çəni tanışdı.
Bulud gözlərindən ayrılıq yağır,
Həsrəti tanışdı,qəmi tanışdı.

Başdan ayağacan bahar xəstəsi,
Təpədən dirnağa vüsal acıdı.
O da mənim kimi Sözə qaçandı,
O da mənim kimi masal acıdı.

Dolaşır arzular əl-ayağına,
Bir arzu içindən min xəzan baxır.
Sevdalar oyanır daş yuxusundan,
Xəyallar uzaqdan yarımcan baxır.

Gör necə bənzəyir bu payız mənə,
Ürəyi nigaran,hissi yarımçıq.
İkimiz əl-ələ verib gedirik,
Gedirik küləyə,yağışa acıq.

************
Yenə payız gəlincə
Yarpaqlar budaq-budaq
Ağaclardan küsəcək.
Yenə dəli küləklər,
Yenə leysan yağışlar
Küçələrin,yolların
Nəfəsini kəsəcək.
Heç gedən baharın da
Arxasınca ürəklə
Su səpən olmayacaq.
Beləcə yağış-yağış,
Beləcə külək-külək
Bu şəhər bu payızın
Nazıyla oynayacaq.
...Hələ yasaq sevdalar,
Hələ günah keçisi.
Hələ bomboz tənhalıq,
Hələ dəli darıxmaq,
Hələ payız gecəsi...

**********
Xoş gördük, gələn səhər,
Xoş gördük,qayğılarım.
Xoş gördük,kağız,qələm,
Xoş gördük duyğularım.

Xoş gördük,dolan bulud,
Yağışını tök,görək.
Bəlkə bir az boşaldı
Çiynindəki yük,görək.

Xoş gördük,ay göyərçin,
Qırqovul,turac,salam.
Salam,Tuğay meşəsi,
Söyüd,qarağac,salam.

Xoş gördük, pəncərəmdə
Dəli tək əsən külək.
Xoş gördük,qızıl payız,
Xəzəllərin mübarək!.

*********
Hanı gözlərindən sevgi tökülən,
Qanı məhəbbətlə qaynayan şəhər?
Hanı yaz gələndə çiçəyə dönən,
Payızda xəzəllə oynayan şəhər?

Daha yadırğayıb sevincə deyən,
Daha gözlərindən ayrılıq baxır.
Burda xoşbəxt adam tapa bilmirəm,
Hamı narahatdı,hamı darıxır.

Hər gün hirsi artır,ədası artır,
Göydələn-göydələn dəyişir şəhər.
Günə başlamadan yenə gün batır,
Yenə qaranlıqla döyüşür şəhər.

Hanı bu şəhərin tox adamları,
Nə yaman çoxalıb aclar,səfillər.
Hanı bu şəhərin sərv ağacları,
Harda yuva qurur sərçə tifillər?

Tıxacda boğulur indi küçələr,
Yayda odu vurur,qışda şaxtası.
Kimin yadındadı aylı gecələr,
Kimin yadındadı Bakı buxtası?

Hanı gözlərindən sevgi tökülən,
Qanı məhəbbətlə qaynayan şəhər?
Hanı yaz gələndə çiçəyə dönən,
Payızda xəzəllə oynayan şəhər?

********
Əvvəlcə baxışların soyudu,
Sonra əllərin.
Sonra sığalını yadırğadım,
Sonra səsini.
Sonra dəniz çıxdı yadımdan,
Sonra sahil,
Sonra o ağac,
Sonra ağaca söykənən skamya,
Sonra qarğalar.
Sonra gülsatan qadın,
Sonra əlindəki orxideyalar.
Sonra sallana-sallana yanımızdan keçən bulaşıq küçə iti
Qarabaş adında,
adını biz qoymuşduq,
yadında?
Sonra gəmi fiti,
Sonra arxamızca əl sallayan uşaqlar,
Sonra uzaqlar,
Sonra təzə görüşlər,
Təzə sevdalar.
Sonra?
Eh,bilirsən?
Səndən sonra başladı bütün əlvidalar!
**********

Arxasınca atlı qovur?
Nəfəsi təntiyib yaman,
Küləyə bax,küləyə.

Günəş hardasa gizlənib,
Bulud torpağa atır can,
Çiləyə bax,çiləyə.

Başında xəzəl dolaşır,
Boynundan asılıb duman,
Dərəyə bax,dərəyə.

Hər tərəf xəzan donunda,
Bəs nədi daş altda çıxan?
Çiçəyə bax,çiçəyə.

Ağaclar küləyə inad
Yapışıb durub havadan,
Dirəyə bax,dirəyə.

İlin-günün bu vaxtında
Bir sevda tuta yaxandan,
Diləyə bax,diləyə.
11-11-2026, 13:10
“Xankəndi” FK-nın doğma şəhərinə köçürülməsi planlaşdırılır


“Xankəndi” FK-nın doğma

şəhərinə köçürülməsi planlaşdırılır


“Xankəndi” Futbol Klubunun əsas hədəflərindən biri komandanın fəaliyyətini daimi olaraq Xankəndi şəhərində təşkil etməkdir. Klubun maddi-texniki bazasının formalaşdırılması və müvafiq infrastrukturun yaradılmasından sonra komandanın doğma şəhərinə köçürülməsi nəzərdə tutulur.
Hazırda Xankəndidə komandanın daimi yerləşməsi üçün zəruri infrastruktur tam formalaşmadığından futbolçular və məşqçilər heyəti fəaliyyətlərini Bakı şəhərində davam etdirirlər. Bu səbəbdən komanda hələlik oyunlarda iştirak etmək üçün Xankəndiyə səfər edəcək.
Klub rəhbərliyi tərəfindən Xankəndi şəhər nümayəndəliyi ilə müvafiq məsələlər üzrə əlaqələrin qurulması, komandanın yerləşməsi üçün binanın müəyyənləşdirilməsi istiqamətində işlərin aparılması planlaşdırılır. İlkin plana əsasən, zəruri təşkilati və infrastruktur məsələləri həll olunduqdan sonra, qış mövsümündən sonra komandanın Xankəndiyə köçürülməsi nəzərdə tutulur. Köçürülmənin dəqiq vaxtı müvafiq şəraitin yaradılmasından asılı olacaq.
Qeyd edək ki, “Xankəndi” FK üçün əsas prioritetlərdən biri yalnız ev oyunlarını doğma meydanda keçirmək deyil, həm də klubun gündəlik fəaliyyətini Xankəndidə qurmaq, şəhərin idman həyatına inteqrasiya olunmaq və bölgədə futbolun inkişafına uzunmüddətli töhfə verməkdir.
10-11-2026, 21:33
Mustafa Kamal Atatürkü ehtiramla yad edirik.


Sadiq Qurbanov
Komitə sədri


Dəyərli dostlar!

Mustafa Kamal Atatürkü

ehtiramla yad edirik.


10 Noyabr – Bu gün Türk dünyasının böyük oğlu, müasir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün əziz xatirəsini dərin ehtiramla yad edirik.
Atatürk tarixə böyük sərkərdə və dövlət qurucusu kimi daxil olub. O, ağır tarixi şəraitdə bir millətin öz taleyinə sahib çıxmaq iradəsini dövlətçilik fəlsəfəsinə çevirən böyük siyasi şəxsiyyətdir. Onun həyatında hərbi zəfər, siyasi uzaqgörənlik, milli iradə və müasir dövlət düşüncəsi vəhdət təşkil edirdi.
Atatürkün siyasi dünyagörüşündə türkçülük xüsusi yer tuturdu. Milli kimlik, dil, tarix və dövlətçilik onun düşüncəsinin əsas dayaqları sırasında idi. Türk millətinin özünəinamının möhkəmlənməsi və müasir dünyada layiqli mövqeyə yüksəlməsi onun siyasi fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi. Bu fikir mühitinin formalaşmasında Azərbaycan ziyalılarının da böyük izi var. Əli bəy Hüseynzadə türkçülük, islamçılıq və müasirləşmə ideyalarını bir düşüncə xəttində birləşdirərək XX əsrin əvvəllərində Türk dünyasının fikir həyatına güclü təsir göstərmişdi. Əhməd bəy Ağaoğlu isə bu ideyaların ictimai-siyasi müstəvidə inkişafında mühüm rol oynadı və Türkiyənin yeni dövlət quruculuğu prosesində Atatürklə eyni siyasi mühitdə fəaliyyət göstərdi.
Atatürk, Hüseynzadə və Ağaoğlu arasındakı fikir və siyasi bağlar Azərbaycan ilə Türkiyənin ortaq intellektual tarixinin mühüm səhifələrindəndir. Bu tarix Azərbaycan və Türkiyə münasibətlərinin dərinliyini, bu münasibətlərin arxasında dayanan böyük mənəvi və siyasi irsi göstərir. Bu gündə həmin irsin davamını Azərbaycan–Türkiyə münasibətlərində görürük. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” fəlsəfəsi Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
Azərbaycan və Türkiyənin birliyi artıq iki qardaş dövlətin münasibətlərindən daha geniş anlam daşıyır. Bu birlik Türk dünyasının siyasi, iqtisadi, enerji, nəqliyyat və mədəni əlaqələrinin möhkəmlənməsinə ciddi təkan verir. Türk Dövlətləri Təşkilatının artan nüfuzu da bu prosesin mühüm göstəricisidir.
Şübhəsiz ki, müasir şəraitdə Türk dünyasının qarşısında yeni imkanlar açılır. Azərbaycan və Türkiyənin qardaşlığı, Türk Dövlətləri Təşkilatının güclənməsi və türk dövlətləri arasında artan həmrəylik qarşıdakı dövrdə də böyük siyasi və iqtisadi imkanlar yaradacaq. Ortaq tariximizi ortaq gələcəyə bağlamaq, dövlətlərimizin gücünü və imkanlarını bir araya gətirmək hər birimizin üzərinə böyük məsuliyyət qoyur.
Atatürkün əziz xatirəsini bir daha ehtiramla yad edirik.
Azərbaycan–Türkiyə qardaşlığı əbədidir. Tanrı TÜRKÜ qorusun!
10-11-2026, 18:10
Səfərxan Qəhrəmani; despotizmə qarşı 32 illik müqavimətin rəmzi


Səfərxan Qəhrəmani;

despotizmə qarşı

32 illik

müqavimətin rəmzi



Azərbaycanın milli və ədalət uğrunda mübarizə hərəkatının fəal iştirakçısı Səfər Qəhrəmaninin vəfatının ildönümü münasibətilə
Noyabrın 9-u (18 Aban) Azərbaycanın milli-azadlıq hərəkatının görkəmli mübarizlərindən, monarxist despotizmə qarşı müqavimətin yaddaşlarda yaşayan simalarından biri olan Səfər Qəhrəmaninin vəfatı günüdür. Ömrünün 32 ildən çoxunu Pəhləvi rejiminin zindanlarında keçirən Səfər Qəhrəmani azadlıq, sosial ədalət, zəhmətkeşlərin hüquqları və Azərbaycan Milli Hökumətinin nailiyyətlərinin müdafiəsi uğrunda mübarizə aparan bir nəslin dönməzliyinin rəmzinə çevrilmişdir.
Səfər Qəhrəmaninin həyatı zəhmətkeş xalqın içərisindən çıxmış bir insanın mübarizə və dönməzlik tarixidir. Nə zindanlar və işgəncələr, nə edam hədələri, nə də ailəsindən uzun illər ayrı qalmaq onu öz ideallarından döndərə bildi. Onun adı Azərbaycan xalqının mübarizə tarixində cəsarət, səmimiyyət, dözüm və azadlıq, sosial ədalət ideallarına sədaqətlə bağlıdır.
Şişvan kəndindən mübarizə sıralarına
Səfər Qəhrəmani 1921-ci ildə Əcəbşirin Şişvan kəndində kəndli ailəsində anadan olmuşdur. Uşaqlıq və gənclik illəri kənd həyatının ağır şəraitində, yoxsulluq, məhrumiyyət və mülkədar-ağalıq münasibətlərinin hökm sürdüyü bir mühitdə keçmişdir. O, kəndlilərin əzablarını, iri torpaq sahiblərinin zülmünü və cəmiyyətdəki sosial bərabərsizliyi yaxından görmüş, zəhmətkeş insanların həyatının yalnız zülm və istismara qarşı mübarizə yolu ilə dəyişə biləcəyini erkən yaşlarından dərk etmişdir. Kənd mühitində qazandığı həyat təcrübəsi və cəmiyyətdə hökm sürən ədalətsizliklərlə üzləşməsi onun mübariz şəxsiyyət kimi formalaşmasında mühüm rol oynamışdır. Səfər Qəhrəmani gənc yaşlarından haqsızlığa və mülkədar özbaşınalığına qarşı mübarizəyə qoşulmuş, sonralar Azərbaycan Milli Hərəkatına qatılaraq ictimai mübarizəsini siyasi və sosial dəyişikliklər uğrunda təşkilatlanmış hərəkat çərçivəsində davam etdirmişdir.
Azərbaycan Milli Hökuməti – Səfər Qəhrəmaninin həyatında həlledici mərhələ
1945-ci ilin sentyabrında Azərbaycan Demokrat Firqəsinin yaradılması və Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Milli Hökumətinin qurulması Səfər Qəhrəmaninin siyasi həyatında yeni bir mərhələnin başlanğıcı oldu.
O, milli hərəkata qoşularaq Milli Hökumətin və onun nailiyyətlərinin müdafiəsində iştirak etdi. Milli Hökumətin silahlı qüvvələrində xidmət edən Səfər Qəhrəmani kapitan rütbəsinədək yüksəldi.
Azərbaycan Milli Hökuməti qısa müddətli fəaliyyəti ərzində ana dilində təhsilin təşkili, ümumi təhsilin genişləndirilməsi, torpaq islahatları, kəndlilərin həyat şəraitinin yaxşılaşdırılması və sosial hüquqların genişləndirilməsi istiqamətində mühüm addımlar atdı. Bu tədbirlər Azərbaycan xalqının azadlıq, sosial ədalət və İranın ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını təyin etmək uğrunda uzun illərdən bəri irəli sürdüyü tələblərin ifadəsi idi.
Səfər Qəhrəmani və minlərlə başqa mübariz üçün Milli Hökumət sadəcə siyasi təcrübə deyildi. O, zəhmətkeş insanların köhnə və geridə qalmış ictimai münasibətlərdən xilas olmaq, daha azad və ədalətli həyata qovuşmaq ümidlərinin təcəssümü idi.
1946-cı ilin dekabrında Pəhləvi rejiminin ordusunun Azərbaycana hücumu və Milli Hökumətin süqutundan sonra qanlı repressiyalar dövrü başlandı. Azərbaycan Demokrat Firqəsinin bir çox fəalı, mübarizlər və Milli Hökumətin tərəfdarları edam edildi, həbs olundu və ya mühacirətə getməyə məcbur edildi. Səfər Qəhrəmani də repressiya qüvvələrinə təslim olmaq istəmədiyindən bir müddət gizli yaşamağa başladı, daha sonra İraqa getdi. Orada həbs edilərək zindana salındı. Lakin bir müddət sonra həbsdən qaçaraq yenidən İrana qayıtdı.
İrana qayıtdıqdan sonra, nəhayət, 1949-cu il martın 9-da Urmiyada həbs edildi. Bu həbs onun İranın müasir tarixində ən uzunmüddətli siyasi məhbusluq dövrlərindən birinə çevrilən həyatının başlanğıcı oldu.
32 illik zindan həyatı – bir mübarizin sarsılmaz iradəsi
Pəhləvi rejiminin hərbi məhkəməsi 1950-ci ilin dekabrında Səfər Qəhrəmanini rejimə qarşı silahlı üsyanda ittiham edərək ölüm cəzasına məhkum etdi. Uzun illər qeyri-müəyyən vəziyyətdə saxlanıldıqdan sonra, 1954-cü ildə bu hökm ömürlük həbs cəzası ilə əvəz edildi. Beləliklə, onun gəncliyi və ömrünün böyük bir hissəsi şah rejiminin zindanlarında keçdi.
Səfər Qəhrəmani Qəsr, Bərazcan, Evin və Pəhləvi rejiminin digər həbsxana və təhlükəsizlik təcridxanalarında uzun illər saxlanıldı. Ağır şəraiti, yandırıcı istisi və ciddi məhrumiyyətləri ilə seçilən Bərazcan zindanı onun həbs həyatının ən çətin mərhələlərindən biri idi. O, bu illərdə Qəni Buluriyan, Əziz Yusifi və Cəlil Qadanı kimi bir sıra siyasi mübarizlər və məhbuslarla birlikdə saxlanılmışdı. Səfər Qəhrəmaninin insani münasibəti, möhkəm iradəsi, cəsarəti və yumor hissi məhbuslar arasında dillər əzbəri idi. Hətta zindanın ən ağır şəraitində belə, o, ruh yüksəkliyini və ümidini qoruyaraq həbsxana nəzarətçilərinin təzyiqlərinə müqavimət göstərməyə çalışırdı.
Səfər Qəhrəmanini unudulmaz şəxsiyyətə çevirən yalnız uzun illər həbsdə qalması deyildi. Onu fərqləndirən, uğrunda mübarizə apardığı əqidə və ideallara sədaqətini qoruyub saxlaması idi. Şah rejiminin repressiya aparatı işgəncə, hədə-qorxu və ömürlük həbs vasitəsilə onun və Azərbaycanın digər mübarizlərinin iradəsini qırmaq istəyirdi. Lakin bu məqsədinə nail ola bilmədi.
Mübarizənin ağır bədəli – ailədən ayrı keçən illər
Zindan və işgəncələrlə yanaşı, ailə həyatından məhrum olmaq da Səfər Qəhrəmaninin həyatının ən ağrılı tərəflərindən biri idi. O, uzun illər həyat yoldaşından və övladından ayrı yaşadı, qızı atasız böyüdü. İllərlə gözlədikdən sonra baş tutan məhdud görüşlər bütün bu ayrılıq illərinin ağrısını aradan qaldıra bilməzdi.
1967-ci ildə, təxminən iyirmi illik həbsdən sonra qızı ilk dəfə onun görüşünə gəldi. Bu görüş siyasi məhbus həyatının sarsıdıcı mənzərələrindən biri idi: illərlə övladını görməkdən məhrum qalmış bir ata indi zindanın soyuq və məhdud şəraitində öz duyğularını və həsrətini cilovlamağa çalışırdı.
Səfər Qəhrəmaninin ailəsinin taleyi də siyasi mübarizlərin ailələrinin despotizm dövründə ödəməli olduqları ağır bədəlın bir hissəsidir. Repressiv rejimlərin rəsmi tarixində bu ailə faciələrinə çox vaxt lazımi yer verilmir.
İnqilab ərəfəsində azadlıq – xalqın qoynuna qayıdan mübariz İran xalqının Pəhləvi rejiminə qarşı inqilabi mübarizəsinin yüksəlişi ilə əlaqədar, nəhayət, 1978-ci il oktyabrın 26-da Səfər Qəhrəmani 32 ildən artıq davam edən əsirlikdən azad edildi.
Onun azadlığa çıxması xəbəri xalq və siyasi fəallar tərəfindən böyük rəğbətlə qarşılandı. İllər boyu onun adını və müqavimət tarixini eşitmiş insanlar indi şah rejiminin iradəsini qıra bilmədiyi bir mübarizin azadlığa qayıdışının şahidi olurdular.
Səfər Qəhrəmani azadlığa çıxdıqdan sonra çıxışlarının birində İran xalqının mübarizəsi ilə həmrəyliyini vurğulayaraq demişdi:
«Xalq məni çox utandırır. Mən iranlıyam. Hamı kimi ölkəmin müstəqilliyini istəyirəm. Hamı kimi zülmə qarşı mübarizə aparıram. Tələbələrə, fəhlələrə və xalqa deyin ki, öz böyük oyanışlarının əzəmətini dərk etsinlər».
Bu sözlər onilliklər boyu zindanlarda saxlanılmasına baxmayaraq, özünü xalqın, fəhlələrin, tələbələrin və digər azadlıqsevər qüvvələrin yanında görən bir mübarizin milli və azadlıqsevər dünyagörüşünü ifadə edirdi.
Səfər Qəhrəmaninin mübarizə və zindan illəri ilə bağlı xatirələri sonralar Əliəşrəf Dərvişiyanın söhbətləri və tərtibatı əsasında «Səfərxanın xatirələri: Şah zindanlarında 32 illik müqavimət» kitabında nəşr olundu. Bu əsər yalnız bir mübarizin həyat tarixçəsini deyil, həm də Pəhləvi dövründə siyasi repressiyaların və siyasi məhbusların müqavimətinin tarixi sənədini özündə əks etdirir.
9 noyabr – Səfər Qəhrəmaninin vəfatının ildönümü
Səfər Qəhrəmani 2002-ci il noyabrın 9-da, bir müddət xəstəlikdən əziyyət çəkdikdən sonra vəfat etdi və Kərəcdəki İmamzadə Tahir qəbiristanlığında dəfn olundu. Onun vəfatı ilə Azərbaycanın azadlıq və sosial ədalət uğrunda mübarizə hərəkatı tanınmış və dönməz simalarından birini itirdi. Lakin onun adı və xatirəsi mübarizlərin və zəhmətkeş xalqın tarixi yaddaşında yaşamaqda davam etdi.
Səfər Qəhrəmaninin həyatını Azərbaycan xalqının despotizmdən, ayrı-seçkilikdən və geridə qalmış ictimai münasibətlərdən xilas olmaq uğrunda apardığı mübarizə tarixinin kontekstində dəyərləndirmək lazımdır. O, zəhmətkeş xalqın övladı idi; kəndlilərin arasından çıxmış, Azərbaycan Milli Hərəkatına qoşulmuş, Milli Hökumətin və onun sosial nailiyyətlərinin müdafiəsində dayanmışdı.
32 illik həbs və işgəncələr onu öz ideallarından ayıra bilmədi. Bu müqavimət yalnız cəsur bir insanın fərdi keyfiyyəti deyil, repressiya və despotizm qarşısında baş əyməyən bütöv bir mübariz nəslin iradəsinin təzahürü idi.
Azərbaycan Demokrat Firqəsinin mövqeyindən Səfər Qəhrəmaninin xatirəsini yad etmək azadlıq, sosial ədalət, milli hüquqlar, ana dili və mədəniyyət hüququ uğrunda mübarizə aparmış xalqımızın mübarizə tarixinə ehtiram göstərmək deməkdir. Onun həyat təcrübəsi bir daha xatırladır ki, repressiya və qorxu yaratmaqda nə qədər güclü olursa-olsun, heç bir hakimiyyət xalqın azadlıq və ədalət istəyini əbədi olaraq susdura bilməz.
Bu dönməz mübarizin vəfatının ildönümündə onun həyat və mübarizə yolunu xatırlamaq, öz insani və ictimai idealları uğrunda zindan, sürgün, işgəncə və məhrumiyyətlərə qatlaşmış bütün insanlara ehtiramın ifadəsidir.
Azərbaycan Milli Hərəkatının mübarizi, şah despotizminin zindanlarında 32 illik müqavimət rəmzi Səfər Qəhrəmaninin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq! Onun azadlıq, sosial ədalət və xalqımızın hüquqları uğrunda mübarizə yolu yaşasın!
8-11-2026, 20:46
MÖHTƏŞƏM TARİXİ ZƏFƏRİMİZ QEYD OLUNDU


MÖHTƏŞƏM TARİXİ

ZƏFƏRİMİZ

QEYD OLUNDU


44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıq və şücaət göstərərək, tarixi torpaqlarımızı mənfur düşməndən azad etdi. Böyük Qələbəmiz şanlı Zəfər tariximizə qızıl səhifə açdı. Noyabrın 6-da Bakı Türk Anadolu liseyi və Bakının Suraxanı rayonundakı 226 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bərabər “Tarixi Zəfər” adlı tədbir keçirildi. Bakı Türk Anadolu liseyində təşkil olunan tədbir 8 Noyabr - Zəfər gününə həsr olunmuşdur. Həmin gün Zəfər Qələbəmizə həsr olunan rəsm əsərlərinə baxış keçirildi. Şagirdlərin kətan üzərində akril boya ilə çəkdiyi rəsmlər Azərbaycan-Türkiyə qardaşlığından, milli dəyərlərimizdən bəhs edirdi. Tədbirdə Bakı Türk Anadolu liseyinin direktoru Emrah Sayğı, 226 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, Vətən müharibəsi şəhidləri - şəhid Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova, şəhid Səbuhi Orucovun anası Narınc Orucova və şəhid Nazim Kırxlarovun anası Sultanxanım Kırxlarova, I Qarabağ müharibəsi şəhidi Qafarov Etibarın həyat yoldaşı Mətanət Qafarova, Türkiyənin Azərbaycan Səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan, Bakı Türk Anadolu liseyinin direktor müavinləri Güray Çağatay, Hasan Ece, Ahmet Koyunçu, Çiğdem Akın, Kenan Elemen, müəllimlər və şagirdlər iştirak etdilər.

Tədbir Azərbaycanın Dövlət Himni və Türkiyə Dövlət Himni ilə başladı. Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Şagirdlər əllərində Azərbaycan və Türküyə bayraqları ilə səhnəyə daxil oldular. Tədbirdə 226 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, şəhid anası Arzu Məmmədova çıxış etdi. O, qürurverici tədbirin təşkilinə görə Bakı Türk Anadolu liseyinin rəhbərliyinə, təşkilatçılara və bütün müəllimlərə dərin təşəkkürünü bildirdi. Arzu Məmmədova qeyd etdi ki, “Zəfəri qazanmaq qədər onu qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək də vacibdir.Bu gün biz həm də şəhidlərimizi dərin ehtiramla yad edirik. Mən bu sözləri yalnız bir məktəb direktoru kimi deyil, həm də şəhid anası kimi deyirəm. Şəhidlərimizin bizə əmanət etdiyi Vətənə sahib çıxmaq hər birimizin müqəddəs borcudur. Onların adları xalqımızın yaddaşında əbədi yaşayacaq. İnanıram ki, bu günkü birgə tədbirimiz Azərbaycan və Türkiyə məktəbliləri arasında dostluğun, qardaşlığın və mənəvi birliyin daha da möhkəmlənməsinə xidmət edəcək”. Sonra Arzu Məmmədova şəhid oğlunun xatirəsinə həsr olunan “Mən Əliyəm” kitabını Bakı Türk Anadolu liseyinin rəhbərliyinə və Türkiyənin Azərbaycan Səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğana təqdim etdi.

Türkiyənin Azərbaycan Səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan da çıxışında Zəfər tariximiz, şəhadətə ucalan oğullarımız və onların əmanətləri olan şəhid analarından danışdı. Vətən torpaqlarına hər zaman sahib çıxmağın dünənin və bu günün işi olduğunu qeyd etdi. 226 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Arzu Məmmədovaya, müəllimlərə sonsuz ehtiramını bildirərək, sarsılmaz dostluq tellərindən danışdı. Tədbirdə diqqətçəkan məqamlar oldu. Məktəbimizin şagirdi Zeynəbxanım İbadova Həsən Əli Yücelin “Bayrağım”, Bakı Türk Anadolu liseyinin şagirdi Aysun Əliyeva isə xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq” şeirini yüksək vətənpərvərlik hissiylə söylədi.

Tədbirdə VII B sinif şagirdi Məhəmməd Məmmədzadənin “Bayatı-Şiraz” muğamını əsl xanəndə kimi oxuması alqış sədaları ilə qarşılandı. “Qarabağ” mahnısını kamança ifaçısı Kamil Vəliyevin müşayiəti ilə Məhəmməd Məmmədzadə və Fatimə Kazımova ifa etdilər. Daha sonra tədbiri Bakı Türk Anadolu liseyinin şagirdi Ülkər Kərimli qəlbləri fəth edən, gur səsi ilə “Çırpınırdı Qara dəniz” mahnısını oxuyaraq rəngarəng etdi. Qızlardan ibarət rəqs qrupunun vətənpərvərlik ruhundakı çıxışı da tarixi zəfərimizə həsr olunmuşdu.

Səhnədə oğlanlar Qərbi Anadolu bölgəsində məşhur olan, ən əsası türk mədəniyyətini tərənnüm edən güc, qürur, mərdlik simvolu daşıyan “Zeybək” rəqsini xüsusi coşqu ilə oynadı. Qeyd edək ki, oğlanlardan ibarət “Zeybək” rəqsi liseyin müəllimi Başak Türk tərəfindən hazırlanmışdı. Həqiqətən də, möhtəşəm Zəfərimizi, cəsur Vətən oğullarının qəhrəmanlığını vəsf etmək böyük qürurverici,unudulmayan anlar oldu.

Həmin gün səhnədə “Azərbaycan-Türkiyə” mahnısının Məhəmməd, Nehir, Polat tərəfindən oxunması da alqış sədaları ilə əhatə olundu. Gənclərin vətənpərvərlik tərbiyəsinə töhfə olan bu mahnıda “Bir millət, iki dövlət” fəlsəfəsi, iki qardaş ölkənin birliyi, zəngin mədəniyyəti bir daha tərənnüm olundu. Sonda Bakı Türk Anadolu liseyinin rəhbərliyinə, müəllim heyətinə möhtəşəm bayram sevincini ərməğan etdiyinə görə təşəkkür edirik!

Təranə CƏBİYEVA
8-11-2026, 20:46
MÖHTƏŞƏM TARİXİ ZƏFƏRİMİZ QEYD OLUNDU


MÖHTƏŞƏM TARİXİ

ZƏFƏRİMİZ

QEYD OLUNDU


44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıq və şücaət göstərərək, tarixi torpaqlarımızı mənfur düşməndən azad etdi. Böyük Qələbəmiz şanlı Zəfər tariximizə qızıl səhifə açdı. Noyabrın 6-da Bakı Türk Anadolu liseyi və Bakının Suraxanı rayonundakı 226 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bərabər “Tarixi Zəfər” adlı tədbir keçirildi. Bakı Türk Anadolu liseyində təşkil olunan tədbir 8 Noyabr - Zəfər gününə həsr olunmuşdur. Həmin gün Zəfər Qələbəmizə həsr olunan rəsm əsərlərinə baxış keçirildi. Şagirdlərin kətan üzərində akril boya ilə çəkdiyi rəsmlər Azərbaycan-Türkiyə qardaşlığından, milli dəyərlərimizdən bəhs edirdi. Tədbirdə Bakı Türk Anadolu liseyinin direktoru Emrah Sayğı, 226 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, Vətən müharibəsi şəhidləri - şəhid Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova, şəhid Səbuhi Orucovun anası Narınc Orucova və şəhid Nazim Kırxlarovun anası Sultanxanım Kırxlarova, I Qarabağ müharibəsi şəhidi Qafarov Etibarın həyat yoldaşı Mətanət Qafarova, Türkiyənin Azərbaycan Səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan, Bakı Türk Anadolu liseyinin direktor müavinləri Güray Çağatay, Hasan Ece, Ahmet Koyunçu, Çiğdem Akın, Kenan Elemen, müəllimlər və şagirdlər iştirak etdilər.

Tədbir Azərbaycanın Dövlət Himni və Türkiyə Dövlət Himni ilə başladı. Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Şagirdlər əllərində Azərbaycan və Türküyə bayraqları ilə səhnəyə daxil oldular. Tədbirdə 226 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, şəhid anası Arzu Məmmədova çıxış etdi. O, qürurverici tədbirin təşkilinə görə Bakı Türk Anadolu liseyinin rəhbərliyinə, təşkilatçılara və bütün müəllimlərə dərin təşəkkürünü bildirdi. Arzu Məmmədova qeyd etdi ki, “Zəfəri qazanmaq qədər onu qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək də vacibdir.Bu gün biz həm də şəhidlərimizi dərin ehtiramla yad edirik. Mən bu sözləri yalnız bir məktəb direktoru kimi deyil, həm də şəhid anası kimi deyirəm. Şəhidlərimizin bizə əmanət etdiyi Vətənə sahib çıxmaq hər birimizin müqəddəs borcudur. Onların adları xalqımızın yaddaşında əbədi yaşayacaq. İnanıram ki, bu günkü birgə tədbirimiz Azərbaycan və Türkiyə məktəbliləri arasında dostluğun, qardaşlığın və mənəvi birliyin daha da möhkəmlənməsinə xidmət edəcək”. Sonra Arzu Məmmədova şəhid oğlunun xatirəsinə həsr olunan “Mən Əliyəm” kitabını Bakı Türk Anadolu liseyinin rəhbərliyinə və Türkiyənin Azərbaycan Səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğana təqdim etdi.

Türkiyənin Azərbaycan Səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan da çıxışında Zəfər tariximiz, şəhadətə ucalan oğullarımız və onların əmanətləri olan şəhid analarından danışdı. Vətən torpaqlarına hər zaman sahib çıxmağın dünənin və bu günün işi olduğunu qeyd etdi. 226 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Arzu Məmmədovaya, müəllimlərə sonsuz ehtiramını bildirərək, sarsılmaz dostluq tellərindən danışdı. Tədbirdə diqqətçəkan məqamlar oldu. Məktəbimizin şagirdi Zeynəbxanım İbadova Həsən Əli Yücelin “Bayrağım”, Bakı Türk Anadolu liseyinin şagirdi Aysun Əliyeva isə xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq” şeirini yüksək vətənpərvərlik hissiylə söylədi. Tədbirdə VII B sinif şagirdi Məhəmməd Məmmədzadənin “Bayatı-Şiraz” muğamını əsl xanəndə kimi oxuması alqış sədaları ilə qarşılandı. “Qarabağ” mahnısını kamança ifaçısı Kamil Vəliyevin müşayiəti ilə Məhəmməd Məmmədzadə və Fatimə Kazımova ifa etdilər. Daha sonra tədbiri Bakı Türk Anadolu liseyinin şagirdi Ülkər Kərimli qəlbləri fəth edən, gur səsi ilə “Çırpınırdı Qara dəniz” mahnısını oxuyaraq rəngarəng etdi. Qızlardan ibarət rəqs qrupunun vətənpərvərlik ruhundakı çıxışı da tarixi zəfərimizə həsr olunmuşdu.

Səhnədə oğlanlar Qərbi Anadolu bölgəsində məşhur olan, ən əsası türk mədəniyyətini tərənnüm edən güc, qürur, mərdlik simvolu daşıyan “Zeybək” rəqsini xüsusi coşqu ilə oynadı. Qeyd edək ki, oğlanlardan ibarət “Zeybək” rəqsi liseyin müəllimi Başak Türk tərəfindən hazırlanmışdı. Həqiqətən də, möhtəşəm Zəfərimizi, cəsur Vətən oğullarının qəhrəmanlığını vəsf etmək böyük qürurverici,unudulmayan anlar oldu.

Həmin gün səhnədə “Azərbaycan-Türkiyə” mahnısının Məhəmməd, Nehir, Polat tərəfindən oxunması da alqış sədaları ilə əhatə olundu. Gənclərin vətənpərvərlik tərbiyəsinə töhfə olan bu mahnıda “Bir millət, iki dövlət” fəlsəfəsi, iki qardaş ölkənin birliyi, zəngin mədəniyyəti bir daha tərənnüm olundu. Sonda Bakı Türk Anadolu liseyinin rəhbərliyinə, müəllim heyətinə möhtəşəm bayram sevincini ərməğan etdiyinə görə təşəkkür edirik!

Təranə CƏBİYEVA

6-11-2026, 18:17
32 il əvvəl öldürülmüş Yüsif Orucovun  qətlinin şok detalları

32 il əvvəl öldürülmüş Yüsif Orucovun qətlinin şok detalları

İbrahim Orucov:

“Qardaşım Yusifin qətli ilə

bağlı Prezident cənab İlham

Əliyevə müraciət edirəm”


I Qarabağ müharibəsinin iştirakçısı Yusif Orucovun müəmmalı qətli ilə bağlı qardaşı İbrahim Orucov syatımıza müraciət edib. O, bildirib ki, qətl hadisəsində iştirak edən şəxslərdən biri Elşad Əliyev səs.tv-nin canlı https://www.youtube.com/live/z_hZNYcP-ss efirində qətlin təfərüatların etiraf etdi.
Bundan sonra işi Baş Prokurorluq nəzarətə götürdü. Onu da qeyd edim ki, səs.tv-nin efirindən sonra Elşad Əliyev eyni məzmunda Spase.tv-də də cinayətdə iştirakını etiraf etdi. Spase.tv-nin canlı efirindən Daxili İşlər Nazirliyinin əməkdaşları Elşad Əliyevi polis orqanlarına dəvət edərək izahatını aldılar. Lakin hələ də qardaşım Yusif Orucovu qətl etməkdə təqsirkar şəxslər azadlıqda gəzir.
İbrahim Orucov bildirir ki, cinayətdə iştirak edən qatillər biz məsələni həll etmişik bizi heç kim tuta bilməz söyləyirlər.

Qeyd edək ki, Sədərək döyüşlərinin iştirakçısı, Şərur rayon Dərə kənd sakini Yusif Barı oğlu Orucovun 1995-ci ildə həyata keçirilən müəmmalı qətli ilə bağlı təfərüatlar bəlli olub. Belə ki, Yusif Orucovun qətlində iştirak etmiş şəxslərdən biri Elşad Əliyev səs.tv-nin və sapse tv-nin efirində qətlin bütün detallarını açıqlayıb. Belə ki, Elşad Məcid oğlu Əliyev 1995-ci ildə qaradaşı Əliyev Elxan Məcid oğlu və onun Elnur adlı kirvəsi ilə Nərimanov metrostansiyası yanında Yusif Orucovu avtomobilə mindirərək Hövsan qəsəbəsində tullantıların atılması üçün nəzərdə tutulan yerə bıçaqlayaraq öldürməsini etiraf edib. O, bunu vicdan əzəbı çəkməsi ilə əsaslandırıb. Elşad Əliyev bildirib ki, cəzamız nədirsə çəkək, bu məsələni gənclərin öhdəsinə buraxmayaq. Verlişdə Elşad Əliyev onu da bildirb ki, qardaşı Davud Əliyev Yusifi öldürdükdən sonra atası Barı Orucova Yusifin adından saxta məktub göndərərək onun Türkiyədə PKK-ya qoşulmsı haqqında məlumat verib. İbrahim Orucovun sözlərinə görə atası bu dərddən dünyasını dəyişib.
İbrahim Orucov redaksiyamıza müraciət edərək qardaşı I Qarabağ müharibəsinin iştirakçısı Yusif Orucovun qətl hadisəsinin nəzarətə götürülməsini ölkə başçısı cənab Prezident İlham Əliyevdən xahiş edir. Yalnız bundan sonra bu işin obyektiv araşdırılacağına inanır. Odur ki bizim vasitəmizlə Prezident İlahm Əliyevə müraciət edərək qətl hadisəsinin iştirakçısının etirafını nəzərə alaraq bu işi nəzarətə götürməsini xahiş edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!