Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 6-05-2016, 16:30
Azərbaycanın icbari tibbi sığorta modeli necə olacaq…



“Yaxın həftələrdə ölkəmizin yerli xüsusiyyətlərinə və inkişaf imkanlarına uyğun tibbi sığorta modelinin işlənib-hazırlanması nəzərdə tutulub”.

Butov.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin monitorinq, təhlil, informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyev Modern.az-ın sorğusunu cavablandırarkən deyib.

O qeyd edib ki, ilkin işlərin aparılması üçün zəruri işçi heyəti toplanıb, müvafiq ixtisasa və təcrübəyə malik kadrların Agentliyə cəlb edilməsi işi davam edir. Eyni zamanda, xarici mütəxəssislərlə birlikdə icbari tibbi sığortanın ölkəmizdə tətbiqi imkanları araşdırılır

“ Hal-hazırda model üzərində işlər gedir və seçiləcək modeldən asılı olaraq icbari tibbi sığortanın mərhələli tətbiqinə başlanacaq. İcbari tibbi sığorta sosial həmrəylik prinsipinə əsaslanır. Başqa sözlə, yaşından, sosial statusundan, sağlamlıq vəziyyətindən və gəlirindən asılı olmayaraq bütün insanlar bu sığorta proqramında iştirak etməlidirlər. Müvafiq gəlirə malik insanlar icbari tibbi sığorta fonduna müəyyən ödənişlər edəcəklər”.

İ.Əliyevin sözlərinə görə, gəliri olmayan və ya aşağı gəlirli bəzi qrupların (məs: uşaqlar, əlillər, təqaüdçülər və s.) tibbi xərcləri dövlət tərəfindən ödənilə bilər.

“Tibbi sığorta üçün vəsaitlər Agentlikdə toplanacaq. İnsanlar tibbi xidmətlərə ehtiyacı yarandıqda tibb müəssisələrinə müraciət edəcəklər. Bu zaman onların tibbi sığortada iştirakına görə xidmətin növündən asılı olaraq tibbi xidmət göstəriləcək”.

Şöbə müdiri qeyd edib ki, dünya təcrübəsində adətən ilkin səhiyyə xidmətlərinin böyük əksəriyyəti, stasionar xidmətin daha effektiv müalicə üsulları paketə daxil edilir.

“Xidmətlər zərfinin tərkibi xəstəliklərin ciddiliyi, sosial əhəmiyyəti, insanları yoxsullaşdırma riski və bu kimi digər amillərdən asılı ola bilər. Bütün bunları nəzərə alaraq, əhalinin ehtiyaclarına ən uyğun xidmətlər zərfi işlənib-hazırlanacaq və təqdim ediləcək”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!