Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
4-11-2021, 19:50
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45 041 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 746, “Buster” doza vaksinasiya olunanların sayı 28 712 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 798 866, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 980 307, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 406 811, “Buster” doza vaksinasiya olunanların ümumi sayı isə 411 748 təşkil edir.

Bütöv.az
4-11-2021, 19:42
Cüdoçularımızın rəqibləri bəlli oldu

Noyabrın 5-də Bakıda start götürəcək cüdo üzrə Böyük Dəbilqənin püşkü atılıb.

Bütöv.az xəbər verir ki, üç gün davam edəcək yarışda Azərbaycan təmsilçilərinin də ilk rəqibləri bəlli olub.

Böyük Dəbilqədə ümumilikdə 29 ölkədən 196 cüdoçu (129 kişi, 67 qadın) çıxış edəcək.

Kişilər

60 kq

1/8 final. Balabəy Ağayev - Damir Meremov (Rusiya)

1/8 final. Rövşən Əliyev - Dilşot Xalmatov (Ukrayna)

1/8 final. Əhməd Yusifov - Ariunbold Enxtayvan (Monqolustan)

1/8 final. Turan Bayramov - Hayato Kondo (Yaponiya)

66 kq

1/16 final. İbrahim Əliyev - Yuji Aida (Yaponiya)

1/16 final. Tofiq Məmmədov - Danilo Xlopetski (Ukrayna)

1/8 final. İsmayıl İbrahimov - Baqrati Niniaşvili (Gürcüstan)

1/8 final. Orxan Səfərov - Baybol Uulu Salamat (Qırğızıstan)

73 kq

1/16 final. Rüfət Məmmədov - Ryo Tsukamoto (Yaponiya)

1/16 final. Telman Vəliyev - Lukas Vennokold (Almaniya)

1/8 final. Hidayət Heydərov - Mixel Adam (Almaniya) / Kornel Andries (Moldova) cütünün qalibi

1/8 final. Rüstəm Orucov - Uranbayar Odgerel (Molqolustan) / Ken Oyoşi (Yaponiya) cütünün qalibi

81 kq

1/8 final. Elcan Hacıyev - Xaknazar Nazarov (Tacikistan) / Yoşimiçi Kamoçi (Yaponiya) cütünün qalibi

1/16 final. Ömər Rəcəbli - Zebeda Rexviaşvili (Serbiya)

1/16 final. Hasil Cəfərov - Giqa Giqauri (Gürcütan)

1/16 final. Kərim Məmmədov - Murrentsen Battulqa (Monqolustan)

90 kq

1/16 final. Rüfət İsmayılov - Jamal Petqrave (Böyük Britaniya)

1/8 final. Vüqar Talıbov - Nemanya Maydov (Serbiya)

1/8 final. Məmmədəli Mehdiyev - Tengiz Batsayxan (Monqolustan) / Con Jayne (ABŞ) cütünün qalibi

100 kq

1/8 final. Adil Kərimli - Yan Rayder (Kanada)

1/8 final. Kənan Abdullaxanlı - Onise Seneblidze (Gürcüstan)

1/8 final. Ruslan Nəsirli - Zlatko Kumriç (Xorvatiya)

+100 kq

1/8 final. Hüseyn Məmmədov - Tyaqo Palmini (Braziliya)

1/4 final. Uşangi Kokauri - Camal Feyziyev / Tatsuru Sayto (Yaponiya) cütünün qalibi

Qadınlar

48 kq

1/8 final. Şəfəq Həmidova - Rafaela Batista (Braziliya)

1/4 final. Aişə Qurbanlı - Katarina Tanzer (Avstriya)

52 kq

1/8 final. Zeynəb Məmmədova - Annika Vurfel (Almaniya)

1/8 final. Ülviyyə Bayramova - Anastasiya Polikatpova (Rusiya)

57 kq

1/8 final. İçinxorlu Muntsxedev - Rafaela Silva (Braziliya)

63 kq

1/8 final. Aytac Qardaşxanlı - Qabriella Moraes (Braziliya)

70 kq

1/8 final. Südabə Ağayeva - Utana Terada (Yaponiya)

1/4 final. Günel Həsənli - Lara Çvetko (Xorvatiya).
4-11-2021, 19:39
Çingiz Mustafayevin kamerası çəkməyə davam etsəydi... - VİDEO

Baku TV 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb.

“Çingiz Mustafayevin kamerası çəkməyə davam etsəydi...” başlığı ilə yayımlanan videoçarxda 90-cı illərin Qarabağ müharibəsində xalqımızın başına gətirilənlər və 44 günlük Vətən müharibəsi ilə Azərbaycan Ordusunun qazandığı qələbə əks olunub.

Ətraflı videonu təqdim edirik:




Bütöv.az
4-11-2021, 19:28
İrkutskda An-12-nin qəzaya uğradığı yer - VİDEO

Rusiyanın İrkutsk vilayətində qəzaya uğrayan An-12 təyyarəsi ilə bağlı bəzi məlumatlar və qəza yerindən görüntülər yayılıb.

Bütöv.az xarici KİV-ə istinadən xəbər verir ki, qəzadan öncə pilotlar ikinci dəfə dövrə vurmağın vacibliyini məruzə edib, daha sonra isə təyyarə radarlardan itib.

“Sputnik Belarus” təyyarənin Belarusun “Qrodno” aviaşirkəti tərəfindən istismar olunduğunu bildirib.

Təyyarənin göyərtəsində Belarus, Rusiya və Ukrayna vətəndaşları olub. Krasnoyarsk vilayətinin qubernatorunun sözlərinə görə, göyərtədə olan 5 heyət üzvü və iki sərnişinin hamısı ölüb.

Qəzanın pis hava şəraiti və yaxud texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur. Hadisə ilə bağlı cinayət işi açılıb.

4-11-2021, 19:26
Erməni deputat Ali Radada Zelenskini təhqir ETDİ - VİDEO

Ukrayna Ali Radasında gərgin anlar yaşanıb.

Bütöv.az xəbər verir ki, prezident Vladimir Zelenskinində yer aldığı iclasda erməni əsilli deputat qeyri-etik hərəkətinə görə qovulub.

Belə ki, hakim Xalqın Xidmətçisi Partiyasından olan erməni əsilli deputatı Qeo Leros parlamentdə çıxışı zamanı Zelenskini tənqid edib. O, həmçinin də, Ukrayna liderini satqın adlandırıb.

“Demək istəyirəm ki, həqiqəti deməkdən qorxmuram. İstədiyin qədər hüquq-mühafizə orqanlarını üstümə göndərə bilərsən, iş aça bilərsən, amma mən həqiqəti deməkdən qorxmuram”, - erməni deputat bildirib

Mikrofonu söndürüldükdən sonra o, Zelenskiyə "orta barmaq" işarəsi göstərib.

Xalqın Xidmətçisi fraksiyasından olan deputatlar onun bu çıxışının yolverilməz olduğunu bildiriblər və qeyd ediblər ki, hadisə reqlament komitəsində müzakirəyə çıxarılacaq.


4-11-2021, 19:23
Çavuşoğlu: “ABŞ-la işçi qrupu yaradacağıq”

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-la işçi qrupu yaradacaqlarını açıqlayıb.

Onun sözlərinə görə müvafiq təklif ABŞ tərəfindən verilib.

“ABŞ-ın PKK/YPG ilə əməkdaşlığı, FETÖ-nün ABŞ-da olması və S400-lərə münasibəti müttəfiqlik ruhu ilə bir yerə sığmır. Biz bu problemləri həll etmək üçün işçi qrupu yaradacağıq. Bu dəfə bu təklif ABŞ tərəfindən, Co Bayden tərəfindən verilib”, - deyə Çavuşoğlu qeyd edib.

Mənbə: DHA

Bütöv.az
4-11-2021, 18:54
Müasir İncəsənət Muzeyindən Xəyyam Abdinovla bağlı - AÇIQLAMA

Müasir İncəsənət Muzeyi bir sıra mətbuat orqanlarında Xəyyam Abdinovun həbsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama verib.

Müasir İncəsənət Muzeyinin direktoru Rövlan Əliyev Oxu.Az-a bildirib ki, Xəyyam Abdinov uzun müddətdir Muzeydə çalışmır və o, direktor vəzifəsindən azad olunub.

“Xəyyam Abdinovun həbsi ilə bağlı məsələlərin Muasir İncəsənət Muzeyi ilə hər hansı bir əlaqəsi yoxdur” - deyə, Rövlan Əliyev bildirib.

Bütöv.az
4-11-2021, 18:47
“Biz hələ pandemiyanın ortasındayıq” – Prezidentin köməkçisi

“Biz hələ pandemiyanın ortasındayıq”.

Sozcu.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yeni dünya iqtisadiyyatı” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş. Mövsümov deyib ki, pandemiya dövründə 52 milyon tələbə qapanmalardan əziyyət çəkib: “Hökumətlər pandemiya dövründə aşağı gəlirli kateqoriyaya böyük vəsait emissiya etdi. Azərbaycanın ümumdaxili məhsulu keçən il 4,2 faiz, turistlərin sayı 4 milyon nəfər azalıb. Azərbaycan hökuməti keçən il pandemiya ilə bağlı özəl sektora 2 milyard manat ayırıb. Azərbaycanda bu il iqtisadiyyatda 4,5 faiz, növbəti il 4,7 faiz artım gözlənilir. Bunlar çox yaxşı rəqəmlərdir”.

Prezidentin köməkçisi qeyd edib ki, dünya ölkələrində əhalinin 40 faizinin peyvəndlənməsi mümkün olmayıb: “Gələn ilin ortalarında bu, mümkün ola bilər. Bu, vaksinin ədalətsiz bölüşdürülməsi ilə bağlıdır. Biz səylərimizi səfərbər etməklə pandemiyanın öhdəsindən gələ bilərik”.

Bütöv.az
4-11-2021, 18:42
Prezidentdən Mair Ələkbərovla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Mair Manaf oğlu Ələkbərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, M.Ələkbərova Azərbaycan Respublikasında yol-nəqliyyat infrastrukturunun inkişafında uzunmüddətli və səmərəli xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Bütöv.az
4-11-2021, 11:41
Çingiz Abdullayev “şəhid qardaşıdır”?

Çingiz Abdullayevin Birinci Qarabağ müharibəsinin olmadığı ilə bağlı fikri tənqidlərə məruz qalandan sonra xalq yazıçısı növbəti açıqlama verməyə məcbur oldu.

O bildirdi ki, fikri düzgün anlaşılmayıb, müharibə - iki ordu arasında baş verir. Ermənilər isə 1990-cı illərdə ordusu olmayan Azərbaycana qarşı rus hərbi birliklərinin gücündən istifadə etməklə müharibə aparıb və torpaqlarımızı işğal edib.

Ç.Abdullayev bu fikri səsləndirməsinin səbəbini də açıqladı və dedi ki, Rusiya kanallarındakı debatlarında erməni ekspert erməni xalqının “əsgər xalq”, azərbaycanlıların isə “alverçi xalq” olduğunu və ona görə də qalib gəldiklərini bildirmişdi.

Ç.Abdullayev haqlıdır, çünki sözügedən verilişdə erməni ekspertin o ifadəni həyasızcasına işlətdiyini əks etdirən videonu indi də sosial şəbəkələrdə axtarıb tapmaq olar. Xüsusilə 44 günlük müharibə zamanı erməni ekspertin o sözləri “məxsusi komentlərlə” yayılırdı və minlərlə fərarisi olan, qaçıb Fransaya sığınan ermənilərə “döyüşkən xalq” olduqları barədə qondardıqları yalana görə yaxşıca “bəytərifi” deyilirdi.

Ç.Abdullayevin bu baxımdan təkzib videosu yayması və fikirlərini izah etməyə çalışması normaldır. Əslində, birinci fikrinin əhatə olunduğu videoda da Ç.Abdullayevin nə demək istədiyi, Birinci Qarabağ savaşını niyə “müharibə” kimi qəbul etmək istəmədiyi aydın idi və doğrusu, ciddi qınağa çevrilməsinə də ehtiyac yox idi. Sadəcə, Ç.Abdullayev ənənəvi olaraq Azərbaycan dilində özünü ifadə etməkdə çətinlik çəkdiyindən, yanlış nəticələr ortaya çıxır.

Elə təkzib videosunda da növbəti müzakirələrə səbəb olan sözlər işlədib. Xalq yazıçısı deyib ki, onun qardaşı da 1990-cı illərdə şəhid olub. Bu isə növbəti suallar doğurub: Ç.Abdullayevin şəhid olan qardaşı kimdir? Nə vaxt şəhid olub? Bu vaxta qədər Ç.Abdullayev şəhid qardaşı haqda niyə danışmayıb?

Bəzi sosial şəbəkə istifadəçiləri Ç.Abdullayevin əmisi oğlunu nəzərdə tutub-tutmadığını (ruslar “dvoyurnıy brat” deyir, ola bilsin ki, Ç.Abdullayev də bu məntiqlə “qardaşım” sözünü işlədib) da anlamağa çalışırlar.

Axar.az bu müzakirələrə son qoymaq üçün Ç.Abdullayevdən açıqlama almağa cəhd göstərdi. Ancaq təəssüf ki, xalq yazıçısı sualı dinlədikdən sonra “vaxtım yoxdur” deyə, telefonu bağladı.

İndi Ç.Abdullayev qalxıb, növbəti dəfə fikrinin doğru anlaşılmadığını desə, ilk olaraq özünü qınamalıdır. Əvvəla, xalq yazıçısı mənsub olduğu dilin imkanlarından istifadə etməyi bacarmalı və özünü doğru ifadə etməlidir. İkincisi, insana “doğru anlaşılmayan” fikrini doğru anlatmaq üçün müraciət edəndə, danışsa yaxşıdır.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!