Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
26-11-2021, 11:23
Ramiz Mehdiyev AMEA-da həbslərə hazırlıq görür - kimlərin başı gedəcək?

“Yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə görə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev bu fikirləri qurumun Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının ilk iclasında çıxışı zamanı deyib. O, akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi kəskin tənqid edib və qarşıya çıxan problemlərin tezliklə həllinin vacibliyini vurğulayıb.

R.Mehdiyev həmçinin alimlərin sırf elmi işlərlə məşğul olmaları üçün müəyyən şəraitin yaradıldığını və bu məqsədlə bir sıra zəruri addımların atılacağını diqqətə çatdırıb.

Qeyd edək ki, AMEA-nın prezidenti Rəyasət Heyətinin bir neçə gün əvvəl keçirilən iclasında həbslər olacağının anonsunu verib. O bildirib ki, ciddi nöqsanların sayı həddən artıq çoxdur: “Hazırda korrupsiya idarəsində sənədləri hazırlayırlar və bizə də göndərəcəklər. Bu, əlbəttə, bir tərəfdən nəzarətsizliyin nəticəsidir, digər tərəfdən, insanın mənəvi keyfiyyəti məsələsidir. Akademiya nə üçün bu vəziyyətə gəlib düşüb? Kimdir günahkar? Özbaşınalıq baş alıb gedib, heç kim digərindən bir şey soruşmayıb, tələb və nəzarət etməyib və institutlarda belə bir vəziyyət yaranıb. Xəbərdarlıq etmək istəyirəm ki, belə vəziyyətə biz dözməməliyik, şəxsən mən məsuliyyət daşıyıram. Tək mən yox, Rəyasət Heyətinin üzvləri, vitse-prezidentlər. Belə məsuliyyətsizliyi, işə yanaşmanı qəti surətdə qəbul etmirəm”.

Mehdiyev son vaxtlar akademiyanın bir sıra elmi-tədqiqat müəssisələrində yoxlama işlərinin aparıldığı barədə məlumat verib. Qeyd edib ki, bir sıra hallarda sənədlər və digər məsələlər gizlədildiyindən yoxlama işlərinin keyfiyyəti qənaətbəxş olmayıb.

Mərkəzi Nəbatat Bağında aparılmış yoxlamalar barədə danışan və bağın uzun illər baxımsız vəziyyətdə qaldığını deyən Ramiz Mehdiyev müəssisənin ərazisindəki ağacların bir çoxunun quruduğunu, kəsildiyini, kənar şəxslərin orada şəxsi mənzillər tikdiyini diqqətə çatdırıb. Bildirib ki, icra hakimiyyətindən dəfələrlə bağın qaydaya salınması ilə bağlı AMEA-nın keçmiş rəhbərliyinə müraciətlər olunsa da, bu barədə heç bir tədbir görülməyib. Akademik Ramiz Mehdiyev Botanika İnstitutunda da yoxlamaların aparıldığını, ayrılmış büdcənin

xərcləndiyini, lakin heç bir əməli işin görülmədiyini vurğulayıb.

Neft-Kimya Prosesləri İnstitutunda da yoxlamaların aparıldığını bildirən AMEA rəhbəri bir çox sənədlərin gizlədildiyini, müəyyən məsələlərin yenidən araşdırıldığını söyləyib: “Vaqif Abbasov 10 ildən artıqdır ki, Neft-Kimya Prosesləri İnstitutunda direktor işləyir. Vaqif Abbasov xeyli maliyyə vəsaiti qazansa da, institut 1 manat da olsun, akademiyanın büdcəsinə xeyir verməyib. Müəssisəyə müraciətlər olanda isə özünün Yüksək Texnologiyalar Parkındakı şirkətinə tapşırır və pul qazanırlar”. AMEA rəhbəri qeyd edilən məsələlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini diqqətə çatdırıb.

Yeri gəlmişkən, Biologiya elmləri doktoru Səyyarə İbadullayeva AMEA-nın Botanika İnstitutunun, Natiq Allahverdiyev isə Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsinə təsdiqləniblər.

Bu barədə qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib. Tədbirdə çıxış edən Natiq Allahverdiyev AMEA rəhbərliyinin tapşırığı ilə son aylarda Mərkəzi Nəbatat Bağında aparılan yoxlamalardan və mövcud problemlərdən danışıb.

N.Allahverdiyev qeyd edib ki, müəssisənin sabiq rəhbərliyi və Botanika İnstitutunun keçmiş direktorunun birgə iştirakı əsasında bağ üçün ayrılan və ekskursiyadan əldə olunan maliyyə vəsaitləri mənimsənilib, nəticədə Mərkəzi Nəbatat Bağında heç bir quruculuq işləri həyata keçirilməyib, ərazidəki ağaclar və bitkilər baxımsız vəziyyətdə qalıb.

İddialara görə, R.Mehdiyev 2013-2019-cu illərdə AMEA-nın prezidenti olmuş Akif Əlizadənin yerini tutmasından sonra onların arasında münasibətlər gərginləşib. “Köhnə komanda” hətta Mehdiyevin işini əngəlləməyə çalışıb. R.Mehdiyev səbirlə ona qarşı olanların əhatə dairəsini müəyyənləşdirib. Bir il ərzində yerini möhkəmlədəndən və özünə komanda yığandan sonra “köhnə qvardiya” ilə hesablaşmağa başlayıb. R.Mehdiyev hələ açıq şəkildə 87 yaşlı Akif Əlizadənin adını çəkməyib, amma tənqid etdiyi və araşdırdığı dövr sabiq prezidentin vəzifədə olduğu vaxtı əhatə edir. Bunun üçün isə R.Mehdiyevin əlində əlbəttə ki, kifayət qədər faktlar var və korrupsiya və yeyintilərlə bağlı dedikləri gerçəkliyi əks etdirir.

AĞ Partiyanın sədri Tural Abbaslı bu barədə “Yeni Müsavat”a şərhində bildirib ki, əslində məsələnin mahiyyətində, kökündə Azərbaycan elminin vəziyyətindən narahatlıq və ya ağır durumdan çıxarılması istəyi dayanmır. Burada daha çox siyasi məsələlərdən söhbət gedir: “Ramiz Mehdiyevin AMEA-ya rəhbər təyin olunmasından xeyli müddət keçir. Bu qədər müddət ərzində orada hər hansı neqativlər, qanunsuzluqlar, cinayət halları var idisə, yeni rəhbərlik onu həll etməli idi. Artıq bu gün hansısa problemdən danışmaq yox, yeni mərhələdən danışmaq lazım idi. Bəs necə oldu ki, Mehdiyev məhz indi bu qədər sərt açıqlamalar verdi, adlar çəkdi. Ramiz Mehdiyev, məncə, gələcəkdə özünün indiyə qədərki fəaliyyəti barədə araşdırmalar aparılacağını hiss edir. Ona görə də məsələni AMEA səviyyəsinə gətirir. O, ilk vaxtlardan AMEA-nı özünə ictimai qalxan kimi görür. Keçmişdəki fəaliyyəti barədə də kimsə yazan kimi, AMEA-nın mətbuat xidməti dövriyyəyə buraxılır, cavab-cavab dalınca verilir. Mən demirəm ki, AMEA-da Ramiz Mehdiyevdən əvvəl hər şey yaxşı idi. Amma onun gəlişindən sonra AMEA elm ocağından çox siyasi təşkilata bənzəməyə başladı. Ramiz Mehdiyevin ona qarşı olan komandanı cəzalandırmaq planı olduğu da onun verdiyi açıqlamadan hiss edilir. Şübhəsiz ki, qanunsuzluqlara yol verən hər bir şəxs qanuni cəzasını almalıdır. Ancaq əminəm ki, AMEA-nın Ramiz Mehdiyev tərəfindən adıçəkilən institutlarının rəhbərləri həbs olunsa belə, orada vəziyyət düzəlməyəcək. Çünki cəzalandırmada əsl məqsəd başqadır”.

Bütöv.az
26-11-2021, 11:16
Müdafiə naziri yeni yaradılan komando hərbi hissəsində olub - FOTO - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılan əməliyyat (komando) hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində iştirak edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin abidəsi önünə əklil qoyularaq xatirələri hörmət və ehtiramla anılıb.
Müdafiə naziri beretlərin təqdim edilmə mərasiminə dəvət olunan Vətən müharibəsi iştirakçıları ilə görüşərək onların problemləri və istəkləri ilə maraqlanıb.

Sonra şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib.

Mərasimin açılışında ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirənlərə beretlər təqdim olunduqdan sonra şəxsi heyət “Komando andı”nı qəbul edib.

Mərasimdə çıxış edən müdafiə naziri hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando hazırlığı” kurslarının əhəmiyyətini xüsusi vurğulayaraq şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb. Müdafiə naziri şəxsi heyətə Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.

General-polkovnik Z.Həsənov Azərbaycan ordusunun hərbi qulluqçularının, eləcə də hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqları yüksək qiymətləndirdiyini bildirib.

Komandolar üçün hazırlanmış xüsusi idman şəhərciyi ilə tanış olan müdafiə naziri əməliyyat qruplarının fiziki hazırlıq üzrə nümunəvi çıxışlarını izləyib.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib.








Bütöv.az
26-11-2021, 11:10
Soçi görüşü: Ermənistanın üzərinə məcburi öhdəlik qoyulacaq – ŞƏRH

Bu gün Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Soçidə masaya əyləşəcək.

Bu, 10 noyabr bəyanatından sonra ikinci görüşdür, xatırladaq ki, müharibədən sonra ilk görüş bu ilin 11 yanvarında Moskvada baş tutmuşdu.

Soçi görüşü vacibdir, bu vaciblik liderlərin dekabrın 15-də Brüsseldə keçiriləcək görüşünü formal hala gətirir.
Bununla belə, Brüssel görüşü Soçi görüşünün davamıdır. Yəni Brüssel görüşünün müqəddiməsi Soçidə hazırlanacaq.

Soçidə razılaşdırılacaq məqamlar Brüsseldə Qərbin maraqları ilə uzlaşdırılacaq.

Soçi görüşü sərhəd insidentlərinə son qoymaq üçün yeni sənədi ərsəyə gətirəcək və ya ən azından şifahi razılaşma olacaq.

Ehtimal vermək çətin deyil ki, Soçi görüşündə dəhliz mübahisəsinə son qoymaq üçün Ermənistanın üzərinə sülhəməcburetmə prosesinin tərkib hissəsi olan məcburi öhdəlik qoyulacaq. Söhbət ondan gedir ki, dəhlizin Ermənistandan keçən hissəsinin inşası işlərinin sürətləndirilməsi məsələsi danışıqların predmeti olacaq.

Koridorun açılması üçün qrafik tərtib edilməsi ehtimalları da yüksəkdir. Çünki dəhliz faktoru Rusiya üçün də, Türkiyə üçün də, Qərb üçün də, hətta Çin üçün də aktuallıq kəsb edir.

Ermənistanın isə dirəniş göstərmək və hansısa formada şərt irəli sürmək üçün nə hərbi resursu, nə siyasi iradəsi mövcuddur.

Bütöv.az
26-11-2021, 11:02
Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,95 ABŞ dolları, yaxud 1,13 % azalıb.

Bütöv.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 82,82 ABŞ dolları təşkil edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!