Bütöv.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin dəyəri 2,34 ABŞ dolları və ya 2,69 faiz azalıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 84,74 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun iştirakçılarına müraciət göndərib.
“Report”un xəbərinə görə, müraciəti Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım təqdim edir.
“Azad edilmiş ərazilərimiz tamamilə yerlə-yeksan olunub. Orada heç bir bina qalmayıb. Hətta qeyd edim ki, bütün tarixi binaları, 67 məsciddən 65-ini dağıdıblar, bütün ictimai binaları yerlə-yeksan ediblər”.
Bütöv.az-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirdiyi VIII Qlobal Bakı Forumunda çıxış edərkən deyib.
Dövlət başçısı vurğulayıb ki, bu, əslində barbarlığın təzahürüdür.
Prezident qeyd edib ki, hazırda Azərbaycan dövləti azad edilmiş əraziləri bərpa edir:
“Genişmiqyaslı dövlət proqramının həyata keçirilməsinə başlanılıb. Ümid edirik ki, erməni işğalından əziyyət çəkmiş bir milyondan artıq soydaşımızı, qaçqın və məcburi köçkünləri öz yerlərinə qaytara biləcəyik. Bu müharibə onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalacaq”.
“Azərbaycanda olmaqdan böyük məmnunluq hissi keçirirəm. Azərbaycan dünyada həm iqtisadi, həm də sosial məsələlərə biganə qalmayan ölkələrdən biridir. Bugünkü forumda COVID-19-dan sonra dünya ölkələrinin vəziyyəti dəyərləndiriləcək”.
“Report” xəbər verir ki, bunu Ankara Universitetinin rektoru Necdet Ünüvar Bakıda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, koronavirus pandemiyası bütün dünya üçün bir təcrübə oldu:
“Bu, həm təhsil, həm səhiyyə, həm də sosial sahələrdə özünü büruzə vermiş oldu. Bakı Qlobal Forumu da bu sahədə önəmli tədbirdir. Forumda COVID-19-dan sonrakı müddətdə dünyada nələrin ola biləcəyi və gələcəkdəki digər pandemiya zamanlarında necə hərəkət etməli olduğumuza dair müzakirələr aparılacaq. Tədbirdə həmçinin, koronavirusla mübarizədə dünyanın müxtəlif ölkələrinin təcrübələri müzakirə ediləcək. Təbii ki, Azərbaycanın bu sahədəki təcrübəsi də müzakirə mövzuları sırasında olacaq”.
“İndi bəziləri pandemiyadan, bəziləri isə postpandemiya dövründən danışır. Hazırda postpandemiya dövrünün hansı mərhələsində olduğumuz aydın deyil. Çünki müxtəlif ölkələr bu məsələ ilə bağlı müxtəlif mövqelər ortaya qoyurlar”.
Bütöv.az-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirdiyi VIII Qlobal Bakı Forumunda çıxış edərkən deyib.
İlham Əliyev Azərbaycanın koronavirus pandemiyasına qarşı apardığı mübarizə barədə danışıb.
Prezident qeyd edib ki, Azərbaycan regionda vaksinasiya prosesinə başlayan ilk ölkədir.
“Biz 18 yanvarda bölgədə vaksinasiya prosesinə başlayan ilk ölkə olduq”, - deyə Prezident əlavə edib.
Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən VIII Qlobal Bakı Forumunda nitq söyləyir.
10:03
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu keçirilir.
Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev nitq söyləyəcək.
Türkiyənin Müdafiə Nazirliyi S-400 zenit-raket komplekslərinin Adanadakı İncirlik hərbi bazasına yerləşdirilməsi xəbərini təkzib edib. Bu barədə “Haber Global” kanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, raket sistemlərinin İncirlik hərbi bazasına aparılması ilə bağlı yayılan məlumatlar doğru deyil. Qeyd edək ki, “SkyNews” ABŞ-ın Müdafiə Nazirliyinin rəsmisinə istinadən Türkiyə, ABŞ və NATO-nun birgə istifadə etdiyi İncirlik aviabazasına S-400 sistemlərinin gətirilməsi barədə xəbər yayıb.
Azərbaycanda cəza çəkən Ermənistan vətəndaşlarının sayı MƏLUM OLDU Azərbaycanda 40 erməni diversant və hərbi cinayətkar cəza çəkir. Bu barədə Qırmızı Xaç Komitəsinin Ermənistan ofisinin rəsmisi Zara Amatuni açıqlama verib. O, həmin şəxslərin Qırmızı Xaç Komitəsinin əməkdaşları tərəfindən ziyarət olunduğunu söyləyib. "Saxlanılan vətəndaşların ailələri ilə zəng və videozənglə əlaqə saxlaması, məlumat bölüşməsinə şərait yaradılıb",- deyə Amatuni qeyd edib.
Son sutkada Azərbaycanda koronavirusa 2 256 yeni yoluxma faktı qeydə alınıb, 2 208 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 537 004 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 499 571 nəfər müalicə olunaraq sağalıb, 7 153 nəfər vəfat edib, aktiv xəstə sayı 30 280 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 102, ötən müddət ərzində isə ümumilikdə 5 227 688 test aparılıb.
Qeyd edək ki, ötən gün aktiv xəstə sayı 30 253 nəfər olub.
Sabunçu rayonunda polis genişmiqyaslı əməliyyat keçirib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 nəfər saxlanılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən 27 nəfəri haqqında Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Həmin şəxslər barəsində məhkəmə orqanları tərəfindən həbs qətimkan tədbiri seçilib. 26 nəfər barəsində polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib.
Saxlanılanlardan səkkiz nəfəri barədə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə protokollar tərtib edilib və onlar cərimə olunublar. Saxlanılan şəxslərdən ümumilikdə iki kiloqrama yaxın narkotik vasitə və psixotrop maddələr aşkar edilib.
Bir digər əməliyyat zamanı isə Maştağa qəsəbəsindəki telefon-rabitə qovşağına məxsus 2 223 metr uzunluğunda yeraltı kabelləri oğurlayan şəxslər saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Həmzəli Daşdəmirov, Faiq Həbibov və Vaqif Atakişiyev qısa müddətdə müəyyən edilərək saxlanılıb. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların telefon-rabitə xəttinə ümumilikdə 3 000 manatdan artıq maddi ziyan vurduqları məlum olub.
İdarə əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı isə Nardaran qəsəbəsində yerləşən marketlərdən birindən ümumi dəyəri 5 000 manat olan 160 bağlama tütün məhsulları oğurlayan şəxslər saxlanılıblar. Belə ki, həmin oğurluğu törətməkdə şübhəli bilinən Azər Orucov, Tunar İbrahimov və əvvəllər məhkum olunmuş Çarpaz Muradlı tutulub. Bu şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.