Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
8-12-2021, 17:56
Naxçıvanda xüsusi təyinatlıların təlimi keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə “Yaşayış məntəqələrində antiterror əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Müdafiə Nazirliyindən Bütöv.az-a verilən məlumata görə, “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən təlimdə xüsusi təyinatlı qruplara dinc əhali arasında təxribat törətməyə hazırlaşan şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi tapşırığı verilib.
Tapşırığı almış xüsusi təyinatlı qruplar zirehli avtomobillərlə və helikopterlərin dəstəyi ilə terrorçuların gizləndikləri yaşayış məntəqəsinə həmlə ediblər.
Basqın zamanı yaralanan hərbi qulluqçuların təhlükəsiz şəkildə təxliyyəsi həyata keçirilib. Xüsusi təyinatlı bölmələrin terrorla mübarizə vərdişlərinin təkmilləşdirildiyi və real döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə keçirilən təlimdə yaxın təmasla və müxtəlif silah nümunələri ilə döyüş elementləri yerinə yetirilib.

Düşmənin diversiya-təxribat fəaliyyətlərinin qarşısını alan xüsusi təyinatlılarımız təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olublar.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimin sonunda şəxsi heyətin yaşayış məntəqələrində döyüş əməliyyatlarının aparılması bacarıqları yüksək qiymətləndirilib, təlimdə iştirak edən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.

8-12-2021, 17:48
Türkiyə parlamentində qarşıdurma - VİDEO

Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf partiyasının deputatları ilə Cümhuriyyət Xalq Partiyasının vəkilləri arasında qarşıdurma baş verib.

Bütöv.az xəbər verir ki, buna səbəb CHP millət vəkili Erkan Aydının Daxili İşlər naziri Süleyman Soylunu tənqid etməsi olub. Vəkil bildirib ki, nazir, barəsində səsləndirilən ittihamlara televiziya proqramında yox parlamentdə cavab verməlidir və nazir gələcək nəsilləri deyil hakimiyyətdə qalmağı düşünür.
Qarşıdurmadan sonra iclasa fasilə verilib.

8-12-2021, 17:44
Tarixi anlar: Dənizə düşdü -  VİDEO

Ötən gecə Qara dənizdə tarixi anlar yaşanıb.

Bütöv.az xəbər verir ki, Rusiya sahillərinə göydən daş düşüb. Həmin anlar Soçi şəhərindən lentə alınıb. Məlumata görə, sürətlə yerə yaxınlaşan daş, dənizə düşməyə az qalmış partlayaraq yoxa çıxıb. Onun milyonlarla dollar dəyərində olduğu güman edilir.
Ekspertlər bildirib ki, səma cismi quruya düşsəydi ciddi fəsadlara yol aça bilərdi.

8-12-2021, 17:38
İrəvanda ETİRAZ: Saxlanılanlar var - VİDEO

İkinci Qarabağ müharibəsində ölən və itkin düşən erməni hərbçilərinin ailələri İrəvanda yeidən etiraz aksiyasına toplaşıblar.

Bütöv.az xəbər verir ki, Baqramyan prospektini bağlayan ailələr Ermənistan hökumətindən övladlarını haqqlarını tələb ediblər. Əraziyə çox sayda polis və canlı qüvvə cəlb olunub. Bildirilir ki, etirazçılarla polislər arasında qarşdurma yaranıb.

Nəticədə bir neçə şəxs polis tərəfindən saxlanılıb. İrəvan sakinləri etirazlarını davam etdirirlər.

8-12-2021, 17:05
Bakıda 20 min manatlıq oğurluğun görüntüləri - ANBAAN VİDEO

Noyabrın 29-da paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus metronun “Azadlıq” stansiyasının yaxınlığındakı evindən naməlum şəxs tərəfindən oğurluq edilib. Həmin şəxs qapını açaraq içəridən dəyəri 20 min manat olan qızıl-zinət əşyaları oğurlayaraq hadisə yerindən yayınıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətlərinə görə məhkum edilmiş paytaxt sakini Emin Cabbarov saxlanılıb.
Ondan oğurladığı qızıl-zinət əşyalarının bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. Emin Cabbarovun oğurluq etdiyi evə necə daxil olması inzibati ərazidə quraşdırılan müşahidə kameraları vasitə ilə də anbaan qeydə alınıb.

Saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.

Emin Cabbarovun Bakı şəhərində digər analoji cinayətlər törətməsi də istisna edilmir.




Bütöv.az
8-12-2021, 16:07
Nazir Yusif Babanlını işdən çıxardı

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı vəzifəsindən azad edilib.


Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Gənclər və İdman naziri Fərid Qayıbov müvafiq əmr imzalayıb. Yusif Babanlı Akademiyanın idman işləri üzrə prorektoru vəzifəsindən azad olunub və hər hansı bir vəzifəyə təyinat almayıb.

Qeyd edək ki, Yusif Babanlı bu vəzifəyə mərhum Azad Rəhimovun əmri ilə 2018-ci ilin dekabr ayında təyin edilmişdi.

Xatırladaq ki, olimpiya çempionu Fərid Mansurov Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri vəzifəsindən azad edilərək, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru təyin olunub.

Bütöv.az
8-12-2021, 16:01
“Sizin apardığınız verilişi cibimə qatlayıb qoyaram” – Zaur əsəbiləşdi VİDEO

“Gərək hər şey televiziyaya çıxa? Kimi dartıb bura gətirirəm? Bu adamlar ağlı başında, huşu yerində olanlardır. Kim adamı məcbur edir? İctimai qınaqdan qorxursunuzsa, vaxtında niyə sahib çıxmırsınız? Sonra deyirlər bu proqramlar nəyə lazımdır”.

Pravda.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev “Bizimləsən” verilişində deyib. Aparıcı sosial verilişləri tənqid edən həmkarlarına səslənib:

“Lazımdır, bunlar olmasa, ictimailəşməsə, problemə yaxın durmursunuz. Sonra ağzıgöyçək aparıcılar akademik kimi çıxış edirlər. Guya bunlar alim aparıcıdırlar, belə verilişlərə yaxşı baxmırlar. Sizin apardıcığınız verilişləri cibimə qatlayıb qoyaram. Elə veriliş aparmağa nə var? İnternetdən çıxanı qoy qabağına, səhərdən axşama kimi oxu. Ağıllı danışmağa nə var? Gücün çatır gəl belə məsələdə savadını, biliyini ortaya qoy. Çıxış yolu axtar. Düşünün ki, belə proqramlar yoxdur. Adam hara çıxsın? Çıxır, ağzının üstündən vurublar ki, ailə məişət problemidir, özün həll et. Buna görə də ictimai qınaq lazımdır”.



Bütöv.az
8-12-2021, 14:29
YAŞAT-ın dəstəyi ilə 7 min şəxsə tibbi yardım edilib

YAŞAT Fondunun əsas fəaliyyətlərindən biri də tibbi xidmətlərlə bağlı idi. Biz də ilk gündən etibarən kordinasiyalı şəkildə çalışdıq. Şəhid ailələri və qazilərin tibbi xidmətlərini təmin etmək üçün bütün cəhdlərimizi səfərbər etmişik.

Axar.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) direktoru Zaur Əliyev YAŞAT Fondunun 1 yaşı ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, qruma daxil olan müraciətlər əsasında 9 ay ərzində 7051 şəxsə 9143 tibbi xidmət göstərilib:

“Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 3 012 və yaralıların 2 525 müraciəti olmaqla, ümumilikdə 5 537 müraciət təmin edilib. 321 qazi cərrahi əməliyyat olunub. 600 şəhid ailəsi və 1600 qaziyə psixoloji xidmət göstərilib”.

Bütöv.az
8-12-2021, 14:28
5 villası ilə gündəm olan başçıdan Şəhid qəbirlərinə ÖGEY MÜNASİBƏT...

Şəki rayon Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürəhimov Sadıq Məmmədəli oğlu tərəfindən şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, iki şəhid məzarının olduğu Aşağı Göynük kəndinin qəbirsanlığı acınacaqlı vəziyyətdədir.

“Bura sanki “Balaxanı zibilliyi”ni xatırladır. Axı bu qəbirsanlıqda iki şəhidin məzarı da var. Aidiyyatı qurumlar heç olmasa ordan asılan üç rəngli bayrağa hörmət qoysunlar”.

Şikayətçinin sözlərinə görə, o, qəbirsanlığın bu vəziyyəti ilə bağlı icra nümayəndəsinin müavini Yusif Hümbətova müraciət edib və məlum olub ki, bu qəbirsanlığa baxan yoxdur.

“Çağırdım ki, bu nə vəziyyətdir? Ondan soruşdum ki, bu qəbirsanlığa baxması üçün neçə nəfər təsərüffat işçisi ayrılıb? Bildirdi ki, 14 nəfər. Mən isə həmin işçilərin adlarını soruşdum. Bu zaman Yusif Hümbətov nə həmin iççilərin adlarını bilmədi, nə də özlərini tanımadı. Çünki həmin adamların yalnız kağız üzərində adları var. Xahiş edirəm ki, aidiyyatı qurumlar bu məsələyə diqqətli yanaşsınlar”.

Məsələ ilə bağlı Şəki şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz alındı.
Bizimyol.info

DİA.AZ-dan: Xatırladaq ki, Şəkinin icra başçısı Elxan Usubov zamanında 5 villası ilə yerli KİV-in qəhrəmanına çevrilmişdi. Bu iddialara heç bir reaksiya verilmədi də. İndi isə görünəni odur ki, barəsində səslənən ittihamlara rəsmi reaksiyaların verilməməsi Elxan Usubov cənablarında əməllicə rahatlıq yaradıb...

Bütöv.az
8-12-2021, 13:07
Azərbaycan, İran və Gürcüstan yeni tranzit marşrutu yaradacaq

“İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması üzrə razılığa gəliblər”.

“İSNA”dan verilən məlumata görə, bunu İranın Yollara Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının (RMTO) rəsmisi deyib.

RMTO-nun Beynəlxalq Tranzit və Daşımalar İdarəsinin Baş direktoru Cavad Hedayətinin sözlərinə görə, Azərbaycan və Gürcüstanla (avtomobil nəqliyyatı ilə bağlı) iki görüş keçirilib.

C.Hedayəti bildirib ki, biz iki ölkəyə regional yaxınlaşma üçün yeni tranzit dəhlizinin yaradılması təşəbbüsünü təklif etdik:

“Əlbəttə, bu plan artıq səkkiz il əvvəl təklif edilib, lakin çox sayda ölkələrin bu sazişə cəlb olunması səbəbindən hələ də həyata keçirilməyib və tərəflər konsensus əldə edə bilməyib. Bu yeni marşrutun yaradılması Fars körfəzini Qara dənizə birləşdirə bilər.

Gürcüstan və İran sazişin iki əsas tərəfidir, çünki İran Fars körfəzi vasitəsilə beynəlxalq sulara çıxa bilir, Gürcüstan isə Qara dənizin şərqində iki mühüm ticarət limanına malikdir. Digər tərəfdən, Gürcüstan və Azərbaycan öz nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq və inkişaf etdirmək üçün böyük səylər göstəriblər, ona görə biz bu iki ölkə ilə əməkdaşlığı artırmağa çalışdıq”.

Cavad Hedayəti müqaviləyə əsasən qeyd etdi ki, ilk növbədə, yaxın dörd ay ərzində İran mallarının Astara sərhədindən Azərbaycana, həmçinin Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə Bolqarıstana və ya digər Şərqi Avropa ölkələrinə çatdırılması üçün İrandan bəzi pilot yüklər göndəriləcək.

Biz bu layihənin pilot mərhələsini cari İran təqvimi ilə ilin sonunadək (2022-ci ilin martın 20-dək) həyata keçirməyə çalışırıq ki, maneələr və problemlər müəyyən olunsun və nəhayət, üç ölkə arasında göndərmə xərclərini və vaxtı azaltmaq üçün mexanizmin yaradılması ilə bağlı yekun üçtərəfli görüş keçirilsin”.

Qeyd edək ki, İran strateji mövqeyi və xüsusi coğrafiyası səbəbi ilə ticarət və tranzit əlaqələrində xüsusi statusa malik olan ölkələrdən biridir və ölkədən bir neçə mühüm beynəlxalq dəhliz keçir.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!