Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
2-12-2021, 19:28
İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib

Prezident İlham Əliyev dekabrın 2-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanda tarixən mövcud olan tolerant mühit, bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması məmnunluqla vurğulanıb.

Digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına dövlət səviyyəsində yaradılan şərait və göstərilən diqqət, qayğı yüksək qiymətləndirilib, yəhudilərin ölkəmizin ictimai həyatında fəal iştirakı qeyd edilib.

Söhbət zamanı Bakıda keçirilən və Mark Şnayerin iştirak etdiyi “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi növbəti töhfə kimi dəyərləndirilib.

Bütöv.az
2-12-2021, 14:08
Rusiyada koronavirusun beşinci dalğası gözlənilir

Rusiyada koronavirusun növbəti dalğası yanvarın ikinci yarısında başlaya bilər.

Bu sözləri rusiyalı immunoloq Nikolay Kryuçkov deyib.

“Beşinci dalğa yeni bir ştamm olmadan da olmalı idi, lakin “Omikron” həqiqətən, bu qədər yüksək yoluxuculuğa sahibdirsə, bu prosesə təkan verə bilər. Əslində, yanvarın ikinci yarısında mutasiya təsir etməyə başlayacaq”, - deyə immunoloq bildirib.
O, yoluxmada artımın ardıcıllığına inanır.

Onun sözlərinə görə, yaxın vaxtlarda alimlər “Omikron” ştammını tədqiq edəcəklər:

“Yeni ilə qədər yüksək hazırlıq rejimi olmalıdır. Biz nəyisə tapana qədər gözləyib sonra isə düşünməməliyik, çünki, artıq bu, mənasız olacaq”.

Mənbə: Ura.ru

Bütöv.az
2-12-2021, 14:01
Türkiyədə yeni maliyyə naziri təyin edildi

Türkiyə xəzinə və maliyyə naziri Lütfi Elvanın istefa tələbi qəbul edilib.

Onun yerinə bu vəzifəyə Nurəddin Nəbati təyin olunub.

Qərar “Rəsmi Gazete”də dərc olunub.
Nəbati 2014-2015-ci illərdə Mərkəzi İcra Şurasının üzvü kimi Türkiyədə hakim Ədalət və İnkişaf partiyasının (AKP) Baş İdarəsinin Maliyyə və İnzibati işlər şöbəsinin müdiri və vitse-prezident vəzifələrində çalışıb. O, Türkiyə Böyük Millət Məclisinin 24-cü çağırışında İstanbul və 25-ci çağırışında Şanlıurfadan millət vəkili seçilib.

Nəbati yeni vəzifəsinə təyin edilmədən əvvəl Maliyyə nazirinin müavini olub.

Mənbə: TRT Haber

Bütöv.az
2-12-2021, 13:59
Azərbaycanda dəhşətli hadisə - VİDEO

Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi evdə yanğın qeydə alınıb.

Bütöv.az APA-ya istinadən xəbər verir ki, hadisə baş verən evdə 3 nəfər yanaraq ölüb. Bunlar 1991-ci il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, bir yaş yarımlıq Kərimov Pünhan Miri oğlu və Kərimova Nailə İsa qızıdır. Həlak olanlar bir ailənin üzvləridir. Kərimov Miri post patrul xidmətinin komandiridir.

FHN-nin Ağdam və Ağcabədi rayonlarının yanğından mühafizə bölməsinin maşını və əməkdaşları və FHN- Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Yanğın söndürülüb.

2-12-2021, 13:57
İran sərhədində nə baş verib? - VİDEO

Əfqanıstanla sərhəddə İran ordusu ilə “Taliban” arasında baş verən toqquşma dayanıb.

Bütöv.az xəbər verir ki, bu barədə “Etimad” nəşri məlumat yayıb. İran XİN sözçüsü Səid Xətibzadə də döyüşlərin iki ölkə arasında təmaslardan sonra dayandığını bildirib. Məlumata görə, toqquşma zamanı tərəflər ağır silahlardan istifadə ediblər. Nimroz əyalətində baş verən toqquşma zamanı tərəflərin itkiləri barədə məlumat verilmir. Tehranın iddiasına görə, atəş “Taliban” tərəfindən başlayıb.
“Taliban” İran fermerlərinin sərhədi keçmək istəməsinə silahla qarşılıq verib. Tehran sərhəd-keçid məntəqələrinin “Talibanın” nəzarətinə keçməsi barədə məlumatı təkzib edib.


2-12-2021, 13:54
AFFA De Byazi ilə bağlı QƏRAR VERDİ

İtaliyalı baş məşqçi Canni De Byazi ilə AFFA arasında yeni müqavilə bağlanılıb.

Bütöv.az xəbər verir ki, bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Gündəlikdəki məsələlərin müzakirəsindən öncə noyabrın 30-da helikopter qəzasında həlak olan hərbçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Aparılmış müzakirələrdən sonra Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilə 2022-ci il oktyabr ayına qədər uzadılıb. Baş məşqçi növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim edəcək.

Qeyd edək ki, UEFA Millətlər Liqasında və dünya çempionatının seçmə mərhələsində uğursuz çıxışa görə Canni De Byazi ilə müqavilənin yenilənməyəcəyi gözlənilirdi.
2-12-2021, 13:42
Britaniya Cavanşir Feyziyevin 15 milyon funt-sterlinqlik vəsaitinə əl qoymağa hazırlaşır

"Korrupsiya, oğurluq, saxtakarlıq və çirkli pulların yuyulması bu məsələnin izahı ola bilər"

Böyük Britaniyanın Milli Cinayət Agentliyi (National Crime Agency – NCA) azərbaycanlı siyasətçi Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğlunun bank hesablarında olan 15 milyon funt-sterlinqə (20,5 milyon dollar) əl qoymağa hazırlaşır. Agentlik inanır ki, həmin vəsait 2017-ci ildə OCCRP tərəfindən üzə çıxarılan geniş pulköçürmə sistemindən istifadə edərək yuyulan çirkli puldur.

Feyziyevə və onun ailə üzvlərinə qarşı heç bir cinayət işi açılmayıb. Lakin bazar ertəsi günü keçirilən məhkəmə işində Milli Cinayət Agentliyinin hüquqşünası pulların Azərbaycanın pulyuyan maşını vasitəsilə axıdılması ilə bağlı agentliyin iddialarını ortaya qoyaraq bu barədəki təhlilləri ətraflı şərh edib.

Agentlik iddia edirdi ki, pulun mənbəyi “qanunsuzdur”, çünki pulun mənbəyini gizlətmək üçün saxta sənədlərdən istifadə edərək bir neçə ofşor şirkətlər vasitəsilə Azərbaycandan çıxarılıb.

“Korrupsiya, oğurluq, saxtakarlıq və çirkli pulların yuyulması bu məsələnin izahı ola bilər” – deyə agentlik qeyd edir.

Feyziyev parlamentin üzvüdür və Azərbaycanın avtoritar prezidenti İlham Əliyevin əməkdaşı hesab olunur. O, Azərbaycanın Avropa Birliyində lobbiçilik üçün göstərdiyi səylərdə mühüm vasitəçilik edib.

15 milyon funt-sterlinqdən 7,86 milyonu Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevaya, 6,4 milyonu isə oğlu Orxan Cavanşirə aiddir. Hər ikisi bu pulun bir miqdarımı İngiltərədə yaşamağa imkan yaratması üçün investisiya vizası proqramına yatırıb.

Həmin məbləğin bir hissəsi, bir milyon funt-sterlinqdən çox vəsait Feyziyevin qardaşı oğlu Elman Cavanşirə məxsusdur.

Lakin Britanya Cinayət Agentliyindən qeyd olunub ki, əsas məsələ Feyziyevin özü ilə bağlıdır, çünki “müsadirə üçün vəsait əsasən onun nəzarəti altında olan bank hesablarından daxil olub”.

Feyziyevlər ailəsinin sözçüsü tərəfindən mediaya deylib ki, onlar Britanya Cinayət Agentliyi tərəfindən açılan cinayət işini qəti şəkildə rədd edirlər və onu “kökdən xətalı” kimi qiymətləndiriblər.

Sözçü, agentliyin “sözügedən vəsaitlərin cinayətlə əlaqəli hər hansı mənbədən gəldiyinə dair əsaslı sübut təqdim etmədiyini” əlavə edərək, “ailənin Britaniya ədliyyə sisteminə tam etibar etdiyini və agentliyin müraciətinin əsassız olduğunun açıqlanmasını səbirsizliklə gözlədiklərini” əlavə edib.

Bu halda BCA dəfələrlə Feyziyevlə bağlı OCCRP-nin əvvəlki hesabatlarına istinad edib. 2017-ci ildə aparılmış araşdırma nəticəsində məlum olub ki, Feyziyevin təsis etdiyi Azərbaycana məxsus böyük əczaçılıq şirkətilə eyni adı daşıyan iki şirkət Azərbaycanın pulyuyan maşınından 138 milyon dollar alıb.

Bu araşdırma Feyziyevin böhtan iddiasının predmetinə çevrilib və məsələ razılaşdırılmış şərtlərlə həll edilib. Feyziyev çirkli pulların yuyulması və ya hər hansı digər qanunsuz fəaliyyətdə iştirak etməsi ilə bağlı iddiaları qəti şəkildə inkar edib. (meydan tv)

Bütöv.az
2-12-2021, 13:40
Fuad Muradov Britaniyada səfərdədir

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfəri başlayıb.

Modern.az xəbər verir ki, səfər çərçivəsində Komitə sədri London, Mançester, Aberdin və ətraf şəhərlərdə yaşayan Azərbaycan icmalarının üzvləri, Azərbaycan diaspor təşkilatlarının Koordinasiya şuralarının nümayəndələri ilə görüşəcəklər. Bununla yanaşı, Azərbaycana dost ölkələrin Birləşmiş Krallıqdakı icmalarının üzvləri ilə görüşlər planlaşdırılır.

Proqramda Böyük Britaniya rəsmiləri ilə görüşlər də nəzərdə tutulub.

Bütöv.az
2-12-2021, 13:14
İlham Əliyev BƏƏ Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Birləşmiş Ərəb Əmirliklərinin müstəqilliyinin 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında güclü İslam həmrəyliyinə əsaslanan dövlətlərarası münasibətlər və əməkdaşlıq xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Bütöv.az
2-12-2021, 11:24
Hikmət Hacıyevdən UNESCO-ya ÇAĞIRIŞ

“Azərbaycanın strategiyası budur ki, regionda sülh olsun. Azərbaycan Prezidenti tələb edir ki, ölkələrin suverenliyi, ərazi bütövlüyü qarşılıqlı şəkildə tanınsın”.

Bütöv.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda deyib.

O bildirib ki, hazırda dayanıqlı sülhün bərqərar olması əhəmiyyətlidir.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın əraziləri işğal altında olarkən həmin yerlərdəki mədəni irslər dağıdılıb.

“Biz UNESCO-nu dəvət edirik ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı həyata keçirilmiş addımları görsünlər”, - deyə Hikmət Hacıyev əlavə edib.

Hikmət Hacıyev bildirib ki, Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin bərqərar olması vacibdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!