"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
5-01-2022, 20:30
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 417 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 511, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 453, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 453 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 373 965, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 171 942, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 680 213, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 521 810 təşkil edir.

Bütöv.az
5-01-2022, 20:22
Qazi baş həkimi niyə döydü? – VİDEO

19 nömrəli şəhər poliklinikasının baş həkimi Aytən Qurbanova iddia edir ki, Vətən Müharibəsi qazisi Hacı Vəliyev ona təzyiq edib.

Belə ki, başqa poliklinikada qeydiyyatda olmasına baxmayaraq, Aytən Qurbanovadan ona vaksinə qarşı əks göstəriş sertifikatı verməsini tələb edib.

Baş həkim ona bunun mümkün olmadığını bildirəndə isə aralarında mübahisə yaranıb və qazi ona şiddət göstərib.

Daha ətraflı Baku TV-nin süjetində:



Bütöv.az
5-01-2022, 20:17
Lənkəran Tibb Kollecinin bütün işlərini görən Bahar Qəribova kimdir?

Məlum olduğu kimi son illər bir neçə nazir dəyişikliyi olsa da, ölkəmizin təhsil sistemində rüşvətə qarşı aparılan mübarizə hələ ki, heç bir effekt vermir. Son təhsil naziri Emin Əmrullayevin məktəblərdə pul yığılması ilə bağlı verdiyi məlum son açıqlama da bunu dolayısı yollarla təsdiq edir. Düzdü bu kimi hallara orta məktəblərdə artıq az yol verilir. Ali təhsil ocaqlarında da bu kimi işlər gizlin şəkildə həyata keçirilir. Amma,orta ixtisas müəssisələrində, yəni kolleclərdə təhsilin keyfiyyətinə nəzarət olmadığı kimi, rüşvət də baş alıb gedir. Bunlara isə daha çox bolgələrdə yerləşən kolleclərdə yol verilir. Lənkəran Tibb Kollecində olduğu kimi.

Lənkəran Tibb Kollecində təhsil alan tələbələr nə edəcəklərini bilmirlər. Kollecin direktoru İqbal Əmənullayev özünün «qaydaları»nı tətbiq etməklə məşğuldur. Ən pis hal odur ki, bu «qaydalar» ancaq pul yığımında tətbiq olunur. Dövrü mətbuata olunan şikayətlərə görə ötən qış sessiyasında tələbələrdən imtahanlar üçün tələb olunan məbləğ 300 manat təşkil edib. Hazırda isə qiymətlərin artımı yenidən gözlənilir. Tələbələrin dediyinə görə, İqbal Əmənullayev «qiymət artımı»nı ölkədə baş verən bahalaşma və yuxarıların ondan əvvəlki illərə nisbətən daha çox pul istəməsi ilə izah edib. Amma tələbələrdən pul qoparmağın bir başqa yolu da direktor tərəfindən düşünülüb. Belə ki, İqbal Əmənullayevin tapşırığına əsasən imtahan sessiyasında kəsilən tələbə 500 manat ödəməlidir. Qeyd olunur ki, vəziyyətin belə bir şəkil alması tələbələrin ciddi narazılığına səbəb olub. İ.Əmənullayev çox vaxt iş yerində tapılmır. Onun haralarda olduğunu isə bilən yoxdur. Lənkəran Tibb Kollecində yaşanan problemlər təkcə bununla bitmir. Həmçinin tələbələrə biletin və qiymət kitabçasının satılması halları da müşahidə olunur. Tələbə bileti və qiymət kitabçası «şirinlik» müqabilində onlara verilir. Üstəlik, pulunu verən imkanlı tələbə dərslərə qatılmaya da bilər.
Bütün bu yuxarıda göstərilənlər Lənkəran Tibb Kollecinin fəaliyyəti ilə dövrü mətbuatda yayılmış məlumatlardandır. Kollecdə tədrisin aşağı səviyyədə təkil olunması, rüşvətxorluğun baş alıb getməsi ilə yanaşı dövlət vəsaitləri də müxtəlif üsullarla mənimsənilir.
Aktualinfo.org son illərdə Lənkəran Tibb Kolleci tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurları ətrafında araşdırmalar aparmışdır. Araşdırmalarda kollecinin Tender Komissiyası tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl edilməməsinə, bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməsi, habelə satın alınan malların (xidmətlərin) mümkün qiymətlərinin süni şəkildə şişirdildiyinə şübhələr yaradan bir sıra hallar məlum olmuşdur.
Belə ki, kollecin Tender Komisiyisı uzun illərdir keçirdiyi kotirovka sorğuları üzrə satınalma müqavilələrini bir nəfərlə, Qəribova Bahar Nəriman qızı ilə həm fiziki şəxs kimi, həm də xanımın qanuni təmsilçisi olduğu iki MMC-lərlə bağlamışdır. “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda isə bunun yolverilməz olduğu açıq-aydın göstərilib. Belə olan halda Tibb Kollecinin rəhbərliyini eyni şəxslə müxtəlif malların və xidmətlərin satınalması üzrə müqavilələr bağlamağa nə vadar edir? Təbii ki,Lənkəranda da, ətraf rayonlarda da eyni xidmətləri həyata keçirə biləcək şirkətlər kifayət qədərdir. Amma kollec direktorunun məhz Bahar Qəribovaya məxsus MMC-lərə üstünlük verməsi ortaya bir çox suallar çıxarır. Ən başlıca sual isə budur. Maraq nədir?
Lənkəran Tibb Kolleci tərəfindən keçirilmiş, aşağıda təqdim etdiyimiz bir neçə kotirovka sorğularının nəticələrinə diqqət yetirdikdə suallar da artmağa başlayır.
Digər malların alınması (büdcədənkənar vəsait) üzrə 9 704 manat məbləğində satınalma müqaviləsi 31.12.2021-ci il tarixdə “ŞAHİN KF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Mişar daşından hasarın hörülməsi üzrə 13 485.83 manat məbləğində satınalma müqaviləsi 31.12.2021-ci il tarixdə “ŞAHİN KF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Abadlaşdırma xidmətləri haqqının ödənilməsi ( büdcədənkənar vəsait ) üzrə 7 751.07 manat məbləğində satınalma müqaviləsi 31.12.2021-ci il tarixdə “ŞAHİN KF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Dəftərxana və təsərrüfat xərcləri üzrə 9 808 manat məbləğində satınalma müqaviləsi 06.09.2021-ci il tarixdə “MTS-1964” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Maşin və avadanlıqlar üzrə 13 750 manat məbləğində satınalma müqaviləsi 06.09.2021-ci il tarixdə “ŞAHİN KF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

İstehlakyönlü müxtəlif xidmətlər ( büdcə ) üzrə 7 215 manat məbləğində satınalma müqaviləsi 06.09.2021-ci il tarixdə “ŞAHİN KF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Dəftərxana və təsərrüfat xərcləri ( büdcə ) üzrə 9 808 manat məbləğində satınalma müqaviləsi 06.09.2021-ci il tarixdə “MTS-1964” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞAHİN KF” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsində 14.04.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2 manat olan MMC-nin hüquqi ünvanı LƏNKƏRAN RAYONU, GƏGİRAN, , ev YOX, m. YOX qanuni təmsilçisinin isə Qəribova Bahar Nəriman qızı olduğu göstərilir.

Qeyd edək ki, “ŞAHİN KF” MMC-nin qanuni təmsilçisi olan Qəribova Bahar Nəriman qızı həm də Lənkəran Tibb Kollecinin daha əvvəllər də satınalma müqavilələri bağladığı “AMİN-TA” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.

Təkcə 2018-ci ildə Qəribova Bahar Nəriman qızı həm fiziki şəxs kimi, həm də “AMİN-TA” MMC-nin qanuni təmsilçisi kimi digər alış və xidmətlər, digər maşın və avadanlıqlar, abadlıq işləri, cari təmir işləri üzrə kotirovka sorğularının qalibi olub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AMİN-TA” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsində 14.04.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2 manat olan MMC-nin hüquqi ünvanı LƏNKƏRAN RAYONU, LƏNKƏRAN ŞƏHƏRİ, MƏMMƏD ƏSƏDOV, ev 3/35, m. YOX, qanuni təmsilçisinin isə Qəribova Bahar Nəriman qızı olduğu göstərilir.

Göründüyü kimi, Lənkəran Tibb Kollecinin Tender Komissiyası keçirdiyi kotirovka sorğuları ancaq bir nəfərlə həyata keçirib. Bunları dövlət satınalmalarının vahid internet portalının bazasına yerləşdirilmiş məlumatlar da təsdiqləyir. Yuxarıda ortaya çıxan suallara daha bir sual əlavə etmək istərdik. Kimdir Lənkəran Tibb Kollecinin bütün işlərini həyata keçirən Bahar Qəribova? İşgüzar bir biznes ledi? Kollecin direktoru İqbal Əmənullayevin qohumu? Yoxsa hansısa bir yüksək vəzifəlinin qohumu?
(Aktualinfo.org)

Bütöv.az
5-01-2022, 20:13
Xıdırov getdi, amma MEŞƏLƏR YENƏ DƏ QIRILIR... - VİDEOFAKT

Məlumdur ki, ölkəmizdə iqtisadiyyatın sürətli inkişafı, əhalinin sosial-mədəni həyat səviyyəsinin yaxşılaşdırılması, təbii ehtiyatlardan səmərəli şəkildə istifadə olunma, ekoloji tarazlığın qorunub saxlanılması və s. kimi məsələ və problemlərin həlli, daim dövlətimizin diqqət mərkəzində saxladığı məsələlərdəndir.

Ona görə də son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli şəkildə istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul olunmuş, təbiətin qorunması və sağlamlaşdırılması istiqamətində mühüm praktiki addımlar da atılmışdır. Bütün bunlara baxmayaraq, Gundemxeber.az-ın redaksiyasına daxil olan məlumatlara görə, hal-hazırda olmazın biabırçı olaylar Gədəbəy rayonu, Qala kəndinin yuxarı hissəsində, bir qədər də dəqiq desək Şəmkir çayının orta hissəsində Nazim adlı şəxsin rəhbərliyi altında yaşanmaqdadır.

Qeyd edək ki, bu şəxsin həyata keçirdiyi tikinti işləri ilə bağlı heç bir hüquqi əsas olmasa da, fakt bu gün tikinti işləri davam etdirilir. Bir xatırlamanı yada salaq ki, Gədəbəy RİH-nin sabiq başçısı İbrahim Mustafayev, qeyd olunan yerdə inşa olunan obyektin sökülməsi ilə bağlı FHN-nin verdiyi qərarı və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi rəsmlərinin məhkəməyə müraciət etmələrini əsas tutaraq, məhz zamanında tikinti işlərinin dayandırılması haqda lazımi tapşırığını vermişdir. Sabiq başçının vəzifəsi dəyişdirildikdən sonra, hansısa “gözəgörünməz güclər” Nazim adlı şəxsə “yaşıl işıq” yandırır ki, o, bu gün də oxşar əməllərini davam etdirməkdədir.

Başqa bir faktı qeyd edək ki, bir müddət bundan öncə Gundemxeber.az-ın redaksiyasına daxil olan məlumatlar və təqdim olunan foto-şəkillər əsasında, 05 noyabr 2021-ci il tarixdə “Gədəbəydəki ekoloji problem hər kəsi şoka salır – VİDEO/FAKT” başlıqlı məqalə yayımlayıb, hər kəsi baş verənlərlə bağlı məlumatlandırmağa nail olmuşduq. Hətta, bu azmış kimi aidiyyatı dövlət qurumlarına rəsmi qaydada məktub ünvanlayıb, inşaası həyata keçirilmiş qanunsuz tikinti işləri ilə bağlı lazımi araşdırmalların araşdırılmasını və aparılmış araşdırmaların nəticəsi ilə bağlı redaksiyamızın da məlumatlandırılmasını xahiş etsək də, hələ də hec bir cavab yoxdur. Qeyd edək ki, bugünə kimi redaksiyamıza aidiyyatı dövlət qurumlarından heç bir cavab verilməsə də, hal-hazırda Nazim adlı şəxsin inşasını həyata keçirtdirdiyi işlərdən əməlli-başlıca xəbər var. Yəni, bu şəxs heç bir normativ hüquqi tələbə, verilmiş tapşırığa və s. məhəl qoymadan, məhz qanunsuz tikinti işlərini davam etdirməkdədir. Bu da o deməkdir ki, obyekt sahibi “Ağa nəzərəm, belə gəzərəm” prinsipini əsas tutub, bir kimsəni “priznavat etmir”, mövcud qanunvericiliyin tələblərini saya salmır.
Bu yöndə araşdırmamız davam edəcək! Mövzuya qayıdacağıq.
(GundemXeber.Az)



Bütöv.az
5-01-2022, 15:35
Naməlum qadın türk bayrağını endirmək istədi – VİDEO

Türkiyənin Karabük vilayətində naməlum qadın Türkiyə bayrağını endirməyə çalışıb.

Sozcu.az xəbər verir ki, üzünü gizlədən qadın yol kənarındakı obyektlərdən birindən asılmış bayrağı endirməyə çalışsa da buna nail ola bilməyib və oradan uzaqlaşıb.

Qadın bu hərəkəti müşahidə kameralarının obyektivinə düşüb.

Görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra polis araşdırmalara başladıb və Türk bayrağını endirməyə çalışan şəxsin Ş.U. olduğu müəyyən edilərək saxlanılıb.




Bütöv.az
5-01-2022, 15:32
Almatı aeroportu mühasirəyə alındı - VİDEO

Qazaxıstanda fövqəladə vəziyyətlə əlaqədar Almatı Beynəlxalq Hava Limanı təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Bütöv.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, aeroportun işi ştat rejimində davam edir. Bununla belə, Aktauya uçuşlar ləğv edilib. Bir sıra başqa şəhərlərə reyslər isə müəyyən müddətə təxirə salınıb.

5-01-2022, 15:28
“Neftçi” İspaniyadan futbolçu transfer etdi - VİDEO

“Neftçi” klubu yeni transferi Eddi İsrafilovu təqdim edib.

Bütöv.az xəbər verir ki, son ölkə çempionu karyerası boyu ancaq İspaniyada çıxış etmiş dayaq yarımmüdafiəçinin keçidini açıqlayıb.

Son klubu İspaniyanın “Albasete” klubu olmuş 29 yaşlı Eddi İsrafilovun “Neftçi” ilə müqaviləsinin müddəti hələ açıqlanmayıb. O, 14 nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, daha əvvəl “Neftçi” “Keşlə”dən millimizin sol cinah müdafiəçisi Azər Salahlını transfer edib.

5-01-2022, 15:24
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli həmvətənlər!

İsa peyğəmbərin mübarək mövludu — Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Min illərdir ki, Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları qarşılıqlı hörmət və etimad mühitində, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Çoxəsrlik tolerantlıq ənənələrinin mövcud olduğu cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin, dini-mənəvi irsin və multikultural dəyərlərin qorunub-saxlanılması və daha da inkişaf etdirilməsi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca məqsədlərindəndir. Bu gün ölkəmiz, haqlı olaraq, dünyada konfessiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır.

Sivilizasiyaların qovşağında yerləşən Azərbaycan, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs üçün doğma vətəndir. Məmnuniyyət hissi ilə vurğulamaq istəyirəm ki, ölkəmizdə yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri, o cümlədən pravoslav etiqadlı həmvətənlərimiz ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edərək vətəndaşlıq borcunu layiqincə yerinə yetirir, ümumi evimiz Azərbaycanın çiçəklənməsi və tərəqqisi naminə qüvvə və bacarıqlarını əsirgəmirlər.

Əziz dostlar!

Milad bayramı yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və şəfqət duyğularının rəmzi kimi hər il ölkəmizdə qeyd olunur. Bu müqəddəs bayram münasibətilə bir daha hamınıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!”

Bütöv.az
5-01-2022, 15:21
Sabahın hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında yanvarın 6-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Bütöv.az
5-01-2022, 15:16
Aydın Talıbovun “krışa”sı uçdu… - “Veysəloğlu”nun “Araz” marketində nə baş verib ?

Marketdə çay içən reklam firmasının xanım nümayəndəsinin fəqərə sütunu qırıldı…

Baş verən hadisənin kamera görüntüləri niyə gizlədilir ?

Xeyli müddətdir ki, “Gündəlik-Bakı” olaraq “Veysəloğlu” Şirkətlər Qrupunun fəaliyyəti barədə yazırıq və şirkətin rəhbəri Veysəlinoğlu Aydın Talıbova xəbərdarlıq edirik ki, bizim səninlə şəxsi müstəvidə zərrə qədər problemimiz yoxdur.
Adam, sən vergidən yayınma, vaxtı keçmiş məhsulların satışı, qara mühasibatlıq, işçilərin istismarı, digər neqativ hallara son qoy, biz sənin şirkətinlə bağlı yazlarımızı bitirək.
Bu adam yazılanlardan nəticə çıxartmaq əvəzinə, bizə hədə-qorxu gəlməyə, təhdid etməyə başlayır, bizi məhkəmə ilə hədələyir, hətta dostları vasitəsilə bizə ənam da göndərmək istəyir.
Veysəlinoğlu, axı biz sənə xəbərdarlıq etmişdik.
Atalar demişkən, “Su sənəyi suda sınar”, yaxud “ Quş dimdiyindən tələyə düşər”…
Həə, indi cəmiyyət sənin kim olduğunu görəcək, dimdiyin ilişdi…
Bəli, deməli, “Veysəloğlu” Şirkətlər Qrupuna aid olan və Tbilisi prospektində yerləşən Qızıl Araz marketində baş verənlər bir daha yazdıqlarımızı təsdiq etdi.
Belə ki, Araz marketdə reklam firmasının nümayəndəsi olan xanım marketdə əyləşib çay içdiyi zaman tavan uçaraq onun üzərinə tökülüb.
Nəticədə firma nümayəndəsinin üzü kəsilib, üz-gözü dəhşətli vəziyyətə düşüb, hətta zərbənin ağırlığından xanımın fəqərə sütunu sınıb…
Hadisə yerinə Təcili yardım gələndə Araz marketin nümayəndələri onların yardım göstərməsinə icazə verməyiblər ki, öz həkimlərimiz gələcək…
Hətta xanımın vəziyyətini görən Təcili yardımın həkimləri əsəb keçiriblər. Sonda xanım xəstəxanaya götürülüb.
Gündəlik-Bakıya daxil olan məlumatdan o da bəlli olur ki, hazırda Araz marketin müdiriyyətindən baş verənlərlə bağlı kamera görüntüləri tələb olunsa da, müdiryyət deyir ki, tavan uçanda kamera sınıb, heç bir görüntü yoxdur.
Hətta marketin mühafizəçilərinin də ağızlarını yumublar ki, deyin kamera qırılıb.
Hazırda zərərçəkən xanım xəstəxana şəraitində müalicə olunur. İndiyədək Araz marketin bir nümayəndəsi onunla maraqlanmayıb.
Zərərçəkən xanım Araz marketin müdiriyyətindən baş verən hadisənin kamera görüntülərini tələb edir.
İndi növbə sənindir, cənab Aydın Talıbov.
Sənin “krışan” niyə uçdu ?

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!