TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 5-01-2022, 20:17
Lənkəran Tibb Kollecinin bütün işlərini görən Bahar Qəribova kimdir?

Məlum olduğu kimi son illər bir neçə nazir dəyişikliyi olsa da, ölkəmizin təhsil sistemində rüşvətə qarşı aparılan mübarizə hələ ki, heç bir effekt vermir. Son təhsil naziri Emin Əmrullayevin məktəblərdə pul yığılması ilə bağlı verdiyi məlum son açıqlama da bunu dolayısı yollarla təsdiq edir. Düzdü bu kimi hallara orta məktəblərdə artıq az yol verilir. Ali təhsil ocaqlarında da bu kimi işlər gizlin şəkildə həyata keçirilir. Amma,orta ixtisas müəssisələrində, yəni kolleclərdə təhsilin keyfiyyətinə nəzarət olmadığı kimi, rüşvət də baş alıb gedir. Bunlara isə daha çox bolgələrdə yerləşən kolleclərdə yol verilir. Lənkəran Tibb Kollecində olduğu kimi.

Lənkəran Tibb Kollecində təhsil alan tələbələr nə edəcəklərini bilmirlər. Kollecin direktoru İqbal Əmənullayev özünün «qaydaları»nı tətbiq etməklə məşğuldur. Ən pis hal odur ki, bu «qaydalar» ancaq pul yığımında tətbiq olunur. Dövrü mətbuata olunan şikayətlərə görə ötən qış sessiyasında tələbələrdən imtahanlar üçün tələb olunan məbləğ 300 manat təşkil edib. Hazırda isə qiymətlərin artımı yenidən gözlənilir. Tələbələrin dediyinə görə, İqbal Əmənullayev «qiymət artımı»nı ölkədə baş verən bahalaşma və yuxarıların ondan əvvəlki illərə nisbətən daha çox pul istəməsi ilə izah edib. Amma tələbələrdən pul qoparmağın bir başqa yolu da direktor tərəfindən düşünülüb. Belə ki, İqbal Əmənullayevin tapşırığına əsasən imtahan sessiyasında kəsilən tələbə 500 manat ödəməlidir. Qeyd olunur ki, vəziyyətin belə bir şəkil alması tələbələrin ciddi narazılığına səbəb olub. İ.Əmənullayev çox vaxt iş yerində tapılmır. Onun haralarda olduğunu isə bilən yoxdur. Lənkəran Tibb Kollecində yaşanan problemlər təkcə bununla bitmir. Həmçinin tələbələrə biletin və qiymət kitabçasının satılması halları da müşahidə olunur. Tələbə bileti və qiymət kitabçası «şirinlik» müqabilində onlara verilir. Üstəlik, pulunu verən imkanlı tələbə dərslərə qatılmaya da bilər.
Bütün bu yuxarıda göstərilənlər Lənkəran Tibb Kollecinin fəaliyyəti ilə dövrü mətbuatda yayılmış məlumatlardandır. Kollecdə tədrisin aşağı səviyyədə təkil olunması, rüşvətxorluğun baş alıb getməsi ilə yanaşı dövlət vəsaitləri də müxtəlif üsullarla mənimsənilir.
Aktualinfo.org son illərdə Lənkəran Tibb Kolleci tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurları ətrafında araşdırmalar aparmışdır. Araşdırmalarda kollecinin Tender Komissiyası tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl edilməməsinə, bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməsi, habelə satın alınan malların (xidmətlərin) mümkün qiymətlərinin süni şəkildə şişirdildiyinə şübhələr yaradan bir sıra hallar məlum olmuşdur.
Belə ki, kollecin Tender Komisiyisı uzun illərdir keçirdiyi kotirovka sorğuları üzrə satınalma müqavilələrini bir nəfərlə, Qəribova Bahar Nəriman qızı ilə həm fiziki şəxs kimi, həm də xanımın qanuni təmsilçisi olduğu iki MMC-lərlə bağlamışdır. “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda isə bunun yolverilməz olduğu açıq-aydın göstərilib. Belə olan halda Tibb Kollecinin rəhbərliyini eyni şəxslə müxtəlif malların və xidmətlərin satınalması üzrə müqavilələr bağlamağa nə vadar edir? Təbii ki,Lənkəranda da, ətraf rayonlarda da eyni xidmətləri həyata keçirə biləcək şirkətlər kifayət qədərdir. Amma kollec direktorunun məhz Bahar Qəribovaya məxsus MMC-lərə üstünlük verməsi ortaya bir çox suallar çıxarır. Ən başlıca sual isə budur. Maraq nədir?
Lənkəran Tibb Kolleci tərəfindən keçirilmiş, aşağıda təqdim etdiyimiz bir neçə kotirovka sorğularının nəticələrinə diqqət yetirdikdə suallar da artmağa başlayır.
Digər malların alınması (büdcədənkənar vəsait) üzrə 9 704 manat məbləğində satınalma müqaviləsi 31.12.2021-ci il tarixdə “ŞAHİN KF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Mişar daşından hasarın hörülməsi üzrə 13 485.83 manat məbləğində satınalma müqaviləsi 31.12.2021-ci il tarixdə “ŞAHİN KF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Abadlaşdırma xidmətləri haqqının ödənilməsi ( büdcədənkənar vəsait ) üzrə 7 751.07 manat məbləğində satınalma müqaviləsi 31.12.2021-ci il tarixdə “ŞAHİN KF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Dəftərxana və təsərrüfat xərcləri üzrə 9 808 manat məbləğində satınalma müqaviləsi 06.09.2021-ci il tarixdə “MTS-1964” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Maşin və avadanlıqlar üzrə 13 750 manat məbləğində satınalma müqaviləsi 06.09.2021-ci il tarixdə “ŞAHİN KF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

İstehlakyönlü müxtəlif xidmətlər ( büdcə ) üzrə 7 215 manat məbləğində satınalma müqaviləsi 06.09.2021-ci il tarixdə “ŞAHİN KF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Dəftərxana və təsərrüfat xərcləri ( büdcə ) üzrə 9 808 manat məbləğində satınalma müqaviləsi 06.09.2021-ci il tarixdə “MTS-1964” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞAHİN KF” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsində 14.04.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2 manat olan MMC-nin hüquqi ünvanı LƏNKƏRAN RAYONU, GƏGİRAN, , ev YOX, m. YOX qanuni təmsilçisinin isə Qəribova Bahar Nəriman qızı olduğu göstərilir.

Qeyd edək ki, “ŞAHİN KF” MMC-nin qanuni təmsilçisi olan Qəribova Bahar Nəriman qızı həm də Lənkəran Tibb Kollecinin daha əvvəllər də satınalma müqavilələri bağladığı “AMİN-TA” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.

Təkcə 2018-ci ildə Qəribova Bahar Nəriman qızı həm fiziki şəxs kimi, həm də “AMİN-TA” MMC-nin qanuni təmsilçisi kimi digər alış və xidmətlər, digər maşın və avadanlıqlar, abadlıq işləri, cari təmir işləri üzrə kotirovka sorğularının qalibi olub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AMİN-TA” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsində 14.04.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2 manat olan MMC-nin hüquqi ünvanı LƏNKƏRAN RAYONU, LƏNKƏRAN ŞƏHƏRİ, MƏMMƏD ƏSƏDOV, ev 3/35, m. YOX, qanuni təmsilçisinin isə Qəribova Bahar Nəriman qızı olduğu göstərilir.

Göründüyü kimi, Lənkəran Tibb Kollecinin Tender Komissiyası keçirdiyi kotirovka sorğuları ancaq bir nəfərlə həyata keçirib. Bunları dövlət satınalmalarının vahid internet portalının bazasına yerləşdirilmiş məlumatlar da təsdiqləyir. Yuxarıda ortaya çıxan suallara daha bir sual əlavə etmək istərdik. Kimdir Lənkəran Tibb Kollecinin bütün işlərini həyata keçirən Bahar Qəribova? İşgüzar bir biznes ledi? Kollecin direktoru İqbal Əmənullayevin qohumu? Yoxsa hansısa bir yüksək vəzifəlinin qohumu?
(Aktualinfo.org)

Bütöv.az


Paylaş



Bölmə: Tələbə sözü / Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!