"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
24-01-2022, 16:12
İlham Məmmədli-Belə olmaz ağalar, xanımlar!

İlham Məmmədli


Sosial şəbəkələrdə Fəlsəfə İnstitunun əməkdaşı Yasəmən Qaraqoyunlunun adından bir yazı yayılıb. Yazını oxuyan da, oxumayan da onu bəyənib, paylaşır. Əvvəllər bu xanımın milli ruhlu bəzi yazılarını oxuyub ona rəğbətlə yanaşmışdım. Ancaq bu dəfəki yazısı (bəlkə də özünün xəbəri yoxdu) başdan ayağa məntiqsiz, əsassız və isterikaya qapılmış bir adamın hirsi, hikkəsidir. Bu xanım Akademiya əməkdaşlarının 80 faizini Türkiyə düşməni adlandırır. Şəxsən bizim İnstitumuzda belə bir insan olduğunu mən ağlıma belə sıxışdırmıram. Nə qədər məsuliyyətsiz olasan ki, ömrünü elmə həsr etmiş, millətin kimliyini özünə tanıtmış yüzlərlə insana bu qədar həqarət edəsən, böhtan yağdırasan. Görünür Akademiya əməkdaşlarının çoxu abırına qısıldığından əli baltalı da, əli yalın da Akademiyanın üstünə yüyürür. Belə olmaz ağalar, xanımlar! Öz çəkinizi bilin, yerinizi tanıyın. Azərbaycan tarixinin, ədəbiyyatının... ən şərəfli səhifələrini yazanlar və bu yolu davam etdirənlər Akademiyanın yetirmələridir. Ziya Bünyadovdan bu günümüzə və sabahımıza qədər... Özünüzə gəlin, toxtayın, cığallığınızı dayandırın.
24-01-2022, 15:55
Binəqədidə ƏMƏLİYYAT: 11 nəfər saxlanıldı - VİDEO

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onlardan külli miqdardan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.

5-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı paytaxt sakinləri Anar Göyüşov, Zeytun Məmmədov, Anar Nəcəfov, Elmir Abbasov, Nicat Əhmədov, Aftandil Abazov, Ramal Paşayev, Azər Yadullayev, Əfqan Nəzərov, Orxan İsmayılov və Nasir Vələdov tutulublar.

Adları sadalanan şəxslər Binəqədi və paytaxtın digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktlarla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.



Bütöv.az
24-01-2022, 15:46
Mikrofonun açıq olduğunu unutdular: Danışdıqları gündəm oldu -  VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Qaziantepin bələdiyyə sədri Fatma Şahin arasındakı dialoq gündəm olub.

Bütöv.az xəbər verir ki, Qazintep Universitetində baş tutan açılış mərasimi zamanı dövlət başçısı bələdiyyə sədrindən “Rektordan şikayətiniz varmı?” deyə soruşub. Fatma Şahin isə “Çox pis, çox pis. Tam bir dəlidir” - deyə cavab verib.
Mikrofon açıq olduğuna görə, dialoq eşidilib.

24-01-2022, 15:41
Olimpiadaya gələnlər arasında 72 koronavirus xəstəsi aşkar edilib

Pekin Olimpiadasına gələn xarici nümayəndə heyətlərinin üzvləri arasında 72 nəfərin koronavirusa yoluxduğu aşkar edilib.

Təşkilat komitəsinin bəyanatına görə, yanvarın 4-dən 22-dək Çinə 2586 nəfər nümayəndə heyəti üzvü gəlib. Onlardan 171-i idmançı və rəsmi şəxslərdir. 2415 nəfərsə “digər maraqlı tərəflər”in təmsilçiləridir.

Yoluxanlar məhz sonuncu qrupa aid olan insanlar arasında müəyyən edilib. İdmançılar və məmurlara gəlincə, onların arasında virusa yoluxan yoxdur.

Mənbə: mk.ru

Bütöv.az
24-01-2022, 15:00
Bu gündən Azərbaycanda immunitet sertifikatı YENİ QAYDADA VERİLƏCƏK

Bu gündən Azərbaycanda koronavirusla bağlı immunitet sertifikatı yeni qayda ilə veriləcək.

Bütöv.az xəbər verir ki, COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün sonra veriləcək.
Əvvəllər bu müddət 14 gün idi.

Qeyd edək ki, bu gündən eyni zamanda laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb.
24-01-2022, 14:52
AMB-nin valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

Bütöv.az xəbər verir ki, 2022-ci ilin yanvarın 24-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, 1 Rusiya rublu 0,0220 manata enib, 1 avro 1,9256 manata yüksəlib, 1 türk lirəsinin məzənnəsi isə 0,1261 manata enib.
24-01-2022, 14:37
Naxçıvanda nazir postuna kimi gətirirlər?

Əvvəlki yazılarımızda qeyd etmişdik ki, Naxçıvan MR DİN-in gedər-gəlməz məzuniyyətə göndərilən legitim naziri Fazil Ələkbərovdan sonra bu posta ən uyğun namizəd axtarışına başlanılıb və hazırda əsasən 4 namizəd üzərində durulur:


1. De-yure nazir Fazil Ələkbərov;

2. De-fakto nazir Rəşad İsmayılov;

3. Naxçıvan Mühafizə Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Gündüz Qədimov;

4. Naxçıvan Şəhər Polis İdarəsinin rəisi, polis polkovnik leytenantı Zahid Gözəlov.

Bütöv.az xəbər verir ki, ovqat.com-un Naxçıvan MR-dəki yüksək dairələrindəki adının çəkilməsini istəməyən qaynaqlardan əldə etdiyi məlumata görə, son zamanlar 5-ci namizəd də peyda olub. Üstəlik, bu namizəd heç də digərləri kimi “arabanın 5-ci təkəri” sayılacaq şəxslərdən deyil. Böyük ehtimalla, Muxtar Respublika rəhbərliyi çox düşünəndən sonra məhz həmin namizədin üzərində dayanacaq.

Yəqin, bu şəxsin kim olduğunu, türklər demişkən, maraq etdiniz? Səbrli olun, yazının sonlarında bu şəxs barədə geniş məlumat veriləcək. Hələlik isə onu deməklə kifayətlənmək istərdik ki, Naxçıvan MR Daxili İşlər naziri vəzifəsinə sayca 5-ci namizəd tapılsa da, bu gün rəhbərliyin masası üzərindəki dosyaların sayı dəyişilməyib. Yəni, Naxçıvan həqiqətləri riyaziyyat elminin bütün qızıl qaydalarını alt-üst edərək maraqlı bir formul ortaya çıxarıb:

4+1=4.

Axı bu, necə mümkün, deməyin. Məsələ burasındadır ki, əvvəla, burada söhbət Naxçıvandan gedir və əgər Cənab Sədr istəsə 4+1=3 də ola bilər. İkincisi, əvvəlki 4 namizəddən biri Naxçıvan Şəhər Polis İdarəsinin rəisi, polis polkovnik leytenantı Zahid Gözəlov ona gətirilən nazirlik təklifini geri çevirib. Cavabı isə nə olsa yaxşıdır? – “Sizi and verirəm Həzrət Abbasın qələm olmuş qollarına, xətanızı məndən uzaq edin”.

Qeyd edək ki, Zahid Gözəlov bir vaxtlar Azərbaycan DİN-nin informasiya şöbəsinin rəhbəri Sadıq Gözəlovun yaxın qohumudur. Yəni kifayət qədər informasiyalı adamdır. O, Naxçıvan MR Daxili İşlər naziri vəzifəsinə təyin olunmağı “xətalı” və təhlükəli addım sayırsa, deməli, bildiyi bir şeylər var.

Bununla belə, Zahid Gözəlovun nazirlik vəzifəsindən imtina qərarının Naxçıvanın polis əməkdaşları tərəfindən üzüntü ilə qarşılandığı da gələn bilgilər arasındadır. Söhbətləşdiyimiz bir sıra keçmiş polis əməkdaşları birmənalı olaraq Zahid müəllim barədə xoş sözlər söylədilər. Onun xaraktercə yaxşı insan, iş qabiliyyəti baxımından peşəkar polis olduğu vurğulanır. Bütün hallarda Z.Gözəlov kimi ləyaqətli kadrın bəlkə də öz işgüzar karyerasında qarşılaşacağı ən yüksək postdan imtina etməsi həqiqətən üzücüdür. Başqa yerlərdə nazir olmaqdan yana kadrlar az qala dəridən-qabıqdan çıxırlarsa, Naxçıvanda öz ayağı ilə hüzuruna gələn xoşbəxtlikdən özün imtina edirsən. Analoqsuz məmləkət ancaq belə olar, zənnimizcə. Bir də bəzi ağzıgöyçəklər iqtidar təbliğatçılarının tez-tez dilə gətirdiyi bu əsrarəngiz söz birləşməsinə rüşxənd edib dodaq büzürlər.

İndisə gəlin, keçək digər namizədlərə.

İnformasiya mənbəmizin bildirdiyinə görə, namizədlərdən digərinin – de-yure nazir Fazil Ələkbərovun da şansı gedərək tükənir. Xatırladaq ki, o, 01.11.2021-ci il tarixdə öz hesabına ödənişsiz məzuniyyət göndərilmişdi. Məzuniyyət vaxtı bitsə də hələ də de-yure nazir işə çıxmır. Cənab Vasif Talıbov artıq 3-cü aydır ki, Fazil Ələkbərovu vəzifəsindən azad edə bilmir, ya da azad etmək istəmir.

Amma son vaxtlar Naxçıvan MR DİN-dəki bəzi təyinatlar Fazil Ələkbərovun yenidən öz postuna qayıda biləcəyi ehtimalını tam istisna etməyə də imkan vermir. Belə ki, bir neçə gün bundan əvvəl Fazil Ələkbərovun adamı hesab olunan iki polis məmuru sözügedən strukturda məsul vəzifəyə gətirilib. Onlardan biri polis kapitanı Şahin Qasımov, digəri isə polis polkovnik-leytenantı Məmmədəli Məmmədovdur. Bu şəxslərin kimliyi barədə ətraflı məlumat almaq istəyənlər aşağıdakı linkə tıklaya bilərlər.

https://ovqat.com/olke/53645-naxcvan-dn-d-yeni-kadr-tyinatlar-olub.html

Yeni təyinatların səbəbi bir sıra amillərlə izah olunsa da, versiyalar arasında Fazil Ələkbərovun yenidən öz vəzifəsinə qaytarılması ehtimalı da yer alır. Baxmayaraq ki, bu versiyaya Naxçıvanın polis orqanlarında inananlar yox səviyyəsindədir. Amma o da var ki, Naxçıvanda bəzən inanılmaz möcuzələr peyda olur.

Digər namizəd, sözsüz ki, de-fakto nazir polis polkovniki Rəşad İsmayılovdur. 2021-ci ilin əvvələrində Naxçıvan DİN-ə nazir müavini təyin olunan Rəşad İsmayılovun əsas missiyası Fazil Ələkbərovu “vurmaq” idi. İddialara inansaq, bu təlimatı Naxçıvanın “boz kardinalı” ləqəbi ilə tanınan Azər Zeynalov və el arasında “Cənab Sədrin qara mələyi” kimi ün qazanan Cəlil Rüstəmov tərəfindən verilmişdi. Bildirilir ki, de-fakto nazir Rəşad İsmayılov Cəlil Rüstəmovla kirvədir və bu vəzifəyə təyin olunmasını peyğəmbər sünnətinə borcludur.

Bildirilir ki, öz üzərinə götürdüyü vəzifəni xüsusi məharətlə yerinə yetirən Rəşad İsmayılov “keçmiş quda”nın kitabı bağlandıqdan təxminən 1 ay sonra, daha dəqiqi, 15.12.2021-ci il tarixində Naxçıvan MR Ali Məclisi Sədrinin 168-06/S nömrəli sərəncamı ilə “nazir səlahiyyətlərini icra edən” şəxs vəzifəsinə təyin olundu. Belə bir vəzifənin mövcud olmadığını nəzərə alan bir çox polis əməkdaşları yaxınlarda Rəşad müəllimin həqiqi nazir olacağını gözləyirdilər. Lakin zaman uzandıqca, peyğəmbər sünnətinin hər yerdə, xüsusilə də “ala qarğanın bala çıxara bilmədiyi” Naxçıvanda o qədər də işə yaramadığı faktı inandırıcılıq qazanmağa başlayır.

İnformasiya mənbəmiz bunu olduqca normal hesab edir və Cənab Sədrin uzaqgörənliyinə bağlayır: “Rəşad İsmayılov düzgün seçim deyildi. Çünki cənab İsmayılov səriştəsiz, idarəetmə qabiliyyəti olmayan və düzgün kadr seçə bilməyən şəxsdir. Rəşad İsmayılovun səriştəsizliyinin nəticəsidir ki, artıq Naxçıvan DİN-də bir çox şəxs onunla işləmək istəmir. Əlbəttə ki, haqlıdırlar da. Çünki, cənab İsmayılov, məntiqsiz göstərişlər verərək, camaatı boğaza yığıb. İsmayılovu bu vəzifəyə təqdim edərkən, bəzi şəxslər cənab Vasif Talıbovu həqiqətən də aldatdılar. Etiraf edək ki, Vasif Talıbov ağıllı və uzaqgörən siyasətçidir, gec də olsa Rəşad İsmayılovun sərişətisizliyini gördü” (Görünür, informasiya qaynağımız “uzaqgörənlik”lə “gec görməkliyi” iki ayrı kateqoriyaya şamil edir – Ovqat.com).

Dördüncü namizəd Gündüz Qədimovun təklifinin Cahan Holdinqin sədri və Naxçıvan MR Ali Məclisinin deputatı Vüqar Abbasov tərəfindən verildiyini bildirən mənbəmizin dediklərinə görə, haqqında danışdığımız bu şəxs təqaüddə olan polis mayoru idi: “O, təqaüdə çıxdıqdan dərhal sonra Cahan Holdinqinin təhlükəsizlik şöbəsinin rəisi təyin olundu. Naxçıvana Daxili İşlər naziri axtarışına başlandıqdan sonra isə təqüddən geri çağırılan Gündüz müəllim Naxçıvan DİN-in Mühafizə Polisi Şöbəsinə rəis göndərildi. Gündüz müəllim hal-hazırda özünü Naxçıvan DİN-in naziri kimi aparır. Lakin təəssüflər olusun ki, Gündüz Qədimovda düzgün kadr deyil. Bunun səbəblərini burda yazmaq düzgün deyil. Cənab Vasif Talıbov Gündüz Qədimovun keçmişini ətraflı araşdırsa nə demək istədiyimizi anlayacaq. Həqiqətən istəmərik ki, cənab Talıbovun ətrafında olan işbazlar onu növbəti dəfə aldatsınlar. Çünki, Daxili İşlər Nazirliyi dövlətin daxili onurğasıdır. Onurğanın üstünə isə hər yoldan keçəni baş qoymaq olmaz”.

Hə, indi gəldik əsas məsələyə. Mənbəmizin iddiasına görə, Naxçıvan Daxili İşlər naziri postuna 5-ci namizədin adı Qasım Həsənov adlı şəxsdir.

Qasım Həsənovun hətta Naxçıvan MR DİN-də belə olmayan tərcümeyi halına gəlincə, o, 02.09.1966-cı ildə Culfa rayonunda anadan olub. Azərbaycan DİN-in Polis Akademiyasını bitirib. Naxçıvan DİN-də mühüm vəzifələrdə çalışıb. Uzun müddət Naxçıvan DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində xidmət edib. Hazırda isə Naxçıvan DİN-in Cinayət Axtarışı İdarəsinin rəisidir. Qasım Həsənov faktiki olaraq Naxçıvan DİN-in əməliyyat aparatının rəhbəridir. Rütbəsi polis polkovnikidir.

2021-ci ildə 55 yaşı tamam olduğu və daxili işlər orqanlarında son yaş həddinə çatdığı üçün təqaüdə göndərilməsi üçün ərizə belə yazıbmış. Ancaq Naxçıvan MR Ali Məclisinin sədri, cənab Vasif Talıbov Qasım Həsənovun təqaüdə göndərilməsinə razılıq verməyib”.

Mənbəmiz Cənab Sədrin bu hərəkətini də onun “uzaqgörənliyi” ilə izah edir: “Cənab Vasif müəllim də bilir ki, Qasım Həsənovsuz Naxçıvan DİN olmaz. Real vəziyyəti təhlil etsək, hazırda Qasım Həsənov Naxçıvan DİN-in yükünü təkbaşına öz çiyinlərində daşıyır. Qasım Həsənov çox ləyaqətli, bacarıqlı, idarəetmə qabiliyyəti yüksək olan, heç kimə qarşı haqsızlıq və ədalətsizliyə yol verməyən, şərəfli, polis peşəsinin və tutduğu mövqeyin ağırlığını düşünərək hərəkət edən, həm vətəndaşlar, həm də bütün polis əməkdaşları tərəfindən sevilən, dövlətinə, vətəninə sədaqətli olan, bir şəxsiyyətdir. Həqiqətən Qasım Həsənov kimi bir şəxs Naxçıvan DİN-ə gəlməyib və bundan sonra da çətin gələr.

Əslində cənab Vasif Talıbov Qasım Həsənovu təqaüdə göndərməməklə çox düzgün addım atıb. Qasım Həsənov təqaüdə getsəydi, Naxçıvan DİN-in bu günkü vəziyyətini düşünmək belə çətin idi. Naxçıvan Daxili işlər naziri vəzifəsinə, bütün hər kəs tərəfindən sevilən və Muxtar Respublikanın polis orqanlarında ağsaqqal kimi hörməti saxlanılan Qasım Həsənovdan layiqli kadr gələ bilməz. Qasım Həsənovun xidməti keçmişinə diqqət yetirsək, onun nə qədər mühüm bir şəxs olduğunu görə bilərik. Bu gün bataqlığa batmış Naxçıvan DİN-i o durumdan yalnız Qasım Həsənov çıxara bilər. Cənab Vasif Talıbov, işbilməz və bacarıqsız kadrlara etimad göstərib vaxt itirməkdənsə, Qasım Həsənova etimad göstərməsi ən düzgün qərar ola bilər”.

Təbii ki, bütün bunlar Naxçıvandakı mənbələrimizin mülahizələridir. O da istisna deyil ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin ən yüksək postuna təyinat Bakı tərəfindən verilsin və bu, heç kimin gözləmədiyi sürpriz şəxs olsun. Zənnimizcə, Naxçıvan DİN-dəki hərc-mərcliyə son qoymağın ən qısa yolu da məhz budur: Heç kimi tanımayan və heç kimin tanımadığı, dolayısıyla hər kəsə eyni gözlə baxan nazir. O nazir ki, yeri gələndə paytaxtın sözünü daha üstün tuta və sosial şəbəkələrdə ölkə rəhbərliyini tanımadığını açıq-aşkar bəyan etməkdən çəkinməyən istənilən zabiti cəzalandırmağı bacara.
24-01-2022, 14:06
Eldar Əzizov uşaq evlərini bu şöbəyə tapşırdı

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin strukturu ləğv edilib. İdarənin balansında olan bütün bağçalar Təhsil Nazirliyinə təhvil verilib.

Bütöv.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi iki qurumla əvəzlənib. Ayrıca Dini qurumlarla iş şöbəsi yaradılıb.

İdarənin balansında olan 3 uşaq evi İctimai-siyasi, humanitar məsələlər şöbəsinə həvalə edilib. Şöbənin müdiri Elmin İmanovdur.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi Eldar Yunusov rəsmən vəzifəsiz qalıb.
24-01-2022, 13:53
Kamal Abdullanın rezonans doğuran layihəsi qayıdır

Xalq yazıçısı, akademik Kamal Abdullanın bir zamanlar rezonans doğuran layihəsi, geniş ədəbi proseslərə yol açan Yaradıcılıq fakültəsi yenidən qayıdır.

Kult.az xəbər verir ki, fakültə artıq Azərbaycan Dillər Universitetində yeni dönəm yaşayacaq.

Yaradıcılıq fakültəsi bu dəfə ADU və Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsidir. Fakültəni bitirən məzunlara Azərbaycan Dillər Universitetinin və Azərbaycan Yaradıcılıq Fondunun ortaq diplomu veriləcək.

Layihə çərçivəsində 2022-2023 tədris ilində tələbələrə xarici dil (ingilis, rus), mifologiya tarixi, fəlsəfə, dünya ədəbiyyatı, müasir ədəbi proseslər, mətnşünaslıq və s. fənlər üzrə dərslər təşkil ediləcək. Yazı sənəti, dram-kino sənəti ilə bağlı praktiki məşğələlər, ustad dərsləri, görkəmli imza sahibləri ilə görüşlər, rəngarəng mədəniyyət tədbirləri həyata keçiriləcək.

Dərslər həftədə 3 gün olmaqla 2 akademik saat təşkil edir.

Yaradıcılıq fakültəsinə qəbul iki mərhələli olacaq. Birinci mərhələdə təqdim edilən yaradıcılıq nümunələrinin qiymətləndirilməsi, ikinci mərhələdə isə seçilən nümunələrin müəllifləri ilə müsahibə keçiriləcək.

Fakültəyə qəbulla bağlı tələb olunan ilkin sənədlər aşağıdakılardır:

Tərcümeyi-hal;

Yaradıcılıq nümunəsi (5 şeir, yaxud 10 min işarəlik nəsr nümunəsi);

Təhsil sənədinin (şəhadətnamə, attestat, diplom, tələbə bileti və s.) surəti;

3×4 ölçüdə 2 ədəd fotoşəkil.

Tələb olunan sənədlər elektron formada 2022-ci il fevralın 1-dək bu ünvana göndərilməlidir: [email protected]

Təhsil müddəti 2 il olmaqla illik təhsil haqqı 500 AZN təşkil edir.

Fakültənin yeni dekanı yazıçı Mübariz Örəndir.

Fakültənin təqdimatı 25 yanvar saat 18:00-da Yaradıcılıq Fondunda olacaq.

Qeyd edək ki, akademik Kamal Abdullanın ideyası ilə 2007-ci ildə Bakı Slavyan Universitetində yaradılan Yaradıcılıq fakültəsi 2016-cı ilə qədər fəaliyyət göstərib. Fakültənin məzunları sırasında müasir dövrün gənc istedadları, şair və yazıçılarının adı var. 2016-cı ildə BSU-nun sabiq rektoru Nurlana Əliyeva tərəfindən fakültənin fəaliyyəti dayandırılmışdı.

Bütöv.az
24-01-2022, 13:51
45 nömrəli məktəb BAĞLANDI

Bu gündən Bakının 45 nömrəli tam orta məktəbi fəaliyyətini distant formada davam etdirəcək.

Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Belə ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 45 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin 14 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.
Modern.az xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzi COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 45 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin 14 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verib.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!