Bu gün futbol üzrə İspaniya Super Kubokuna start veriləcək.
Bütöv.az xəbər verir ki, Super Kubok dörd komandanın iştirakı ilə baş tutacaq.
İlk yarımfinal oyununda “El Klasiko” keçiriləcək. Madrid “Real”ı Kral Fəhd adına Stadionda “Barselona” ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Barselona”da Martin Breytveyt, Yusuf Dəmir, Erik Qarsiya, Serxi Roberto və Mussa Vaqe, “Kral klubu”nda isə Qaret Beyl ilə Mariano Dias oynaya bilməyəcək.
Cütün qalibi sabah keçiriləcək “Atletiko” (Madrid) – “Atletik” (Bilbao) qarşılaşmasının qalibi ilə görüşəcək. Final isə yanvarın 16-da baş tutacaq.
Qeyd edək ki, Super Kubok oyunları ilk dəfə İspaniyadan kənarda olacaq. Bütün matçlar Səudiyyə Ərəbistanında keçiriləcək.
Sosial mediada paylaşılan görüntülər böyük müzakirələrə yol açıb.
Bütöv.az xəbər verir ki, Türkiyədə çəkilən görüntülərdə xalasının 4 yaşlı qız uşağına spirtli içki verdiyi əks olunub. Masa arxasındakı digər qadın buna mülayim formada etiraz edib. Lakin 4 yaşlı qızın spirtli içkidən daddığı deyilir. 4 yaşlı qızın içki içməsinə qarşı çıxan qadının isə uşağın anası olduğu güman edilir. Görüntülər sosial mediada yayılandan sonra uşağa spirtli içki verən qadın tənqid olunub.
Xəzər rayonu Qala qəsəbəsində yerləşən 5 saylı Rabitə Xidməti Mərkəzinə məxsus 200 metr uzunluğunda rabitə kabeli oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş, Qala qəsəbəsində yaşayan Vasif Ağayev saxlanılıb.
O, ifadəsində etdiyi oğurluğu etiraf edib.
Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. V.Ağayevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.
Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Yeni Günəşli qəsəbəsində avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Əli Səfərov və Əli Nəbiyev tutularaq istintaqa cəlb ediliblər.
Araşdırma zamanı onların ümumilikdə yeddi avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrinin salonundan maqnitofon və digər qiymətli əşyaları oğurladıqları məlum olub.
Həmçinin bu şəxslərin Suraxanı rayonunda yerləşən orta məktəblərdən birinə oğurluq məqsədi ilə daxil olaraq oradan kompüter avadanlıqları və bir ədəd velosiped oğurladıqları sübuta yetirilib.
İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Əmircan qəsəbəsində evlərdən oğurluq edən paytaxt sakini Ramin Qocayev saxlanılıb. Onun ümumilikdə dörd evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığı müəyyən edilib.
Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Saxlanılan şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Suraxanı Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, həmçinin “102” Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.
Klassik korona ilə müqayisədə “Omikron” ştamına yoluxanlarda xəstəliyin ilkin əlamətləri atipik olur. Yüngül boğazağrısı və ya burun axması halı baş verir.
Bütöv.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim İsmayıl Əfəndiyev deyib. O bildirib ki, bəzi hallarda bu əlamətlər xəstələrdə çaşqınlıq yaradır: “Onlar fikirləşmirlər ki, bu əlamətlər COVİD-19 xəstəliyinin ilkin əlamətləridir. Atipik simptomlar hiss edilirsə, dərhal COVİD-19 testi verilməlidir. Çünki artıq uşaqlar da “Omikron” ştamına yoluxurlar”.
Lazımi miqdarda nizamlı olaraq istifadə edildiyi təqdirində itburnu təbii ağrıkəsicidir. Mütəmadi olaraq qrip və onun kimi yuxarı tənəffüs yolları infeksiyalarından əziyyət çəkənlər də bu bitkidən istifadə edə bilərlər.
Bütöv.az “Sağlam Yaşam” youtube kanalının itburnun bir çox yerdə rast gəlinməyən faydalarından bəhs edən məlumatını təqdim edir:
Layihənin “Youtube” kanalında yayımlanan videomaterialda ermənilərin Basarkeçər istiqamətində törətdikləri son təxribatdan bəhs olunur.
Bildirilir ki, Ermənistan baş naziri Nikol Paşinyan bu cür təxribata əl atmaqla məsələyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etməyə cəhd göstərir.
Həmçinin “Caliber”in təhlilində ermənilərin törətdiyi son təxribatla bağlı maraqlı detallara toxunulub, erməni tərəfinin itkiləri ilə bağlı daha dəqiq məlumatlara yer verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib.
Bütöv.az xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.
Yazmışdıq, yenə yazırıq: Saxta diplomlularla, “yuxarı”dan tapşırılmışlarla, korrupsiyaya bulaşmışlarla Qarabağda cənnət qurmaq mümkün olmayacaq. Bu müstəvidə bizə Türkiyənin “Bayraktar”ları, İsrailin “Harop”ları kömək etməyəcək. Vicdanlı yerli kadlar lazımdır. Vicdanı isə pulla almaq mümkün deyildir.
Sadiq oxucularımız bəlkə də xatırlayarlar, hələ bu ilin fevral ayında «Deryaz.az” saytı etibarlı mənbəyə istinadən yazmışdı ki, Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) 3-cü “Qayıdış” qəsəbəsi İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyinin sədri Məmmədova Tamella Taleh qızının keçmiş AMİ-nin Gəncə filialından aldığı diplom saxtadır. Bizim bu yazımızdan sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən araşdırma aparılıb icra nümayəndəsi vəzifədən çıxarıldı. Bu günlərdə daha bir şəhid anası Dəryaz qəzetinə müraciət edərək bildirdi ki, oğlumla birlikdə iş üçün icra başçısı Alı Alıyevin qəbuluna getdim. Alı müəllim bizi kabinetində qəbul etmədi. Aşağıda qəbul etdi. Sözümü bitirməmiş oğlumun üstünə cumdu,oğluma təpik atıb stulu başına vurmaq istədi. Mənə də dedi ki,yaxın gəlmə, pandemiyadır. (Deryaz.az)