Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
11-01-2022, 10:39
Azərbaycan ordusunda birləşmənin komanda-qərargah təlimi keçirilib - VİDEO

Döyüş hazırlığı planına əsasən, Azərbaycan ordusunda birləşmənin ərazidə komanda-qərargah təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlim-döyüş siqnalı ilə qaldırılan bölmələr təyin olunmuş rayonlarda cəmləşərək ərazidə idarəetmə orqanlarının açılması ilə döyüşə hazırolma vəziyyətinə gətirilib.

Təlimin keçirilməsində əsas məqsəd hərbi hissənin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı qərargahın fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşdə bölmələri idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır.

Təlimdə şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra edib.



Bütöv.az
11-01-2022, 10:09
“Caliber”: Rusiya və ABŞ dünyanı bölüşdürür? – VİDEO

“Bizimlə olmayan bizə qarşıdır” ifadəsi müxtəlif zamanlarda Rusiya və ABŞ hakimiyyətləri tərəfindən neytral mövqe sərgiləyən dövlətlərə qarşı təhdid kimi səsləndirilib.

Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetdə məlumat verilir.

“Neytrallıq yalnız dünya nəhənglərinin pullarını özündə saxlayan İsveçrə üçün keçərlidir. Digər dövlətlər ya ABŞ, ya da Rusiyanın yanında qərar tutmalıdır. Bu, xüsusilə də post-sovet məkanındakı ölkələrə aiddir”, - deyə süjetdə bildirlir.

Daha ətraflı “Caliber”in yeni videomaterialında:



Bütöv.az
11-01-2022, 10:06
Təbii qazın qiyməti artıb

Dünya bazarında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Bütöv.az xəbər verirk i, bu saata olan göstəricilərə görə, Nyu-Yorkun NYMEX birjasında fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1.18 % artaraq 4.13 ABŞ dolları təşkil edib.
10-01-2022, 21:10
Son sutkada 329 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınıb 358 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 621 563 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 605 919 nəfər müalicə olunaraq sağalıb, 8 457 nəfər vəfat edib, aktiv xəstə sayı 7 187 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 247, ötən müddət ərzində isə ümumilikdə 5 948 270 test aparılıb.

Bütöv.az

10-01-2022, 21:08
Ölkədə bu gün aşkarlanan “Omicron”dan necə xilas olaq? - TƏBİB-dən AÇIQLAMA

"Azərbaycanda COVID-19-un yeni aşkarlanan "Omicron” ştamı yoluxma sürətinə görə dünya ölkələrində bir neçə aydır ki, aktuallığını qoruyub saxlayır. Hətta bir sıra ölkələrdə yeni yoluxmaların böyük əksəriyyəti məhz "Omicron” ştamı ilə bağlıdır. Bəzi ölkələrdə pandemiya başlayandan bu günə qədər "Omicron”dan sonra rekord sayda yoluxma qeydə alınıb. Pandemiyanın başladığı ilk günlərdən indiyə kimi virusdan qorunma üsulları, demək olar ki, dəyişməyib. Sadəcə olaraq, xəstəlik əleyhinə peyvəndlər aşkar edildikdən sonra əsas profilaktik vasitə vaksinasiyadır. Digər sanitar-gigiyenik qaydalar isə eynidir”.

Bütöv.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva danışıb.
Həkim-mütəxəssis bildirib ki, koronavirusun istənilən ştamından qorunmaq üçün peyvəndlərdən istifadə edilməlidir:

"Peyvəndlər aktuallığını, bütün ştamlara qarşı effektivliyini qoruyub saxlayır. Vətəndaşlar özlərini və yaxınlarını qorumaq üçün peyvəndləmə prosesində aktiv iştirak etməlidirlər. Hətta iki doza peyvənd alanlar da 5 ay keçdikdən sonra "buster" doza vurdurmalıdırlar.

Nəzərə almaq lazımdır ki, vaksinasiyadan bir müddət sonra immunitet zəifləməyə başlayır. Bu, həm xəstələnmə, həm də vaksinasiya nəticəsində yaranmış immunitetə aiddir. Yəni, hər kəs "buster" doza ilə mütləq peyvəndlənərək, xəstəliyə qarşı güclü immunitetin yaranmasına nail olmalıdır. Təbii ki, şəxsi gigiyena qaydalarına əməl etmək, kütləvi toplaşmalardan uzaq durmaq, yaxın kontaktlardan çəkinmək də vacibdir.

Vətəndaşlar, həmçinin xəstəlik əlamətləri hiss etdikdə evdən çıxmamalı, digər şəxslərlə, yaxın ətrafla təmasda olmamalıdılar. COVID-19 simptomu hiss edən vətəndaşlar test cavabı çıxana qədər özlərini izolyasiya etməlidirlər. Hesab edirəm ki, həmin qaydalara riayət etsək, xüsusilə də vaksinasiyada aktivləşsək, "Omicron" ştamından da qısa müddətdə xilas ola bilərik”.

Xatırladaq ki, Azərbaycanda ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrin 12-də yanvarın 10-da "Omicron” variantı aşkarlanıb.
10-01-2022, 21:06
"Mənim pulumu versin, o pul elə belə qazanılmayıb"

Keçmiş deputat Cəlal Əliyevin jurnalistlərə qarşı çoxsaylı məhkəmə çəkişmələrində vəkili olmuş Sümbülə Əliyeva yarım ildən çoxdur ki, mühakimə olunur. Ondan şikayətçi olanlar isə elə özünün keçmiş işçiləridir. O, vaxtilə rəhbərlik etdiyi 1 saylı Hüquq Məsləhətxanasında (indiki "Mərkəz" vəkil bürosu) fəaliyyət göstərən vəkillərin ümumilikdə təxminən 200 min manat pulunu mənimsəməkdə suçlanır. Söhbət vəkillərin müştərilərlə müqavilələrdən əldə etdikləri vəsaitlərin yeyintisindən gedir.

Sözügedən vəkillər şahid qismində tanınsalar da, onlar bundan narazıdır. Deyirlər ki, prokurorluq istintaqı düzgün aparmayıb, əslində, onlar zərərçəkmiş kimi tanınmalıydılar.

"O pul elə belə qazanılmayıb"

Vəkil Mehman Abbasov deyir ki, Əliyevanın rəhbərliyi dövründə onun kassada toplanmış təxminən 19 min manata yaxın vəsaiti mənimsənilib. Onun sözlərinə görə, bu vəsaitin bir hissəsini vergi, sosial sığorta və başqa xərclərə çıxsa belə, özünə çatası, azı, 12 min manatlıq yeyinti var: "Mənim pulumu versin, o pul elə belə qazanılmayıb. Hər işə görə nə qədər əziyyət çəkirik. Biz əziyyət çəkmişik ki, bu da pullarımızı yığıb Britaniyaya göndərsin?".

Təqsirləndirilən Əliyevanın qızının Böyük Britaniyada təhsil aldığı bildirilir. Məhkəmədə şahidin Böyük Britaniya haqda dedikləri onunla Əliyeva arasında mübahisəyə səbəb olub.

Abbasov vurğulayıb ki, hər dəfə hüquq məsləhətxanasının xəzinəsindən özünə çatası vəsaiti almaq istəyəndə məsləhətxananın rəhbəri bir bəhanə ilə imkan vermirdi: "Gah deyirdi ki, mühasib yoxdur, gah deyirdi ki, bankda problem var...".

"İttiham son üç ilə görə verilib"

Əliyevadan şikayətçi olanlardan biri də vəkil Məzahir Şahmarovdur. Ona 16 min manat ziyan vurulduğunu deyən vəkil zərərçəkmiş qismində tanınmamasından narazıdır. O hesab edir ki, məhkəmə bu işi təkrar araşdırma üçün istintaqa qaytarmalıydı: "Mənimsəmə faktları 2013-2019 illəri əhatə edir, amma ittiham son üç ilə görə verilib. Bu əməllər qrup şəklində həyata keçirilib".

Şahmarov vurğulayıb ki, zərərçəkmiş kimi tanınması və bu işdəki başqa pozuntularla əlaqədar müxtəlif dövlət orqanlarına şikayətlər edib, hələlik, nəticə yoxdur.

"Özüm özümdən oğurluq eləmişəm?"

Əliyeva isə özünü təqsirli bilmir. Deyir ki, ona qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur: "İttihamda yazılanlar yalandır. Mən vəkiləm, terrorçu deyiləm. Bir neçə ölkədə Vəkillər Kollegiyasını təmsil etmişəm. Hazırda mənim vəkillik fəaliyyətimin üstündən qara xətt çəkilib".

İstintaqdan gileylənən Əliyeva bildirib ki, heç bir vəsatəti təmin olunmayıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, indi ondan şikayətçi olan Şahmarov özü ona xəsarət yetirib.

"Mən burada çox şeyi demək istəmirəm. Məqsədim işin ədalətli aparılmasıdır. Necə ola bilər bu - mən özüm özümdən oğurluq eləmişəm? Bir daha deyirəm, mən bu işi eləməmişəm. Ədalətə inanıram...", – Əliyevanın sözləridir.

Əliyeva kimdir

Əliyevanın işiylə bağlı məhkəmə araşdırmaları davam edir. O, CM-in 179.3.2 (külli miqdarda mənimsəmə) ilə yanaşı, 213-cü (vergiləri, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə də ittiham olunur. Cinayət işinin materiallarında yazılıb ki, vəkillər vergi və sosial sığorta haqlarını hüquq məsləhətxanasına ödəsələr də, həmin vəsaitlər təyinatı üzrə köçürülməyib. Ona görə Dövlət Vergi Xidməti və Dövlət Sosial Sığorta Fondu bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. Əliyevaya qarşı ittiham maddələrində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Əliyeva hüquq məsləhətxanasının rəhbəri olmaqdan əlavə, həm də uzun müddət Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olub. O, ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən bir sıra vəkillərin fəaliyyətinin dayandırılması üçün səs verənlərdən biri olmuşdu. Onların arasında Yalçın İmanov, Əlayif Həsənov və digərləri var.

Prezident İlham Əliyevin mərhum deputat əmisi Cəlal Əliyevin vəkili kimi, Sümbülə Əliyevanın çıxdığı bir neçə məhkəmə işində jurnalistlər ya cərimələnib, yaxud da həbs edilib. "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə də sözügedən məhkəmələrin yekununda prezidentin əmisi haqda yazılarına görə həbs olunanlar sırasındadır.
(AzadlıqRadiosu)

Bütöv.az
10-01-2022, 20:44
Prezident Koreya səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonqun etimadnaməsini qəbul edib.

Bütöv.az xəbər verir ki, səfir Li İn-Yonq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu bildirərək, müstəqillik illərində münasibətlərimizin çox uğurla inkişaf etdiyini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanla Koreya Respublikası arasında uzun illər müxtəlif sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini bildirib, siyasi əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Bu baxımdan Koreyanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafına töhfə verdiyini bildirib. Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığa toxunaraq, Koreyanın bir çox şirkətinin ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən infrasktrur və inşaat layihələrində uğurla iştirak etdiklərini vurğulayıb. Dövlətimizin başçısı birgə investisiya sahələrinin, ixrac-idxal əməliyyatlarının artırılmasının, insanlar arasında təmasların genişlənmədirilməsinin əhəmiyyətinə toxunub. Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Səfir Li İn-Yonq son 30 il ərzində Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında əlaqələrin inkişaf etdiyini vurğluyaraq, iqtisadi əməkdaşlığın və insanlar arasında əlaqələrin ölkələrimizin potensialına uyğun olaraq daha da möhkəmləndirilməsinin vacibliyini bildirib və səfir fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcini qeyd edib.

Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində Koreya şirkətlərinin mümkün iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

10-01-2022, 15:29
Alimlər ömrü uzadan içkinin adını açıqlayıblar

Yaşıl çayın istehlakı ürək-damar xəstəliklərindən qorunmağa kömək edir.

Bunu Çin alimlərinin araşdırması sübut edib.

Yeddi illik araşdırmada xərçəng, infarkt və ya insult keçirmiş yüz mindən çox insan iştirak edib.

Bildirilib ki, dünyada ölümün əsas səbəblərindən biri məhz ürək-damar xəstəlikləridir.

Beləliklə də, yaşıl çay faktiki olaraq ömrü uzadır.

Mənbə: “RİA Novosti”

Bütöv.az
10-01-2022, 15:25
Bakıda fəhlə qadının çörək zavodunda faciəvi şəkildə ölməsinin görüntüləri - VİDEO

Xəbər verdiyimiz kimi, yanvarın 7-si çörək zavodunda fəhlə işləyən qadın qurğuya düşərək həyatını itirib.

Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Həmin görüntüləri təqdim edirik:



Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!