Füzuli rayonunda ibtidai sinif müəllimi Aygün İsmayılova idarə etdiyi maşını aşıraraq kanala düşüb. Bu zaman onun məktəb direktoru olan anası da avtomobildə imiş.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən baş verən hadisə zamanı “Hyundai” markalı avtomobil yoldan çıxaraq ərazidən keçən Qarabağ kanalına düşüb. Nəticədə sürücü və maşında olan iki ailə üzvü boğulmaq təhlükəsi ilə üzləşib.
Maşını idarə edən şəxsin Böyük Bəhmənli 2 saylı kənd orta məktəbinin ibtidai sinif müəllimi Aygün İsmayılova olduğu bildirilir. Hadisə zamanı maşında onun azyaşlı qızı və anası da olub. A.İsmayılovanın anası Gülşən İsmayılova isə Böyük Bəhmənli kənd peşə məktəbinin direktorudur.
Ərazidə olan kənd sakinlərinin köməyi ilə hər üç şəxs boğulmaqdan son anda xilas edilib.
İTV çəkiliş qrupu Ermənistan hərbçiləri ilə söhbət edib.
Turkustan.az xəbər verir ki, çəkiliş zamanı ermənilər kameranı yığışdırmağı tələb ediblər. İTV əməkdaşı isə cavabında Azərbaycan ərasizində olduqlarını və çəkiliş üçün heç bir problemin olmadığını bildirib.
Azərbaycan ərazisində TRT-1 televiziya kanalının yerüstü yayımının dayandırılması barədə “Türkiye Radyo-Televizyon Kurumu Genel Müdürlüğü”nün Bakı Bürosu tərəfindən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə (“Teleradio” İB) müraciət daxil olub.
Bu barədə “Teleradio” İstehsal Birliyindən bildirilib.
Qeyd olunub ki, müraciətdə TRT-1-in Azərbaycan ərazisində kabel televiziya şəbəkələri və internet üzərindən yayımının kifayət hesab olunduğu vurğulanıb.
“Bu baxımdan, yerüstü yayım üçün əlavə maliyyə vəsaitinin ayrılmasının məqsədəuyğun hesab olunmadığı və TRT-1-in yerüstü yayımının 2022-ci ildən etibarən dayandırılması xahiş edilib”, - İB-dən bildirilib.
Qeyd olunan əsasla və Milli Televiziya və Radio Şurasının razılığı ilə 5 yanvar 2022-ci il tarixindən etibarən “Teleradio” İB tərəfindən Azərbaycan ərazisində TRT-1 televiziya kanalının yerüstü yayımı dayandırılıb.(apa)
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur.
DİM-dən Bütöv.az-a verilən məlumata görə, bu imtahanların keçirilmə tarixləri və yerləri yanvar ayı ərzində elan olunacaq: "Abituriyentlər və kütləvi informasiya vasitələri nümayəndələrindən diqqətli olmaları və yalnız rəsmi qaydada elan olunan məlumatlara istinad etmələrini xahiş edirik. Bir daha xatırladırıq ki, imtahan tarixləri məlum olan kimi dim.gov.az saytının “Təqvim” bölməsinə əlavə edilir və bununla bağlı rəsmi açıqlama verilir".
Sabunçu rayonunda oğurlanan 2 yaşlı uşaqla bağlı cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin Bütöv.az xəbər verir ki, Sabunçu rayonunda 2 yaşlı M.Şıxalıyevin oğurlanması ilə bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə Cinayət İşi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hadisə ilə bağlı Gültəkin Muradova ilə birlikdə qeyri-rəsmi nigahda olan Ağdam rayon sakini Şamil Əliyev, uşağın atası Elgün Nəsirov da istintaqa cəlb ediliblər. İstintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.
Xəzər rayonu Buzovna-Zaqulba yolunun kənarında yerləşən yağış sularının axıdılması üçün nəzərdə tutulan 136 ədəd dəmir barmaqlıq 1-5 yanvar tarixləri arasında naməlum şəraitdə oğurlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə müvafiq dövlət qurumundan polisə şikayət daxil olaraq ümumilikdə hadisə nəticəsində yol infrastrukturuna 18 min manata yaxın maddi ziyan dəydiyi qeyd edilib.
Xəzər Rayon Polis İdarəsi və 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Şahin Şəfaqətov saxlanılıb.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs oğurladığı dəmir barmaqlıqları şəxsi avtomobili ilə metal qəbulu məntəqələrindən birinə apararaq orada satıb.
Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Nardaran qəsəbəsi Ləhiş bağlarında yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edən paytaxt sakinləri - Cavidan Namazov tanışları Tural Həşimov və Nihat Əliyev tutulublar.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı onların qeyd edilən bağ evindən ümumilikdə 5 min manatlıq təmir-tikinti ləvazimatları, həmçinin digər əşyalar oğurladıqları məlum olub.
Qeyd edək ki, saxlanılan şəxslərdən biri Cavidan Namazov hadisə baş verən evdə usta işləyib. Onun təklifi ilə dəstə üzvləri həmin mənzildən oğurluq ediblər.
Faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
“Bu şəxslərin analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər”, - məlumatda qeyd edilib.
Bütöv.az xəbər verir ki, ilkin versiyaya görə, yaşayış binasında baş verən yanğına səbəb elektrik qızdırıcısında olan nasazlıq olub. İnsident nəticəsində 9-u uşaq olmaqla 19 nəfər həyatını itirib. Yanğın zamanı 63 nəfər yaralanıb, onlardan 32-nin vəziyyəti ağırdır. Qeyd edək ki, bu, Nyu-Yorkda son 30 ildə baş vermiş ən güclü yanğın hadisəsidir.
Qazaxıstanın təşəbbüsü ilə çağırılan KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası işə başlayıb.
Bütöv.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya tərəfdən iclasa Prezident Vladimir Putin qatılıb. KTMT baş katibi Stanislav Zasın da iclasa qatılacağı gözlənilir. Qırğızıstanı iclasda Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov təmsil edəcək.
Belarus Prezidenti Aleksandr Lukaşenko da iclasda iştirak edir.