Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
5-01-2022, 14:59
İlham Əliyevdən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, 2022-ci il “Şuşa İli” elan edilib. Nazirlər Kabineti “Şuşa İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Qeyd edək ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.

Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.

Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.

Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

Bütöv.az
5-01-2022, 11:22
"Azəriqaz"dan əhaliyə MÜRACİƏT: Limitin sıfırlanması üçün... - VİDEO

Əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi vətəndaşlar limitin sıfırlanması üçün mexaniki qaz sayğaclarının əvəzinə smart tipli sayğacların fotosunu çəkib qeyd olunan nömrəyə göndərirlər. Bu da sonradan anlaşılmazlığa səbəb olur.

BAKU.WS xəbər verir ki, "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev ''Xəzər Xəbər''ə bildirib ki, limitilə bağlı göndərilən fotoların təxminən 10 faizdən çoxu smart tipli sayğaclarla bağlıdır.

Eldəniz Vəliyevin sözlərinə görə, bu vaxta qədər 100 mindən çox abonent sayğaclarının fotosunu çəkərək qurumun vatsap nömrəsinə göndərib. Ümumilikdə isə həm "Azəriqaz"ın əməkdaşlarının baxışı, həm də vətəndaşların göndərdikləri fotolar nəticəsində 65 faizən çox sayğacda limitin sıfırlanması prosesi həyata keçirilib.

''Azəriqaz'' İstehsalat Birliyi abonentlərə növbəti dəfə müraciət edir ki, bundan sonra da mexaniki sayğaclardan istifadə edən vətəndaşlar limitin sıfırlanması üçün sayğacın fotosunu çəkərək 077-3-104-104 vatsap nömərsinə göndərsinlər.

Qeyd edək ki, sayğacın fotosunu hansı formada çəkməklə bağlı problem yaşayan vətəndaşlar, "Azəriqaz"ın yutub səhifəsinə yerləşdirilən video ilə də tanış ola bilərlər.



Bütöv.az
5-01-2022, 11:15
"Qarabağ"ın bu futbolçularının qiyməti ARTIB

"Qarabağ" futbol klubunun bir neçə oyunçusunun transfer qiymətləri artıb.

Bütöv.az "Transfermarkt" saytına istinadən xəbər verir ki "Qarabağ"ın 27 yaşlı qapıçısı Şahrudin Məhəmmədəliyevin dəyəri 300 min avro artaraq 800 min avroya çatıb.

Bundan başqa, Ramil Şeydayevin qiyməti 450 mindən 600 min avroya, Əhmədzadənin isə 200 mindən 300 min avroya qalxıb.
5-01-2022, 11:14
Azərbaycanda bu dərmanın istifadəsi QADAĞAN OLUNDU

Azərbaycanda daha bir dərmanın istifadəsi qadağan edilib.

Bu barədə Bütöv.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, “Sanofi” şirkətinin davam edən tədqiqatlarına əsasən “Lozap®” ticari adlı losartan potassium - 50 mg tərkibli örtüklü tabletlər №30 (3x10) blisterdə, karton qutu qablaşdırmada, 2660720 seriyalı, son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriyalı, son istifadə tarixi 1/1/2023 olan dərman vasitələrinin tərkibində azid qatışıqlarının yol verilən gündəlik maksimum limitdən çox olması ehtimal edilir.

"Bu ehtimalı nəzərə alaraq, 2660720 seriya ilə buraxılmış son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriya ilə buraxılmış son istifadə tarixi 1/1/2023 olan “Lozap®” ticari adlı dərman vasitəsitələri geri çağırılması qərarı qəbul olunub və ölkəyə idxalı, topdan və pərakəndə satışı dayandırılıb"- mərkəzdən bildirilib.

Qeyd edək ki, 2021-ci ildə “EQİS əczaçılıq zavodu” QSC-yə məxsus “Hartil®-D” ticari adlı ramipril / hydrochlorothiazide 0010319 seriya (2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blister, “Svvissmed Service” MMC şirkətinin müraciətinə əsasən Sloveniyanın “Lek Pharmaceuticals d.d.” şirkətinin istehsalı olan KN0066 seriya ilə buraxılmış 50 mg tərkibli örtüklü tabletlər №50 və 028361 seriya ilə buraxılmış “Fosfalyugel” ticarət adlı dərman vasitəsinin Azərbaycanda satışı qadağan edilib.
5-01-2022, 11:12
Gecə saatlarında qəribə hadisə - VİDEO

Türkiyənin Adana şəhərində buludların arasında müşahidə olunan hadisə sakinlər arasında müzakirələrə yol açıb.

Bütöv.az xəbər verir ki, səmada işıqların hərəkət etdiyi müşahidə olunub. Hadisəni bir neçə rayondan izləmək mümkün olub. Gecə saatlarında baş verən hadisə sosial mediada böyük kütlə tərəfindən izlənilib. Olayın səbəbləri barədə sakinlər müvafiq dairələrdən açıqlama tələb ediblər. Hələlik hadisə barədə açıqlama verilməyib.

5-01-2022, 11:10
Qazaxıstanda şiddətli toqquşma - VİDEO

Qazaxıstanda polislə etirazçılar arasında baş verən toqquşma nəticəsində 100-ə qədər polis və çox sayda nümayişçi xəsarət alıb.

Bütöv.az xəbər verir ki, nümayişçilər xeyli sayda polis avtomobilinə zərər vurub. 200-dən çox nümayişçi saxlanılıb. Prezident Kasım-Jomart Tokayev xalqa müraciətində bildirib ki, aksiya iştirakçılarının bütün qanuni tələblərinə diqqətlə baxılacaq. O, etirazçıları tədbirli olmağa və təxribatlara uymamağa çağırıb.
Qeyd edək ki, Qazaxıstan mediasının məlumatına görə, etirazlara nəqliyyat vasitələri üçün maye qazın kəskin bahalaşması səbəb olub. Etirazçıların sözlərinə görə, yanvarın 1-dən maye qazın bir litrinin qiyməti 120 təngəyə (0,27 dollar) qalxıb, sakinlər onun 60 təngəyə (0,13 dollar) endirilməsini tələb edirlər.


5-01-2022, 10:45
Ərdoğan: “Türkiyə doğru yoldadır”

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının genişləndirilmiş toplantısında çıxış edərək ökədəki iqtisadi vəziyyətə toxunub.

O, bildirib ki, Türkiyə hökuməti xalqı valyuta bazarındakı çalxalanma və süni qiymət artımı yükündən azad etməkdə qərarlıdır.

“Elan edilmiş iqtisadi tədbirlər paketi sayəsində biz valyuta məzənnələrindəki dalğalanmaların qarşısını ala bildik. Ümid edirik ki, ən qısa müddətdə inflyasiyanı da nəzarət altına ala biləcəyik və o zaman ölkə layiq olmadığı vəziyyətdən çıxacaq”, - deyə dövlət başçısı bildirib.

O, vurğulayıb ki, ilin yekununda qeydə alınan 225 milyard dollarlıq ixrac göstəricisi Türkiyənin doğru yolda olduğunu nümayiş etdirir.

Mənbə: “Anadolu”

Bütöv.az
5-01-2022, 10:43
Qazaxıstan prezidenti hökuməti İSTEFAYA GÖNDƏRDİ

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokaev hökumətin istefaya göndərilməsinə dair sərəncam imzalayıb.

Baş nazir vəzifəsinin icrası baş birinci müavini Alixan Smayilova həvalə olunub. Sənəddə göstərilir ki, hökumət üzvləri yeni kabinet formalaşanadək vəzifələrinin icrasını davam etdirəcəklər.

Hökumətdəki mənbələrin xəbərinə görə, Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini postuna prezident administrasiyasının rəhbəri Murat Nurtle gətirilib.

Bütöv.az
5-01-2022, 10:31
Kamran Əliyevdən kadr dəyişikliyilə bağlı ƏMR

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

Modern.az-ın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Orxan Rzayev tutduğu vəzifədən azad edilib və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifəsinə təyin edilib.
Baş Prokurorluğun mətbuat xidməti faktı təsdiqləyib.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!